6-cı sualın cavabı:
Aşağıdakı məsələlər üzrə kənar və daxili auditor əvvəlcədən razılığa gəlməlidirlər:
Daxili audit keçirilməsi ilə bağlı vaxtın müəyyən edilməsi
Auditin əhatə dairəsi
Vaciblik dərəcəsi
Nümunəvi seçmə üçün təklif edilən metodlar
Həyata keçirilmiş işlərin sənədləşdirilməsi və
Prosedurların nəzərdən keçirilməsi və hesabat verilməsi
Sual 7
Siz P şirkətinin icraçı direktorusunuz və müəssisənin kənar auditoru ciddi bir qəzada dünyasını dəyişdiyindən təcili yığıncaq üçün audit komitəsini çağırmısınız. Siz kənar auditorun ölümündən sonra onun vəzifəsini kimin icra etməsi ilə bağlı məsələni kənar audit komitəsi ilə müzakirə etməlisiniz. Müəssisənin direktoru və həm də audit komitəsinin üzvü olan Hafiz təklif edir ki, daxili auditor vəzifəsində çalışan Kənan bu vəzifəyə təyin oluna bilər, çünki daxili və kənar audit prosedurları arasında çox fərq yoxdur. Siz bu təkliflə razılaşmırsınız.
Tələb edilir:
Aşağıdakıları nəzərə almaqla Hafizə daxili və kənar audit arasındakı fərqi izah edin:
(a) auditorun rolu
(b) sübutların toplanması
Dostları ilə paylaş: |