|
|
səhifə | 25/65 | tarix | 02.01.2022 | ölçüsü | 420 Kb. | | #35651 |
| Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar
Ümumi nəticələr
Şagird:
ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;
simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;
rasional ifadələr üzərində eynilik çevrilmələri aparır, xətti və kvadrat tənlikləri, xətti bərabərsizliklər sistemini həll edir;
funksiya anlayışı və qrafiklərdən real asılılıqların öyrənilməsində və şərhində istifadə edir;
müstəvi fiqurların və sadə fəza cisimlərinin xassələrini praktik həndəsi məsələlərin həllində tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparır;
riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;
statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır;
mühakimələrini məntiqi əsaslandırır, yazılı və şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə edir;
müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;
fəaliyyətlərini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir.
Dostları ilə paylaş: |
|
|