II. Terrorçuluğa qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıq sahəsində beynəlxalq hüquqi əsaslar və mövcud problemlər
Beynəlxalq terrorçuluğun strukturunda sadalanan yeni elementlər dövlətlərarası əməkdaşlığın nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini sübuta yetirir. Lakin aparılmış müşahidə və təhlillər məhz beynəlxalq əməkdaşlıq sahəsində bir sıra fundamental hüquqi problemlərin, kazusların mövcudluğunu ortaya çıxarır. Bu cür qlobal xarakterli kazuslar müvafiq sahədə beynəlxalq əməkdaşlığın birbaşa özülünü zədələməklə yanaşı, antiterrorçuluq fəaliyyətlərinin səmərəliliyinin həddindən artıq azalmasına səbəb olur. İlk növbədə beynəlxalq terrorçuluğun hamılıqla qəbul olunmuş anlayışını vermək məqsədilə uzun müddətdir ki, aparılan danışıqların hələ də nəticəsiz qalması beynəlxalq əməkdaşlığa mənfi təsir göstərir. Qeyd etmək lazımdır ki, bəzi müəlliflər beynəlxalq terrorçuluq anlayışının verilməsini, ümumiyyətlə, qeyri-mümkün hesab edirlər. Bu mövqenin əksinə olan mütəxəssislərin fikrinə görə, terrorçuluğa qarşı mübarizənin beynəlxalq hüquqi əsaslarının formalaşdırılması sahəsində artıq müəyyən nailiyyətlər əldə edilmiş, ikili yanaşma (terrorçu fəaliyyətlərin dairəsinin müəyyənləşdirilməsi və bu fenomen qüvvənin ümumi bəyanatlar əsasında yekdilliklə pislənməsi) prinsipi əsasında problemin həlli üçün səy göstərilmişdir. 1-ci yanaşmanın nəticələrinə BMT-nin girovgötürmə, nəqliyyat vasitələrinin qaçırılması, bomba terrorçuluğu və s. cinayətlərə qarşı mübarizə üzrə beynəlxalq hüquqi əsasları yaradan 12 konvensiya aid edilir. 2-ci yanaşma isə, terrorçuluğun ümumi bəyanatlarla və yekdilliklə pislənilən, BMT-yə üzv dövlətlərin birgə mövqeyini əks etdirən sənədlərin qəbulu ilə nəticələnmişdir. Məsələn, BMT Baş Məclisi tərəfindən 1994-cü ildə qəbul edilmiş
Dostları ilə paylaş: |