Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar
FİZİKİ TƏRBİYƏ Fənnin əsaslandırılması. Şagirdlərdə fiziki tərbiyənin insan şəxsiyyətinin formalaşmasında mühüm amil və ümumi mədəniyyət səviyyəsinin əsas göstəricilərindən biri olması barədə təsəvvürlər dərinləşdirilir, onlarda öz fiziki imkanlarına inam hissi yaradılması, potensial qüvvələrinə inamsızlıqla bağlı yaranmış psixoloji maneələrin aradan qaldırılması, sağlam həyat tərzinin normaya çevrilməsi, idman növləri və oyunlar vasitəsilə hərəki qabiliyyətlərinin dinamik inkişaf etdirilməsi, müstəqil və məqsədyönlü şəkildə fiziki hazırlıqlarının təkmilləşdirilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki hərəkətlər icra olunarkən təhlükəsizlik qaydalarına əməl edilməsi təmin olunur, birgə fəaliyyət, cəldlik, çeviklik, qüvvə, sürət, hərəkət koordinasiyası, elastiklik, dözümlülük, intizamlılıq, çətin anlarda fiziki imkanlarını səfərbər etmək və digərlərinə kömək göstərmək keyfiyyətləri, tibbi-gigiyenik bacarıqlar formalaşdırılır.