Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar
Fənnin əsaslandırılması.Əsas təhsil pilləsində nəzərdə tutulan fəaliyyətlər inkişaf etdirilməklə kimyanın əsas qanunlarının mənimsənilməsi, maddələrin quruluşu əsasında fəza təsəvvürlərinin genişləndirilməsi və dərinləşdirilməsi, cansız və canlı təbiət arasında həyati əlaqələrin, kimyəvi təbii sərvətlərin iqtisadiyyatın inkişafına təsiri amillərinin öyrənilməsi, canlı maddi aləmin mövcudluğunu şərtləndirən əsas qanunauyğunluqların dərk edilməsi, müşahidə, təhliletmə, tətbiq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi təmin olunur.