2.2.2. Əsas təhsil üzrə ümumi təlim nəticələri
Şagird aşağıdakıları bacarmalıdır:
ətraf aləmi dərk etmək üçün müxtəlif üsul, vasitə və metodlardan, o cümlədən müşahidə, ölçmə, hesablama, təcrübə, nümayiş və qiymətləndirmədən istifadə etməyi;
təlim tapşırığını yerinə yetirmək üçün müvafiq üsullar seçməyi və verilmiş alqoritm əsasında onları həll etməyi;
müxtəlif faktları, fikirləri, dəlilləri bir-birindən fərqləndirməyi, onları müqayisə, təsnif və təqdim etməyi;
təlim prosesində yaradıcılıq tələb edən müxtəlif işləri müstəqil olaraq yerinə yetirməyi;
nitqin monoloji və dialoji formalarından istifadə etməyi, dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan materialları təhlil etməyi, onların məzmununu yığcam və geniş formada başqasına çatdırmağı;
plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı, nümunələr göstərməyi, dəlillər gətirməyi və nəticələri ümumiləşdirməyi;
idraki və kommunikativ yönümlü tapşırıqları yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompyuter, internet, dövri mətbuat və s.) istifadə etməyi;
öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşıya çıxan problemlərin optimal həllini tapmağı;
ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;
öz fəaliyyətində əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə malik olduğunu nümayiş etdirməyi;
problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;
xarici dildə ünsiyyət qurmağı.
Dostları ilə paylaş: |