Qəbul şöbəsi tibb bacısının nəzarəti altında tələbələr xəstələri qəbul etməli, subyektiv və obyektiv müayinələr aparmalı, labüd və təcili hospitallaşma məsələsini həll etməli, nəql edilmə və sanitar işlənmə növünü müəyyən etməlidirlər.
Tələbə bilməlidir:
qəbul şöbəsinin quruluşu və funksiyasını
qəbul şöbəsində tibb bacısının fəaliyyətinin məzmununu
xəstənin hissəvi və tam sanitar işləməsini yerinə yetirməyi
bitliliyin aşkar olunması məqsədi ilə xəstəyə baxışın keçirilməsini, müvafiq epidemiya əleyhinə tədbirlərin təşkilini, bitlilik əleyhinə daramadan istifadə etməyi
“stasionar xəstəsinin tibbi kartı” titul vərəqini tərtib etməyi
stasionardan çıxma kartını tərtib etməyi
xəstələrin qəbulu və qospitalizasiyadan imtinası haqda hesablama jurnalında qeydiyyat aparmağı