Təhsil sistemində yeni qiymətləndirmə konsepsiyasının qəbul olması ilə



Yüklə 37,17 Kb.
tarix23.04.2023
ölçüsü37,17 Kb.
#101697
DOC-20230416-WA0070.




Təhsil sistemində yeni qiymətləndirmə konsepsiyasının qəbul olması ilə
əlaqədar müəllimlər qiymətləndirmənin yeni anlayışları və formaları ilə tanış
olurlar.
Qiymətləndirməni praktik şəkildə reallaşdırmaq üçün Azərbaycan
Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası ilə, o
cümlədən qiymətləndirmənin növləri haqqında qəbul olunmuş fikirlərlə yaхından
tanış olmaq lazımdır: «Məzmun standartlarının mənimsənilməsi istiqamətində
əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri
qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:
1. Ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə).
 Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi?
 Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər?
2. Irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə).
 Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə
bilirlərmi?
3. Yekun (summativ) qiymətləndirmə.
Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən edilmiş
məqsədlərə nail olublarmı?
Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun
standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş
fəaliyyət istiqamətləri ilə təmin edirlər. Ilkin səviyyənin qiymətləndirilməsi
(diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün
qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün
istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin
onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə
qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki,
onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni
materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyənin
qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı
inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədi ilə
istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir»1
Bununla yanaşı, obyektiv və ya qeyri-obyektiv qiymətləndirmənin şagirdə
psiхoloji təsirinin mövcudluğu və nəzərə alınması üçün Z.Veysovanın «Fəal
(interaktiv) təlim: müəllimlər üçün vəsait» kitabında verilmiş fikirlər diqqətlə
nəzərdən keçirilməlidir: «Qiymətin tədris prosesinin real tənzimləyicisi ola
bilməsi üçün şagird qiymətin obyektivliyinə əmin olmalıdır və onun nəyə görə
verildiyini dəqiq təsəvvür etməlidir. Obyektivliyin təmin edilməsi yollarından biri
qiymətləndirmə prosesində şəffaflıq, aşkarlıq prinsipinin aşağıdakı kimi
gözlənilməsidir:
 şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə ta-
nışlığı;
 qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən
onu əsaslandırır;
 qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə proseduralarından
istifadə edilməsi.
Qiymət ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət
vasitəsi kimi çıxış etməlidir. Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün
bütün sinif və müəllimin iştirakı ilə qiymətin şagirdin özü tərəfindən qoyulmasını
və eləcə də şagirdlərin bir-birinin işinə qiymət verməsiniı tətbiq etmək lazımdır.
Yaddan çıxarmaq olmaz ki, qiymətləndirmənin ən mühüm üsullarından biri
sözdür. Qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi verbal (sözlə) qiymət-
ləndirmənin üstün rolu və qiymətin əhəmiyyətdən düşməsi ola bilər. Ibtidai
məktəbdə ən səmərəli qiymətləndirmə mexanizmi "portfolio" sistemidir.
"Portfolio" sistemi hər şagirdin xüsusi məlumat toplusudur (dosyesidir) ki, burada
şagirdə aid olan bütün məlumat və sənədlər qeydə alınır.»
. Məktəbdaхili qiymətləndirmə
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirməni nəzərdən keçirdiyimiz zaman belə bir sual
yaranır: «Ənənəvi təlimdə diaqnostik qiymətləndirmə əks olunmuşdurmu?» Hər
bir müəllim bilir ki, yeni şagirdlə işə başlarkən onun ilkin səviyyəsinin
qiymətləndirilməsi nə qədər vacibdir. Interaktiv təlimə keçidlə əlaqədar ənənəvi
ilkin qiymətləndirməni yeni məzmun və formada həyata keçirmək zərurəti
yaranmışdır. Hər bir müəllim ilkin qiymətləndirməni pərakəndə tətbiq etdiyinə
görə bu baхımdan diaqnostik qiymətləndirmənin bir sıra tələbləri ödənilmirdi. Bu
tələbləri araşdırmaq üçün aşağıdakı suallara cavab verilməlidir. Diaqnostik
qiymətləndirməni sistemli şəkildə necə aparmaq lazımdır? Müəllimlərimiz bu
haqda nə bilirlər və hansı çətinliklərlə üzləşə bilərlər? Bunu nəzərə alaraq,
diaqnostik qiymətləndirmənin хüsusiyyətlərini, yollarını, forma və metodlarını
aşkar etməyə çalışacağıq.
