Tələbə: Anar Osmanov İxtisas: Məşqçilik Qrup: 110A11 Fənn: Fiziologiya



Yüklə 77,47 Kb.
səhifə3/3
tarix02.12.2022
ölçüsü77,47 Kb.
#71858
1   2   3
Fiziologiya

İdman oyunları. Tennis iki nəfər və ya hər birində iki nəfər olan iki komanda arasında oynanılan oyundur. 
Kriket 100-dən artıq ölkədə insanlar tərəfindən oynanılır və ən yaxşı komandalar beynəlxalq yarışlarda çıxış edirlər. Stolüstü tennis və ya Pinq-ponq 1988-ci ildən Olimpiya oyunları sırasına aid edildi. Bu idman növü bütün dünyada çox məşhurdur və oyunçularının sayı təqribən 300 milyon nəfərdir. 
Amerika futbolu Avropada oynanılan futboldan fərqlidir və uzunsov topla oynanılır. Oyunçular xüsusi qoruyucu geyim geyinir və onlara ötürmə etmək üçün topu əllə götürmələrinə icazə verilir. 
Reqbi hər biri 15 nəfərdən ibarət iki komandanın oval şəkilli topla oynadığı oyundur. 
Qolf oyununun məqsədi qolf çubuqları ilə kiçik topu ən az toxunuşla çuxura salmaqdan ibarətdir. 
Volleybol hər biri 6 nəfərdən ibarət iki komanda arasında, 3 taymda tor ətrafında oynanılır. Bu oyun 1890-cı illərdə yaranıb.
Futbol qapıçıları topu rəqib komdandanın qapısına vurmağa çalışdığı hər biri 11 nəfərdən ibarət ənənəvi komandalar arası oyundur. Fubol şübhəsiz dünyada ən məşhur idman növlərindəndir. Bütün dünyada insanlar futbolu məktəbdə və parkda, küçədə və oynana biləcəkləri hər yerdə oynayırlar. Milyardlarla insan hər 4 ildən bir təşkil olunan Fubol üzrə Dünya çempionatını izləyir və futbol bir çox dünya dövlətlərinin mədəniyyətinin bir hissəsi hesab olunur. Futbol azarkeşləri yerli və milli komandalarına çox sadiqdirlər. 
Qılıncoynatma yarışının iştirakçıları yüngül çəkili küt qılınclarla opponetlərinin bədənindəki hədəfə-nöqtələrə toxunurlar. 
Karate Yapon əlbəyaxa döyüş sənətidir. Bu idman növündə yumruq, təpik, diz və dirsək zərbələrindən istifadə olunur.
Boks çətin idman növüdür və böyük üst bədən gücü tələb edir. Boksçular qoruyucu əlcəklərdən istifadə edirlər.


Boks. Boks təkmübarizlik idman növlərindən biri olaraq dəyişkən şiddətli dinamik işlə xarakterizə olunur. Zərbələri vuran zaman sürət-qüvvə işi icra olunur. Boksçunun hərəkətləri asiklik olaraq rəqibin hərəkətlərindən asılıdır. Onlar zərbə vurmağa və rəqib zərbələrindən müdafıyə olmağa yönəlir. Boks yarışlarında arada 1 dəqiqəlik fasilə ilə hərəsi 3 dəqiqəlik 4 raund keçirilir. Bu qısa istirahət orqanizmin funksiyalarının bərpası üçün kifayət etmir və nəticədə döyüşü daha böyük şiddətlə davam etdirməyə imkan vermir.
Boksçunun əzələ fəaliyyəti həddindən artıq gərgin vəziyyət alır. Orqanizmin bütün sistemləri gərgin vəziyyətdə olur. Boksçunun məşqi qüvvəni, sürəti və xüsusilə dözümlülüyü inkişaf etdirir.
Mərkəzi sinir sistemi. Boksçu hərəkətlərinin döyüş zamanı müxtəlif ardıcıllıqla yerinə yetirilməsi sinir proseslərinin hərəkət səviyyəsinin yüksək olmasını tələb edir. Sürətli iş sinir proseslərinin oyanıqlığını artırır, qüvvəni isə azaldır.
Analizatorlar. Döyüş zamanı hərəkət aparatından və görmə analizatorundan gələn məlumat böyük əhəmiyyət kəsb edir. Müvazinəti saxlamaq və hərəkətlərin dəqiqliyi üçün dəhliz aparatının yüksək davamlılığı vacibdir. Boksçunun məşqi hərəkət və dəhliz aparatının təkmilləşdirilməsinə kömək edir. Zərbələrə məruz qalan məşqli boksçuların dərisinin ağrı və toxunma hissiyatı zəif olur.
Hərəkət aparatı. Qüvvənin və sürətin inkişafına səbəb olan boks məşqləri skelet əzələlərində biokimyəvi, morfoloji və funksional dəyişikliklərə gətirib çıxarır.
Tənəffüs. Boksda tənəffüs sisteminə tələb tənəffüs əzələlərinin inkişafına səbəb olur. Buna görə boksçunun ağ ciyərlərinin həyat tutumu 4500 litrdən yuxarı ola bilər. Yarışdan sonra həcm bir qədər azalır. Boksla yeni məşğul olanlar döyüş və məşq zamanı tənəffüsü saxlayır. Uzun müddətli tənəffüsü saxlamaq oksigen sərfıni azaldar və oksigen borcunu isə çoxaldır.
Boksçuların ağ ciyər ventilyasiyası 80-100 litrə çatır. Oksigenin sərfi döyüş zamanı dəqiqədə 4-5 / olur. Lakin oksigen tələbatı bu zaman ödənilmir və oksigen borcu qalır.
Ürək-damar sistemi. Sakit vaxtı boksçularda bradikardiya qeyd olunur. Döyüş zamanı ürəyin ritmi dəqiqədə 200 və daha artıq ola bilər.
Qan. Döyüşqabağı əmələ gələn həyəcan orqanizmin bütün sistemlərində dəyişikliklərə səbəb olur. Bu özünü qan sistemində də göstərir. Startqabağı dövrdə boksçuların qanda qlükozanın miqdarı 0,16-0,19%-ə çatır. Yarışa 6-12 saat qalmış boksçuların çoxunda eozinofıllərin miqdarı azalır. Döyüş zamanı orqanizmin bütün funksiyalarının gərginləşməsi eozinofıllərin daha da azalmasına səbəb olur. Bununla paralel olaraq miogen leykositozun neytrofıl fazası müşahidə olunur.
İfrazat sitemi. Yarışdan sonra sidik ixracı azalaraq, sidiyin mütləq çəkisini artırır, turşuluğunu çoxaldır. Yağ turşularının miqdarı 1,83-dən 13,18%-ə qədər çoxalır. Boksçunun sidiyində tam oksidləşməmiş maddələrin miqdarı artır, xloridlərin miqdarı tər ifrazı ilə əlaqədar azalır. Startqabağı hiperqlikemiya sidikdə qlükozanın yaranmasına səbəb olur. Yarışdan sonra boksçuların sidiyində zülal da tapılır (0,6-1,2%).
Bərpa prosesləri. Məşq prosesinə nisbətən, yarışdan sonra böyük həyəcanla əlaqədar boksçularda bərpa prosesləri zəif gedir. Yarışdan sonra oyanma proseslərinin güclü olması yuxunu nisbətən poza bilər.
Nokdaun və nokaut. Boksçularda alt çənəyə, aim, gicgah və yuxu arteriyalarına, sağ və sol qabırğaarası və günəş kələfınə vurulan zərbə nokdaun və nokauta gətirib çıxarır. Bu zaman, şüur müvəqqəti pozulur, bədənin müvazinəti itir və döyüşü davam etdirmək mümkün olmur.
Nokdaun bir neçə saniyə davam edir. Nokaut uzun müddətli olur. Əgər boksçu zərbə alandan sonra 10 san. müddətində döyüşü davam etdirə bilmirsə, o, nokauta düşmüş hesab olunur. Nokautun ağır növü günəş nahiyəsinə zərbə vurulanda olur. О kəskin ağrı, tənəffüsün müvəqqəti dayanması, ürək fəaliyyətinin ləngiməsi, arterial təzyiqin düşməsi və şüurun müvəqqəti itməsi ilə müşahidə olunur. Bu sahəyə zərbə nokauta düşmənin reflektor mexanizmilə izah olunur. Bu zərbə zamanı müsariqə sinirinin ucunun qıcıqlanması damarlarm hərəki və ürək mərkəzinin fəaliyyətini dəyişir.
Yüklə 77,47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin