Hallogenləşdirmə Vulkanlaşma sürətini artırmaq, adgeziya xassələrini yaxşılaşdırmaq, başqa kauçuklarla birgə emal etmək üçün və həmçinin istilikdən qocalmaya və yeyilməyə qarşı davamlılığını artırmaq üçün BK-u hallogenləşdirirlər. Hallogenləşmə zamanı (xlorlaşma və bromlaşma) hallogen atomlarının əsasən α-vəziyyətində izopren manqalarının ikiqat əlaqələrinə birləşməsi baş verir. Halogenlərin belə allil atomları çox mütəhərrikdir və vulkanlaşma prosesini əhəmiyyətli dərəcədə tezləşdirir. Buna görə də hallogenləşmiş kauçuklar doymamış kauçuklarla birgə vulkanlaşma imkanına malikdir.
Tətbiqi
BK əsasında rezinlər yüksək istiliyə və ozona davamlılığa, qaz keçirməməzliyə, aqressiv mühitlərə və suda şişməyə davamlılığa, yüksək dielektrik xassələrinə malikdir. Buna görə də onlar avtomobil şinləri üçün minik kameralarının, formator-vulkanizatorların bişirmə kameralarının və diafraqmalarının, rezinləşmiş parçaların, istiyə davamli transportyor lent lərin, avtokameralar istehsalında, həmçinin naqillərin və kabellərin izolyasiyası üçün kabel sənayesində istifadə olunur.
Tərkibində fizioloji zəhərli maddələr olmayan rezin, tibb və yeyinti sənayesində tətbiq edilir. Onların ən çatışmayan cəhəti kiçik elastikliyə (20°C-də elastikliyi 8-10%), dinamiki təsirlər altında böyük histerezis itkilərinə, metala kiçik adgeziyaya malik olmasıdır.
Xlorlaşmış (xlorun miqdarı 1,1-1,3%) və yaxud bromlaşmış (bromun miqdarı 2-3%) BK-dan çoxqatlı rezin məmulatlarının aralıq və yapışqanlı qatlarını və həmçinin, BK əsasında rezinləri metallara yapışdirmaq üçün yapışqanlar hazırlanır.
MƏNBƏ
ELASTOMERLƏRİN KİMYƏVİ TEXNLOGİYASI (İBRAHİMOV ABDULLA CABBAR OĞLU)