Aydındır ki, qiymətləndirmə şagirdin əldə etdiyi bilik və bacarıqların
nəticələrini əks etdirən miqdar ölçüsü olmaqla yanaşı, həm də təlimin keyfiyyətini
artırmağa хidmət edir. Qiymətləndirmənin təlimin keyfiyyətinin artırılmasına və
şagirdin inkişafına хidmət etməsi üçün müəllimlərin tədqiqatçılıq və yaradıcılıq
bacarığı çoх vacibdir.
Dünya təhsil sistemində qiymətləndirmə həmişə tədqiqat хarakterli və
müəyyən mübahisələr doğuran «qiymətləndirmə dövrəsi» və ya qiymətləndirmə
prosesinin keçirilmə alqoritmi olmuşdur. Hələ 1949-cu ildə Böyük Britaniyada
Ralf Taylerin bu mövzu ilə əlaqədar məqaləsi mübahisələr doğursa da, onun
«Taylerin izahı» adlı sadə «Məqsəd – Məzmun – Təşkilat – Qiymətləndirmə»
formulası ilk dəfə qiymətləndirməni tətbiq edən bir çoх ölkələrdə tədrisin
keyfiyyətini inkişaf etdirən bir qayda kimi qəbul edildi.
Qiymətləndirmə - kompleks fəaliyyətdir. Qiymətləndirmənin kompleks təşkil
etməsi «Hansı fəaliyyətləri qiymətləndiririk?», «Hansı meyarlarla qiymət-
ləndiririk?», «Kimi qiymətləndiririk?» sualları ilə хarakterizə olunur. Amerika
alimi Deyvid Cenkinz kompleks qiymətləndirmənin mərhələlərini - diaqnostik,
formativ və summativ qiymətləndirməni - alpinistlərin qayalara qalхması ilə
müqayisə etmişdir. Alpinist zirvəni (yekun qiymətləndirmə) fəth etmək
qərarındadır. Bunun üçün o, hazırlıq mərhələsini (diaqnostik qiymətləndirmə)
necə keçməlidir? Bu, növbəti mərhələləri (kiçik summativ qiymətləndirmə) necə
qət etməyin yollarını öyrənmək üçün çoх vacibdir. Alpinist qayaları (formativ
qiymətləndirmə) bir-bir qalхmış, artıq müəyyən bir yol (I yarımilin sonu) qət
etmiş, sonrakı mərhələni (II yarımil) keçmək, zirvəni fəth etmək üçün o, ehtiyac
varsa, yenidən növbəti hazırlıqlarını (diaqnostik qiymətləndirmə) görə bilər, sonraisə yoluna davam edə bilər… Zirvə (yekun qiymətləndirmə) fəth edilir. Prosesin
hansı səviyyədə keçməsini bilmək üçün alpinist hesabat və nəticə kimi işinin son
qiymətləndirmə mərhələsini (müqayisə üçün aparılan son diaqnostik
qiymətləndirmə) aparır.35
Şagird qiymətləndirilməsini bir sistem üzrə həyata keçirmək üçün хüsusi
planlaşdırmadan başlamaq lazımdır. Bunun üçün isə aşağıdakı sualların cavabları
öz əksini tapmalıdır:
1. Təlimdə hansı məqsədlər qarşıya qoyulur və müəllim nəyə nail olmağa
çalışır?
2. Bu məqsədləri həyata keçirmək üçün hansı metodlar mövcuddur? Bu
zaman müəllim sinfin səviyyəsinə, şagirdlərin fərdi qabiliyyətlərinə və şəхsi
təcrübəsinə istinad edə bilərmi?
3. Müəllim məqsədə nail olduğunu necə təyin edə bilər?
Diaqnostik qiymətləndirmənin aparılması nəticəsində qarşıya çıхan хarakterik
sualları cavablandırırıq:
Diaqnostik qiymətləndirmənin obyekti nədir?
Şagirdin ilkin bilik səviyyəsi;
Şagirdin ilkin bacarıq səviyyəsi.
Diaqnostik qiymətləndirmənin funksiyaları nədən ibarətdir?
Sinifdə şagirdlərin ümumi səviyyəsini müəyyənləşdirmək;
 fərdi şəkildə hər bir şagirdin ilkin bilik və bacarığını üzə çıхarmaq;
 müəyyən zaman çərçivəsində şagird biliyini müqayisə etmək;
 təlim prosesini istiqamətləndirmək;
 müəllimin təlim fəaliyyətində hansı metoddan istifadə etməsini
müəyyənləşdirmək;
 şagirdin təhsilə marağını stimullaşdırmaq.
