Avtomatlaşdırılmış Təhsil Sistemləri əsasən bir-birinə bağlanmış (ümumi interfeysə malik) 5 əsas kompleks alt sistemləri əhatə edir. Həmin alt sistemlərin birgə tətbiqi ATS-in tam funksional fəaliyyət göstərməsinə imkan yaradır. Kompleks alt sistemlərə (mühümlük dərəcəsinə görə sıralanmış) aşağıdakılar aid edilir:
2.1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS)
Bu alt sistem əsasən ATS-in digər alt sistemlərinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub, aşağıdakı məlumatları özündə cəmləyir:
Dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsillə bağlı statik və dinamik informasiyaları, o cümlədən, qanunvericilik aktlarını, hüquqi sənədlərı, təhsil standartlarını və s.
Təhsillə bağlı beynəlxalq status daşıyan sənədləri;
Xarici ölkələrin təhsil sistemi ilə bağlı məlumatlari;
Təhsillə bağlı elektron kitabxana resurslarını(dərsliklər, metodik vəsaitlər, elmi əsərlər, analitik məqalələr və s.);
Yeni təhsil texnologiyaları haqqında informasiyaları;
Bu və digər məlumatlar toplanmış avtomatlaşdırılmış bazalar əsasən aşağıdakı funksionaltələblərə cavab verməlidirlər:
ÜİBS ATS-in digər kompleks alt sistemlərinin hazırlanmasında və gələcək inkişafında önəmli yer tutduğu üçün birinci növbədə yaradılmalı və istismara buraxılmalıdır. ÜİBS-in “İstismar” mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərilə bu və ya digər şəkildə əlaqəsi olan dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, ATS-lə dövlət qurumları arasındakı münasibətlərin tənzimlənməsi, birgə işin təşkil olunması istiqamətində müəyyən biliklərə malik olmalıdırlar.