Tələbə: Rəhmiyə Qayıbova Fakültə


Azərbaycan multikulturalizminin publisistik qaynaqları



Yüklə 30,37 Kb.
səhifə3/4
tarix01.01.2022
ölçüsü30,37 Kb.
#50814
1   2   3   4
Multikulturalizm

Azərbaycan multikulturalizminin publisistik qaynaqları

XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan publisistikasında maarifçilik məsələsi ilə yanaşı multikulturalizm, müxtəlif mədəniyyətlərin vəhdəti, tolerantlıq mövzuları da geniş yer alır4. Xüsusilə “Əkinçi”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat” və s. milli mətbuat orqanlarında davamlı çıxış edən din xadimləri, ziyalılar öz məqalələri, şeirləri və s. əsərləri ilə bu sahədə də geniş fəaliyyət göstərmişdirlər. Dövrün şeyxülislamları – Əhməd Hüseynzadə Səlyani, Əbdüssəlam Axundzadə, Mövlazadə Şəkəvi, Zaqafqaziya müftisi Hüseyn Qayıbov, digər mütərəqqi din xadimləri – Əbu Turab Axundzadə, Molla Ruhulla, Axund Yusif Talıbzadə, Mir Məhəmməd Kərim əl-Bakuvi, dünyəvi ziyalılar – M.Kazımbəy, M.F.Axundzadə, H.Zərdabi, M.Şahtaxtlı, S.Ə.Şirvani, H.Cavid, Ü.Hacıbəyli, M.Hadi, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Hacıbəyli, C.Məmmədquluzadə kimi mütəfəkkirlər dövrün əsas problemləri olan məzhəbçilik, dünyəvi elm düşmənliyi, qadın təhsili problemi kimi, multikulturalizmin bir çox müddəaları ilə bağlı olan məsələlərdə öz cəsarətli yazıları ilə Azərbaycan xalqını qaranlıq cəhalət əsarətindən xilas etmək istəyirdilər.

Görkəmli islamşünas olan Əhməd bəy “Kavkaz” qəzetində nəşr etdirdiyi “Şərqşünasların konqresində” məqaləsində qədim fars, hind mədəniyyətlərinin islama təsiri mövzusunu tədqiq edir, “Kaspi” qəzetində yazdığı “Müsəlman xalqlarının vəziyyəti” başlıqlı silsilə məqalələrində müsəlman xalqlarının birliyi və ictimai tərəqqisi ideyasının qızğın tərəfdarı kimi çıxış edir, islam vəhdətinin milli inkişafa səbəb olacağını irəli sürürdü. Ə.Ağaoğlu “Həyat” qəzetinin ilk nömrəsindən etibarən yazdığı məqalələrində isə islamla türkçülüyün sintezini irəli sürürdü. Bu dövrün əsas problemlərindən biri də sünnişiə ixtilafı idi. Quranın “bütün möminlər qardaşdır” ayəsinin prinsipini öz əsərlərində müdafiə edən Ə.Ağaoğlu “İran və inqilabı” əsərində Nadir şahın məzhəbçiliyə qarşı mübarizəsini, sünni və şiə məzhəblərini birləşdirməyə çalışmasını təqdir edir, “İrşad” qəzetindəki məqalələrində də müsəlmanlar arasındakı təriqət, məzhəb ixtilaflarını pisləyir, dini təfəkkürün vəhdəti ideyasına üstünlük verirdi. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası Ə.Ağaoğlu tərəfindən “İrşad” qəzetində təbliğ edilir, milli ideologiya kimi qəbul edilirdi. Bu ideya multikultural mahiyyətdə olub, özündə islam əxlaqı və mənəviyyatını, müasir Qərb elmi dünyagörüşünü və türk mədəniyyətini ehtiva edirdi. Ə.Ağaoğlunun yaradıcılığında azərbaycanlıların qonşu xalqlarla əlaqələri məsələsi də tədqiq edilmiş, “Sankt-Peterburqskie vedomosti” qəzetindəki “Bakı haqqında həqiqətlərə dair” başlıqlı məqaləsində erməni və azərbaycanlıların tarixən dost olduğu vurğulanaraq, bu iki xalq arasında münaqişə yaradanlar pislənmişdi. Mütəfəkkirin “Rus ədəbiyyatının ümumi səciyyələri” adlı Türkiyədə “Cümhuriyyət” qəzetində nəşr olunan silsilə məqalələrində isə rus ədəbiyyatının keçdiyi tarixi mərhələlər, böyük rus klassikləri və əsərləri haqqında geniş məlumatlar Azərbaycan oxucusuna çatdırılırdı.

Dövrün digər görkəmli ziyalısı Əli bəy Hüseynzadənin yaradıcılığı da multikulturalizmin tədqiqi, milli və dini vəhdətin öyrənilməsi baxımından maraqlıdır. Ə.Hüseynzadə “Həyat” qəzetindəki “Nümunə məktəbi” kimi məqalələrində türk millətçiliyi prinsipini əsas götürsə də onu islamın ayrılmaz bir parçası kimi təqdim edir və müsəlmanlığı da ən az türklük kimi həyatının qayəsi sayırdı. Ə.Hüseynzadənin redaktorluğu ilə çıxan “Füyuzat” jurnalında türkçülük ideologiyası, Qərb elmi metodologiyasının təbliği əsas yerlərdən birini tutsa da, Ə.Hüseynzadə dini maarifçiliyə də böyük önəm verirdi. O, “Tərəqqi” qəzetində çap olunan “Yazımız, dilimiz, ikinci ilimiz”, “Füyuzat” jurnalında çap olunan “İntiqad ediyoruz, intiqad olunuyoruz” kimi məqalələrində islam dünyasının xilas yolunu müsəlman etiqadlı, lakin Avropa elmini, texnologiyasını mənimsəmiş fədailərdə görürdü. O, avropalılaşmaq deyərkən müsəlmanların assimilyasiya olmasını yox, Avropanın elmi-texniki nailiyyətlərinin öyrənilməsini nəzərdə tuturdu. O, Nadir şahın öz hakimiyyəti dövründə sünnilərlə şiələri bir məzhəb altında birləşdirib bu ixtilafa son qoymaq istəməsini də öz yazılarında təqdir edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə və onun davamı olan müstəqil respublikamızda üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan bayrağının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, avropalılaşmaq” tezisi ilə bağlıdır



NƏTİCƏ

Nəticə olaraq deyə bilərəm ki, dövrün həm dini, həm də dünyəvi ziyalılarının publisistik yaradıcılığı dini və milli vəhdət, dünya mədəniyyətinə inteqrasiya və multikulturalizm ənənələrinə əsaslanaraq, müasir dövrün problemlərini həll etmək baxımından gənc nəsil üçün bir qaynaq, bir nümunədir.

Çoxmədəniyyətli dövlət üçün cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsinin böyük əhəmiyyət kəsb etdiyini nəzəri cəhətdən əsaslandırmağın asan olmasına baxmayaraq, bu, mühüm məsələni həyata keçirmək olduqca çətindir5. Dünyanın bir çox dövlətləri, hətta bir sıra aparıcı Qərb dövlətləri cəmiyyətdaxili etnik-mədəni müxtəliflikləri düzgün tənzimləyə bilmirlər. Bunu həmin dövlətlərdə etnik, dini, irqi və mədəni zəmində baş verən iğtişaşlar göstərir. Etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməməsinin əsas səbəblərindən biri odur ki, bu müxtəlifliklər qorunmaq əvəzinə assimilyasiya olunurlar. Yaxud da, yuxarıda qeyd olunduğu kimi, bəzi dövlətlər etnik-mədəni müxtəlifliklərin artmasını öz milli təhlükəsizliklərinə təhdid hesab edərək, izolyasiya (təcridetmə) siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin artmasının qarşısını almağa çalışırlar. Müasir dövrdə qaçqın, miqrant böhranı ilə əlaqədar belə dövlətlərin sayı artmaqdadır.

Müasir dövrdə Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biridir. Bu sahədə Azərbaycan böyük nailiyyətlər əldə etmişdir. Bunun əsas göstəricisi ölkəmizdə etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır. Bu nailiyyətlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasətinin nəticəsidir.




Yüklə 30,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin