Türkiyə Cümhuriyyəti Anayasası



Yüklə 450,43 Kb.
səhifə1/7
tarix21.04.2017
ölçüsü450,43 Kb.
#15183
  1   2   3   4   5   6   7
    Bu səhifədəki naviqasiya:
  • VIII.
Türkiyə Cümhuriyyəti Anayasası
BAŞLANĞIC

Əbədi Türk vətən və millətinin bütünlüyünə və müqəddəs Türk Dövlətinin varlığına qarşı Cümhuriyyət dövründə bənzəri görünməmiş bölücü və yıxıcı qanlı bir iç savaşın gerçəkləşmə nöqtəsinə yaxınlaşdığı zaman;

Türk millətinin ayrılmaz parçası olan Türk Silahlı Qüvvələrinin, millətin çağırışıyla gerçəkləşdirdiyi 12 sentyabr 1980 hərəkatı nəticəsində, Türk Millətinin qanuni təmsilçiləri olan Məsləhət Məclisi tərəfindən hazırlanıb, Milli Təhlükəsizlik Şurasında son forma verilərək Türk Milləti tərəfindən qəbul və təqdir edilən və bilavasitə Onun əliylə təsis olunan bu A N A Y A S A:

— Türkiyə Cümhuriyyətinin qurucusu, ölümsüz öndər və bənzərsiz qəhrəman Atatürkün bəyan etdiyi millətçilik anlayışı və Onun inqilab və prinsiplərinə uyğun surətdə;

— Dünya millətlər ailəsinin bərabər haqlara sahib şərəfli bir üzvü olaraq; Türkiyə Cümhuriyyətinin nəyin bahasına olur olsun öz varlığı, rifahı, maddi və mənəvi səadəti ilə çağdaş mədəniyyət səviyyəsinə çıxmaq əzmi istiqamətində;

— Millət iradəsinin mütləq üstünlüyü, suverenliyin qeyd-şərtsiz Türk Millətinə məxsus olduğu və bunu Millət adından tətbiq etməyə səlahiyyətli qılınan heç bir şəxs və təşkilatın, bu Anayasada göstərilən hürriyyətçi demokratiya və bunun tələbləriylə müəyyən edilmiş hüquq quruluşu çərçivəsindən çıxmayacağı;

— Qüvvələr bölgüsünün, Dövlət orqanları arasında üstünlük sıralaması anlamına gəlməyib, müəyyən Dövlət səlahiyyətlərinin tətbiqindən ibarət və bununla məhdudlaşdırılan mədəni bir iş bölümü və işbirliyi olduğu və üstünlüyün ancaq Anayasada və qanunlarda bulunduğu;

— Heç bir düşüncə və mülahizənin Türk Milli mənfəətlərinin, Türk varlığının Dövləti və ölkəsiylə bölünməzliyi əsasının, Türklüyün tarixi və mənəvi dəyərlərinin, Atatürk millətçiliyi, prinsip və inqilabları və mədəniyyətçiliyinin qarşısında müdafiə görə bilməyəcəyi və dünyəvilik prinsipinin gərəyi olan müqəddəs din duyğularının, Dövlət işlərinə və siyasətə qətiyyətlə qarışdırılmayacağı;

— Hər Türk vətəndaşının bu Anayasadakı əsas haqq və hürriyyətlərdən bərabərlik və sosial ədalət prinsiplərinə uyğun faydalanaraq milli mədəniyyət, sivilizasiya və hüquq quruluşu şəraitində şərəfli bir həyat sürmə və maddi və mənəvi varlığını bu yöndə inkişaf etdirmə haqqına və səlahiyyətinə doğuşdan sahib olduğu;

— Bütün Türk vətəndaşlarının milli qürur və iftixarlarda, milli sevinc və kədərlərdə, milli varlığa münasibətdə haqq və vəzifələrdə, nemət və məhrumiyyətlərdə və Millət həyatının hər cür təzahüründə ortaq olduğu, bir-birinin haqq və hürriyyətinə tam hörmət, qarşılıqlı sevgi və qardaşlıq duyğularıyla və «Yurdda sülh, cahanda sülh» arzu və inancı içində rahat bir həyat tələbinə haqları olduğu;

FİKİR, İNANC VƏ QƏRARIYLA anlaşılmaq, sözünə və ruhuna bu yöndə sevgi və mütləq sədaqətlə yozulub tətbiq olunmaq üçün;

TÜRK MİLLƏTİ TƏRƏFİNDƏN, demokratiyaya aşiq Türk övladının vətən və millət sevgisinə əmanət və təqdim olunur.


BİRİNCİ HİSSƏ

ÜMUMİ ƏSASLAR


I. Dövlətin şəkli.

Maddə 1. — Türkiyə Dövləti bir Cümhuriyyətdir.

II. Cümhuriyyətin xüsusiyyətləri

Maddə 2. — Türkiyə Cümhuriyyəti, cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı içində, insan haqlarına hörmətlə yanaşan Atatürk millətçiliyinə bağlı, «Başlanğıcda» müəyyən edilən əsas prinsiplərə söykənən demokratik, dünyəvi və sosial bir hüquq Dövlətidir.

III. Dövlətin bütünlüyü, rəsmi dili, bayrağı, milli marşı və paytaxtı

Maddə 3. — Türkiyə Dövləti, ölkəsi və millətiylə bölünməz bir bütündür. Dili Türkcədir.

Bayrağı, forması qanunla müəyyən edilən bəyaz ay-ulduzlu al bayraqdır.

Milli marşı «İstiqlal Marşı»dır.

Paytaxtı Ankaradır.



IV. Dəyişdirilməyəcək hökmlər

Maddə 4. — Anayasanın 1-ci maddəsindəki Dövlətin formasının Cümhuriyyət Olduğu haqqındakı hökm ilə, 2-ci maddəsindəki Cümhuriyyətin xüsusiyyətləri və 3-cü maddəsi hökmləri dəyişdirilə bilməz və dəyişdirilməsi təklif edilə bilməz.

V. Dövlətin əsas məqsəd və vəzifələri

Maddə 5. — Dövlətin əsas məqsəd və vəzifələri, Türk Millətinin müstəqilliyini və bütünlüyünü, ölkənin bölünməzliyini, Cümhuriyyəti və demokratiyanı qorumaq, şəxslərin və cəmiyyətin rifah, əmin-amanlıq və xoşbəxtliyini təmin etmək; şəxsin əsas haqq və hürriyyətlərini sosial hüquq dövləti və ədalət prinsipləriylə bağlaşmayacaq əngəlləri aradan qaldırmağa, insanın maddi və mənəvi varlığının inkişafı üçün gərəkli şərtləri hazırlamağa çalışmaqdır.

VI. Suverenlik

Maddə 6. — Suverenlik qeyd-şərtsiz Millətə məxsusdur.

Türk Milləti öz suverenliyini, Anayasanın qoyduğu əsaslar üzrə, səlahiyyətli orqanların əliylə həyata keçirir.

Suverenliyin həyata keçirilməsi heç bir surətdə heç bir şəxsə, zümrəyə və ya sinfə həvalə edilə bilməz. Heç bir kimsə və ya orqan mənbəyi Anayasada olmayan bir Dövlət səlahiyyətini həyata keçirə bilməz.

VII. Qanunvericilik səlahiyyəti

Maddə 7. — Qanunvericilik səlahiyyəti Türk Milləti adından Türkiyə Böyük Millət Məclisinə məxsusdur. Bu səlahiyyət dövr edilə bilməz.

VIII. İcra səlahiyyəti və vəzifəsi

Maddə 8. — İcra səlahiyyəti və vəzifəsi, Cümhur Başkanı və Bakanlar Şurası (1) tərəfindən, Anayasaya və qanunlara uyğun olaraq həyata keçirilir və yerinə yetirilir.

IX. Mühakimə səlahiyyəti

Maddə 9. — Mühakimə səlahiyyəti, Türk Milləti adından müstəqil məhkəmələr həyata keçirilir.

X. Qanun önündə bərabərlik

Maddə 10. — Hər kəs, dil, irq, rəng, cinsiyyət, siyasi düşüncə, fəlsəfi inanc, din, məzhəb və digər bu kimi səbəblərlə fərq qoyulmadan qanun önündə bərabərdir.

Heç bir şəxs, ailə, zümrə və ya sinif üçün imtiyaz tapa bilməz.

Dövlət orqanları və inzibati instansiyalar bütün fəaliyyətlərində qanun önündə bərabərlik prinsipinə uyğun olaraq hərəkət etməlidirlər.

XI. Anayasanın məcburiliyi və üstünlüyü

Maddə 11. — Anayasa hökmləri, qanunvericilik, icra və mühakimə orqanları, inzibati instansiyalar və digər təşkilat və şəxslər üçün məcburi xarakter daşıyan əsas hüquq normalarıdır.

Qanunlar Anayasaya zidd ola bilməz.


--------------------------------------------------------------------------------------

1. Cümhur Başkanı və Bakanlar Şurası — Prezident və Nazirlər Şurası.

-----------------------------------------------------------------------------------------

İKİNCİ HİSSƏ

ƏSAS HAQLAR VƏ VƏZİFƏLƏR
BİRİNCİ BÖLÜM

ÜMUMİ HÖKMLƏR


I. Əsas haqq və hürriyyətlərin xüsusiyyəti

Maddə 12. — Hər kəs, öz şəxsiyyətinə bağlı, toxunulmaz, dövredilməz, vazkeçilməz əsas haqq və hürriyyətlərə sahibdir.

Əsas haqq və hürriyyətlər, şəxsin cəmiyyətə, ailəsinə və digər şəxslərə olan münasibətində vəzifə və məsuliyyətlərini də ehtiva edir.



II. Əsas haqq və hürriyyətlərin məhdudlaşdırılması

Maddə 13. — Əsas haqq və hürriyyətlər, Dövlətin ərazisi və millətiylə bölünməz bütünlüyünün, milli suverenliyin, Cümhuriyyətin, Milli təhlükəsizliyin, ictimai quruluşun, ümumi asayişin, ictimai mənafenin, ümumi əxlaqın və ümumi sağlamlığın qorunması məqsədi ilə və ayrıca Anayasanın müvafiq maddələrində nəzərdə tutulan xüsusi səbəblərlə, Anayasanın sözünə və ruhuna uyğun olaraq qanunla məhdudlaşdırıla bilər.

Əsas haqq və hürriyyətlərlə bağlı ümumi və xüsusi məhdudlaşdırmalar demokratik cəmiyyət quruluşunun tələblərinə zidd ola bilməz və öncədən nəzərdə tutulan məqsəd xaricində həyata keçirilə bilməz.

Bu maddədə yer alan ümumi məhdudlaşdırma səbəbləri əsas haqq və hürriyyətlərin hamısı üçün keçərlidir.

III. Əsas haqq və hürriyyətlərin sui-istifadə olunmaması.

Maddə 14. — Anayasada yer alan haqq və hürriyyətdən heç biri, Dövlətin ölkəsi və millətiylə bölünməz bütünlüyünü pozmaq, Türk Dövlətinin və Cümhuriyyətin varlığını təhlükəyə salmaq, əsas haqq və hürriyyətləri yox etmək, Dövlətin bir şəxs və ya zümrə tərəfindən idarə olunması və ya sosial bir sinfin digər sosial siniflər üzərində hegemonluğunu təmin etmək və ya dil, irq, din və məzhəb ayrı-seçkiliyi və ya sair hər hansı bir yolla bu qavrama və baxışlara söykənən bir dövlət quruluşunu qurmaq məqsədiylə istifadə oluna bilməz.

Bu yasaqlara zidd hərəkət edən və ya başqalarını bu yolla təşviq və ya təhrik edənlər haqqında tətbiq olunacaq tədbirlər qanunla müəyyən edilir.

Anayasanın heç bir hökmü, Anayasada yer alan haqq və hürriyyətləri yox etməyə yönəlmiş bir fəaliyyətdə olma haqqını vermə şəklində yozula bilməz.

IV. Əsas haqq və hürriyyətlərin istifadə olunmasının dondurulması

Maddə 15. — Savaş, səfərbərlik, hərbi vəziyyət və ya fövqəladə hallarda, millətlərarası hüquqdan doğan öhdəliklər pozulmamaq şərtiylə; durumun tələb etdiyi ölçüdə əsas haqq və hürriyyətlərin istifadəsi qismən və ya tamamən dondurula bilər.

Birinci abzasda göstərilən durumlarda da, savaş hüququna uyğun hərəkətlər nəticəsində meydana gələn ölümlər ilə, ölüm cəzalarının həyata keçirilməsi istisna olmaqla, şəxsin yaşama haqqına, maddi və mənəvi varlığının bütünlüyünə toxunula bilməz; kimsə din, vicdan, düşüncə və əqidələrini açıqlamağa məcbur edilə bilməz və bunlara görə suçlana bilməz; suç və cəzalar keçmişə aid edilə bilməz; suçluğunu məhkəmə qərarı ilə müəyyən edilməyincəyə qədər kimsə suçlu sayıla bilməz.



V. Əcnəbilərin durumu

Maddə 16. — Əsas haqq və hürriyyətlər, əcnəbilər üçün, millətlərarası hüquqa uyğun olaraq qanunla məhdudlaşdırıla bilər.

İKİNCİ BÖLÜM


ŞƏXSİN HAQLARI VƏ VƏZİFƏLƏRİ
I. Şəxsin toxunulmazlığı, maddi və mənəvi varlığı

Maddə 17. — Hər kəs yaşama, maddi və mənəvi varlılığını qoruma və inkişaf etdirmə haqqına sahibdir.

Tibbi zərurətlər və qanunda yazılan hallar istisna olmaqla, şəxsin vücud bütünlüyünə toxunula bilməz. Rizası olmadan elmi və tibbi təcrübələrə məruz qala bilməz.

Kimsəyə işkəncə və əziyyət verilə bilməz; kimsə insan heysiyyətiylə bir araya sığmayan bir cəzaya və ya rəftara məruz qala bilməz.

Məhkəmələr tərəfindən verilən ölüm cəzalarının yerinə yetirilməsi halı ilə qanuni müdafiə halı, yaxalanma və tutulma qərarlarının yerinə yetirilməsi, bir dustaq və ya məhkumun qaçmasının qarşısının alınması, bir qiyam və üsyanın yatırılması, hərbi vəziyyət və ya fövqəladə hallarda səlahiyyətli instansiyanın verdiyi əmrlərin icra olunması sırasında silah işlədilməsinə qanunun icazə verdiyi zəruri durumlarda meydana gələn öldürmə faktları birinci abzasın hökmünə daxil deyil.



II. Zorla çalışdırma yasağı

Maddə 18. — Heç kimsə zorla işlədilə bilməz. Məcburi əmək yasaqdır.

Forma və şərtləri qanunla müəyyən edilən məhkumluq və dustaqlıq müddətləri içindəki çalışdırmalar, fövqəladə hallarda vətəndaşlardan tələb olunacaq xidmətlər; ölkə ehtiyaclarının məcburi qıldığı sahələrdə nəzərdə tutulan vətəndaşlıq borcu xarakteri daşıyan bədən və fikir çalışmaları zorla çalışdırma sayılmır.



III. Şəxs hürriyyəti və təhlükəsizliyi

Maddə 19. — Hər kəs, şəxs hürriyyəti və təhlükəsizliyinə sahibdir.

Forma və şərtləri qanunda göstərilən:

Məhkəmələr tərəfindən verilmiş hürriyyəti məhdudlaşdırıcı cəzaların və təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi; bir məhkəmə qərarına uyğun olaraq və ya qanunda nəzərdə tutulan hallarda şəxsin yaxalanması və ya həbs edilməsi; bir kiçiyin nəzarət altında islahı və ya səlahiyyətli instansiya önünə çıxarılması üçün verilən bir qərarın yerinə yetirilməsi; cəmiyyət üçün təhlükə təşkil edən bir ağıl xəstəsi, uyuşdurucu maddə və ya alkoqol düşkünü, bir sərsəri xəstəlik yaya biləcək bir şəxsin müəssisədə müalicəsi, təhsil və ya islahı üçün qanunda müəyyən edilən əsaslara uyğun olaraq görülən tədbirlərin yerinə yetirilməsi; qanunsuz yolla ölkəyə girmək istəyən və ya girən, haqqında ölkədən çıxarma, yaxud geri vermə qərarı verilən bir şəxsin yaxalanması və ya həbs olunması halları istisna edilməklə kimsə hürriyyətindən məhrum oluna bilməz.

