|
|
səhifə | 7/95 | tarix | 02.01.2022 | ölçüsü | 0,61 Mb. | | #1380 |
|
Terapiya şöbəsində
Tələbə bilməlidir:
- tibbi personalın geyiminə və şəxsi gigiyenasına tələbi
-
əlləri yumaq dərəcəsini (səviyyəsini)
-
müalicə-mühafizə rejiminin mahiyyəti və onun xəstə üçün əhəmiyyətini
-
yataq xəstəsinin yataqda vəziyyətinin dəyişdirilməsini
-
müxtəlif yaşlı xəstələrin bədbəxt hadisələr vaxtı baş verə biləcək risk faktorlarını
-
xəstələrin travmaya məruz qalmasını azaltmaq üsullarını
-
tibb bacısının işində risk faktorları (fiziki, kimyəvi, bioloji, psixoloji)
-
müalicə-profilaktika müəssisəsinin şöbələrinə dərman maddələrinin yazılma və alınma qaydalarını
-
narkotik, güclü təsirli, az tapılan və bahalı dərmanların siyahiya alınma və saxlanma qaydalarını
-
gigiyenik qulluq prinsiplərini
-
yataq yaralarının əmələ gəlməsinin risk faktorlarını
-
isitqacların, buz qovuğunun, xardalların istifadəsini və bankaların qoyulmasını
-
soyuq, isti, isidici kompresslərin qoyulmasını
-
temperaturun qoltuqaltı nahiyyədə ölçülməsi və nəticəsinin qeyd olunmasını
-
termometrlərin dezinfeksiyasını və onların düzgün saxlanılmasını
-
temperaturun nəticələrindən asılı olaraq xəstəyə kömək göstərməyi
-
tələbata uyğun pay tərtib etməyi
-
ağır xəstələrin qaşıqla yedizdirilməsini
-
təmizləyici, sifon, yağ və dərman imaləsini qoymağı
-
qazçıxarıcı borunun qayulmasını
-
sidik kisəsinin yumşaq kateterlə kateterizasiyasını aparmağı
-
daimi kateteri olan xəstələrə qulluq göstərməyi
-
rektal şamların qoyulmasını yerinə yetirməyi
-
qusma zamanı yardımın göstərilməsini
-
huşunu itirməyən xəstənin mədəsinin yuyulmasını
-
mədənin yuyuntusunun müayinə üçün götürülməsini
-
təyinat vərəqi ilə işləməyi
-
laborator və instrumental müayinə üçün göndərişlərin yazılmasını
-
biokimyəvi müayinə üçün venadan qanın götürülməsini
-
bakterioloji və ümumi analiz üçün bəlğəmin götürülməsini
-
sidiyin ümumi analizi üçün, Neçiporenkoya, Zimnitskiyə, şəkərə, diastazaya görə və bakterioloji müayinə üçün götürülməsini
-
dərman maddələrinin enteral qəbul üçün paylanmasını
-
müxtəlif dərman maddələrinin qəbul qaydalarının xəstələrə öyrədilməsini
-
məlhəmlərin, toz şəklindəki dərman maddələrinin, plastrların, məhlulların və cövhərlərin qəbulunu
-
gözə, qulağa və buruna damcıların sürtülməsi
-
burundan və ağızdan inhalyasion üsulla dərman maddələrinin qəbulunu
-
xəstənin yatağının hazırlanmasını
-
yataq yaralarının profilaktikası üçün tədbirlərin görülməsini
-
evdə yataq yaralarının profilaktikası üçün qohumların öyrədilməsini
-
yataq yaraları əmələ gəldiyi zaman dərinin işlənməsini
-
yataq və alt paltarlarının dəyişdirilməsini
-
səhər tualeti (yuyunma, gözlərə, qulağa, buruna, qulluq, ağızın təmizlənməsi) zamanı xəstələrə kömək göstərməyi
-
dəriyə, saçlara və dırnaqlara qulluq etməyi
-
xarici cinsiyyət orqanlarına qulluğu yerinə yetirməyi
-
nəcis və sidik saxlaya bilməmək zamanı yardım göstərməyi
-
nəcisin gizli qana, qurd yumurtalarına görə, koproloji və bakterioloji müayinə üçün götürülməsini
-
bioloji materialın laboratoriyaya nəql edilməsini
-
xəstələrin sidikçıxarıcı və həzm sisteminin rentgenoloji, endoskopik müayinələrə hazırlanmasını
-
xəstələri USM-nə hazırlamağı
-
tənəffüsün tezliyini, A/T- i, nəbzi qiymətləndirməyi və temperaturu qeyd etməyi
-
tibb bacısının işinin etaplarını və onların sənədləşməsinin qeydiyyatını həyata keçirməyi
Dostları ilə paylaş: |
|
|