Tələbə: Abasov Asim. Qrup: 714. Fənn



Yüklə 118,93 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü118,93 Kb.
#46667
1   2   3   4   5
12.03.2021 Biotexnoloji istehsalın elmi və praktiki aspektləri

Yosunlar

Qida mühiti qeyri müəyyən tərkibdə olur. Onun tərkibində biogen əlavələrdən, ekstraktlardan başqa yosunlar da ola bilər. Yosunlar başqa mikroorqanizmlər kimi zülal alınması üçün bir mənbədir. Onlar mayalara nisbətən substratdan asan ayrılır, ona görə biokütlədə az nuklein turşusu əmələ gəlir. Yosunlarda zülalın ümumi miqdarı 70% təşkil edir. Həm də bu zülallar amin turşulara görə tam dəyərlidir.

Biotexnologiyada kif göbələkləri, mayalar, aktinomisetlər (spor əmələgətirməyən qamma müsbət bakteriayalar), bakteriyalar və yosunların təmiz və qarışıq kultiraları tətbiq edilir.

Əsasən dəniz sahilli və ada dövlətlərinin əksər qida mənbəyi kimi istifadə olunan dəniz məhsullarıdır. Çində istifadə edilən Nostoc pruniforme yosuna gavalı adı verilmişdir. Yüksək qidalılıq dəyəri vardır. Göy- yaşıl yosunlara aiddir və bir növ Çin şirniyyatının dadını verir. Yaponiya mətbəxində yosunlar üstünlük təşkil edir. 300-dən artıq yemək reseptində yosunlardan istifadə edilir.

Uzaq Şərqdə qida məqsədilə istifadə edilən yosun plantasiyalarının təbii yolla yenidən bərpası çatdırılmır. Bununla əlaqədar olaraq yosunlar daha çox süni yolla sualtı bağlarda becərilir. Akvakulturun becərilməsi biotexnologiyanın çiçəklənən sahəsidir. Ondan raxit xəstəliyinin müalicəsində istifadə olunur. Bu yosunda çoxlu miqdarda çatışmayan yod mikroelementi vardır. Yosunlar sənayedə də xammal kimi tətbiq olunur. Prespektivli göy-yaşıl yosunlardan biri də Spirulina (Spirulina platensisSpirulina maxima) yosunudur. Afrikanın Çad və Meksikanın Teskoko gölündə yetişir. Yerli əhalı üçün spirulina əsas qida məhsulu hesab olunur. Tərkibində çoxlu miqdarda zülal, A, C, D vitaminləri və ən əsası da B qrup vitaminləri olur. Spirulina biokütləsi qida zülalının FAO tərəfindən verilən yüksək standartına bərəbər tutulur . Spirulinanı açıq su hövzələrində və ya qapalı sistemlərdə polietilen borularda uğurla becərərək yüksək məhsul götürürlər.

Mikroskopik yosunların bəzisi atmosfer havasından azotu udaraq bitkilərin mənimsəyə biləcəyi birləşmələrə çevirir və torpağı azotlu gübrə ilə zənginləşdirir. Kosmetik vasitələr, sabunun tərkibini yodla zənginləşdirir ki, bu da dərinin regenerasiya qabiliyyətini surətləndirir.

Alginatlar qida sənayesində bitkilərdən alınaraq qatılaşdırıcı və ya gel əmələgətirici kimi geniş tətbiq edilir. Alginatlar üçün mənbəə - dəniz yosunları, məsələn, Laminaria spp. hesab edilir. Ancaq təbiətinə görə bu mənbəə daimi deyildir. Sənayedə alginatları karbohidrat mühitində Azotobacter bakteriyasından alırlar. Becərilmədə müxtəlif parametrləri dəyişməklə alınan alginatın tipini dəyişmək olur. Alginat bağırsaq divarı üçün faydalıdır. Arıqlamaq üçün effektivdir.

Bir yosun bitkisinin 75%-i liflərdən ibarətdir. Qəhvəyi yosunlarda tapılan futoksantik maddəsi yağları əritməyə və qanda şəkərin miqdarını normal saxlamağa kömək edir. Tərkibində olan flavonoid və karotinoidlər insani hüceyrələrin daha gec yaşlanmasına kömək edir. Antioksidantlığı E vitaminindən 13 dəfə çoxdur.Tərkibində B12 vitamini var. Xolesterol səviyyəsini norrmada tutar. Laminariyadan həmçinin raxit xəstəliyinin müalicəsində də istifadə olunur.

Ogonori və ya Dəniz mosu salamura və salatlarda istifadə olunur. Karib və Havay adalarında qida kimi istifadə olunur. Jelatin və aqar istehsalında da istifadə olunur. Kombu yosunu Yaponiyada suşi hazırlamaq üçün istifadə olunur. Toz halında çay hazırlanır və yaponlar bu çaya kombuca deyir. Wakeme yosunu salatlarda istifadə olunur və miso şorbası hazırlamaq üçündür. Dulse yosunu ətəbənzər yosun deyilir. İlk dəfə 2015-ci Oregon Universiteti tərəfindən istehsal olunub. Qurudulmuş vəziyyətdə istifadə olunur. Dəniz Marulu çiy vəziyyətdə salat və şorbalar üçün istifadə olunur. Çox bişirildikdə dadı acılaşa bilir.

Yosunlar suyun öz-özünə tənzimlənməsində, mineral suxurların parçalanmasında mühüm rol oynayır. Sənayedə yod, kalium duzları, spirt, sirkə turşusu, sellüloza sirkə turşusu istehsal olunur. Fotosintez prosesini icra edirlər.

Quruda bitən yosunlarda bütün hüceyrələr eyni funksiyalıdır və altda qalan hüceyrələr günəş işığı görmədiyi üçün rəngini itirir. Lakin bu onları tələf olmasına səbəb olmur və yuxarı yosunları su ilə təmin edirlər.



Spirulinanı ilk dəfə Hernel Kortes Meksikada yerli xalqın qidalı maddə və dərman kimi istifadə etdiyini görmüşdür. Bəzi mənbələrə əsasən, ilk dəfə asteklər spirulinadan xüsusi çörək hazırlanmasında istifadə etmişlər. O dövrdən sonra ilk dəfə 1962-ci ildə Fransa Elmi Tədqiqat institunda kəşf edilib.

Spirulina orqanizmdə qocalmanı ləngidir. Tərkibi minerallarla zəngindir. Arıqlamaq üçün effektiv qida olduğu üçün qaraciyər piylənməsinin qarşısını alır. Saç, dırnaq kimi zülal törəmələrinin bədəndə fəaliyyətini gücləndirir. Bağırsaqları gücləndirir, stressə səbəb olacaq radikal təsirləri aradan qaldırır.Qastrit, diabet, xolesterol, təzyiq yüksəkliyi, ürək xəstələri üçün uyğundur. Sianobakteriyalara aiddir. Xüsusilə idmançılar üçün əzələ inkişafını sürətləndirir.

Orta Asiya ölkələrində yemək və salatlara qatqı kimi istifadə olunur. Növündən asılı olaraq tərkibi 57-70% züllalla zəngindir. 15 % karbohidrat, 6 % yağ tərkiblidir. Yunurtadan sonra insan orqanizmi üçün ən yüksək zülal tərkibli qida hesab olunur. Təbiətdə ən zəngin E vitamini və karotin mənbəyi olaraq bilinir. Tərkibi yüksək dəyərli dəmirlə zəngindir, tərkibindəki xlorofil normal tərəvəzdəki xlorofildən 22 qat daha çoxdur. Spirulina və Xlorella 2 milyard il ərzində DNT-si dəyişməyən nadir canlılardandır.

Spirulina sıxılmış kapsul halında satılır. Kapsul 250-400 qr arası balıq ətinin verdiyi qidalı maddələri, əsas da zülalı özündə saxlayır. Astronavtlar və uzun məsafə qət edənlər üçün uyğun qida mənbəyi hesab edilir. İlk dəfə 1988-ci ildə NASA-da astronavtlar üçün istifadə olunmuşdur. Bu onların uzun müddət günəş işığından uzaq qaldıqları üçün vacibdir.

Hesab olunur ki, təbii piqmentlərə sahib olduğu üçün flaminqo, somon balığı öz rəngini bu bitkidən alır.




Yüklə 118,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin