Dərslik hazırlamaqla yanaşı,
tərcümə işi də inkişaf etməlidir
- Hazırlanmış dərs vəsaitləri ilə bağlı
nə deyərdiniz? Keyfiyyət və səviyyə
sizi qane edirmi?
- Dərslik hazırlamaq çox vacib və ağır işdir.
Bunu hazırlamaq böyük zəhmət, təcrübə,
bilik və bacarıq tələb edir. Uzun müddət
klinik və pedaqoji təcrübəsi olmayan adam
dərslik yaza bilməz. Kafedramızda iki cilddən
ibarət pediatriya dərsliyi hazırlanıb. Bu, uşaq
xəstəlikləri, uşaq qastrentologiyası ilə bağ-
lıdır. Uşaqlarda kəskin bronxial-ağ ciyər
xəstəlikləri və s. Tədris-metodik materiallar
da hazırlanaraq çap olunub. Amma çap olu-
nan dərsliklər mütəxəssis olaraq məni qane
etmir. Çünki dərsliyi hazırlayarkən ən müa-
sir elmi informasiya bu və ya digər formada
orada öz əksini tapmalıdır. Hesab edirəm ki,
dərslik hazırlamaqla yanaşı, tərcümə işi də
inkişaf etməlidir.
Təəssüflər olsun ki, bizdə tərcümə işinə
bir o qədər də əhəmiyyət verilmir. Səbəbi
hazırda dünyada ən müasir tibbi ədəbiyyat
və dərsliklərin ingilis dilində hazırlanması-
dır. Təbii ki, bu da dərslik hazırlanan ölkənin
inkişaf səviyyəsi ilə bağlıdır. Baxmayaraq ki,
ölkəmiz böyük sürətlə inkişaf edib, amma
qısa zaman çərçivəsində aydın məsələdir ki,
hələ biz o səviyyəyə çata bilmərik. Türkiyənin
yaxşı bir təcrübəsi var. O təcrübədən çalışıb
yararlanmalıyıq. Onlar ingilis dilində yazıl-
mış ən son dərslikləri çox qısa zamanda,
yəni o dərslik buraxıldığı ölkədə bir ili ta-
mam olmamış tərcümə etdirir və yayılmasına
şərait yaradırlar. Bu da tibbdə olan ən son
məlumat və yeniliklərin dərsliklərdə öz əksini
tapmasına səbəb olur. Bizdə ingilis dilindən
tərcümə Türkiyədəki səviyyəyə çatmamışdır,
bu, həqiqətdir. Bunun da səbəbi, bizdə rus-
dilli mütəxəssislərimizin kifayət qədər olma-
sı və ingilisdilli mütəxəssislərimizin azlığıdır.
Rusiyanın özü belə dünyanın inkişaf etmiş
ölkələrindən bu məsələdə geridə qalır. Çün-
ki ingilis dilindən rus dilinə, rus dilindən isə
Azərbaycan dilinə tərcümə etdikdə bir neçə
il vaxt keçir. Bu da dərc olunan material
və məlumatların köhnəlməsinə səbəb olur
və müasir tələblərə cavab vermir. Zaman
keçdikcə yəqin bu problem də aradan qaldı-
rılmış olacaq.
Biz ilk növbədə türkdilli xalqların
dəstəyindən istifadə etməliyik
- Siz həm də Türk Dünyası Pediatrlar
Birliyinə rəhbərlik edirsiniz. Necə oldu
ki, belə bir mötəbər Birliyin yüksək
postuna seçilə bildiniz?
- Birlik 1993-cü ilin oktyabrında türk xalqının
böyük oğlu İhsan Doğramacının təşəbbüsü
ilə yaradılıb. O zamandan 2007-ci ilədək Bir-
liyin rəhbəri İhsan Doğramacı olmuşdur. O,
Azərbaycanın və o cümlədən ümummili lide-
rimizin çox yaxın dostu idi. 2007-ci ildə onun
əməkli olması ilə əlaqədar yeni seçim apa-
rıldı. Səsvermənin nəticələrinə görə 2007-ci
ildən Birliyə mən rəhbər seçilmişəm. Həmin
ildən bu günə qədər mənim rəhbərliyim ilə
bu ölkədə növbə ilə 7 konqres keçirilmişdir.
1993-cü ildən o qurumun hər bir tədbirində
iştirak etmişəm. Bu qurumun Türk dünya-
sının pediatr mütəxəssisləri üçün nə qədər
əhəmiyyətli olduğunun fərqindəyəm. Əlbəttə,
biz kimlərin dəstəyindən istifadə etsək də, ilk
növbədə bizə qardaş olan türkdilli xalqların
dəstəyindən istifadə etməliyik. Hesab edirəm
ki, biz bir-birimizə nə qədər yaxınlaşsaq, bir
o qədər irəli getmiş olarıq. Heç yadımdan
çıxmaz. Rəhmətlik İhsan bəy Doğramacı
həyatının son illərində həmişə arzulayardı
ki, 7-ci dil olaraq dünyada türk dili qəbul
edilsəydi, bu dünyadan rahat köçərdim.
Problemlərimizdən biri də ondan ibarətdir
ki, bu gün ortam türk dili yoxdur. Hazırda bu
istiqamətdə dövlətlər arasında hazırlıq işləri
gedir. Düşünürəm ki, müəyyən zamandan
sonra biz bu məqsədə də nail olacağıq.
Biz türk həmkarlarımız ilə birlikdə Türk Dün-
yası Pediatrlar Birliyi çərçivəsində Ankarada
üç min sözdən ibarət
“İngiliscə-türkçə-
azərbaycanca-rusca”
tibb terminləri lüğətini
çap etdik. Kitabın müəllifləri Türkiyədən pro-
fessor Murat Yurdakök və mən olmuşam.
Kitabı hazırlayanda əsas məqsədimiz o
olub ki, türk dünyasında istifadə olunan tibb
terminlərini bir-birinə yaxınlaşdıraq. Hər bir
türkdilli mütəxəssis yazılan terminləri anlaya
bilsin. Rusca-azərbaycanca bölümünü mən,
ingilis-türk dili bölümünü isə Murad Yurdakök
hazırlayıb.
Problemin qarşısını körpələr
dünyaya yeni gələn vaxt almalıyıq
- Son dövrdə qazanılmış nailiyyətlər
barəsində nə deyərdiniz?
- Bu yaxınlarda biz kafedra və K.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
iştirakı ilə ötən il “Elmin İnkişaf Fondundan
32 min manat həcmində bir qrant udduq.
Layihə yenidoğulanlarda nekratik interoko-
litin diaqnostikası, müalicəsi və profilaktikası
məsələlərinə həsr olunmuşdur. Bu gün res-
publikamızda bütün sahələrdə olduğu kimi,
tibb sahəsində də çox böyük işlər görülür. İlk
növbədə bu ölkə başçısının adı ilə, onun bu
işə olan münasibəti ilə bağlıdır. Eyni zaman-
da Səhiyyə Nazirlyində bu tələbə və qayğı-
ya uyğun genişmiqyaslı iş aparılır. Uşaqlara
göstərilən tibbi xidmətin daha da yaxşılaşdı-
rılması üçün bu gün hər kəs pediatr olaraq
yaxşı başa düşür ki, biz problemin qarşısını
körpələr dünyaya yeni gələn vaxtdan alma-
lıyıq. Bu yolla biz minilliyin 4-cü məqsədi
hesab olunan uşaq ölümünün qat-qat azal-
masına nail olmalıyıq. Düzdür, bu məqsədə
yaxınlaşmağa çox az bir məsafə qalıb .
Dünyada 1990-cı illə müqayisədə 2015-ci
ildə uşaq ölümünün sayının 3 dəfə azaldıl-
ması nəzərdə tutulub. Təsəvvür edin, 1990-
cı illərin əvvəllərində Azərbaycanda uşaq
ölümü 1 yaşa qədər 1000 nəfərə 29.5 nəfər
təşkil edirdisə, bu gün bu rəqəm 10.8-ə çatır.
Artıq 3 dəfəyə yaxın azalmaya nail olmuşuq.
Hazırda Səhiyyə Nazirliyində bu istiqamətdə
məqsədyönlü işlər aparılır. Bu yaxınlarda
nazirlikdə neontoloji, yəni yenidoğulanla-
ra xidmətin yaxşılaşdırılması məqsədilə
cənab nazirin əmri ilə xüsusi komissiya ya-
radılıb. Xidməti yaxşılaşdırmaq məqsədilə
2006-2010-cu illərdə Azərbaycanda Dövlət
Proqramı qəbul olunaraq həyata keçiril-
di. Bu proqram çərçivəsində ölkəmizin 7
bölgəsində perinatal mərkəzlər yaradıldı.
Mərkəzlərin yaradılmasının özü də yeni-
doğulanlara, hamilələrə, zahılara xidmətin
yaxşılaşdırılması və dünyanın inkişaf et-
miş ölkələrinə çatdırılması məqsədi güdür.
Yəni bu gün görməli işlər çoxdur, amma hər
şeydən əvvəl biz optimist əhval-ruhiyədəyik.
Çünki ölkədə sosial sahədə aparılan dövlət
siyasəti bizi sevindirir və ruhlandırır. Əminəm
ki, hər sahədə olduğu kimi, tibb sahəsində
də ən yaxın zamanlarda ölkəmizi dünyanın
inkişaf etmiş ölkələri səviyyəsinə çatdırma-
ğa nail olacağıq.
Qabil ABDULLAYEV
Müsahibə
“2015-ci ildə uşaq ölümünün sayının 3
dəfə azaldılması nəzərdə tutulub”
u Hər bir valideyn istəyər ki, onun yeni dünyaya gələn
övladı sağlam və xoşbəxt olsun. Təbii ki, körpələrin sağlam
böyüməsində valideynlərin diqqət və qayğısı heç də kifayət etmir,
balacalara həm də yüksək səviyyəli tibbi xidmətin göstərilməsi
də zəruridir. Valideynlərin uşaqlarına sevgi və qayğısı ilə yanaşı,
ixtisaslı tibbi xidmətin göstərilməsi gələcəyimiz olan uşaqların
sağlam böyüməsinə təminat verə bilər.
31 may 2014-ъц ил
http://www.amu.edu.az
7
Bu gün tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər
il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün – 1918-ci
il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra
müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan,
mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və
mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin
məntiqi nəticəsi kimi meydana gəlmişdir. Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının,
yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də
Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin
təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik
etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin
Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib
bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və
başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-
nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın
yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə
Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni
dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər
müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf
yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və
dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər
hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl
qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan
edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi,
nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər
Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət
və mənasını əyani şəkildə səciyyələndirir.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq
Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan
dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini
və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin
qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-
siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik,
hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla
davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur.
Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata
keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli
şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli,
təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir
ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də
onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
X
əstəxanadaxili (Nazokomiyal)
infeksiyalar bu gün də aktual
bir problem olaraq qalmaq-
dadır. Problemin aktuallığı onunla
şərtlənir ki , müasir dövrdə nə qədər
dezinfeksiyaedici məhsullarin çeşid
bolluğu və təsir mexanizminin tez,
qısa müddətli olmasına baxmayaraq
yenə də xəstəxanadaxili infeksiyala-
rın rast gəlmə tezliyi yüksəkdir. Bu
da hər bir tibb işçisinə bəllidir ki,
xəstəxanadaxili infeksiyaların yayıl-
ma səbəbi əsasən adi göstəricilərlə
yanaşı havada Qram - mənfi bakteri-
yalarının miqdarı ilə hesablanır.
Ona görə də xəstəxanadaxili infeksiya-
lara şubhə, eləcə də epidemioloji göstəriş
olarsa təcili havada olan patogen mikrob-
ların (salmonella, mikobakteriya, viruslar
və s.) varlığı dəqiqləşdirilir.
Bu infeksiyaların yayılması üçün vacib
olan üç faktorun (mikroorqanizmin (in-
feksiya) mənbəyi, həssas orqanizm və yo-
luxma yolu) varlığı hər hansı infeksiyanın
hər an baş qaldırmasına zəmin yaradır.
Mikroorqanizmin mənbəyi dedikdə
xəstə insan, mikrob daşıyıcısı, infeksi-
yalaşmış əşya, infeksiyalaşmış sahə və.
s nəzərə alınmalıdır ki, bunlar da hər an
xəstəxanadaxili infeksiyanın baş qaldır-
ması üçün real mənbədir.
İkinci faktor-həssas, zəif orqanizim
deyildikdə isə bütün kəskin və xroniki
xəstələr, əsasən də əməliyyatdan son-
rakı dövrdə immun sistemi, reaktivliyi
və müqaviməti aşaği olan xəstələr nəzərə
alınmalıdır.
Nəhayət, yoluxma yolu dedikdə
bəllidir ki, hər hansı infeksiyanın
özunəməxsus keçmə mexanizmi möv-
cuddur, lakin bütün bu yollar içərisində
ən vacib və əhəmiyyətli sayılan kontak
yoludur ki, bu da xəstəxanadaxili infek-
siyaların yayılmasında böyük rol oyna-
yır. Bu yolla infeksiyanın ötürülməsində
əsas vasitə tibbi personalın əlləridir.
Ona görə də xəstəxanadaxili infeksiya-
ların yayılmasının qarşısının alınması
üçün “Əl gigiyenası” təmin edilməlid
ir.
Tibb tarixində xəstəxanadaxili infeksi-
yaların yayılmasının qarşısının alınması
yolları XIX əsrə qədər dəqiq məlum ol-
masa da, əllərin yuyulması fiziki, ruhi
xəstəlik və günahlardan təmizlənmənin
bir yolu kimi qəbul edilmişdir.
İlk dəfə 1822-ci ildə fransız əczaçısı kal-
sium xlor məhlulu, yaxud camaşir sodası
ilə insan cəsədlərindən gələn xoşagəlməz
qoxulardan qurtulmağın mümkün ol-
duğunu və bu məhlulların dezinfeksi-
yaedici və antiseptik kimi istifadə edilə
biləcəyini göstərmiş -1825- ci ildə yolu-
xucu xəstəliyi olan xəstələrlə təmasda
olan həkimlərin əllərini maye xlor
məhlulu ilə islatmalarının faydası olaca-
ğını qeyd etmiştir. Cərrahi əl antisepti-
kası cərrahi müdaxilədən əvvəl əllərdəki
tranzitor flora ilə yanaşı obliqat floranın
da minimum səviyyəyə endirilməsidir .
Belə ki, normada dəridəki aerob bakteri-
yaların sayı 10 ²- 10
2
kv/sm²- də dəyişir.
Normal dəridə flora tranzitor və obliqat
olmaqla iki qrupa bölünür.
Tranzitor flora əsasən dərinin şəthi
təbəqəsində kolonizasiya edən və əl
təması ilə daşınan mikroorqanizmlərdən
ibarətdir. Bunlara əsasən Qram - mənfi
– E.koli, Perferingis aeroginaza və s.
daxildir ki, bunlar da sanitar-gigiyenik
normalara uyğun yuyunduqda asanlıqla
əllərdən kənarlaşdırılır, lakin onu da qeyd
etmək vacibdir ki, xəstəxanadaxili infek-
siyaların baş qaldırmasında əsasən tranzi-
tor floranı təşkil edən mikroorqanizmlər
böyük rol oynayır.
Obliqat
floraya
daxil
olan
mikroorqanizimlər isə dərinin dərin
qatlarında olan və patoğenliyi zəif olan
mikrooqanizmlərdir ki, onlar da
dəri tamlığı pozulmadıqda çox
nadir hallarda xəstəxanadaxili
infeksiyaların
yayılmasina
səbəb olur.
Onu da nəzərə almaq lazım-
dır ki , xəstəxanada müalicə
alan xəstələrin dərisində sta-
sionar şəraitdə olan və infeksiya törədə
bilən mikrooqanizmlər (St. ureus, En-
terococcus, Psendomanas, Klebsiel-
la, Acinetobakter və s.) kalonizasiya
edir. Tibb işçilərinin əllərində xəstə
və ətraf mühitlə təmas nəticəsində bu
mikrooqanizmlərdən ibarət tranzi-
tor flora formalaşır. Buna görə də tibb
işçilərinin əlləri cəmiyyətdəki digər
şəxslərin əllərindən fərqlənir. Bütün bun-
ları nəzərə alaraq cərrahi əl antisepti-
kası hər an nəzər-diqqətimizdə olmalı
və cərrahi müdaxilədən əvvəl yuyunma
sanitar gigiyenik qaydalara uyğun həyata
kecirilməlidir. Onu da yaddan cıxarmaq
lazım deyil ki, cərrahi əl antiseptikasında
istifadə edilən antiseptik maddələr sürətli
təsir göstərməli, təsiri nisbətən uzun
müddətli və təkrarlanan, istifadələrdən
sonra kumulyativ xarakterli olmalıdır.
Sədrəddin ATAKİŞİzADƏ,
Tədris Cərrahiyyə Klinikasının
İnfeksion Nəzarət Komitəsinin sədri, tibb
üzrə fəlsəfə doktoru
Xəstəxanadaxili infeksiyaların yayılmasında
cərrahi əl antiseptikasının rolu
28 May – Respublika günü
http://www.amu.edu.az
31 may 2014-ъц ил
Doğulduğu andan 1 ya-
şına qədər körpənin qida-
landırılması ilə bağlı olan
bütün suallara tam ətraflı
cavablar “İlk günündən 1
yaşına qədər körpələrin
qidalandırılması” adlı ki-
tabda:
- Ana südü ilə qidalandır-
manın əhəmiyyəti və onun
düzgün
tənzimlənməsi.
Əmizdirmə
mövqeləri.
Ana südünün artırılma-
sı üsulları. Yarana bilən
problemlər və onların
həlli yolları. Əmizdirmənin
başa çatdırılması və s.
- Süni süd qarışıqları ilə
qıdalandırmanın əsasları.
Süd qarışığının seçilməsi,
düzgün
hazırlanması,
verilməsi texnikası və s.
-
Uşağın
rasionuna
əlavə qidaların (sıyıqlar,
meyvə-tərəvəz, ət və s.)
düzgün daxil edilməsi sxe-
mi (nə vaxtdan, hansı miq-
darda və s.). Yarana bilən
problemlər və onların həlli
yolları. Uşağın menyusu-
nun tərtib edilməsi. Uşaq-
lar üçün yemək reseptləri.
Filippinin
Sebu
şəhərindəki
hey-
vanxanaya
gələn
turistlərə ilk baxış-
da maraqlı görünən
pulsuz ilan masa-
jı təklif olunur. Bu
vaxt masaj insanlar
tərəfindən deyil, ümumi çəkiləri 250 kiloqram
olan böyük ilanlar tərəfindən edilir. Əlbəttə ki,
bu prosedurla ziyarətçilərin heç də hamısı ra-
zılaşmır.
Heyvanxananın əməkdaşları ziyarətçilərə qur-
şağa qədər soyunmağı, bərk bambuk çarpa-
yının üzərinə uzanmağı və özlərini dörd Birma
pitonunun ixtiyarına verməyi təklif edirlər. Bu
pitonların adı Mişel, Uolter, İ-Ci və Danieldir.
Müştəri ilə ünsiyyət zamanı gözlənilməz aclıq
tutmalarından qaçmaq üçün hər bir masaj sean-
sı ərəfəsində bu ilanların hər biri 10 cücə yeyir.
Heyvanxananın əməkdaşlarının bildirdiyinə
görə, bu təhlükəli canlıların insan bədəni
üzərində 10-15 dəqiqə hərəkəti orqanizmə
sakitləşdirici və sağlamlaşdırıcı təsir göstərir.
Belə masaj qəbul etmiş ziyarətçilərdən birinin
bildirdiyinə görə, masaj zamanı nəfəsi ilanlara
tərəf vermək olmaz, çünki bu, onlara iynə ba-
tırma və ya zərbə təsiri bağışlayır. İkincisi, əgər
təhlükə hiss edirsinizsə, heç vaxt köməyə çağır-
maq olmaz. Bu zaman bədəndəki titrəyişi hiss
edən ilanlar bunu onlara hücum kimi qəbul edə
bilərlər.
Heyvanxananın əməkdaşının bildirdiyinə görə,
bu prosedur çoxlarına qorxulu gəlsə də, sonda
ondan çox razı qalırlar.
Tibbi biologiya fakültəsinin V kurs, 920
b
qrup tələbəsi Musayeva
Şəhla Rafiq qızının adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-
barsız sayılır.
II müalicə profilaktika fakültəsinin II kurs, 304
a
qrup tələbəsi
İsgəndərli Elməddin Əliyəddin oğlunun adına verilmiş tələbə bileti
itdiyi üçün etibarsız sayılır.
Əczaçılıq fakültəsinin IV kurs, 860
a
qrup tələbəsi Əkbərova
Aysel Rasim qızının adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-
barsız sayılır.
Əczaçılıq fakültəsinin I kurs, 887
c
qrup tələbəsi Mohammed
Ayad Husseinin adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
Əczaçılıq fakültəsinin IV kurs, 810-cu qrup tələbəsi Qasımov
Şahmar Oqtay oğlunun adına verilmiş qiymət kitabçası itdiyi üçün
etibarsız sayılır.
II müalicə profilaktika fakültəsinin V kurs, 209
b
qrup tələbəsi
Firidunlı Orxan Abil oğlunun adına verilmiş qiymət kitabçası itdiyi
üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin V kurs, 724
b
qrup tələbəsi Cəfərova
Könül Səfər qızının adına verilmiş qiymət kitabçası itdiyi üçün eti-
barsız sayılır.
Pediatriya fakültəsinin IV kurs, 566
a
qrup tələbəsi Bayramzadə
Şölə Azər qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
Məmmədova Sevda Cəmil qızına 2002-ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən terapevt ixtisası üzrə verilmiş internatura
vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Áàø ðåäàêòîð
ÅËÄÀÐ ÈÑÌÀÉÛË
Ìüÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí
ìþâãåéè üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.
ßëéàçìàëàð ýåðè ãàéòàðûëìûð.
Qəzet “Òÿáèá” ãÿze òè íèí
êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð,
ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ
÷àï îëóíóð
.
Dostları ilə paylaş: |