FİZİKA Fənnin əsaslandırılması. Əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin daha da genişləndirilməsi, fiziki qanunauyğunluqların və fundamental fiziki qanunların mahiyyəti və onların tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi, canlı materiyanın öyrənilməsində və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə elmi dünyagörüşün formalaşması, tənqidi təfəkkürün inkişafı təmin olunur.
Ümumi nəticələr
Şagird:
fundamental fiziki qanunları digər fiziki qanunlarla müqayisə edir, onların fərqli və oxşar cəhətlərini izah edir;
fiziki hadisələrin müəyyən qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;
eksperiment və təcrübələr aparmaqla nəzəri biliklərin praktikada reallaşdırılması imkanlarını nümayiş etdirir.