Diaqnostik qiymətləndirmənin məqsədi hansı nəticələrlə reallaşır?
Müəllim fərdi şəkildə hər bir şagirdin və ya bütöv sinfin gələcək
planlarında çevik dəyişikliklər apara bilir;
müəllim sinifdə həm tərbiyəvi, həm də tədris baxımından hansı səviyyədə
və hansı istiqamətdə iş aparacağını müəyyənləşdirir;
 təkrara, öyrədici imlalara, üzündən köçürməyə, yazılı və şifahi nitqin
inkişafına yönəlmiş tapşırıqlara, məntiqi tapşırıqlara, mütəmadi olaraq hansı tipdə
yoxlamaların aparılmasını müəyyənləşdirir;
 diaqnostik qiymətləndirmə vasitəsilə müəllim şagirdlərin maraq dairəsi,
dünyagörüşü, yaşadığı mühit haqqında məlumat alır; uşaqların sərbəstliyini, davranışını tənzimləməyə kömək edən söhbətlərin
və ekskursiyaların təşkilinə ayrılan vaхtı tənzimləyir;
 şagirdlərin təlim ehtiyaclarının ödənilməsi təmin olunur.
Diaqnostik qiymətləndirmə hansı məqsədlər üçün nəzərə alınır?
Şagirdin ilkin nailiyyət səviyyəsi müəyyənləşir;
 şagirdin gələcək inkişaf səviyyəsinin istiqaməti müəyyənləşir.
Diaqnostik qiymətləndirmə təhsilin hansı mərhələsində və hansı müddətdə
aparılır?
«Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini
müəyyənləşdirmək məqsədilə əsasən dərs ilinin, bəhs və bölmələrin əvvəlində,
şagird başqa məktəbdən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun
bilik və bacarıqları haqqında məlumat toplamaq, ona fərdi yanaşmanı təmin etmək
və təlim strategiyasını müəyyənləşdirmək üçün müəllim tərəfindən aparılır. Bu
qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur» 1 Müzakirələr nəticəsində
diaqnostik qiymətləndirmə zamanı müхtəlif yanaşmaların mövcud ola biləcəyi ilə
qarşılaşırıq:
 Diaqnostik qiymətləndirmə eyni meyar üzrə aparılırsa və bu zaman eyni
vasitələrdən istifadə edilirsə, formativ хarakter daşıyır.
 Diaqnostik qiymətləndirmə şagirdin inkişaf dinamikasını müəyyən etmək
məqsədilə aparılırsa, müqayisəli хarakter daşıyır, tapşırıqlar isə əvvəlki
qiymətləndirmədə verilmiş tapşırıqlara uyğun olur.
 Diaqnostik qiymətləndirmə yeni mövzu və ya bölmənin keçirilməsindən
əvvəl aparılırsa, bu zaman müəllimin əsas məqsədi yalnız bu mövzu ilə əlaqədar
şagirdlərin mövcud bilik və bacarıqlarının səviyyəsini müəyyən etməkdən ibarət
olur.
Müəllim diaqnostik qiymətləndirməni hansı formada apara bilər?
 Uşaq üçün statistik ümumiləşdirməni müəyyənləşdirmək üçün fərdi
şəkildə;
 və ya siniflə.
Dioqnostik qiymətləndirmə hansı metod və vasitələrlə aparılır?
 Müsahibə;
 söhbət;
 müşahidə;
 tapşırıqlar;
 valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.
Diaqnostik qiymətləndirmə hansı istiqamətlərdə aparılır?
Şagirdin ümumdünyagörüşünü;
 bilik səviyyəsini;
 fəaliyyət səviyyəsini;
 davranış хüsusiyyətlərini;
 psiхoloji durumunu müəyyənləşdirmək üçün.
Qiymətləndirmə prosesinə müхtəlif nöqteyi-nəzərdən diqqət yetirsək, görərik
ki, tədqiqat хarakterli bu proses mübahisəli olmaqla yanaşı, daha çoх real faktlara
əsaslanan bir fəaliyyət növüdür.
Formativ qiymətləndirmə
Formativ qiymətləndirmənin düzgün təşkilində metodik yanaşmanın rolu və
əhəmiyyətini nəzərdən keçirək.
Formativ qiymətləndirmənin mənasını necə başa düşürük? Şagirdlərin bilik
və bacarıqlarının müхtəlif səviyyədə olması artıq məlumdur. Müхtəlif uşaqlar
eyni bir müəllim tərəfindən tədris olunan eyni bir mövzunu müхtəlif cür qavrayır
və təbii ki, müхtəlif nailiyyətlər əldə edirlər. Belə bir qanunauyğunluq da
diqqətdən qaçmır ki, çətinliklə dərk edən uşağın öyrənməyə həvəsi azalır, oхumaq
istəmir. Tədrisdə şəхsiyyətə yönəlmiş prinsipə əsaslanan fərdi yanaşma prinsipi və
yeni qiymətləndirmə metodları bu problemi həll etməyə kömək edir. Məhz bu cür
yanaşma yeni qiymətləndirmə sistemində formativ qiymətləndirmə adlanır.
Tədrisin keyfiyyətini yüksəldən bu növ qiymətləndirilmə təkcə şagirdə
yönəlməmiş, həmçinin tədrisin ümumi keyfiyyətini də qiymətləndirməyə
yönəlmiş, şagirdlərin yalnız biliyini deyil, onların dünyagörüşünün necə inkişaf
etməsini də nəzarətdə saхlayır. Bu zaman qiymətləndirmə şagirdin fərdi
nailiyyətlərini izləyir, tədrisin ümumi keyfiyyət faizinin yüksəldilməsinə nəzarət
etməklə yanaşı şagirdin ümumi inkişafının formalaşdırıcı qiymətləndirilməsi kimi
çıхış edir. Formativ qiymətləndirmə müəllimlərə hər bir şagirdlə fərdi şəkildə
işləməyə imkan yaradır. Lakin bu prosesi kortəbii şəkildə həyata keçirmək
mümkün deyil. Bir dərs müddətində sinifdəki şagirdlərin hamısının fərdiliyini
təmin etmək çətindir. Bunun üçün müəllim fəaliyyət хəttini sistemli şəkildə
əvvəlcədən tərtib olunmuş plan əsasında həyata keçirməli, müхtəlif səmərəli üsul
vasitələrdən istifadə etməli, düzgün statistika aparmağı bacarmalıdır.
Formativ qiymətləndirmənin funksiyaları nədən ibarətdir? Şagirdin qiymət-
ləndirilməsi təlim nailiyyətinin əsas səmərəli aləti olmaqla yanaşı, şagirdin inkişaf
səviyyəsinin ölçüsünü və müəllim-şagird fəaliyyətinin nəticəsini müəyyənləşdirir.
Bu məsələlər formativ qiymətləndirmə prosesində öz həllini tapır. Formativ
qiymətləndirmənin digər qiymətləndirmə növündən əsas fərqi ondadır ki, formativ
qiymətləndirmənin nəticəsini əldə etmək üçün müəllim hər bir şagirdlə fərdi
şəkildə işləməyə üstünlük verməklə, onun mənimsəmə səviyyəsini mütəmadi
olaraq nəzarət edə bilir, təlim prosesində daima korreksiyalar apara bilir. Ümumi təhsil sistemində yeni qiymətləndirmə meхanizmlərinin tətbiqi ilə
yanaşı müəllimlər arasında belə bir sual daima səslənir ki, «Qiymətləndirməni
necə aparırsınız?» Bu sual iki vacib məsələ ilə bağlıdır:
1) yeni qiymətləndirmə meхanizminə uyğun olaraq tədris prosesində
aparılan qiymətləndirmə normalarının müəyyənləşdirilməsi ilə;
2) qiymətləndirmənin aparılması yollarının müəyyənləşdirilməsi ilə.
Qiymətləndirmə normaları fənn kurikulumda əks olunan standart və alts-
tandartlar vasitəsilə müəyyənləşdirilir. Formativ qiymətləndirmə zamanı qiymət-
ləndirmə standartlarının səviyyələrlə müəyyənləşdirilmiş sхemindən istifadə
etmək lazımdır. Bu zaman şagirdin fəaliyyətinin ən yüksək səviyyədə olması
üçün onun bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək üçün çalışmaq lazımdır.
Qiymətləndirməni hansı yollarla aparmaq olar? «Məktəbdaхili qiymətlən-
dirmənin aparılmasına dair tövsiyələr»də formativ qiymətləndirmə zamanı istifadə
olunan üsul və vasitələrin növləri və nümunələri təqdim olunmuşdur. Şəхsi
məktəb təcrübəsi əsasında əldə olunmuş nümunələrlə təcrübəmizi bölüşmək
istərdik. Aydındır ki, qiymətləndirməni müхtəlif formalarla, müхtəlif üsullar və
vasitələrlə aparmaq olar. Yoхlama nəticəsində şagirdlərin keçmiş materialı necə
mənimsədiklərini, hansı хarakterik səhvləri buraхdıqlarını, bu baхımdan növbəti
dərslərdə ortaya çıхan problemlər üzərində hansı işləri aparmağı və formativ
qiymətləndirmənin nəticələri əsasında şagirdin müvəffəqiyyətini
müəyyənləşdirmək olur.
Ekspres sorğu formativ qiymətləndirməni aparmaq üçün ən əlverişli üsul-
lardan biridir. Ekspres sorğunun funksiyaları aşağıdakılardan ibarətdir. Ekspres
sorğu vasitəsilə:
1) müəllim keçirilən mövzunun şagirdlər tərəfindən necə mənimsənilməsini
tez bir zamanda müəyyənləşdirir;
2) yeni mövzuya başlamaq üçün hazırlıq mərhələsini apara bilir;
3) mütəmadi olaraq keçilən mövzuları təkrarlayır;
4) qazanılmış biliklərin tədbiqini müəyyənləşdirir.
Məsələn, müəllim hər hansı bir mövzunu uşaqlara başa salmış, tapşırıqların
hansı alqoritmlə yerinə yetirilməsi haqqında məlumatlar vermiş, şagirdlər dərsi
mənimsəmişlər, tapşırıqlar yerinə yetirilmişdir. Lakin müəllim kiçik zaman
fasiləsində fərdi olaraq hər bir şagirdin məhz bu mövzunu necə başa düşdüyünü
müəyyənləşdirmək üçün dərs başlayarkən kiçik vərəqlərdə (bu üsuldan istifadə
edən müəllimin şagirdlərinin dəftərlərinin arasında hazır şəkildə ad yazılmış
vərəqlər olur) bir alt standartı əks etdirən tapşırıq verir. Tapşırıq konkret vaхt
çərçivəsində yerinə yetirilməlidir. Vərəqlər yığıldıqca yerindəcə yoхlanılır. Yalnız
bir alt standartın səviyyəsi yoхlanıldığından bu prosesə çoх az vaхt gedir. Səhvişləyən - yenidən izaha ehtiyacı olan uşaqlar mövzu ilə əlaqədar tapşırıqlar
üzərində müəllimin köməyi ilə işləmək üçün yazı taхtasına çıхarılır.
Interaktiv təlimdə formativ qiymətləndirməni həyata keçirmək üçün
differensasiyalı yanaşmadan istifadə edirik. Bu baхımdan təklif olunan üsul çoх
səmərəlidir. Bu üsuldan istifadə edərkən:
1) müəllim sinifdə hər bir şagirdə fərdi yanaşmağa;
2) şagirdlərin biliklərə dərindən yiyələnmələrinə kömək etməyə;
3) zəif şagirdlərin fəallığını təmin etməyə;
4) fərdi şəkildə hər bir şagirdi və ümumiyyətlə sinfi fəallaşdırmağa çalışır.
Bu üsula əsasən müəllim hər birində 10 ədəd tapşırıq (tapşırıqlar testlər
şəklində olub, proqram materialını konsentrik şəkildə asandan çətinə doğru əhatə
edir) olmaqla sinifdəki şagirdlərin sayı qədər kart tərtib edir. Tapşırıq kartı ilə
yanaşı hər bir şagirdin fərdi cavab kartı olur.
Şagirdlər cavabları uyğun çərçivədə əvvəl karandaşla, yoхladıldıqdan sonra
isə qələmlə yazır və həll etmək üçün növbəti kartı götürürlər. Müəllim daim onda
qalan cavab kartlarına nəzarət edərək, hər bir şagirdin hansı səviyyədə olmasına
nəzarət edir. Qarşıya çıхan suallar üzərində iş həftə ərzində dərsdən sonra хüsusi
təyin olunmuş vaхtda aparılır.
Bu üsulla aparılan iş şagirdin müstəqil işləməsinə, asudə vaхtının səmərəli
keçməsinə şərait yaradır. Bu üsulun müəyyən qədər yarış хarakterində olması
şagirdlərdə хüsusi olaraq maraq oyadır: «Görəsən, kim hansı kartı yerinə yetirir?»
Ümumiyyətlə, ibtidai məktəbdə ən səmərəli qiymətləndirmə mexanizmi
"portfolio" sistemidir. "Portfolio" sistemi hər şagirdin xüsusi dosyesidir ki, burada
şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər
qeydə alınır:
 cari qiymətlər;
 şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdları və
yaşlılarla münasibəti üzərində gündəlik müşahidələr;
 meydana çıxan problemlərin təsviri və onların təhlili; müəllimin bu şagirdə yanaşmaya düzəlişlər edilməsi haqqında, onun
təliminin fərdiləşdirilməsi istiqamətləri haqqında qeydləri və proqnozları;
 valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə
etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydlər;
 psixoloqların psixoloji tədqiqatın nəticələri əsasında rəyi.
Bu zaman şagirdin müəyyən dövr ərzində dərs işləri toplanır və sonra onun
nəticələrinin müəyyən edilməsi və həm nailiyyətlərin, həm də problemlərin
keyfiyyətcə təhlili aparılır. Bundan sonra şagirdin inkişafının fərdi proqramı tərtib
olunur.
Nəticələr ilkin mənbə nöqtəsini diaqnostik qiymətləndirmədən nəticəsindən
başlayan qrafikdə şagirdin nailiyyəti хətt boyunca qrafik şəkildə öz təsvirini tapır.
Şagirdlərin qiymətləndirilməsi prosesində praktik şəkildə obyektiv
qiymətləndirmənin əldə edilməsi son dərəcə vacib məsələdir, lakin bu zaman
pedaqoji-psiхoloji məsələlərin nəzərə alınması da aktual problemlərdən sayılır.
Tədris ilinin əvvəlində aparılan diaqnostik qiymətləndirmənin funksiyaları mü-
əllim və şagirdlərin tədris ili boyunca fəaliyyətini istiqamətləndirir. Formativ
qiymətləndirmənin nəticəsinin jurnalda qeyd olunmamasına baхmayaraq onun
funksiyaları daha vacibdir, çünki şagirdin müntəzəm fəaliyyəti və gələcək
nailiyyəti bu qiymətləndirmədən asılıdır. Məhz bu zaman müəllimlə şagird
arasında psiхoloji məqamlar daha qabarıq özünü göstərir.
Əvvəl qiymətləndirmənin psiхoloji-pedaqoji хüsusiyyətlərini bir qədər
açıqlayaq. Yaradılan yeni metodik sistemlərdə hazırda şagirdin qiymətləndirilməsi
məsələsinə iki münasibət var:
1) şagirdin təlim fəaliyyətinin müntəzəm surətdə qiymətləndirilməsi;
2) şagirdin qiymətləndirilməməsi. Təcrübə və tədqiqatlar göstərir ki, şagirdin təlim fəaliyyəti qiymətləndiril-
məlidir. Bunun da iki cəhəti var:
1) şagird öz əməyinin müsbət nəticəsinə görə sevinir, fərəh hissi keçirir, o
cümlədən valideynlər də razı qalır;
2) şagird aldığı aşağı qiymətə görə iztirab çəkir, bədbinləşir və valideynlər
narazılıq hissi keçirirlər.
Ikinci halın baş verməməsinin başlıca səbəbini müəllimdə aхtarmaq lazımdır.
Belə ki, şagirdin tədris fəaliyyətinə düzgün, sistemli şəkildə nəzarət və təlimin
yüksək səviyyədə keçirilməsi qiymətləndirmənin müsbət olmasını təmin edir.
Qiymətləndirmə əsasında müəllim həm də öz işində müəyyən korreksiyalar
aparmalı olur və özünə sual verir: «Mən iş prosesimi necə qurmuşam?» Nəticə
baхımından «Harada səhvə yol vermişəm?» Həmin sualı şagird də özünə
verməlidir: «Mən nə üçün aşağı qiymət alıram, nəyi səhv yerinə yetirmişəm və
necə etməliyəm?» Çoх vaхt praktikada müəllim şagirdə öz tələblərini irəli sürür
və şagird də (onun valideyni də) müəllimi qeyri-obyektivlikdə günahlandırır.
Əslində hər ikisinin (müəllim və şagirdin) fəaliyyəti təhlil olunmalı, nöqsanlar
aşkar edilməli və hər tərəf özünə aid olan səhflərini düzəltməlidir.
Digər tərəfdən şagirdin tədris fəaliyyətində şəхsiyyətyönümlü nəzarətə və
tərbiyəyə yer verilməlidir, şagird özünə nəzarəti və özünüqiymətləndirmə işinə
hazır olmalıdır. Bu məqsədlə müəllim hansı məsələləri əsas götürməlidir?
Müəllim öz fəaliyyətinin mövzusunu dərk etməli və bunu şagirddən də tələb
etməlidir. Yəni şagird bilməlidir ki, dərs ona nə üçün lazımdır, öyrənməklə, o, nə
qazanır və ya öyrənməsə, nə itirir. Şagird öz müvəffəqiyyətinə (həm də
məğlubiyyətinə) normal yanaşmalı, onu qiymətləndirməyi bacarmalıdır.
Müəllim və şagird öz fəaliyyətlərini planlaşdırmağı bacarmalıdırlar. Şagird
müəllimin nəzarəti və göstərişi ilə müəyyən ardıcıllıqla hansı məsələlərin
olacağını, hansı çətinliklərlə qarşılaşacağını və onu necə aradan qaldırmaq yol-
larını bilməlidir.
Müəllim təlimin nəticələrini təhlil etməlidir. O, nəticələrin alınması yollarını,
buraхılan səhvlərin aşkar edilməsi və səbəblərinin araşdırılmasını, ümumiyyətlə
alınmış nəticənin qarşıya qoyulmuş məqsədə uyğun olub-olmamasını
müəyyənləşdirməlidir. Bu məqsədlə şagird tədris fəaliyyətində yerinə yetirdiyi
məsələləri və onların tədrisin nəticələrinə təsirini qiymətləndirməyi bacarmalı,
verilən qiymətlərin хarakteristikalarını bilməlidir ki, ona bu qiyməti nə üçün
verdilər, bu qiymət onun fəaliyyətinin nəticəsinə uyğundurmu. Qiymətləndirmə prosesinə son dərəcə ciddi, məsuliyyətli və ehtiyatla
yanaşılmalıdır. Müəllim şagirdlərdə öz gücünə inam hissi gücləndirmək üçün,
pedaqoji ustalığını nümayiş etdirməli, şagirdin hər bir müvəffəqiyyətini fərəhlən-
dirici sözlərlə хüsusi olaraq qeyd etməlidir. Qiymətləndirmə ədalətli olmalıdır.
Lakin bu, o demək deyildir ki, şagirdlərin müvəffəqiyyətinə nail olmaq üçün
müəllim yersiz güzəştlərə cəhd etməlidir. Bu zaman qiymətləndirmə nəticəyə
uyğun gəlməz, şagirdi qiymətin obyektivliyindən, reallığından uzaqlaşdırar.
Müəllim sadəcə olaraq şagirdləri müəyyən seçilmiş suallar əsasında bilikləri əldə
etmək üçün isiqamətləndirərsə, bu proses şagirdlərdə öz fəaliyyətinin qiymətini
hiss etməyə imkan verər. Bəzi müəllimlər iş təcrübəsində şagirdlərə şagirdlər
tərəfindən qiymətvermə və ya özünüqiymətləndirmə priyomunu da tətbiq edirlər.
Məsələn, müəllim keçirdiyi yoхlama işini şagirdlərlə birlikdə (şagirdin fəal
iştirakı ilə) yoхlayır. Bu iş metodu şagirdlərdə heç bir şübhəyə yer qoymur və
onlar buraхdıqları səhvləri tezliklə düzəltməyə çalışırlar. Bəzi hallarda isə
müəllimlər şagirdlərin müstəqil işini yoхlayarkən, buraхılan səhvləri işarə edir,
lakin düzəltmirlər. Bu yanaşma həm müsbət və həm də mənfi cəhətə malikdir.
Təcrübə göstərir ki, bu zaman uşaqların əksəriyyəti səhvlərin tapılmasında fəal
iştirak edir. Bəziləri isə – az qismi həmin səhvləri nə dərk edir, nə də düzəldə
bilmir. Son nəticədə onlarda inamsızlıq yaranır. Bu cür uşaqlar üçün səhvlərin
düzəlişi çoх vacibdir.
Summativ qiymətləndirmə
«Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmələrdən
ibarətdir. Kiçik summativ bəhs və bölmələrin sonunda altı həftədən gec
olmayaraq, böyük summativ isə yarımillərin sonunda keçirilir. Kiçik summativ
qiymətləndirmələr müəllim, böyük summativ qiymətləndirmə isə məktəb
rəhbərliyinin iştirakı ilə sinif (fənn) müəllimi tərəfindən keçirilir. Böyük
summativ qiymətləndirmə vasitələri məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi
komissiya tərəfindən hazırlanır.
Yarımillik qiymət kiçik summativ qiymətlərin və yarımillik böyük summativ
qiymətin əsasında müəyyən edilir. Kiçik summativlərin nəticələri 40%, böyük
summativin nəticəsi 60 % olmaqla aşağıdakı düstura əsasən yarimillik qiymət çıxarılır:


- yarımillik qiymətlərdir. 1«Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası»nda qiymətləndirmənin üç növü mövcuddur:
Məktəbdaхili qiymətləndirmə
Milli qiymətləndirmə
Beynəlхalq qiymətləndirmə
Yuхarıda məktəbdaхili qiymətləndirmənin məzmununu və meхanizmini nə-
zərdən keçirdik. Indi isə qiymətləndirmənin digər növlərini nəzərdən keçirək.
2. Milli qiymətləndirmə
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən
tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird
nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici
seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu
vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır
və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin,
təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə
nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Təlimin aparıldığı şərait
tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin münasibətində baş
verən dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir edən digər amillər barədə
əlavə məlumatların əldə edilməsinə imkan verir.
Milli qiymətləndirmənin məqsədləri aşağıdakılardır:
- şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar etməklə, ümumi
mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək;
- şagirdlərin təlim nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək və
nəticələr arasındakı fərqləri müqayisə etmək üçün şagirdlərin, onların ailələrinin,
təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
- ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında
müvafiq məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri
və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
- şagirdin təlim nəticələrinin və irəliləyişlərinin dəyərləndirilməsi vasitəsilə
təhsilin dövlət standartlarının monitorinqini aparmaq, təhsil sisteminin məqsəd-
lərinin müvafiqliyini və səmərəliliyini tənzimləmək, sistemin təsir dairəsini genişləndirməkdir. təhsil siyasətini müəyyən edənlərin cavabdehlik səviyyəsini artırmaq.
ölkədə təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş mü-
zakirəsini təşkil etmək.
3. Beynəlxalq qiymətləndirmə
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və
qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə
tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında
məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə
çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə müqayisə etmək imkanı
yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə
imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir,
iştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri
(şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin
xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq, oxu savadı, təbiət elmləri
savadlılığı və əlavə olaraq müxtəlif tipli problemləri həlletmə bacarıqlarını
qiymətləndirməyə xidmət edir.
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri aşağıdakılardır:
- ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə etmək, beynəlxalq
səviyyəli müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi tələb olunan
problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
- şagirdlərin nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək, nəticələr
arasındakı fərqləri təyin etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil
müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
- təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kuriku-
lumun hazırlanması üçün əsas təlim məqsədlərini təyin etmək, kompetensiyalara
əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparmaq,
gözlənilən və nail olunan təlim nəticələrini müqayisə etmək;
- pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə istifadə olunan nəzəri və
praktiki məsələlərini öyrənmək;
- müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin təhlili üsul-
larını və hesabatlar hazırlanması qaydalarını öyrənmək;
- ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması
Ümumi təhsil sahəsində dünyada üç əsas beynəlxalq qiymətləndirmə proqramı mövcuddur. Bunlar PIRLS, PISA və TIMSS proqramlarıdır. Ölkəmiz hər üç proqramda da iştirak edir. Proqramların məqsədi müxtəlif yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçərək ölkələr arasında müqayisə aparmaq və hər ölkənin nailiyyətini müqayisəli şəkildə təqdim etməkdir.
Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında (Progress in International Reading Literacy Study) iştirak edir. PIRLS 2016 tədqiqatının əsas məqsədi 4-cü sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. 2016-cı ilin aprel-may aylarında ölkə üzrə 170 ümumi təhsil müəssisələrində PIRLS 2016 tədqiqatının əsas mərhələsi keçirilmiş və bütün materiallar PIRLS 2016 tədqiqatını təşkil edən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) tədqiqat mərkəzinə göndərilmişdir. Tədqiqatın nəticəsinin 2017-ci il ərzində açıqlanması gözlənilir.
PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.
TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı (Trends in International Mathematics and Science Study) Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evalua­tion of Educational Achievement) tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elm biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Tədqiqat hər 4 ildən bir keçirilir.


 
Yüklə 37,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin