Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar
COĞRAFİYA Fənnin əsaslandırılması. Coğrafi təbəqənin fəaliyyət mexanizmi və onun ətraf mühitin inkişafına təsiri, Yer kürəsində təbii komplekslərin əmələ gəlməsi və onlarda baş verən proseslərin yaratdığı qlobal ekoloji problemlər, ətraf mühitin antropogen dəyişilməsinin bəşəriyyətin inkişafına təsiri, təbii resurslarla təminat sahəsində yaranan problemlərin həlli yolları və Azərbaycanın qloballaşma prosesində iştirakı barədə məlumatlar verilir, dünyanın səbəb-nəticə zəminində kompleks qavranılması, şagirdlərdə iqtisadi təfəkkürün inkişaf etdirilməsi, ekoloji mədəniyyətin formalaşması təmin edilir.