Tələbələrin imtahan sınağı uğurla davam edir



Yüklə 12,61 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix02.01.2022
ölçüsü12,61 Mb.
#1590
1   ...   22   23   24   25   26   27   28   29   30
Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 157

Araşdırmalar  sübut  edir  ki,  bəzi  qidaların  daim 

qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaş-

dırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini 

yaxşılaşdırır.

Umumillikdə  bu  qidaların  qəbulu  beyini  sağlam 

vəziyyətdə saxlamağa kömək edir.

Beləliklə, bizim beynimiz bu məhsulları “xoşlayır”:

-  Balıq  və  digər  dəniz  məhsulları  (krevet,  istridiyə 

və  s.)  beyin  üçün  olduqca  xeyirlidir.  Bu  qidaların 

tərkibində  olan  əvəzedilməz  omeqa  3  yağlı  turşular 

beyinin fəaliyyəti üçün “hava kimi” lazımdır.

-  Giləmeyvələrin  bir  çox  hissəsi  “antioksidant”  ad-

landırılan maddələrlə zəngindir.  Bu maddələr sərbəst 

radikallarla mübarizə aparır. Sərbəst radikallar insan 

orqanizminin  hüceyrələrini  zədələyən  atomlar  top-

lusudur.  Həkimlər  məhz  onları  xərçəngin  inkişafın-

da,  ürək-damar  sistemi  xəstəliklərində,  qocalıq  ağıl 

zəifliyində “günahlandırır”.

- Qoz-fındıq beyin üçün çox xeyirlidir. Bu məhsulların 

arasında beyin üçün ən faydalı olan qozdur.

Qoz-fındıq dedikdə biz həmçinin araxis, keşyu, ba-

dam  və  s.  nəzərdə  tuturuq.  Onlar  da  omeqa  3  və 

omeqa  6  yağlı  turşularla  zəngindir.  Bundan  əlavə 

onlar B


6

 və E vitaminlərinin zəngin mənbəyidir. Qoz-

fındıq beyinin fəaliyyətini yaxşılaşdırır, insanın əhval-

ruhiyyəsini  qaldırır,  depressiyadan  çıxmağa  kömək 

edir. Bu səbəbdən həkimlər əqli fəaliyyəti ilə məşğul 

olanlara, məktəbdə oxuyan uşaqlara və tələbələrə bu 

məhsulları hər gün qəbul etməyini tövsiyə edirlər (gün 

ərzində bir ovuc qoz-fındıq kifayətdir).

- Günabaxan, kətan, küncüt, balqabaq tumları yad-

daşı möhkəmləndirir, beyinin fəaliyyətini yaxşılaşdırır.

-  Müxtəlif  dənli  bitkilər  fol  turşusu  və  B  qrupu 

vitaminləri  ilə  zəngindir  ki,  insanın  yaddaşını  və 

umumillikdə  insanın  zehnini  yaxşılaşdırır.  Dənli 

bitkilərin arasında beyin üçün ən xeyirli olanlar bun-

lardır - yulaf yarması, arpa yarması, qəhvəyi düyü və 

s.

- Tünd şokolad beyinin əsas “dostlardan” biri sayılır. 



Bu növ şokolad antioksidantlarla zəngindir. Şokolad 

insanın  diqqətini  va  yaddaşını  yaxşılaşdırır,  beyini 

qan təchizatına müsbət təsir edir.

-  Yumurta  zülal  və  A,  D,  E,  B  qrupu  vitaminlərlə, 

lesitinlə zəngindir. Bu maddələr beyində yaşla əlaqəli 

olan dəyişikliklərlə mübarizə aparır.

- İspanaq, kahı, brokkoli kələmi, avokado, sarımsaq, 

kök,  pomidor,  üzüm  da  beyinin  funksiyalarına  çox 

müsbət təsir edir.

-  Ekzotik  karri  ədviyyatı  antioksidantlarla  zəngindir 

ki, beyinin qocalması ilə mübarizə aparır.

-  Qəhvə  də  beyinin  fəaliyyətini  yaxşılaşdırır  və  sti-

mullaşdırır.  Qəhvənın  gündəlik  qəbulu  (təbii  ki,  az 

miqdarlarda  -  1-2  fincan  gün  ərzində)  Alsqeymer 

xəstəliyi kimi ağır xəstəliyin profilaktikasıdır. Alsqey-

mer xəstəliyi adətən yaşlı insanlarda inkişaf edir. Bu 

xəstəlik  zamanı  beyinin  hüceyrələri  kütləvi  şəkildə 

məhv olur ki, nəticədə ağıl zəifliyi inkişaf edir.

-  Yaşıl  çay  xüsusi  maddələr  “katexinlər”  (beyini 

tonuslaşdırır)  və  antioksidantlarla  zəngindir.  Gün 

ərzində 2-3 yaşıl çay fincanı qəbul edə bilərsiniz.


Yüklə 12,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin