VULKANLAŞMA BK-un doymamışlığı az olduğu üçün onun vulkanlaşması uzun müddətli prosesdir və bu (doymamışlığın miqdarı) qarışıqların vulkanlaşma sürətində kəskin əks olunur. Müəyyən olunmuşdur ki, BK-un doymamışlığı 0,8-dən 2%(mol)-ə qədər artdıqda vulkanlaşma sürəti təqribən dörd dəfə artır.
BK-a birləşən kükürdün maksimum miqdarı 0.6-0,72% olur və ikiqat əlaqələr tam doyduqda belə elastiki rezinlər əmələ gəlir.
BK-la qarışıqlarda yüksək aktivliyə malik sürətləndiricilər -tetrametiltiuramdisulfid, sink dibutilditiokarbomat, tetrametiltiu ramdisulfidlə birlikdə merkaptabenztiazol effektivdirlər.
BK əsasında qarışıqların vulkanlaşma temperaturu 150 200°C-dir və daha aşağı temperaturlarda alınan vulkanizatların möhkəmliyi kəskin aşağı düşür.
Yüksək temperaturada rezinlərin qocalmaya qarşı davamlı lığını artırmaq üçün fenolformaldehid qətranları ilə vulkanlaşma geniş tətbiq edilir. Bu halda aktivatorlar kimi xlortərkibli poli merlərdən-polixloroprendən, sulfoxlorlaşmış polietilendən və həmçinin metalları xloridlərindən istifadə edilir.
BK əsasında qarışıqları dinitroazobirləşmələrlə və yaxud n-xinondioksimlə vulkanlaşdırdıqda istiliyə davamlı vulkanizatlar almaq mümkündür.
BK xloroprendən başqa yüksək doymamışlığa malik kauçuk larla tam birgə vulkanlaşır.
Deformasiyalar zamanı kristallaşma qabiliyyətinə görə BK un doldurulmamış vulkanizatları kifayət qədər yüksək mexaniki xassələrə malik olurlar. Qarışıqlara gücləndirici doldurucular da xil etdikdə vulkanizatların möhkəmliyinin əhəmiyyətli dərəcədə artması olmur, lakin deformasiya zamanı gərginliyi, cırılmaya və yeyilməyə qarşı müqaviməti artır.
Tərkibi, kütlə his.
Kauçuk 100
Kükürd 2,0
Merkaptabenztiazol 0,65
Tetrametiltiuramdisulfid 1,3
Sink oksidi 5,0
Stearin turşusu 3,0
Texniki karbon DQ-100 50,0
BK əsasında standart rezin qarışığının resepti aşağıdakı kimidir:
Qarışıq laboratoriya vərdənələrində valların temperaturu 40 50°C-də 30 dəq. müddətində hazırlanır. Vulkanlaşmanı 143±1°C-də 30-50 dəq. müddətində aparırlar. Standart qarışıqla rın vulkanizatları aşağıdakı xassələrə malik olmalıdır: