Yazılı nitq hərflər və durğu işarələri ilə (nöqtə, vergül, nida və sual işarələri, iki nöqtə, nöqtəli vergül və s.) düzəlir. Yazılı nitq şifahi nitqin əsasında əlifbanın meydana gəlməsindən sonra yaranmışdır. Nitqin yazılı və şifahi formalarının inkişafı, dürüst formalaşması ümumxalq danışıq dili normalarına uyğun gəlir. Gözəl nitqdə sözlərin düzgün tələffüzü, vurğunun dəqiq müəyyənləşməsi əsasdırsa, yazılı nitqdə leksik və qrammatik normalara ciddi əməl olunma başlıca şərtdir.
Yazılı nitqdə elmi, texniki, siyasi və s. sahələrə aid terminlərə geniş yer verilir; Yazılı nitq ədəbi dilin əsasında formalaşdığından orfoqrafik, leksik və qrammatik normalara uyğun əks olunur. Yazilan bütün məlumatlar, fikirlər saxlanılır və gələcək nəsillərə ötürülür.

Yazılı ədəbi dilimizin ilk nümunələri bədii əsərlərlə həyata vəsiqə almışdır. Yazılı nitq bilavasitə, əlifbamızın meydana gəlməsindən sonrakı dövrə aiddir, yazı mədəniyyəti ilə bağlıdır. Nəzm və nəsrlə yazılmış bədii əsərlər, dövlət sənədləri, dövlət başçılarının məktubları, qəzet və jurnallar elmi və publisistik yazılar, kitablar, müxtəlif məzmunlu elan, reklam və plakatlar yazılı ədəbi dil nümunələridir.