“Tələbələrin həm bacarı-
ğı, həm də nəzəri bilikləri
dəyərləndirilir”
Aydın
Məmmədov
(Tibbi-
profilaktika və tibbi-biologiya
fakültəsinin dekanı):
- Bizdə tədris Avropa kredit
sistemi ilə aparıldığı üçün son
illərdə dövlət buraxılış imta-
hanları iki mərhələdə keçir.
Birinci mərhələdə tələbələrin
təcrübi bacarıqları, ikinci
mərhələdə isə həmin fənn
üzrə nəzəri biliklər kompüter
– test imtahanları vasitəsi ilə
dəyərləndirilir. Hər iki mərhələ
ayrı-ayrılıda 50 ballıq şkala ilə
müəyyənləşdirilir.
Sonra hər iki mərhələdə qa-
zanılan ballar cəmləşdirilir və
tələbənin ümumi fənn üzrə
hansı qiymət aldığı bəlli olur.
Burada istər bacarıq, istərsə
də nəzəri biliklərdə keçid balı
ayrı-ayrılıqda 17 bal nəzərdə
tutulur. Tələbə əgər 17 baldan
yuxarı toplayarsa, ümumi ba-
lın üzərinə gəlinir. Əgər 17
baldan az toplayarsa, tələbə
imtahandan müvəffəqiyyət
qazanmamış hesab olunur
və təkrar imtahana saxlanılır.
Təkrar imtahan isə növbəti
ilə təyin olunur.
Bizdə belə bir qayda qəbul
olunubdur: ixtisas fənləri üzrə
hər bir kreditə 250-300 sual
müəyyən edilib. Tutaq ki, han-
sısa tələbədə 4 kreditdirsə,
1000-1200 sual ola bilər. Yəni
fənn proqramından asılı ola-
raq, tələbəyə cavablandırmaq
üçün kompyuter vasitəsi ilə
50 sual verilir. Tələbənin hər
bir düzgün cavabı ona 1 bal
qazandırır. Hər bir tələbənin
ayrıca kodu var. O, kompyu-
ter arxasına oturandan sonra
kodu kompyuterə daxil edir.
Ona verilən suallar ekranda
görünür. Tələbə başlayır su-
alları cavablandırmağa. Əgər
düzgün cavab verməsə, düz-
gün olmayan cavab düzgün
cavabın müəyyən hissəsini
silir.
Tələbə sualları cavablan-
dırıb qurtaran kimi onun
neçə bal toplaması komp-
yuter vasitəsilə avtomatik
müəyyənləşdirilir.
Hazırda 30 nəfər tibbi-bio-
logiya, 44 nəfər isə tibbi-pro-
filaktika ixtisasları üzrə imta-
hana qatılıb.
Dostları ilə paylaş: |