TəDRİs proqrami və test məcmuasi



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə21/149
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#40750
1   ...   17   18   19   20   21   22   23   24   ...   149
  
  
IV MÖVZU.  BANKLARDA KORPORATİV 
İDARƏETMƏ SİSTEMİ   
  
Bank  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  lisenziya  və 
icazələrin verilməsi  prinsipi. Banklarin İnzibatçılara dair tələblər. 
Yerli  bankların  filiallarının,  şöbələrinin  və  nümayəndəliklərinin 
açılmasına  icazələrin  alınması  qaydası.  Bank  lisenziyasının  və  ya 
icazənin verilməsi şərtləri. Bank lisenziyasının və ya icazənin ləğvi. 


 
 
  
17
 
Bankların təşkili. Bankın nizamnaməsi və reqlamenti. Azərbaycan 
Respublikasında Azərbaycan Respublikasında xarici bankların yerli 
filiallarının  lisenziyalaşdırılması    qaydası.  Bankların  və  xarici 
bankların yerli filiallarının kapitalına tələblər.  
 Bankların  idarəetmə  strukturu:  Səhmdarların  ümumi 
yığıncağı, Müşahidə Şurası, İdarə Heyəti,  Audit Komitəsi və daxili 
audit.   
Kommersiya maraqlarının açıqlanması.   
Bankların  fəaliyyətinə  dair  tələblər.  Bankların  fəaliyyət 
növləri və banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri. 
Prudensial  normativlər  və  tələblər.  Banklar  fəaliyyətləri  dövründə 
öz aktivləri, balansarxası öhdəlikləri və kapitalının miqdarı ilə bağlı 
Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlər və tələblər.  
Bank fəaliyyətinin  həyata keçirilməsi  üçün lisenziya və  icazələrin 
verilməsi.  Bankın  nizamnaməsi  və  reqlamenti.  Banklarin 
fəaliyyətinə  dair  tələblər.  Banklarla  onların  müştəriləri  arasında 
münasibətlər.  Bank  sirri.    Banklarda  mühasibat  uçotu  və  hesabat. 
Banklar arasında münasibətlər.  
Bankların  fəaliyyətinə  nəzarət.  Banklara  təsir  tədbirləri  və 
sanksiyalar. Banklarin maliyyə sağlamlaşdirilmasi. Bankların ləğvi: 
könüllü ləğv və  məcburi ləğv. Bankların iflası.   
Fidusiar vəzifələr - bankın maliyyə göstəricilərinə nəzarət və 
onların qiymətləndirilməsi. Strateji planlaşdırma prosesinin təşkili. 
Strateji  Planda  (Biznes  Planda)  bankın  Strateji  baxışı:  missiya 
hesabatı, həyata keçiriləcək fəaliyyət növləri, təşkilati struktura dair 
tələblər,  daxili  nəzarət  sistemləri,  maliyyə  proqnozları  (balans, 
mənfəət və zərər haqqında hesabat və s.) və sair.   
Bankın  idarə  edilməsi,  təşkilati  strukturu  və  reqlamenti. 
Müşahidə  Şurası  və  onun  iclasları.  Müşahidə  Şurasına  verilən 
məlumat  və  hesabatlar.  Müşahidə  Şurasının  digər  inzibatçılarla 
münasibətdə fidusiar vəzifələri.   


 
18   
 
 İdarə  Heyəti.  Audit  Komitəsi  və  daxili  audit.  Bank 
fəaliyyətində  daxili  komitələr  :  kredit  risklərinin  səmərəli  idarə 
edilməsi  məqsədi  ilə  Kredit  komitəsi,  likvidliyin  və  vəsaitlərin 
səmərəli idarə edilməsi üçün Aktiv və passivləri idarəetmə komitəsi, 
bankın  informasiya  texnologiyaları  sistemlərinin  səmərəli  və 
təhlükəsiz  işini  təmin  etmək  məqsədi  ilə    İnformasiya 
texnologiyaları    komitəsi.  Riskləri  idarəetmə  komitəsi.  Kredit 
komitəsi.  Aktiv  və  passivləri  idarəetmə  komitəsi.  İnformasiya 
texnologiyaları    komitəsi.  Büdcənin  hazırlanması.    Maliyyə 
idarəetməsi  və  hesabatlıq.  Banklarda  insan  resursları.  Korporativ 
idarəetmə sistemi  üzrə maliyyə idarəetməsi və hesabatlari standartı. 
MHBS-yə  uyğun  hazırlanmış  maliyyə  hesabatlarında  tövsiyə 
məlumatlar:  maliyyə  və  əməliyyat  nəticələri;  bankın  məqsədləri; 
mühüm iştirak payı olan səhmdarlar və onların səs vermə hüquqları; 
idarə  Heyətinin  üzvləri  və  əsas  rəhbər  işçilər  barədə  məlumat, 
onların  mükafatlandırılması;  proqnozlaşdırılan  əhəmiyyətli  risk 
amilləri;  işçilərlə  və  digər  maraqlı  tərəflərlə  əlaqədar  əhəmiyyətli 
məsələlər; idarəetmə strukturu və qaydaları.  

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin