Dil, nitq və nitq fəaliyyəti
Ədəbi dil — milli dilin müəyyən qayda — qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır. Başqa sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə malik olan ən yüksək formasıdır. Ədəbi dilin tabe olduğu qayda — qanunlar sisteminə nitq normaları deyilir.Norma sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə deyilir.
Ədəbi dil. Nitq normaları
Ədəbi dil iki şəkildə özünü göstərir
şifahi ədəbi dil,
yazılı ədəbi dil.
Şifahi
dəbi dil səslənən ədəbi dildir. Ədəbi dilin bu forması orfoepik normalara tabe olur. Nitq, çıxış və məruzələr şifahi ədəbi dil normalarına aiddir.
Yazılı
ədəbi dil yazılan dildir, orfoqrafık normalara tabe olur.
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır. Hər hansı bir söz danışıq dilində və ya şivələrdə müxtəlif şəkildə dəyilsə də, ədəbi dildə bir cür, yəni orfoepik normaya uyğun formada tələffüz olunur.
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma adlanır. Hər iki norma dilin fonetik quruluşu, xüsusilə də ahəng qanunu ilə müəyyən edilir. Dilimizin orfoepik və orfoqrafik normaları xüsusi lüğətlərdə (orfoqrafiya və orfoepiyalüğətlərində) əks olunmuşdur.
Dostları ilə paylaş: |