Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması, tərkibi və inkişafı haqqında məlumatları, çağırış və hərbi xidmət barədə qanunun tələblərini şərh edir;
Silahlı Qüvvələrin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
qeyri-müəyyən hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün müvafiq üsul və vasitələrdən istifadə edir;
fiziki hazırlıq, mülki müdafiə və sıra təlimi ilə bağlı normativləri yerinə yetirir, bu proseslərin icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.