İdarəetmə orqanlarının yaxşı təsəvvür olunması imkanlarının olması, modelləşdirilən obyektin indeksasiyalaşdırılması imkanları;
Elektron mühazirələrin virtual auditoriyalarda genişləndirilmiş istifadəçi heyəti üçün yararlılığı
Və.s.
Ümumiyyətlə, ATS-nin tətbiqi xüsusi yanaşma tələb edir. Bu tələblər əsasən aşağıda gösərilən mərhələləri əhatə edir:
Ənənəvi Təhsil Sistemindən (ƏTS) Avtomatlaşdırılmış Təhsil Sisteminə keçid inqilabi
xarakter daşımamalıdır. Yəni mövcud təhsil sistemini deklorativ qaydada dəyişdirmək yolverilməzdir və burada bütün islahatlar tədricən həyata keçirilməlidir.
ATS-lər təhsilin müxtəlif sahələrini əhatə edən kompleks alt sistemlərdən ibarət olması məqsədəuyğundur və bu alt sistemlər hazırlanarkən müəyyən qanunauyğunluğa riayət olunması, bütün prosesin texnoloji mərhələlər və tələblər əsasında aparılması diqqətdə saxlanılmalıdır.
ATS-in tam həcmdə (bütün kompleks alt sistemlərilə) istismarının aşağıdakı mərhələlər üzrə həyata keçirilməsi məqsədəuyğundur:
ATS-lərin tətbiqinə minimum sayda pilot təhsil müəssisələrində tədricən başlanılır (ibtidai, natamam orta, orta-ixtisas, ali təhsil müəssisələrində) və bu zaman ortaya çıxan problemlər aradan qaldırıldıqca sistemin seçilmiş müəssisələrdə daha geniş miqyasda tətbiqi başlanılır. Sonrakı mərhələdə pilot təhsil müəssisələrinin sayı artırılması, ATS-in istismarı regional və mərkəzi təhsili idarəetmə qurumları cəlb olunması ilə davam etdirilir. Bu qurumların tərkibində ATS strukturlarının yaradılması həyata keçirilir.
Yalnız ATS-n pilot müəssisələrdə tətbiqindən gözlənilən nəticələr özünü doğrultduğu halda onun müəssisələrdə tam tətbiqinə başlanması məqsədəuyğun sayıla bilər.