Tələbə: Qulizadə Emil Qrup: 212A12 Fənn: Pedaqogika Kurs: 2


Ekskursiya rəhbəri kimi bələdçinin peşəkarlığı



Yüklə 130,9 Kb.
səhifə11/11
tarix22.12.2023
ölçüsü130,9 Kb.
#190197
1   2   3   4   5   6   7   8   9   10   11
Ekskursiyanın təşkili

Ekskursiya rəhbəri kimi bələdçinin peşəkarlığı

Ekskursiya rəhbərinin peşəkarlığı mücərrəd bir anlayış deyildir.Peşəkarlıq konkret mövzu üzərində qurulmuş və konkret qrup üçün hazırlanmış ekskursiyaların keçi- rilməsində özünü göstərır.Yaranmış bəzi situasiyalarda məhz ekskursiya rəhbərinin peşəkar ustalığı tez və düzgün çıxış yolu tapmağa kömək edir.Ekskursiya zamanı bələdçi bütün turistlərə qarşı daim diqqətli olmalıdır. Onun davranış tərzi də peşəkarlıq anlayışına təsir edir.Belə ki, bələdçi ekskursantlarla söhbət edərkən özünü necə aparması, xarici görünüşü və geyimi ilə diqqəti cəlb edir.Bələdçi ekskursiya zamanı qarşıya çıxan problemləri səbr və təmkinlə qarşılamalıdır.Belə ki, ekskursiyanın əvvəlində bələdçi onu bürüyən həyəcanı dəf etməyi bacarmalıdır.Həyəcanı doğuran səbəblər isə müxtəlif ola bilər.Bələdçinin temperamenti onun xarici aləmin təsirlərinə həssaslığını ifadə edir.Yüksək temperamentli bələdçi emosional təsir gücünə malik ekskursiya keçirə bilər.Bələdçi öz təqdimatında bunları həyəcanla, obrazlı ifadə edə və turistlərin diqqətini daha çox cəlb edə bilər.Ekskursiyalar zamanı bələdçinin xarici görünüşü mühüm rol oynayır.Təmiz, səliqəli və zövqlə geyinmiş bələdçi, bir şəxsiyyət kimi turistləri cəlb edir, onun nüfuzunu artırır və ona hörmətlə yanaşılmasını təmin edir. Bələdçi öz peşəkarlığını təkmilləşdirmək və nitq mədəniyyətini artırmaq üçün şifahi nitqin xüsusiyyətlərini bilməlidir. Bələdçi ekskursiya apararkən,onun duruş tərzi mühüm bir elementdir.Ekskursiya zamanı turistlər qarşısında oturmaqdansa ayaq üstə durmaq tövsiyə olunur.Belə ki, ekskursantlar qarşısında ayaq üstə cıxış edən bələdçi, dinləyicilərə öz hörmətini nümayiş etdirir.
Beləliklə,bələdçi ekskursiyalar zamanı öz natiqlik məharətindən düzgün və dolğun istifadə etməli,ekskursiyaların inandırıcı və tərbiyəedici vasitə olmasını düzgün qiymətləndirməlidir.



  1. Ekskursiyalarda təhlükəsizlik

Müəyyən sayda və müxtəlif xarakterli insanlardan ibarət olan turist qrupu mürəkkəb idarəetmə obyektidir. Tursəfərlər boyunca yarana bilən hər cür adi və gözlənilməz hallara qarşı müvafiq reaksiyanın verilməsi baxımından belə bir qrupun üzvləri olan bələdçi, sürücü və ekskursantların hər birinin öz hüquq və vəzifələrini yaxşı bilməsi tələb olunur.
İlk olaraq, turqrup rəhbəri olan bələdçinin hansı hüquq və vəzifələri oluğuna nəzər salaq. Belə ki, ekskursiya rəhbəri:

  • turqrup üzvlərini onların fiziki imkanları, bacarıq və vərdişləri, texniki imkanlardan istifadə bacarıqları və habelə onların qrup üzvləri ilə psixoloji uyğunluğu əsasında tərtib etməyə;

  • lazım gəldikdə qrup üzvlərini tibbi baxışdan keçir-

  • məyə;

  • marşrutu, onun yürüş üçün ehtimal olunan mürəkkəb

  • yerlərini və aşılma yollarını öyrənməyə, müvafiq kartoqrafik materialları hazırlamağa;

  • lazım gəldikdə qrupun məşqlərini keçirməyə borc-

  • ludur.

Marşrut üzrə hərəkət edən ekskursiya qrupunda bələdçinin vəzifələri aşağıdakı kimidir:

  • bələdçi turistlərin sorğu və istəklərinə vaxtında cavab verməli və bu cür sorğu və istəklər ekskursiya proqramının çərçivəsindən kənara çıxmadığı və yol marşrutunda nəzərdə tutulduğu halda onları təmin etməlidir;

  • bələdçi tur avtobusunu idarə edən sürücünün marşrutla kifayət qədər tanış olmadığı halda ona kömək etməli, saxlama, dayanacaq və döngə yerlərini qabaqcadan ona bildirməlidir;

  • bələdçi və sürücü arasında olan münasibətlər qarşılıqlı şəkildə nəzakətli olmalıdır.

Ekskursiya zamanı ən mühüm tələblərdən biri


ekskursantların təhlükəsizliyinin təmin edilməsidir.Ümumiyyətlə,turizmdə təhlükəsizlik geniş anlayışdır.Təhlükəsizilk turistləri qəbul edən ölkənin milli maraqlarının və turistlərin şəxsi təhlükəsizliyinin təmin olunması ilə sıx bağlı olub,eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasını da özündə ehtiva etdirir.Tur səfərlər zamanı təhlükəsizliyi təmin etmək, bu sahə ilə məşğul olan bütün firmaların və məsul şəxslərin, habelə yerli icra hakimiyyətləri,milli və beynəlxalq təşkilatların diqqətində olmalıdır.Səyahətlərin təhlükəsizliyi turizmin tənzimlənməsi üzrə beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.Turizmdə təhlükəsizlik məsələləri Turizm haqqında Azərbaycan Respublikası Qanununda da öz əksini tapmışdır.Təhlükəsizliyin təminatı ölkə ərazisində səyahətçilərin,turistlərin və ekskursantların gəlişi, mehmanxanada yerləşdirilməsi, onların sağlamlığı, həyatı və mülkiyyətinin toxunulmazlığına təminat verən milli qanunvericilik çərçivəsində bütöv bir tədbirləri əhatə edir.Ekskursiya zamanı turistlərin zədələnməsi, ətraf mühitin onlara təsiri,səs-küy,toz,yanğın təhlükəsi,kimyəvi, radioaktiv, bioloji təsirlər, təbii hadisələr, kriminoqen vəziy- yət,yol hərəkəti qaydalarının pozulması onların təhlükəsizliyinin təmin olunmasını tələb edən şərtlərdəndir. Təhlükəsizliyin təmin olunması üçün səyahətlərin və turistlərin qaldığı yerlərdə təhlükəsizlik normalarının işlənib həyata keçirilməsi, bu məsələnin vacibliyində ictimaiyyətin məlumatlandırılması və maarifiəndirilməsi,ekstremal vəziyyətlərlə bağlı problemlərin həlli məqsədilə ikitərəfli, regional və ümumdünya səviyyəsində beynəlxalq əməkdaşlığın yaradılması bu baxımdan vacib məsələlərdəndir.Turistlərin təhlükəsizliyinin təmin olunması üçün ilk olaraq turizm firmaları zəruri tədbirlər görməlidirlər.Öz müştərilərinin təhlükəsizliyi barədə düşünən turizm firmaları,xüsusən,ekskursiyalar təşkil etdikdə hərbi əməliyyatlar,terror,kəskin yoluxucu xəstəliklərə tutulma təhlükəsi olan yerlərdə bunu hökmən nəzərə almalıdırlar.
Ekskursiya fəaliyyəti əksər hallarda turistlərin müxtəlif nəqliyyat vasitələrindən istifadəsi ilə müşayiət olunur.Firmalar nəqliyyat vasitələrinin seçimi zamanı təhlükəsizliyin təmin olunmasını ön planda tutmalı, bunun üçün texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri,ekskursantlarla işləyə bilən sürücü seçməli, ekskursant qrupunun hərəkəti zamanı zəruri olarsa yol polisinin müşayiətini təmin etməlidirlər.
Ədəbiyyat:


1.S.Rəhimov Turizm ekskursiya işinin təşkili, Bakı 2004


2.Ə.Cabbarov Turizm marşurutları və ekskursiya işinin təşkili, Bakı 2017


3.Ə.Cabbarov Turizmin iqtisadi əsasları, Bakı 2015


Yüklə 130,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin