Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq
məqsədləri üçün istifadə olunan kapital olmaqla, Milli Bankın
normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II
dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin)
cəmi və onlardan tutulmaların fərqidir.
Fidusiar vəzifələr – bankın maliyyə göstərijilərinə nəzarət və
onların qiymətləndirilməsi, qanunlara, digər normativ hüquqi
aktlara riayət etməsinin təmin edilməsi, habelə Müşahidə Şurası və
İdarə Heyəti tərəfindən bankın cari və gələcək maraqlarının
toqquşması hallarının qarşısını ala bilən vəzifələrdir.