Suçluluğu haqqında tutarlı fakt olan şəxslər, ancaq qaçmalarının, dəlillərin yox edilməsinin və ya dəyişdirilməsinin qarşısını almaq məqsədiylə və ya bunlar kimi tutulması zəruri olan və qanunda göstərilən digər hallarda hakim qərarıyla həbs oluna bilər. Hakim qərarı olmadan yaxalama, yalnız cinayət başında və ya yaxalamanın ləngidilməsi təhlükəli olan hallarda yapıla bilər; bunun şərtlərini qanun göstərir.

Yaxalanan və ya tutulan şəxslərə, yaxalanma və ya tutulma səbəbləri və haqlarındakı iddialar hər bir halda yazılı və bunun həmin an mümkün olmaması halında şifahi olaraq dərhal, toplu suçlu isə ən geci hakim hüzuruna çıxarılıncaya qədər bildirilir.

Yaxalanan və ya tutulan şəxs, onun tutulma yerinə ən yaxın məhkəməyə göndərilməsi üçün tələb olunan müddət sayılmamaqla, ən geci qırx səkkiz saat, toplu olaraq işlənən suçlarda isə ən çoxu on beş gün içində hakim önünə çıxarılır. Kimsə, bu müddətlər keçdikdən sonra hakim qərarı olmadan hürriyyətindən məhrum edilə bilməz. Bu müddətlər fövqəladə hal, hərbi vəziyyət və savaş hallarında uzadıla bilər.

Yaxalanan və ya tutulan şəxsin durumu, təhqiqat materiallarının açığa çıxmasının arzuedilməzliyindən doğan qəti zərurət halları istisna olmaqla, onun yaxınlarına dərhal bildirilir.
Tutulan şəxslərin, məqbul müddət içində mühakimə olunmağı, təhqiqat və ya istintaq sırasında sərbəst buraxılmağı tələb etmək haqları vardır. Sərbəst buraxılma, təqsirləndirilən şəxsin mühakimə zamanı məhkəmədə hazır olmasını və ya hökmün yerinə yetirilməsini təmin etmək üçün bir zəmanət olduqda həyata keçirilə bilər.

Hər nə səbəblə olursa olsun, hürriyyəti məhdudlaşdırılan şəxs, qısa müddətdə öz durumu haqqında qərar verilməsini və bu məhdudlaşdırmanın qanuna zidliyi halında həmin an sərbəst buraxılmasını təmin etmək məqsədiylə səlahiyyətli bir məhkəmə instansiyasına müraciət etmə haqqına sahibdir.

Bu əsaslar xaricində bir hərəkətin nəticəsində şəxslərin uğradıqları zərər, qanuna görə Dövlət tərəfindən ödənir.

IV. Şəxsi həyatın gizliliyi və qorunması

A. Şəxsi həyatın gizliliyi

Maddə 20. — Hər kəs, şəxsi həyatına və ailə həyatına hörmət göstərilməsini tələb etmə haqqına sahibdir. Şəxsi həyatın və ailə həyatının gizliliyinə toxunula bilməz. Hüquqi təhqiqat və istintaqın doğurduğu istisnalar saxlanılır.

Qanunun açıqca göstərdiyi hallarda, qayda üzrə verilmiş hakim qərarı olmayıncaya qədər, ləngidilməsi təhlükəli olan hallarda isə qanunla səlahiyyətli qılınan instansiya tərəfindən əmr verilməyincəyə qədər, kimsənin üstü, şəxsi kağızları və əşyası arana bilməz və bunlara əl vurula bilməz.



B. Mənzil toxunulmazlığı

Maddə 21. — Kimsənin mənzilinə toxunula bilməz. Qanunun açıqca göstərdiyi hallarda, qayda üzrə verilmiş hakim qərarı olmayıncaya qədər; ləngidilməsi təhlükəli olan hallarda isə qanunla səlahiyyətli qılınan instansiya tərəfindən əmr verilməyincəyə qədər, kimsənin mənzilinə girilə bilməz, axtarış aparıla bilməz və buradakı əşyaya əl vurula bilməz.

C. Xəbərləşmə hürriyyəti

Maddə 22. — Hər kəs, xəbərləşmə hürriyyətinə sahibdir.

Xəbərləşmənin gizliliyi əsasdır.

Qanunun açıqca göstərdiyi hallarda, qayda üzrə verilmiş hakim qərarı olmayıncaya qədər; ləngidilməsi təhlükəli olan hallarda isə qanunla səlahiyyətli qılınan instansiya tərəfindən əmr verilməyinçəyə qədər xəbərləşmə əngəllənə bilməz və gizliliyinə toxunula bilməz.

İstisnaların şamil ediləcəyi qurum və təsisatlar qanunda göstərilir.



D. Yerləşmə və səyahət hürriyyəti

Maddə 23. — Hər kəs yerləşmə və səyahət hürriyyətinə sahibdir.

Yerləşmə hürriyyəti, suç işlənməsinin qarşısını almaq, sosial və iqtisadi inkişafı təmin etmək, sağlam və normal urbanizasiyanı gerçəkləşdirmək, xalq və dövlət mallarını qorumaq üçün; səyahət hürriyyəti isə suç təhqiqatı və istintaq səbəbiylə və suç işlənməsinin qarşısını almaq məqsədiylə qanunla məhdudlaşdırıla bilər.

Vətəndaşın yurd xaricinə çıxma hürriyyəti ölkənin iqtisadi durumu, vətəndaşlıq borcu ya da suç təhqiqatı və ya istintaqı səbəbiylə məhdudlaşdırıla bilər.

Vətəndaş yurddan çıxarıla və yurda girmə haqqından məhrum edilə bilməz.



VI. Din və vicdan hürriyyəti

Maddə 24.Hər kəs vicdan, dini inanc və əqidə hürriyyətinə sahibdir.

14-cü maddə hökmlərinə zidd olmamaq şərtiylə ibadət, dini və mərasimlər sərbəstdir.

Kimsə, ibadətdə, dini ayin və mərasimlərdə iştirak etməyə, dini inanc və əqidələrini açıqlamağa məcbur oluna, dini inanc və əqidələrinə görə qınana və suçlana bilməz.

Din, əxlaq təhsili və tədrisi Dövlətin diqqət və nəzarəti altında həyata keçirilir. Dini mədəniyyət, əxlaq ilk və orta tədris qurumlarında oxudulan məcburi dərslər arasında yer alır. Bunun xaricindəki din təlim və tədrisi, ancaq şəxslərin öz istəyindən, kiçiklərin isə qanuni təmsilçilərinin tələbindən asılıdır.

Kimsə Dövlətin sosial, iqtisadi, siyasi və hüquqi təməl quruluşuna, qismən də olsa, din normalarını dayaq etmək, siyasi və ya şəxsi mənafe yaxud nüfuz təmin etmək məqsədiylə hər nə surətlə olursa olsun, dini və ya din duyğularını yaxud dində müqəddəs sayılan şeyləri istismar və sui-istifadə edə bilməz.

VII. Fikir və əqidə hürriyyəti

Maddə 25. — Hər kəs fikir və əqidə hürriyyətinə sahibdir.

Hər nə səbəb və məqsədlə olursa olsun, kimsə düşüncə və əqidələrini açıqlamağa məcbur edilə, düşüncə və əqidələrinə görə qınana və suçlana bilməz.



VIII. Fikri açıqlama və yayma hürriyyəti

Maddə 26. — Hər kəs, düşüncə və əqidələrini söz, yazı, rəsm və ya başqa yollarla təkbaşına və ya toplu olaraq açıqlama və yayma haqqına sahibdir. Bu hürriyyət rəsmi instansiyaların müdaxiləsi olmadan xəbər və ya fikirlərdən agah olmaq ya da agah etmək sərbəstliyini əhatə edir. Bu abzasın hökmü, radio, televiziya, kino və ya buna bənzər yollarla verilən yayımların izi sisteminə bağlanmasına əngəl deyildir.

Bu hürriyyətlərdən istifadə olunması suçların qarşısının alınması, suçların cəzalandırılması, Dövlət sirri olması, qanunla müəyyən edilmiş məlumatların açıqlanmaması, başqalarının şöhrət və ya haqlarının, şəxsi və ailə həyatlarının yaxud qanunda nəzərdə tutulan peşə sirlərinin qorunması və ya mühakimə etmə vəzifəsinin tələbinə uyğun olaraq yerinə yetirilməsi məqsədləriylə məhdudlaşdırıla bilər.

Fikirlərin açıqlanması və yayılmasında qanunla yasaqlanmış olan hər hansı bir dil tətbiq edilə bilməz. Bu yasağa zidd olan yazılı və ya çap olunmuş kağızlar, vallar, səs və görüntü lentləri ilə digər anlatma vasitə və ləvazimatları qayda üzrə verilmiş hakim qərarı ilə və ya ləngidilməsi təhlükəli olan hallarda qanunla səlahiyyətli qılınan instansiyanın əmriylə müsadirə edilir. Müsadirə etmə qərarını verən instansiya bu qərarını iyirmi dörd saat içində səlahiyyətli hakimə bildirir. Hakim bunun icrası haqqında üç gün içində qərar verir.

Xəbər və fikirləri yayma vasitələrindən istifadə olunma qaydasını tənzimləyən hökmlər, bunların yayımına əngəl olmamaq şərtiylə, fikri açıqlama və yayma hürriyyətinin məhdudlaşdırılması sayılmır.



IX. Elm və sənət hürriyyəti

Maddə 27. — Hər kəs elm və sənəti sərbəstcə öyrənmə və öyrətmə, açıqlama, yayma və bu sahələrdə hər cür araşdırma haqqına sahibdir.

Yayma haqqı, Anayasanın 1-ci, 2-ci və 3-cü maddələri hökmlərinin dəyişdirilməsini təmin etmək məqsədiylə istifadə oluna bilməz.

Bu maddə hökmü xarici yayınların ölkəyə girməsi və yayılmasının qanunla tənzimlənməsinə əngəl deyildir.

X. Mətbuat və yayımla bağlı hökmlər

Maddə 28. — Mətbuat azaddır, senzuraya məruz qala bilməz. Mətbəə qurmaq, izn alma və maliyyə girovu qoyma şərtinə bağlana bilməz.

Qanunla yasaqlanmış hər hansı bir dildə yayım yapıla bilməz.

Dövlət, mətbuat və xəbər alma hürriyyətlərini təmin edəcək tədbirləri görür.

Mətbuat hürriyyətinin məhdudlaşdırılmasında Anayasanın 26-cı və 27-ci maddələrinin hökmləri tətbiq olunur.

Dövlətin daxili və xarici təhlükəsizliyini, ölkəsi və millətiylə bölünməz bütünlüyünü təhdid edən və ya suç işləməyə ya da qiyam və ya üsyana təşviq xarakteri daşıyan və ya Dövlətə aid gizli məlumatlarla bağlı olan hər cür xəbər və ya eyni məqsədlə çap edənlər, başqasına verənlər, bu suçlara aid qanun hökmlərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Tədbir yolu ilə yayılmanın qarşısı hakim qərarıyla, ləngidilməsi təhlükəli olan hallarda isə qanunun açıqca səlahiyyətli qıldığı instansiyanın əmriylə alına bilər. Yayılmanın qarşısını alan səlahiyyətli hakim bu qərarı ən geci qırx səkkiz saat içində təsdiq etməzsə, yayılmanın qarşısını alma qərarı etibarsız sayılır.

Məhkəmə icraatının öz məqsədinə uyğun surətdə həyata keçirilməsi üçün qanunla müəyyən ediləcək məhdudiyyətlər çərçivəsində hakim tərəfindən verilən qərarlar istisna olmaqla, olaylar haqqında yayıma yasaq qoyula bilməz.

Müddətli və ya müddətsiz nəşrlər qanunun göstərdiyi suçlar üzrə təhqiqat və istintaqa keçilmiş olması hallarında hakim qərarıyla; Dövlətin ölkəsi və millətiylə bölünməz bütünlüyünün, milli təhlükəsizliyin, ictimai quruluşun, ümumi əxlaqın qorunması və suçların qarşısının alınması baxımından ləngidilməsi təhlükəli olan hallarda isə qanunun açıqca səlahiyyətli qıldığı instansiyanın əmriylə müsadirə oluna bilər. Müsadirə etmə qərarı verən səlahiyyətli instansiya bu qərarını ən geci iyirmi dörd saat içində səlahiyyətli hakimə bildirir; hakim bu qərarı ən geci qırx səkkiz saat içində təsdiq etməzsə, müsadirə etmə qərarı hökmsüz sayılır.

Müddətli və ya müddətsiz nəşrlər suç təhqiqatı və ya istintaqı səbəbiylə zəbt və müsadirə edilərkən ümumi hökmlər tətbiq olunur.

Türkiyədə yayımlanan müddətli nəşrlər, Dövlətin ölkəsi və millətiylə bölünməz bütünlüyünə, Cümhuriyyətin əsas prinsiplərinə, milli təhlükəsizliyə və ümumi əxlaqa zidd yayınlara görə məhkum olma halında, məhkəmə qərarıyla müvəqqəti qapadıla bilər. Qapadılan müddətli nəşrin açıqca davamı kimi fəaliyyət göstərən hər cür yayım yasaqdır; bunlar hakim qərarıyla müsadirə olunur.

B. Müddətli və müddətsiz nəşr haqqı

Maddə 29. — Müddətli və ya müddətsiz nəşr öncədən izn alma və maliyyə girovu qoyma şərtindən asılı ola bilməz.

Müddətli nəşr çıxara bilmək üçün qanunun göstərdiyi məlumat və sənədlərin, qanunda müəyyən edilən səlahiyyətli instansiyaya verilməsi kifayətdir. Bu məlumat və sənədlərin qanuna zidliyinin təsbiti halında səlahiyyətli instansiya, nəşrin dayandırılması üçün məhkəməyə müraciət edir.

Müddətli nəşrlərin çıxması, nəşr şərtləri, maliyyə qaynaqları və qəzetçilik peşəsi ilə bağlı əsaslar qanunla tənzimlənir. Qanun xəbər, düşüncə və əqidələrin sərbəstcə yayımlanmasını əngəlləyici və ya çətinləşdirici siyasi, iqtisadi, maliyyə və texniki şərtlər qoya bilməz.

Müddətli nəşrlər, Dövlətin və digər dövləti hüquqi şəxslərin və ya bunlara bağlı qurumların vasitə və imkanlarından bərabərlik əsasında istifadə edir.



C. Mətbuat vasitələrinin qorunması

Maddə 30. — Qanuna uyğun şəkildə mətbuat müəssisəsi olaraq qurulan mətbəə və onun filialları, Dövlətin ərazisi və millətiylə bölünməz bütünlüyü, Cümhuriyyətin əsas prinsipləri və milli təhlükəsizlik əleyhinə işlənmiş bir suça görə məhkum olma halı istisna edilməklə, suç aləti olduğu şərhiylə zəbt və müsadirə edilə və bağlana bilməz.

D. Dövləti hüquqi şəxslərin əlindəki mətbuat istisna olmaqla kütləvi xəbərləşmə vasitələrindən istifadə etmə haqqı.

Maddə 31. — Şəxslər və siyasi partiyalar, Dövləti hüquqi şəxslərin əlindəki mətbuat istisna olmaqla kütləvi xəbərləşmə və yayım vasitələrindən istifadə etmə haqqına sahibdir. Bu istifadə etmənin şərtləri və üsulları qanunla tənzimlənir.

Qanun, 13-cü maddədə yer alan ümumi məhdudlaşdırmalar xaricində olan bir səbəbə istinad edərək, xalqın bu vasitələrlə xəbər almasını, düşüncə və əqidələrinin və ictimai fikrin formalaşmasına əngəlləyici şərtlər qoya bilməz.



Yüklə 450,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin