RİYAZİYYAT Fənnin əsaslandırılması. Şagirdlərin hesab əməllərini yerinə yetirmələri, yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri, ədədi ifadələri hesablamaları, mətnli məsələləri həll etmələri, ilkin ölçmə vərdişlərinə, fəza və həndəsi təsəvvürlərə malik olmaları, verilmiş məlumatları təsnif etmələri təmin olunur, onlarda riyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşdırılır.
Ümumi nəticələr Şagird:
milyon dairəsində natural ədədlər və sıfır üzərində dörd hesab əməlini yerinə yetirir, onluq say sistemində rəqəmlərin ədədlərdə mövqeyini və xüsusi çəkisini (mərtəbə vahidlərini) müəyyənləşdirir;