24) Təhlükəli yanğınların ikinci dərəcəli zədələyici amillərinə nələr aiddir?
Təhlükəli yanğınların ikinci dərəcəli zədələyici amillərinə aiddir: •binaların, tikililərin, qurğuların və digər sistemlərin uçuluğ-dağılan hissələri və qırıntıları. Od-alovun təsiri olan otaqlarda tikinti konstruksiyalarının uçub-dağılması insanların zədələnməsinə və ölümünə gətirib çıxara bilər; •dağılmış mexanizm və qurğulardan ayrılan toksik və radioaktiv maddələr və materialları; •mexanizmlərin cərəyandaşıyıcı hissələrinin izolyasiyaçının itirilməsi nəticəsində elektrik cərəyanı; •vahimə və təlaş; •yanğın nəticəsində baş vermiş partlayışların təhlükəli amilləri; •yanğınsöndürən maddələlrin zərərli təsiri.
25) Partlayışın zədələyici amillərinə nələr aiddir?
Partlayışın zədələyici amillərinə hava zərbə dalğası və qırıntı sahələri aiddir. Partlayış vaxtı zərbə dalğası gücül sıxılmış havadan ibarətdir və ətrafdakı cisimə mexaniki təsir (təzyiq, dağıntı) göstərir, və insanlara müxtəlif zədə vurur (əzik, çıxıq və burulma, qol-qıç sınma, kontuziyalar). Qəlpə sahələrində insanların zədələnməsi qəlpələrin və partlayıcı qurğunun «iç»nin ətrafa səpələnməsi, həm də müxtəlif növlü tikinti konstruksiyalarının, şüşələri və s. Qırıqlarının havada uçması nəticəsində baş verir.
26) Müxtəlif xüsusiyyətli təhlükəli ərazilərdə və obyektlərdə qəza xarakterli ekstremal hallar nələri aid etmək olar?
Həyat fəaliyyəti təminatının kommunal sistemlərindəki qəzalar, Təmizləyici qurğularda qəzalar, Binaların qəflətən uçması və dağılması, kütləvi istirahət və əyləncə yerlərində yarana bilər təhlükələr
Dostları ilə paylaş: |