III. ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ FƏNLƏR
ÜZRƏ HƏFTƏLİK DƏRS SAATLARININ MİQDARI
Təlim dilləri
|
Həftəlik dərs saatlarının miqdarı
|
ibtidai təhsil pilləsi
|
əsas təhsil pilləsi
|
orta təhsil pilləsi
|
yekun
|
I-IV siniflər
|
V-IX siniflər
|
X-XI siniflər
|
I-XI siniflər
|
Azərbaycan
|
91/8
|
146/20
|
66/10
|
303/38
|
Digər dillər
|
99/8
|
156/20
|
70/10
|
325/38
|
Qeyd: Kəsrin surətindəki rəqəm dərs saatlarına, məxrəcindəki rəqəm isə dərsdənkənar məşğələ saatlarına aiddir.
IV. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ
PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
V. ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ ŞAGİRD
NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Şagird nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli proses olub təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarı ilə onun yüksəlməsinə xidmət edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyəti və inkişafı haqqında müvafiq məlumatların toplanılması və onların təhlili ilə müşayiət olunur.
Məlumatların toplanılması, test tapşırıqlarının verilməsi və yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və s. üsullarla həyata keçirilir.
Toplanmış məlumatlar, bir qayda olaraq, şagirdlərin təlimə münasibətlərini və onların nailiyyətlərini, müəllimlərin hazırlıq səviyyəsini, kurrikulumların məqsədəmüvafiqliyini, təlim resursları ilə təminatını və idarəetmə üsullarını əhatə edir.
Məlumatların təhlilinə görə aparılmış qiymətləndirmənin nəticələri ölkədə təhsil siyasətinin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün etibarlı mənbə hesab edilir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə, müvafiqlik və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli, beynəlxalq olmaqla 3 istiqamətdə aparılır.
Məktəbdaxili qiymətləndirmə 3 komponentdən ibarətdir:
şagird irəliləyişlərinin monitorinqi - məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir;
kurrikulum üzrə qiymətləndirmə - şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirimək məqsədilə aparılır;
təhsil pillələri (əsas və orta) üzrə yekun qiymətləndirmə - mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.
Orta təhsil pilləsində şagirdlərin müvafiq təmayüllər üzrə, yaxud minimum standartlara uyğun təhsil almaları əsas təhsil pilləsində keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə görə müəyyən olunur.
Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurrikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir.
Beynəlxalq qiymətləndirmə, bir qayda olaraq, hər 3 ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.
VI. FƏNN KURRİKULUMLARININ STRUKTURU
Giriş
Fənnin məqsəd və vəzifələri, onun əhəmiyyətinin əsaslandırılması
Fənnin xarakterik xüsusiyyətləri
Fənnin məzmunu
Təhsil pillələri üzrə ümumi təlim nəticələri
Fənn üzrə məzmun xətləri və onların əsaslandırıması
Hər bir sinif üzrə ümumi təlim nəticələri (əsas məzmun standartları)
Ümumi təlim nəticələri əsasında zəruri minimum və daha yüksək səviyyəli alt-standartların müəyyənləşdirilməsi və əsaslandırılması
Fəndaxili və fənlərarası inteqrasiya
Ümumi təlim nəticələrinə əsasən, şagird nailiyyətlərinə verilən minimum tələblərin təsviri
Təlim strategiyaları
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
Qiymətləndirmə nümunələrinin hazırlanması
Kurrikulum üzrə qiymətləndirmə vasitələri
Təhsil pillələri üzrə yekun qiymətləndirmə vasitələri.
Dostları ilə paylaş: |