TəHSİLİn konsepsiyasi (MİLLİ kurrikulumu) GİRİŞ


Orta təhsil üzrə ümumi təlim nəticələri



Yüklə 420 Kb.
səhifə45/65
tarix02.01.2022
ölçüsü420 Kb.
#35651
1   ...   41   42   43   44   45   46   47   48   ...   65
Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar

2.3.2. Orta təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:

  • problemləri təyin etməyi və onlara münasibət bildirməyi, problemlərin həlli istiqamətində düşünülmüş qərarlar qəbul etməyi;

  • məlumatları axtarıb toplamağı, sistemləşdirməyi, müqayisə, təhlil və tətbiq etməyi, qiymətləndirməyi və onlardan səmərəli istifadə etməyi;

  • müstəqil, tənqidi və yaradıcı düşünə bilməyi, yeni ideyalar irəli sürməyi;

  • komanda, qrup, təşkilat daxilində başqaları ilə səmərəli əməkdaşlıq etməyi;

  • yazılı və şifahi nitq vərdişləri əsasında dialoqa girməyi, müzakirələrdə iştirak etməyi, müstəqil surətdə rəy və mülahizələr irəli sürməyi, müxtəlif məlumat mənbələrindən istifadə etməyi, ayrı-ayrı üslublarda yazılmış mətnlərlə işləməyi və əməli-yaradıcı yazılar yazmağı;

  • müasir texnika və kommunikasiya vasitələri ilə davranmağı;

  • elm, incəsənət, mədəniyyət və ədəbiyyat sahəsindəki nailiyyətlərə münasibət bildirməyi;

  • xarici dillərdən birində və ya bir neçəsində ünsiyyət saxlamağı;

  • dəyişən həyat şəraitinə çevik uyğunlaşmağı;

  • icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi;

  • zəngin mənəviyyata malik olmaqla öz intellektual və mədəni səviyyəsini, bacarıq və qabiliyyətini müntəzəm inkişaf etdirməyi, gerçəkliyi estetik və obrazlı qavramağı;

  • insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, mənəvi-əxlaqi dəyərlərə, təbiətə həssas və tolerant münasibət bəsləməyi;

  • sağlam həyat tərzi, liderlik, rəqabətə davamlılıq keyfiyyətlərini nümayiş etdirməyi;

  • ana dilini dərindən bildiyini, milli adət-ənənələr, Vətən tarixi və mədəniyyəti barədə ətraflı məlumatlara, milli qürur və milli iftixar hisslərinə malik olduğunu nümayiş etdirməyi.



Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin