Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, rabitəli və rəvan danışıq qabiliyyəti tələb edir. Təlim-tədris müəssisələrində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun və ya mətnin nəql edilməsi xüsusi əhəmiyyət daşıyır, biliklərin möhkəmləndirilməsində ilkin mərhələdir.
Dioloji nitq iki və daha çox şəxsin söhbətinə-nitqinə deyilir.Dioloji nitq gündəlik tələbatla sıx bağlıdır.İnsan cəmiyyətini dioloji nitqsiz təsəvvür etmək mümkün deyildir.Gündəlik danışığımızda ən çox dioloji nitqdən istifadə edirik.