Monoloji nitqdə bir nəfər danışır, başqaları onu dinləyirlər. Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır. Bu nitq dinlənilir, eşidilir, dinləyənlər və yazılı formada oxuyanlar düşünür, nəticə çıxarırlar. Bu nitq daha çox ailədə, məişətdə, elm və təhsil ocaqlarında, məhkəmə iclaslarında işlədilir.
Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, rabitəli və rəvan danışıq qabiliyyəti tələb edir. Təlim-tədris müəssisələrində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun və ya mətnin nəql edilməsi xüsusi əhəmiyyət daşıyır, biliklərin möhkəmləndirilməsində ilkin mərhələdir.