Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir.
Nitqin iki növü vardır:monoloji nitq və dioloji nitq.
Monoloji nitq bir insanın öz-özünə,təkbaşına danışığına deyilir.Biz özümüz bunu dəfələrlə təcrübədən keçirmişik. Buna həm də daha çox dram əsərlərində təsadüf edirik.