Sərbəst iş
Fakültə: Məktəbəqədər
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Qrup: TSP2204B
Fənn: Multikultiralizm
Mövzu: 19-cu əsr və 20-ci əsrin əvvəllərində Azərbaycan mütəfəkirlərinin dünya görüşündə tolerantlıq və multikultiralizm ideyaları
Müəllim: Cəfər Cəfərli
Tələbə: Məmmədova İlahə
Azərbaycan maarifçiliyi – bir-birindən fərqli iki mədəniyyətin toqquşması nəticəsində yaranan ictimai-mədəni dirçəlişdir. Bu maarifçilik bir çox cəhətlərə görə bir-birindən fərqlənən mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın mübarizəsi mühitində inkişaf etmişdir. O, Şərqlə Qərbin dialoq və görüş formalarından biridir. Azərbaycan tarixi boyu bir neçə sivilizasiyaların toqquşması nəticəsində bir çox dirçəliş mərhələləri yaşamışdır. Maarifçilik həmişə və hər yerdə milli intibahın, milli özünüdərkin, istisnasız bütün sahələrdə və çağdaş mənada etnik mentalitetin, ədəbi dilin və realist milli ədəbiyyatın ən qəti təşəkkülü dövrünün ideoloji hadisəsi kimi yaranır, bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı məsələlər qaldırır və onları xalq, millət miqyasında da həll edir.
M.F.Axundov xalqın iqtisadi-mədəni həyatda mövcud problemləri duyan, onların tərəqqisinə təkan verən körkəmli Azərbaycan maarifçilərindən biri də M,F.Axundzadə olmuşdur. O, maarifçi-realist metodunun ədəbiyyat tariximizdə böyük nümayəndəsidir.
Fikir azadlığını tərəqqinin əsası hesab edən M.Fətəli yazır: "Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur.
Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar".(s. 207Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 376səh.
O, bərabərliyi insan tərəqqisinin özülü sayırdı, hesab edirdi ki, o Anayasanın əsasında durmalıdır. Mənəvi, milli və ictimai bərabərlik tələblərini Axundzadə dialektik vəhdətdə və qarşılıqlı əlaqədə ələ alır, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm fərd, şəxsiyyət, həm də cəmiyyət və xalq miqyasında irəli sürürdü.
Böyük mütəfəkkir qeyd edirdi ki,"...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi - mütləq olsun”.
Şərqin dinçi və heç bir düşüncə və din pluralizminə haq tanımayan qaranlıq kültüründə Axundov ilk dəfə olaraq sekularizm sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olması zərurətini savunmuşdur. O, öz nəzərlərini konstitusiya quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirirdi. Beləliklə, Axundov Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını dəstəkləyən mütəfəkkir idi.
Mən elə bir dinə üstünlük verə bilərdim ki, onun vasitəsilə insan bu dünyada azad və xoşbəxt yaşaya biləydi
Heydər Hüseynovun fikrincə, M.F.Axundov öz xalqını savadlı görməyi çox istəyirdi. Buna görə də ilk növbədə Azərbaycan xalqı tərəfindən yeni əlifbanın (latın əlifbası) qəbul edilməsini zəruri sayırdı. O, bildirirdi ki, ərəb əlifbası elmin və mədəniyyətin inkişafına, geniş xalq kütlələri arasında maarifin yayılmasına böyük maneə yaradır. M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış və praktiki olaraq yeni əlifbanın qəbul edilməsi-Şərqdəki mədəni inqilab uğrunda mübarizə aparırdı. Bu iş uğrunda yorulmadan, cəsarətlə mübarizə aparan Axundov yazırdı:
“Mənim əlifbam yüz ildən sonra şərq ədəbiyyatında öz layiqli yerini tutacaq... Bu əlifba ilə yeni əsərlər yazılacaq, həmçinin onun hərfləri ilə köhnə kitablardakılar oxuculara çatdırılacaq... O zaman mənim məqsədimə nail olunacaq və mən qabaqcadan arxayın ola bilərəm, baxmayaraq ki, o xoşbəxt günü görməyəcəyəm” (293 H.Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioğlu nəşriyyatı-2006, 544 səh).
M. F. Axundzadə “Kəmalüddövlə məktubları”nı fars və rus dillərinə çevirmişdir.
Dünyagörüşü Şərq fəlsəfəsi ilə yanaşı XVII – XVIII əsrlər Avropa, daha çox Fransa materialistlərinin baxışları əsasında formalaşan Mirzə Fətəli “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” əsərlərində Qərb idealizminin, təsəvvüfün, Şərq arestotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı qəti olaraq çıxırdı. Məktublarının birində qayəsini izah edən alim və maarifçi yazırdı: “Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir”
M.Fətəlinin A.S.Puşkini yaxından tanıyıb, duyması, dərin məhəbbətlə sevməsi ən çox Belinskinin əsərləri ilə tanışlıqdan irəli gəlirdi. M.Fətəli Rusiyada dünyəvi elmlərin banisi Lomonosovun, şair Derjavinin, Karamzinin, A.S.Puşkinin əsərlərini oxuyub, onların ədəbi fəaliyyəti ilə yaxından tanış olurdu. Belə bir vaxtda A.S.Puşkinin öldürülməsi (1837-ci il yanvarın sonu) kimi bədbəxt və gözlənilməz bir hadisə üz verdi. Bu hadisə bütün Rusiyanı sarsıtdı. Ölkənin hər yerində bu xəbər milli matəm kimi qeyd edilirdi. M.Fətəli 1837-ci ildə xəyanətin qurbanı olan bu böyük şairin faciəsinə çox təsirlənmişdi. Bu münasibətlə o, özünün ən yaxşı şeiri olan “A.S.Puşkinin ölümünə Şərq poeması”nı yazmışdır
Əhməd Ağaoğlu. Əhməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan «Üç mədəniyyət» traktatı 1920-ci ildə Maltada sürgündə ikən yazılmış, lakin ilk dəfə 1927-ci ildə Ġstanbulda çap olunmuĢdur. Mədəniyyətdə dil ortaqlığı amilini ġərq və Qərbin timsalında müqayisə edən ədib yazır ki, «... bu gün ən azı üç Avropa dilini - fransızcanı, inciliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və ədibinə həmən-həmən rastlanmaz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti amillərindən bulunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir zamanlar bu iki dil, Ġslam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat dili idi. Bütün alimlər latınca yazarlardı».
Şərq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb mədəniyyətinə tərk etməsinin səbəbini ġərqdə fəzilətin hökmdara, Qərbdə isə qanunlara itaətdə dərk olunması ilə xarakterizə edən müəllif «həyat tərzi» kimi mənalandırdığı mədəniyyət amilinin mütəlif tərəflərinin (ailə, dövlət, hökumət, din, təlim-tərbiyə, əxlaq və s.) bu kontekstdə təfsirini verir.
«Üç mədəniyyət» əsərində millətin əxlaqının formalaşmasında dindən sonra ən çox ədəbi və fəlsəfi əsərlərin rol oynadığını göstərən Ağaoğlunun fikrincə, «bizim ta dünənə qədər təqlid etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin nümunələri ərəb və fars mənbələrindən alınmış olanlarıdır. Bunların arasında bu gün əsrin ruhuna müvafiq, onu təmin edəcək tək bir əsər göstərilə bilərmi?»
Bu səbəblər sırasında, Ağaoğlunun yazılarında da gördüyümüz kimi, islam cəmiyyətlərinindurğunluğu, idarəçilərin və üləmanın insani qüsur və ya yetərsizliyindən qaynaqlanan problemlər, cəhalət və təəssüb, qadının ictimai həyatda passiv iştirakı, zehni və elmi düşüncəyə qapalılıq, qədərçilik, despotizm və s. göstərilməkdədir
İslam aləminin tənəzzülünü dinin təməllərinə bağlamaması, ona bir sıra yönlərdən haqq qazandırmaqdadır. Bu mövzudakı təhlillərində o, islam dininin mövcud vəziyyətini xristianlığın vaxtilə yaşadığı analoji proseslə müqayisəli şəkildə araşdırır və tənəzzülün dinin mahiyyətindən qaynaqlanmadığına dair analitik mühakimələr yürüdür
Müəllifə görə, “millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir”. Amma hakim millətçilik bu zaman Rusiyada azlıqlara qarşı nifrət püskürür, onları assimilə etməyə çalışırdı. Məsələn, “Novoye vremya” jurnalının yazarı Menşikov erməniləri, bolqarları, serbləri və başqa azlıqları dilindən imtinaya məcbur etmədiyi, onlara zorla İslamı qəbul etdirmədiyi, başqa sözlə, assimilə etmədiyi üçün Osmanlını “axmaq” adlandırır. Əhməd bəy Ağayev rusiyasayağı bu tip millətçiliyi, müasir terminlə ifadə etmiş olsaq, şovinizmi rədd edir.
Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: “... cümlə millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman nasyonalizm dövrəsi oldu!”. Əhməd bəy başqa məsələlərlə yanaşı, hər millətçiliyin müsbət olmadığı fikrində də israr edir. Rusiyada Pruşkeviçin millətçiliyi ilə Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu izah edir. Elə buradaca o, öz millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət sayır: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu gunə şeyləri əxz etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar”. Əhməd bəy Ağayev. Millət və millətçilik. – Tərəqqi, 22 yanvar 1909, № 16, s. 2.
İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN” əsərində Ə. Ağaoğlu yazırdı: Quranın tekisti İslamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi ilə tanış etmiş sabinləri necə də nəcib minnətdarlıq hissləri ilə xatırlayır. İsanın iztirabları haqqında, Onun mövludu, Məryəm, “İlahi ruh”un anası haqqında bəhs olunan yerlər elə dərin həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir ki, buna Quranın üslubunda nadir hallarda rast gəlmək olar.
Müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin ehtiram hissləri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “İlahi ruhun anası olan Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, İsanın təlimini özünəməxsus tərzdə dərk etmişdi və Məhəmmədin yaratdığı din, onun təbirincə, İsanın dininin təhrif olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən İsanın təliminin həqiqətlərini bərpa etmək üçün gəlmişəm”.
ƏDƏBİYYAT SİYAHISI
1. H.Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioğlu nəşriyyatı-2006,
2. Əhməd bəy Ağayev. Millət və millətçilik. – Tərəqqi, 22 yanvar 1909, № 16, s. 2
Dostları ilə paylaş: |