FİZİKİ TƏRBİYƏ Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində irəli sürülən tələblər inkişaf etdirilməklə müəyyən olunan ümumi bacarıqlar daha da təkmilləşdirilir, fiziki tərbiyə prosesinin təminatı üçün zəruri nəzəri məlumatlar mənimsənilir, bu və ya digər idman növünə meyil və marağı olan şagirdlərin istedad və potensial imkanlarının reallaşdırılması üçün lazımi şərait yaradılır, onların peşə seçiminə istiqamətləndirilməsi təmin edilir.
Ümumi nəticələr Şagird:
fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;
fərdi, yaxud komanda tərkibində fəaliyyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətləri nümayiş etdirir.