Tələbə: Mustafayeva Naidə Fakültə: İbtidai Təhsil İxtisas



Yüklə 223,01 Kb.
səhifə6/7
tarix28.11.2023
ölçüsü223,01 Kb.
#169337
1   2   3   4   5   6   7
anatomiya

Leykositlər
Qanda olan qan hüceyrələrindən biri də leykositlərdir. Leykositlər rəngsizdir və onlara ağ qan hüceyrələri deyilir. Sağ adamın 1mm3 qanında 6-8 min leykosit olur. Leykositlərin funksiya və quruluşlarına görə fərqlənən növləri var. 1-ci leykositlər-danəli leykositlər, qranulositlər, 2-ci danəsiz leykositlər-aqranulositlər. Danəli leykositlərin stoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı, mavi və bənövşəyi) rənglənən kiçik dənələrə rast gəlinir. Danəsiz leykositlərdə isə bunlar yoxdur. Danəli leykositlər 3 qrupa bölünür: neytrofillər, eozonofillər və bazofillər. Neytrofillər leykositlərin 55-60%-ni təşkil edir və faqositetmə qabiliyyətinə malikdir. Bazofillər leykositlərin 0,5-2%-ni, eozonofillər isə 3-5%-ni təşkil edirlər. Eozonofillərin sayı orqanizmdə iltihab prosesi zamanı bir qədər artır.
Danəsiz leykositlər 2 cürdür: Limfositlər və monositlər. Limfositlər həlqəvi hüceyrələrdir və nüvəsi tünd rəngli dairəvi formaya malikdir. Monositlər isə bir qədər iridir və nüvəsi müxtəlif formaya malikdir. Leykositlərin ümumi miqdarının 25-35%-ni limfositlər, 5-8%-ni monositlər təşkil edir. Limfositlər orqanizmin müdafiə sistemində iştirak edir. Iltihab prosesi zamanı makrofaqlara çevrilir və orqanizmə düşən yad cisimləri faqosit edir. Qanda leykositlərin miqdarı dəyişilir. Qida qəbulu və ağır əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır. Xüsusilə orqanizmdə iltihabi prosesi zamanı sayı artır.
Yeni doğulmuş uşaqlarda qanda leykositlərin miqdarı daha çoxdur (1mm3 qanda 20000-ə qədər). Hətta 1-ci gün 1mm3 qanda 30000-ə qədər leykosit olur. 2 günündən başlayaraq leykositlərin sayı azalır. 7-12 günündə 10000-12000-ə çatır. Axırıncı miqdar isə uşağın 1 yaşı zamanı qalır, 13-15 yaşlı uşaqların qanında leykositlərin miqdarı yaşlıların qanında olan leykositlərin miqdarına bərabər olur. Körpələrdə leykositlərin belə çox olmağına səbəb toxuma parçalanmaları məhsullarının sorulması və doğuş zamanı qanaxmaları aradan qaldırmaq üçün müdafiəyə uyğunlaşma əlamətidir. Leykositlərin müxtəlif formaları arasında müəyyən nisbət var. Bu nisbətin faizlə ifadəsi leykositar formula adlanır.
Uşaq anadan olanda limfositlərin miqdarı çox, neytrofillərin miqdarı az olur. 5-6 yaşında isə limfositlərlə neytrofillərin miqdarı bərabər olur. Körpələrdə neytrofillərin az olması və yetişməməsi körpələrin keçirici xəstələrə tez-tez tutulmalarına gətirib çıxarır. Digər tərəfdən isə bu yaşda neytrofillərin faqositə aktivliyi aşağı olur. Leykositlərin yaşama müddəti 2-4 gündür, bəzi vaxtlarda isə yaşama müddəti 12-15 günə çatır.
Trombositlər - Eritrositlər və leykositlər kimi trombositlər də qanda müəyyən funksiya yerinə yetirir. Eritrositlərin funksiyası hüceyrə və toxumaları oksigenlə təmin edir, leykositlərin funksiyası orqanizmi yad cisimlərdən qoruyur, trombositlərin isə əsas funksiyası qanın laxtalanmasında iştirak etməkdir.
Trombositlər də kürə və ya oval şəkilli olub dalaqda və sümük iliyində əmələ gəlir. Trombositlərin nüvəsi yoxdur. İnsanın 1mm3 qanında 200 000 - 400 000 trombosit olur. Lakin onların miqdarı dəyişə bilər. Gündüzlər qanda miqdarı çox, gecələr isə qanda miqdarı az olur.
Güclü əzələ işi zamanı və yaxud intensiv məşqdən sonra qan lövhəciklərinin miqdarı 35 dəfə artır. Yaşama müddəti 35 gündür. Trombositlərin dağılması dalaqda baş verir. Yeni doğulmuş uşaqların 1 mm3 qanında 150-350 min, südəmər körpələrdə 150-424 min, 1 yaşdan 16 yaşadək uşaqlarda 200-300 min trombosit olur.


Yüklə 223,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin