Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə14/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

13-cü sualın cavabı

Kamil yuxarıda göstərilən nümunədə aralıq auditin üstünlüklərini və son auditin mənfi cəhətlərini izah etməklə öz tapşırıq qrupunu inandıra bilər.

Auditorun aralıq auditin üstünlükləri ilə bağlı çatdırmalı olduğu məsələlər bunlardır:


  • Səhvlər, xətalar və fırıldaqçılıq halları erkən mərhələdə aşkar edilə və vaxtında düzəliş həyata keçirilə bilər. Fırıldaqçılıq səbəbindən baş verən itkilər minimuma endirilə bilər.

  • Auditorun mütəmadi səfərləri fırıldaqçılığın baş vermə ehtimalını minimuma endirir.

  • Mühasibat işçiləri çox ayıq-sayıq olmaqla yazılışları və mühasibat kitablarını daimi yeniləyə bilər.

  • Aralıq audit zamanı Kamil və audit komandasının kifayət qədər vaxtı olacaq ki, bu da onlara hesabların ətraflı yoxlamasını həyata keçirməyə imkan verəcək və həm də işin keyfiyyətini və kəmiyyətini artıracaq.

  • Aralıq audit ilin sonunda həyata keçirilən auditə sərf olunan vaxtı və işi minimuma endirdiyi üçün son audit hesabatı vaxtında bitirilə bilər.

  • Aralıq auditi müddətində (aralıq dövrlə əlaqəsi olan) daxili nəzarətlərin sınaq yoxlaması keçirilə bilər ki, buna son audit zamanı ehtiyac qalmaya bilər. Bununla da ilin sonunda iş yükü azaa və digər işlər üçün kifayət qədər vaxt saxlana bilər.

  • Bütün bunlarla yanaşı, Kamil audit komandasının diqqətinə çatdıra bilər ki, müəssisə böyük sürətlə inkişaf edir və bu inkişaf sürəti gələcəkdə artacaq və nəticədə bu da onlara işlərin hamısını ilin sonuna qədər bitirməyə imkan verməyəcək.

Sual 14

Rüfət 4 ildir ki, S şirkətinin auditorudur. Şirkət 4 il bundan əvvəl maliyyə şöbəsində çalışan işçilərindən birinin fırıldaqçılıq törətdiyini aşkar edir. Rəhbərlik bu fırıldaqçılığı aşkara çıxarmadığı üçün Rüfəti sorğu-sual edib. Rüfət öz işçi sənədlərini düzgün təşkil etmədiyi üçün günahsızlığını sübut edə bilmir.

Tələb olunur:

Rüfətin öz işçi sənədlərini təhlükəsiz saxlamaq və onların mühafizəsini təmin etmək məqsədilə hansı tədbirləri görməli olduğunu izah edin.




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin