TEXNOLOGİYA
Fənnin əsaslandırılması. Şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və birgəfəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları, ölçü, mütənasiblik, simmetriya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.
Ümumi nəticələr
Şagird:
materialları müqayisə edir və çeşidləyir, müvafiq texnoloji vasitələrdən (ölçmə, kəsmə, bicmə, birləşdimə və s.) istifadə edir, sadə məmulatlar hazırlayır;
sadə məişət xidmətlərini yerinə yetirir;
birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir;
təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və praktik fəaliyyətdə onlara riayət edir;
yaradıcılıq tələb edən sadə tapşırıqları yerinə yetirir, model və layihələr qurur.
Dostları ilə paylaş: |