Şifahi nitqin baş vermə səbəbi insanın beyin fəaliyyəti, düşünmə qabiliyyəti ilə idarə olunur, danışıq üzvləri fəallıq göstərir, danışan dinləyicilərinə təsir mexanizmi kimi intonasiya, mimika və jestlərdən istifadə edir. Əgər səsin ahəngindən elə bir ciddi dəyişiklik yoxdursa, nitq adi nəqli cümlə intonasiyasından kənara çıxmırsa, danışan öz nitqinin ünvanladığı şəxsə (şəxslərə) yox, baş aşağı, yerə və ya hər hansı nəmalum nöqtəyə girirsə, mimika və jestlərdən yararlanmırsa belə nitq onun özünə də, onun dinləyənə də sönük və lazımsız görünəcək.