2-ci sualın cavabı:
Özünəməxsus məhdudiyyətlərinə görə qanunla müəyən olunmuş audit mütləq zəmanət deyil, əsaslı zəmanət təmin edir. Aşağıda verilənlər qanunla müəyyən olunmuş auditə məxsus məhduduiyyətlərdir.
1. Testdən istifadə
Əksər hallarda auditor daxili nəzarət sisteminə və başqalarının işinə etibar etdiyindən auditi test əsasında yerinə yetirir. Yoxlamanı test yolu ilə apararkən auditorlar yanlış hesabatları gözdən qaçıra bilərlər.
2. Daxili nəzarət sistemində olan daxili məhdudiyyətlər
Bildiyimiz kimi auditorlar daxili nəzarət sisteminə etibar edirlər və buna əsasən audit prosedurlarının müddətini, dərəcəsini və mahiyyətini müəyyən edirlər. Lakin daxili nəzarət sisteminin özünün sistemin səmərəliyinə təsir edə biləcək müəyyən daxili məhdudiyyətləri vardır.
3. Audit sübutunun mahiyyəti
Audit sübutları heç bir nəticə vermir, sadəcə olaraq faktları göstərirlər. Auditor özü subyektiv bir qərara gəlməlidir.
4. Hesabat strukturunda olan məhdudiyyətlər
Qanunla müəyyən olunmuş auditə aid hesabat müəyyən formatda təqdim olunmalıdır. Bu format başqa oxucular tərəfindən anlaşılmaya bilər. Məs: oxucular “doğru və ədalətli fikir” sözünün nə olduğunu başa düşməyə bilərlər.
5. Audit ən son vəziyyəti əhatə etmir
Audit hesabatı cari vəziyyət barədə məlumat vermir. Bu, müəssisənin SOFP tarixində olan maliyyə vəziyyəti ilə əlaqədardır. Bəzən SOFP tarixi ilə hesabatın verildiyi tarix arasında 4-5 ay fərq ola bilər.
Sual 3
Aşağıdakı fikirlərin doğru və ya yanlış olduğunu ətraflı izah edin.
1. Etik Davranış Məcəlləsi sadəcə bir rəhbərdir və auditor onlara riayət etməyə məcburdeyil.
2. Ekspert rəyi auditorun fəaliyyətini tənzimləyən bir mexanizmdir.
3. Qanunla müəyyən olunmuş audit mütləq zəmanət deyil, əsaslı zəmanəti təmin edir.
Dostları ilə paylaş: |