Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 149
B
raziliyanın Kandido Qodoi şəhəri doğ-
rudan da qeyri-adi yerdir. Yerli əhalisinin
əksəriyyəti əkizlərdən ibarət olan şəhərə
“Əkizlər torpağı” adı verilib. Bu şəhərdə hər
on nəfərdən biri əkiz doğulur və əkizlərin sayı
burada orta dünya statistikasından 1000 dəfə
çoxdur. Şəhərin 6600 əhalisindən 700 nəfəri
əkizlərdən ibarətdir.
Çox maraqlıdır ki, əkizlərin çoxluq təşkil etdi-
yi bu şəhərdə rast gəlinən fenomen hadisənin
yaranmasında nasistlər günahlandırılır. İddia
olunur ki, Adolf Hitlerin “Ölüm Mələyi” kimi ta-
nınan qəddar məmurlarından biri olan həkim
Cozef Menqele nasist Almaniyası devrildikdən
sonra Braziliyaya qaçıb. O, Auşvitz həbs
düşərgəsinin həkimi olub və 400000 yəhudinin
öldürülməsində günahlandırılır. Elə zənn
olunur ki, o, Braziliyaya gəldikdən sonra öz
təcrübələrini burada davam etdirib.
Ari irqini yaratmaq üçün o, ölüm düşərgəsində
çalışarkən insanlar üzərində olmazın təcrübələr
aparıb və onlardan biri də Ari irqinin süni artırıl-
ması üçün əkizlərin yaradılması olub.
Onun bu təcrübəsi Braziliya şəhərinə gələnə
qədər həyata keçirilmədi və tarixçilər iddia edir
ki, onun zəhməti öz bəhrəsini məhz Braziliyada
verdi.
Yerli əhali deyir ki, Menqele 1960-cı illərdə
dəfələrlə Braziliyaya gəlib və qadınlara tibbi
yardım göstərib. Onlar deyir ki, Menqele qadın-
lara əkiz doğuran həblər və hormonlar verib.
Qeyd edək ki, Kandido Qodoi şəhəri alman
dilli əhali tərəfindən məskunlaşıb.
ƏKİZLƏRİN ƏN ÇOX
DÜNYAYA GƏLDİYİ YER
Filippindəki heyvanxanada
ziyarətçilərə ilan masajı
təklif olunur
Bu dərs vəsaiti I daxili xəstəliklər və
reanimatologiya kafedrasının assistenti, tibb
üzrə fəlsəfə doktoru Əhmədov Cəfər Həsən
oğlu tərəfindən tərtib edilmişdir.
Rəyçisi C.Abdullayev
adına
Elmi-Tədqiqat
Kardiologiya İnstitutu-
nun direktoru, profes-
sor Adil Baxşəliyev,
redaktoru
I
daxili
xəstəliklər və reani-
motologiya kafedrası-
nın müdiri, professor
İsfəndiyar
İsmayılov
olan dərs vəsaiti ürək-
damar sisteminin aktu-
al sahələrindən birinə-
aorta
xəstəliklərinin
problemlərinə
həsr
olunmuşdur.
Müasir
diaqnosti-
ka üsullarının və müalicə metodlarının mövcudlu-
ğu ilə aortanın kəskin və xroniki xəstəlikləri, onun
travma nəticəsində zədələnmələri daha tez aş-
karlanır. Aorta anevrizmasının proqressivləşmə
sürətini, həmçinin onun cırılmasını yanaşı gedən
xəstəliklər (arterial hipertoniya və birləşdirici toxu-
manın xəstəlikləri) sürətləndirə bilir. Anevrizmanın
anatomik yerləşməsindən asılı olmayaraq onları
vaxtında müalicə etmək lazımdır. Kəskin aortal sind-
rom (yeni termin olub, kəskin laylanan anevrizma,
intramural hematoma və aortanın penetrasiyaedici
xorasını özündə əks etdirir) aorta divarına mikroqan-
sızmalarla başlaya bilər. Bu isə sonradan aortanın
genişlənməsinə, intramural qansızmalara, laylan-
masına və aortanın cırılmasına səbəb olur. Güman
edilir ki, uzun müddət mövcud olan arterial hiper-
toniya və birləşdirici toxuma xəstəlikləri yuxarıda
sadalanan dəyişikliklərin yaranmasına səbəb ola
bilər. Eyni zamanda həm qalxan aortanın, həm də
aorta qövsünün proksimal hissəsinin kəskin, həm
də xroniki xəstəliklərinin müalicəsi zamanı hələ də
ümumi qəbul edilmiş cərrahi üsullara üstünlük veri-
lir. Enən aortanın və qarın aortasının xəstəliklərinin
müalicəsində isə son illər yeni damardaxili üsul-
lar təklif edilmişdir. Bundan əlavə, aorta qövsünün
xəstəliklərinin müalicəsində nəticələrin yüksək olma-
sı məqsədi ilə kompleks təklif edilmişdir, yəni stent-
qraftın implantasiyası ilə əsas damarın cərrahi ara-
lanması nəzərdə tutulmuşdur. Həyat üçün təhlükə
yaradan aortanın ağır zədələnmələri, xüsusilə, enən
aortanın zədələnməsi damardaxili strent-graftın
yeridilməsinə göstəriş hesab edilir.
Müəllif hal-hazırda aortanın kliniki patologiyasın-
da yeni bir sahənin: keyfiyyətli, müştərək olmaq-
la, diaqnostik və müalicəvi yanaşmaların birgə
tədqiqatlarının aparılmasına ehtiyac duyulduğunu
nəzərə alaraq bunun üçün xüsusi intensiv terapiya-
nın təşkil edilməsini məqsədəuyğun sayır və intensif
terapiyanın nəticə etibarı ilə döş qəfəsindəki ağrıla-
rın differensial diaqnostikanın dürüstləşdirilməsinə
imkan yaratdığına ayrıca diqqət yönəldir.
Aortanın müxtəlif xəstəliklərinin etiopatogenezi,
təsnifatı, klinikası, müalicə üsulları haqqında ətraflı
məlumat verilən dərs vəsaiti kardioloqlar, terapevtlər,
ailə həkimi və tibb universitetinin tələbələri üçün
nəzərdə tutulmuşdur.
Nağdəli zAMANOV,
I daxili xəstəliklər və reanimatlolgiya kafedrasının
dosenti
“AORTANIN XƏSTƏLİKLƏRİ”
Yeni nəşrlər
İlk günündən 1 yaşına
qədər körpələrin
qidalandırılması