Təhsil səviyyəsi: Magistr 1-ci kurs İxtisas: Geomorfologiya Müəllim: Allahverdiyeva Sahilə


I. Beynəlxalq terrorçuluqda yeni tendensiyalar



Yüklə 32,17 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü32,17 Kb.
#37214
1   2   3   4
cmp

I. Beynəlxalq terrorçuluqda yeni tendensiyalar

Təəssüflə qeyd etmək lazımdır ki, son dövrlər terrorçuluq cinayətlərinin aşkarlanması, qabaqlanması, qarşısının alınması, habelə açılması və onları törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xeyli çətinləşmişdir. Bu, beynəlxalq terrorçuluqda baş vermiş "keyfiyyət dəyişiklikləri" ilə əlaqədar olmaqla yanaşı, təhlükəsizlik və hüquq mühafizə orqanları tərəfindən adekvat tədbirlərin görülməsini şərtləndirir.

Sözügedən dəyişikliklər aşağıdakılardan ibarətdir :

1. Beynəlxalq terrorçu təşkilatlar xüsusi xidmət orqanları modeli əsasında tam məxfi rejimdə fəaliyyət göstərməyə qabil strukturlar formalaşdırmış, onları müasir maddi-texniki avadanlıqla təchiz etmişlər;

2. Terror aktlarına hazırlıq, habelə onların törədilmə mərhələlərində terrorçuların istifadə etdikləri üsul və metodlar əsasında cinayətkar fəaliyyətlərin qarşısının alınması və cəzalandırılmasını praktiki olaraq qeyri-mümkün edən radikal dəyişikliklər baş vermişdir;

3. Transmilli cinayətkarlığın digər sahələrində (xüsusilə də narkobiznes, qeyri-leqal miqrasiya, insan ticarət və s.) fəaliyyət göstərən şəxs və qruplarla əməkdaşlıq əlaqələri və işbirliyi genişləndirilmiş, onların qüvvə və vasitələri terrorçuluq məqsədlərinin həyata keçirilməsinə yönəldilmişdir;

4. Beynəlxalq terrorçu şəbəkənin üzvləri iqtisadi, sosial, dini sahələrə, o cümlədən dövlətin müstəsna nəzarətində olan spesifik sferalara nüfuz etmək istiqamətində səylərini artırmışlar;

5. Terrorçular elm və texnikanın son nailiyyətlərindən geniş surətdə bəhrələnməklə "internet"də təbliğat və treyninq materiallarının geniş məlumat bazasını formalaşdırmışlar.




Yüklə 32,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin