Telman orucov



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

TARİXƏ MÜRACİƏT 
 
Tarix çarmıxa çəkilməlidirmi? 
 
 Tarixin  cəsədi  yarıldıqca  keçmiş  həyat  göz  anında  canlanır,  həmin  aləmə 
səyahət adamı həzzdən və iyrənmədən daha çox düşünməyə, təhlil etməyə, nəticə 

165 
 
çıxarmağa vadar edir. Axı onun anatomiyasını öyrəndikcə nəcib səhnələrlə yanaşı 
patologiyalar  da  üzə  çıxır.  Bu  elm  faktlara  əsaslanmalı  olduğu  halda,  onun 
kahinləri  keçmişə  çox  vaxt  yaşadıqları  dövrün  güzgüsündə  baxmağa  üstünlük 
verdiklərindən,  hətta  ötüb  keçən  əsrlərə  aid  olan  hadisələr  də  məqsədəuyğunluq 
tələbi  ilə  təhrifə  uğradılır,  beləliklə  keçmişin  səhnələrinin  özü  də  mövcud  hakim 
ideologiyanın girovlarına çevrilir. Lakin bir elm kimi onun tətbiq etdiyi metodlara 
da  müəyyən  ciddilik  səviyyəsində  yanaşılmalıdır.  Bu  nöqteyi-nəzərdən  qədim 
Roma  tarixçisi  Tatsitin  həqiqətin  Platondan  əziz  olduğunu  deyən  Aristotelin 
düşüncəsini əsas götürərək öz həmkarlarına etdiyi “sine ira et studio” – “qəzəbsiz 
və  qərəzsiz”  nəsihəti  bu  gün  də  sarsılmaz  bir  prinsip  kimi  öz  əhəmiyyətini 
itirməmişdir. 
 Lakin  bəzi  tarixçilər  ümumi  əhval-ruhiyyəyə  boyun  əyərək  zaman 
küləyinin,  bəzi  hallarda  isə  tufanının  güclü  təsirinə  məruz  qaldıqda,  keçmişin 
obyektiv  qaydada  qələmə  alınması  zərurətinə,  gələcək  üçün  onun  dərslərinin 
mayak  rolu  oynayacağı  ehtimalına  məhəl  qoymamaqla,  faktlar  adlanan  dağ 
silsiləsini uçurub  yer  səthi ilə  bərabərləşdirmək, bu  vaxt  yaranan  toz dumanından 
istifadə  edərək  öz  qərəzli  məqsədlərini  həyata  keçirmək  yolunu  tuturlar.  Onlar 
yaxşı  anlayırlar  ki,  zamanın  heybətliliyi  qarşısında  xidmət  göstərib,  onun  ötəri 
xislətli mehrabına hər şeyi qurban verməklə bir neçə il üçün yaxşı, bəlkə də zəngin 
yaşayış  şəraitinə  malik  ola  biləcəklər.  Onsuz  da  ölərilər  üçün  olan  taledən  onlar 
qaça  bilməyəcək,  yalnız  dahilər  və  qəhrəmanlar  üçün  nəzərdə  tutulan  ölməzlik 
məkanına  isə  heç  vaxt  yaxın  düşməyəcəklər.  Həm  də  nəcibliyi,  prinsipi,  məsləki 
hərraca qoymaq, xalqın keçmişinə nifrətlə yanaşmaq hesabına hakim ideologiyanın 
ərköyün balalarına çevrilməklə qısa müddətə də olsa ad-san qazanacaqlar. Belələri 
daim  ağa  qara  deməyə  hazır  olmaqla,  cılızlıqları  ilə  teatr  tamaşalarında  “Yemək 
verilmişdir”  deməklə  guya  rol  oynayan  istedadsız  aktyorları  yada  salırlar.  Onlar 
SSRİ-ni şər və bəla məkanı, keçmişi isə zəhər yayan bir zaman kəsiyi kimi qəbul 
etməklə,  guya  özlərinin  yenilik  tərəfdarı  olduqlarını  göstərməyə  can  atırlar. 
F.M.Dostoyevski  Qərbin  zəhərindən  qaçsa  Rusiyanı  yüksək  tale  gözləyəcəyi 
inamına  həsr  etdiyi  məqaləsini  “Yay  təəssüratlarının  qış  qeydləri”  adlandırdığı 
kimi, belə mövqe seçmiş tarixçilər də keçmişin cəhalət mənbəyi kimi qələmə verən 
yazılarını “İşıqlı günlərin qaranlıq qeydləri” adlandırsaydılar, ən azı həqiqətin kiçik 
bir parçasına sədaqət nümayiş etdirmiş olardılar.  
Yeni  dövrə  qədəm  basmamışdan  əvvəl  onlar  heç  də  etiraz  səslərini 
qaldırmırdılar,  ev  heyvanları  ayaqaltı  otla  qidalanmağı  məqbul  saydıqları  kimi, 
onlar  da  mühitin  qaydaları  ilə  razılaşmamağı  ağıllarına  gətirmirdilər.  Məslək, 
dünyagörüş,  düşüncə  metamorfozaları  bir  qayda  olaraq  ictimai-siyasi  quruluş 
dəyişdikdə  gur  çiçək  açmağa  başlayır.  Dünənə  qədər  quruluşa  ləbbeyk  deyənlər, 
siyasi  hakimiyyətin  dağıdıcı  qüvvələrə  keçdiyini  gördükdə  asanlıqla  tam  əks 
münasibət  qaydalarını  qəbul  edirlər.  Onlar  kilsə  xoru  solistləri  kimi  ucadan  cadu 
deməyə,  keçmişi  lənətləməyə  girişirlər.  Əslinə  qaldıqda  yeni  quruluş  da  əvəz 
etdiyindən  mahiyyətinə  görə  o  qədər  də  fərqlənmir,  özünə  sədaqətli  xidmətçilər, 
nökərlər, muzdurlar ordusu toplamağa başlayır. Bu ordunun əsgərləri uydurduqları 
virtual  düşmənin  üzərinə  öz  ovları  kimi  atılırlar.  Bu  vaxt  keçmişin  güzgü  təsviri 

166 
 
əmələ gəlir, bircə fərq orasındadır ki, ovçu ilə ov yerini dəyişməli olur. Keçmişlə 
yeni  dövrü  ayıran  məsafə  qısa  olduqca  nifrət  cərəyanın  şiddəti  də  yüksək  olur. 
Dünənə  baxışda  qeyri-obyektivlik,  qərəz,  qisas  almaq  istəyi  daha  coşqunluqla 
büruzə verilir. Ona görə də əvvəlki dövr haqqında yazılar həcmindən və qıcqırma 
dərəcəsindən asılı olmayaraq beyinləri dumanlandıran alkoqol təsiri bağışlayır. Bu 
yazılarda  həqiqətin  sadə  bir  işartısına  da  məhəl  qoyulmur,  yeni  quruluşa  haqq 
qazandırmaq  və  onu  möhkəmləndirmək  xatirinə  keçmişi  söymək,  onu  zülmət 
mühiti  kimi  xarakterizə  etmək  söz  sahibi  hüququ  qazanmış  adamların  peşə 
vəzifəsindən  çox,  xidmət  metoduna  çevrilir.  Sadəcə  olaraq  yenicə  hakimiyyətə 
gəlmişlərə  xidmət  göstərmək  lazımdır,  bunun  üçün  hər  şeyi  inkar  etmək  daha 
sərfəlidir. Belələri keçmişi autodafeyə məhkum etməyə də, onun icrası üçün tonqal 
qalamağa da hazırdırlar. Ona görə də yaxın dövrün tarixi həqiqi təhlildən uzaq olub 
daha çox qisas ruhunda yazılır, onun müəllifləri öz tərəfdarlarının sayını artırmaq 
üçün onların şüuruna uyuşdurucu toxum səpməkdən ötrü əllərindən gələni edirlər 
ki, ötən günlər yalnız haradasa tökülmüş qanla, hansısa bədbəxtliklərlə yaddaşlara 
həkk  olunsun.  Həmin  illər  barədə  həqiqət  çərçivəsinə  azacıq  da  olsa  uyğun  gələn 
bir ifadənin işlədilməsinə də yasaq qoyulur. 
 Belələri  keçmişi  dar  ağacına  sürükləməklə  kifayətlənməyib,  ona  fərqli 
prizmadan  baxanları  da  ələ  salır,  istehza  obyektlərinə  çevirməklə  kütlə  arasında 
onların  onsuz  da  zədələnmiş  nüfuzlarının  bütünlüklə  yoxa  çıxmasına  çalışırlar. 
Əlbəttə, siyasət mehrabı üçün belə qurbanlar bir növ qanunauyğun haldır, lakin bir 
elm kimi tarixin istifadə etdiyi metodologiyaya tam ziddir. Təəssüf edici hal odur 
ki, ən danılmaz faktlar belə təhrif edilir, eybəcərlik maskasına salınır, xalqın uzun 
illər ərzində qəhrəmanlıq simvolu kimi qəbul etdiyi hadisələr şübhə altına alınır və 
dünənə  qədər  asanlıqla  dərk  edilən  dünyaya  yönələn  baxışlarda  həqiqətin  inkar 
edilməsinə,  şüurlarda  kütləvi  aqnostitsizm  formalaşdırmağa,  mənəviyyata  çürük 
dəyərlər  sırınmağa  cəhd  edilir.  Vaxtilə  böyük  əziyyətlər  hesabına  qazanılmış 
nailiyyətlərin nankorcasına dağıdılması yeni hakimiyyətin parlaq nailiyyətləri kimi 
qələmə  verilir.  Yaxın  məsafədən  keçmişə  baxış,  mürgüləyən  gözlərin  nəyisə 
sezməsinə bənzəyir. Yeni siyasi məqsədlərə xidmət edən bu baxış hər şeyi ən çoxu 
siluet qaydasında görür, nəinki detallara, heç varlığın böyüklüyünə belə əhəmiyyət 
vermir. Ona  görə  də təsvir  müsbət və  mənfi  xüsusiyyətləri təhlilə  məruz  qoymur, 
saxtalaşdırmadan  ilham  alır  və  öyrənilən  dövrün  lənətlənməsi  burada  xüsusi  yer 
tutur. Beləliklə qısa zaman məsafəsində yazılan salnamə dünənki quruluşdan qisas 
almağa  xidmət  etdiyindən  keçmişi  tamamilə  rədd  etmək,  ona  lənətlər  yağdırmaq 
yolunu tutur. 
 Bibliyanın  “Ağılar”  kitabındakı  şeirlərdə  verilən  şikayət  hönkürtülərinə 
bənzər  ifadələr  ölkənin  yaxın  keçmişi  barədəki  yazılarda  baş  alıb  gedir.  Bəziləri 
hətta  bu  dövrü  ölkənin,  xalqın  tarixindən  silib  atmaq  kimi  ağılsız  bir  təklifə  əl 
atmaqdan  da  çəkinmir.  Onlar  üçün  istinad  edə  biləcəkləri  mənbə  də  mövcuddur. 
Vaxtilə  tarixçilərin  çoxu  orta  əsrləri  “Qaranlıq  era”  adlandırır,  sivilizasiyanın 
inkişafında  bu  dövrün  uzun  fasilə  olduğunu  qeyd  edirdilər.  Lakin  sonralar  bu 
fikirlər  düzəlişə  məruz qaldı, onun  məhz daha gur inkişafı  hazırlayan  bir  mərhələ 
olduğu  qənaətinə  gəlindi.  Bəlkə  kimlərinsə  istəyi  əsasında  yaxın  keçmişimizə  də 

167 
 
“Qaranlıq dövr” yarlıkı yapışdırıb, ona nifrəti daha da gücləndirək. Zənnimcə belə 
fikrə düşmənin özü ağılsızlıqdır, belə sərsəm ideyalar olduqca gülünc görünür. Biz 
hər  şeyə,  o  cümlədən  yaşadığımız  əvvəlki  onilliklərə  də  obyektivliklə  yanaşsaq, 
doğma  tariximizin  mənzərəsi  müəyyən  heyranedici  çalarlar  da  qəbul  edəcəkdir. 
Xatirələrimizi daşqalaq etmək isə vandalizm xüsusiyyəti qazanacaqdır. 
 Bəzi  ölkələrdə  qadınlar  əxlaq  məsələsində  hansısa  büdrəməyə  görə  şəriət 
qanunlarına  müvafiq  olaraq  daşlanma  yolu  ilə  ölümə  məhkum  edildiyi  kimi, 
keçmişimizə nəinki daş atmaq, hətta buna cəhd etmək, daşı yerdən götürməyin özü 
yolverilməzdir.  Keçmişin  şər  səhifələrinə  haqq  qazandırmaq,  qara  paltarı  yumaq 
hesabına ağartmaq kimi cəhdlər də ağılsız bir işdir. Hər şey öz ölçüsündə, rəngində 
göstərilsə, qərəz ülgüsünə məruz qalmasa, ömrünün son dövrünü yaşayan, keçmişə 
nostalji  hissləri  bəsləyən  adamların  həyatına,  xatirələrinə  hopmuş  hadisələrə 
hörmətlə  yanaşılar,  onların  onsuz  da  yaşla  əlaqədar  aşınmalara  məruz  qalan 
dünyasını uçurmaq qəddarlığından qaçmaq mümkün olar. Həmin ahıl adamlar isə 
onların  könüllərinə həmlələr olmayanda  sakit həyatlarını  yaşayar,  fiziki  əzablarla 
yanaşı  sağlam  mənəvi  atmosferdə  ən  azı  əlavə  ruhi  əziyyət  çəkməkdən  azad 
olarlar.  
Keçmişə mədhiyyə himnləri oxumaq ağılsızlıq olduğu kimi, onu bütünlüklə 
inkar  etmək,  onun  eybəcərliklər  sərgisindən  başqa  bir  şey  olmadığı  barədə  saxta 
fikir  formalaşdırmağın  özü  də  ədalətsizlikdir.  Bu  məsələdə  bəzi  müdriklərin 
sözünə  qulaq  assaq  yəqin  ki,  özümüzü  ciddi  səhvlərdən  qoruyarıq.  Çin  Xalq 
Respublikasının görkəmli dövlət xadimi Çjou En-lay Parisdə olarkən ondan Böyük 
Fransa İnqilabını necə qiymətləndirdiyini soruşduqda o, heç kəsin gözləmədiyi bir 
cavab vermişdi ki, axı hələ az vaxt keçmişdir, daha düzgün qiymət vermək üçün 
böyük  zaman  məsafəsi  lazımdır.  Real  sosializmin  eybəcərlikləri  barədə  indi  çox 
danışılır,  çoxları  SSRİ-nin  parçalanmasını  arzu  olunan  bir  hadisə  kimi 
qiymətləndirir.  Bu  sevinc  qeyri-adi  şəkildə  özünü  büruzə  verir.  Elə  bil  ki,  bəzi 
ibtidai tayfalara məxsus qaydada ölünün cəsədi ətrafında xüsusi canfəşanlıqla ritual 
rəqsləri  ifa  edilir.  Həqiqətdən  belə  bir  uzaq  olan  qənaət  yaranır  ki,  onun  heç  bir 
yaxşı  cəhəti  olmamışdır,  onilliklər  ərzində  bu  quruluş  sovet  xalqını  yalnız 
bədbəxtliklərə  düçar  etmiş,  onlara  sivilizasiyalanmış  həyatın  nə  olduğunu  guya 
kütləvi  hipnoz  vasitəsilə  unutdurmuşdur.  Bəs  onda  bu  böyük  ölkədə  baş  verən 
demoqrafik  inkişaf  (əlbəttə,  müharibənin  ağır  zərbəsini  nəzərə  almaq  şərtilə), 
kütləvi  savadlılığa  nail  olunması,  mədəni  inqilabın  baş  verməsi,  elmi  kəşflər, 
işsizliyin  ləğv  olunması  kimi  təkzibolunmaz  faktlar  necə  olsun.  Məgər  bunlar 
sivilizasiyanın tərkib hissələri deyilmi? Addımbaşı özünü yada salan bu həqiqətləri 
yalnız toyuq korluğuna tutulmuşlar dana bilərlər. 
 İradə  zəifliyi,  prinsipsizlik  hansısa  motivlərin  təsiri  altında  sağlam  zəkaya 
da  hakim  kəsilir.  Bu  vaxt  ağıl  gözü  rəngləri  qarışıq  salmaqla  onun  sahibini 
daltonizmdən  əziyyət  çəkən  adama  döndərir.  Kütləvi  oxucu  qərəzsiz  təhlil,  elmi 
baxışa  əsaslanan  yazılar  əvəzinə  çox vaxt  makulatura nümunələrinə qonaq  edilir. 
Bu  xörəklərə  nə  qədər  təbliğat  ədviyyatı  əlavə  olunsa  da,  dadları  yaxşılığa  doğru 
azacıq  da  olsa  dəyişilmir.  Axı  yumşaq  özəyi  yeyiləndə  meyit  iyi  verən  tropik 
duryan  meyvəsi  çox  əlvan  bükümdə  təklif  edilsə  də,  istehlak  edilən  tək  ürək 

168 
 
bulanmasına səbəb olmasını təkrar etməmiş qalmayacaqdır. Tarixi təsvir çox vaxt 
iki  əks  qütb  arasında  vargəl  etməklə,  bu  elmin  ləyaqətinə  zərbə  vurmuş  olur.  Bu 
qütblərdən  biri  şişirdilmiş,  saxta  mahiyyətli  tərifdir.  İkincisi  isə,  hər  şeyi  qara 
rəngdə  görüb  ona  acı  his  hopduran  tənqiddir.  Axırıncı  çox  vaxt  rüsvayçılıq 
qiyafəsində olur. Təəssüf ki, bəzən tərif hədd tanımadığı kimi, tənqid, inkar dənizi 
də  əslində  sahilsiz,  nəhayətsiz  olur.  Tərifin  musson  yağışı  çox  sayda  bəlalar 
gətirdiyi kimi, qərəzli tənqid tufanı da aramsız davam edəndə öz dağıdıcı qüvvəsi 
ilə şüurlara neqativ təsir göstərməmiş qalmır.  
Tarixi  xalqla  yanaşı  dahiyanə  şəxsiyyətlər  yaradır.  Axırıncılar  öz  əməlləri, 
fəaliyyətləri,  istedadları  ilə  hələ  sağ  ikən  özlərinə  abidə  yaratmış  olurlar.  Onlar 
bəzən  ciddi  qüsurlardan,  qəddarlıqlardan  da  xali  olmurlar.  Lakin  bu,  müsbət 
fəaliyyətdən  xəbər  verən  digər  yarımkürənin  varlığına  şübhə  yaratmamalıdır. 
Yaxşı,  nəcib  cəhətlər  də  pis,  şər  xislətli  əməlləri  ört-basdır  etməməlidir.  Qədim 
Roma  tarixçiləri  öz  əsərlərində  şəxsiyyətləri  daha  çox  sınaq  anlarında  təsvir  edir, 
onların  çözdüyü  problemlərin  mürəkkəbliyi  fonunda  həmin  aktyorları  öz 
palitralarının  zənginliyi  hesabına  xüsusilə  canlı  verməyə  müvəffəq  olurdular.  Bu 
təsvirlərdə  onların  mənəvi  plankasının  yüksəkliyi  də  diqqəti  cəlb  etməmiş 
qalmırdı.  Tarixçilər  düşməni  də  karikatura  şəklində  göstərməkdən  qaçırdılar, 
onların da müstəsna hərb və ümumilikdə zəka qabiliyyətləri gizlədilmirdi. Təhlükə 
anında möhkəm iradə hesabına düşmən üzərində qələbə qazanmağı bacaranlar isə 
qəhrəmanlar  şəklində  təsvir  edilirdi.  Məsələn,  tarixçi  Tit  Livinin  çox  cildli 
“Annallar” – “Romanın əsası qoyulmasından olan tarix” əsərində düşmən ordusuna 
başçılıq edib, mifik Herakldan sonra ilk dəfə Alp dağlarını keçib İtaliya ərazisində 
bir neçə qələbə qazanmaqla Romanın qapıları qarşısında duran Karfagen sərkərdəsi 
Hannibalın  hərbi  istedadı,  natiqlik  qabiliyyəti  göstərilməklə  yanaşı,  nəhayət 
etibarilə  onu  məğlubiyyətə  uğradan  Roma  sərkərdələrinin  də  qeyri-adi  döyüş 
ustalıqları  məharətlə  təsvir  edilir.  Yaxud  səlib  yürüşlərinin  beşiyi  olan  Avropada 
onlara  qarşı  mübarizə  aparan  Səlahəddin  barədə  həmin  vaxtdan  formalaşmış 
münasibəti götürək. Böyük sərkərdə və alicənab insan olan Səlahəddin Qərbdə də 
Üçüncü  səlib  yürüşü  vaxtı  cəngavər  düşmən  nümunəsi  kimi  qiymətləndirilərək 
əfsanəvi bir ucalığa yüksəlmişdi. Mənşəcə kürd olan bu Misir və Suriya hökmdarı 
Yerusəlimi səlibçilərdən azad etmişdi. Alicənablığına gəldikdə səlibçilərə başçılıq 
edən  krallardan  biri  olan  İngiltərə  kralı  Şir  ürəkli  I  Riçardın  döyüşdə  atının 
öldürüldüyünü  eşitdikdə,  öz  atını  hədiyyə  şəklində  ona  göndərmişdi.  Müsəlman 
dünyasının ən əliaçıq hökmdarı olan bu adam ölərkən öz qəbri üçün də lazım olan 
pulu  qoyub  getməmişdi.  Qərb  onun  xarizmasını  inkar  etmək  yolunu  tutmamışdı, 
əksinə  vaxtilə  şərqlilər  torpaqlarını  işğal  edən  Makedoniyalı  Aleksandrı  geniş 
şöhrətləndirdikləri  kimi,  özlərinə  qarşı  vuruşan  bir  sərkərdənin  portretini  şərəf 
çələngi ilə haşiyəyə almışdı. 
Qərb  tarixçiləri  də  əsasən  öz  ölkələrinin  rəqibləri  barədə  həqiqəti  etiraf 
etməyi  əksər  hallarda  heç  də  birincinin  alçaldılması  cəhdi  hesab  etmirlər. 
Amerikan tarixçiləri 1930-cu illərdə SSRİ-də qazanılan iqtisadi nailiyyətlər barədə 
heç  bir  kupyura  yol  vermədən  yazırdılar.  Onların  kitabları  heyranlıq  hissinə  görə 
bəzən  panegirik  xüsusiyyəti  daşıyan  kimi  görünürdü.  Belə  yazı  üslubu  ilə  onlar 

169 
 
tarix muzası olan Klioya səmimi sitayiş etdiklərini göstərirdilər, bir alim kimi də 
vicdan  borclarını  yerinə  yetirirdilər.  Həmin  illərdə  SSRİ-də  qonaq  olan  görkəmli 
yazıçılar  –  ingiltərəli  Bernard  Şou  və  almaniyalı  Lion  Feyxtvanger  də  həqiqətən 
xaruqələr  yaradan  ölkə  və  onun  rəhbəri  barədə  xoş  sözlər  söyləməkdən  və 
yazmaqdan çəkinməmişdilər. 
Lakin  sosializmə,  onun  real  təcəssümü  olan  SSRİ-yə  ideoloji  hücumlar  və 
təxribatlar daim mövcud olmuş, heç vaxt səngiməmişdir. Uinston Çörçillin 1946-cı 
ilin  martında  Amerikada,  Fulton  Universitetində  etdiyi  çıxışdan  sonra  başlanan 
“soyuq müharibə” iki sistem arasında sürətlə silahlanma kimi əcaib yarış növlərini 
meydana  gətirməklə  yanaşı,  onları  bir-birindən  ayıran  “dəmir  pərdəni”  bir  az  da 
qalınlaşdırmış, permanent qaydada qarşılıqlı nifrət atəşləri ilə müşayiət olunmuşdu. 
“Soyuq müharibə” bir tərəfin mütləq zəfəri, SSRİ-nin dağılması, dünya sosializm 
sisteminin  süqutu  ilə  sona  çatdı.  Güman  etmək  olardı  ki,  tarixdən  silinmiş  bir 
dövlətə  heç  də  XX  əsrin  Karfageni  kimi  baxılmayacaqdır,  onun  xatirə  ərazisini 
şumlamaq da heç bir sərsəm ağıla da gəlməyəcəkdir. 
 Lakin sönməyən nifrət öz fantasmaqoriyasını davam etdirməkdən qalmadı. 
Həcv  yarışında  bir-birini  ötməyə  çalışan  çox  sayda  kvazitənqidçilərin  yazılarında 
və  çıxışlarında  həqiqi  qüsurlarla  yanaşı  hər  cür  böhtanlar  uydurulmaqla  SSRİ 
barədə  Reyqanın  bədnam  leksikonundan  götürülmüş  “Şər  imperiyası”  kəlməsinin 
davamı  olan  təşbihlər  qol-budaq  atmağa  başladı,  dünya  ərazisini  öz  çətiri  altına 
almağa cəhd edən iftira ağacı daha da böyüdü, onunla müqayisədə iri ərazini tutan 
banyan da çox cılız dibçək bitkisi kimi görünməyə başladı. Tarixçi Kukrıniksilər 
əmələ gəldi və onlar həqiqi rəssam sələfləri burjuaziyanı daim eybəcərlik simvolu, 
istehza  obyekti  şəklində  təsvir  etdikləri  kimi,  SSRİ-nin  portretini  ən  iyrənc 
ştrixlərdə canlandırmağa girişdilər. Rusiyanın özündə demokratiya bayrağı altında 
qərar  tutanlardan  bəziləri  öz  yerinin  möhkəmliyinə  qarantiya  almaq  və  Qərbə 
özlərini daha sədaqətli göstərmək üçün müəyyən tarixi mərhələdə yaşamış xalqına 
və  dövlətinə  nifrin  yağdırmaq  cəhdində  dəridən-qabıqdan  çıxdılar,  vaxtilə 
kapitalizmi  lənətləyən  qatı  bolşevikləri  də,  belə  oxşar  canfəşanlıqda  arxada 
qoydular.  
Böhtan  və  iftira  mərmisi  üçün  istənilən  material  yarayırdı,  təki  partlayış 
tükürpərdici olsun. 
Sovet dövlətinin  bəzi  məxfi  sənədlərinin məzmunu, mahiyyəti  açıldıqda  bu 
belə təbliğat ekstremistlərinin əlinə nüvə silahı düşməsi təsirini bağışladı. SSRİ ilə 
nasist Almaniyası  arasında  23  avqust  1939-cu  ildə  bağlanmış  paktın  məxfi 
saxlanılan  təfərrüatı  məlum  olduqda,  əvvəllər  bəzi  reneqatların  atdığı  böhtan  – 
İkinci  Dünya  müharibəsinin  başlanmasında  SSRİ  rəhbərliyinin  Hitlerlə  bərabər 
qaydada  günahkar  olması  ideyası  ümumi  istifadə  alətinə,  dövləti  biabır  etmək 
istəyənlərin qisas silahına çevrildi. Ona görə də beynəlxalq Avropa təşkilatlarında 
sosializmi  nasizmlə  bir  tərəziyə  qoymaq,  SSRİ-ni  bu  dünya  bəlasını  törədən 
Almaniyaya  müştərək  etmək  təşəbbüsləri  ortaya  çıxdı.  Zəhərli  qisas  nizələrindən 
çoxu,  müttəfiqlik  təklifinə  Qərb  ölkələrindən  rədd  cavabı  aldıqdan  sonra  ölkəsini 
müvəqqəti  də  olsa  müharibə  təhlükəsindən  kənarda  saxlamaq  üçün  Almaniya  ilə 
hücum etməmək paktını imzalamaq yolunu seçən Stalinə tərəf tuşlanır, ona, az qala 

170 
 
ümumən tarixdən qovmaq məqsədi güdən anafema elan edilir. 
Əlbəttə,  məğlubiyyət  istənilən  xalqı  və  ölkəni  alçaldılmalara  məruz  qoyur, 
belə  alçaldılmanın  acı  nəticəsini  isə  Almaniyada  nasizmin  baş  qaldırmasında, 
bütün dünyaya meydan sulamasında görürük. Ümidsizlik görünməmiş müqavimət 
gücü  yaradır,  alçaldılan  tamam  məhv  edilməmişdirsə,  ondan  hər  şey  gözləmək 
olar.  SSRİ  isə  dağılmaqla  ölümcül  məğlubiyyət  zəhərini  dadmalı  oldu,  bu 
quruluşun ömrü bir əsrdə başlayıb, həmin yüzillikdə də başa çatdı. Sosializmə indi 
nasizmdən heç də az lənətlər yağdırılmır. Bu rüsvay etmə dalğası belə davam etsə, 
bəzi  radikallar  bir  az  sonra  sosializmi  və  kommunist  ideologiyasını  insanlığa 
cinayətdə  ittiham  edəcək,  onların  da  üzərində  yeni  Nyurnberq  tribunalının 
qurulmasını  tələb  edəcəklər.  Ölmüş  şiri  təpikləmək  elə  bir  cəsarət  tələb  etmir. 
Vaxtilə  ondan  tir-tir  əsənlər  özlərinin  Valpurgi  gecələrini  bayram  etməkdən  həzz 
alırlar.  Stalin  özü  də  bunu  ölümündən  on  il  əvvəl  görə  bilərək  demişdi:  “Mən 
bilirəm  ki,  ölümümdən  sonra  qəbrimin  üzərinə  bir  topa  zibil  tökəcəklər,  lakin 
tarixin küləyi  rəhmsiz  qaydada  onu  yelə  verib dağıdacaqdır”. Bütövlükdə  düzgün 
qabaqdan görmədir. Lakin onun əleyhdarları zibil tayasını Monblan hündürlüyünə 
qaldırdılar və hələlik tarix küləyi də əlinə keçən iyrənc nə varsa onu da bu tayanın 
üstünə atır. 
İosif Stalinin fəaliyyəti elə çox sahəlidir ki, bu, ona hər cür həmlələr etməyə 
imkanlar yaradır. Ümumiyyətlə, böyük şəxsiyyətlərin həyatı tərif üçün də, tənqid 
üçün  də  bol  material  verir,  bəzən  hansı  prizmadan  yanaşmaqdan  asılı  olaraq  bu 
tənqidi  ifşa  səviyyəsinə  çatdırmaq  da  çətin  deyildir.  Onlar  iri  planetlərə 
bənzəyirlər, bu göy cisimlərinin tədqiqatı da heç kəsi əliboş qoymur. Tarixdə əməl 
arxipelaqlarından  ibarət  izlərin  tərkibini  araşdırdıqda,  onlarda  müxtəlif  rəngli  və 
xassəli  mineralları  andıran  əlamətləri  tapmaq  mümkündür.  Öz  müasirləri 
tərəfindən  onlar  daha  düzgün  qiymətləndirilirlər,  bir  şərtlə  ki,  fikir  söyləyənlərdə 
müstəqillik  hissi  güclü  olsun,  hansısa  ötəri  münasibət  küləyinin  təsirinə  baş 
əyməsin,  münasibət  dəyişsə  belə  rəy  özlüyündə  obyektivliyə  söykənən 
bütövlüyünü  və  möhkəmliyini  saxlasın.  Stalinə  Qərb  dövlətləri  rəhbərlərinin 
münasibətini heç də loyal saymaq olmazdı, lakin onların rəyləri tam başqa çalarları 
da əks etdirirdi. 
Öz  ölkəsində  isə  itaət  mühiti  şəraitində  onu  ilahiləşdirmək  meylləri  güclü 
idi,  bu  barədəki  qaydalar  bir  qədər  Roma  imperiyasının  nəcib  imperatorlardan 
əvvəlki  və  sonrakı  dövrləri  xatırladırdı.  İmperator  Klavdi  Romanın  əsasının 
qoyulmasının  800  illiyi  bayram  edilərkən  bir  əsr  sonra  gələn  yubileydə  də  ona 
iştirak  etmək  barədəki  arzunu  təbii  hal  kimi  qarşılayırdı.  İmperator  Kommod 
dünyanın  göbəyi  sayılan  Romanın  adını  dəyişib,  ona  öz  adını  vermək  istəyirdi. 
SSRİ-də buna bənzər təkrarları tapmaq çətin deyildi. Rus yazıçısı Leonid Leonov 
“Pravda”  qəzeti  vasitəsilə  təklif  etmişdi  ki,  SSRİ-də  yeni  təqvim  Xristin  deyil, 
Stalinin  anadan  olduğu  günə  əsaslansın.  Əgər  Yuli  Sezarın  şərəfinə  təqvim  ayı 
“iyul” adlanmışdısa, niyə bütövlükdə təqvim dəyişdirilə bilməsin. Axı bu məsələdə 
də nümunə mövcud idi. 1789-cu ildə başlanan Fransa inqilabı din də daxil olmaqla 
keçmişin  rəmzlərini  ləğv  etmək  qaydasında  daha  uzağa  gedərək  Qriqorian 
təqvimini, bizim eranın başlanğıcı vaxtını dəyişib, tarixi, sayca inqilabdan başlayan 

171 
 
ilk illərlə və həmçinin yeni ay adları ilə “mükafatlandırmışdı”. Stalin belə təklifləri 
qulaq  ardına  vurmuşdu,  yalnız  ənənəvi  beşillik  planın  sadə  ifadəsi  şəklindəki 
adının qeyri-rəsmi olaraq “Stalin beşillikləri” adlanmasına razılıq vermişdi, bu isə 
“Marşall planı” definitsiyasından o qədər də fərqlənmir. 
Ona  görə  də  Stalin  barədə  sağlam  düşüncə  tərzinə  əsaslanan  tənqidi  inkar 
etmək,  onların  hamısına  nihilistcəsinə  yanaşmaq  da  düzgün  deyildir.  Ölkədə 
aparılan  iri  miqyaslı  sənayeləşmə,  kənd  təsərrüfatının  kollektivləşdirilməsi, 
vəzifələrin  nəhəngliyi  və  yeniliyi  üzündən  bir  sıra  səhvlər  və  qüsurlarla  müşayiət 
olunmuşdu.  Qolçomaqlara  qarşı  mübarizə  kəndi  işgüzar  qüvvələrdən  məhrum 
etməklə yanaşı, həm də sərt təqiblərə yol açmışdı. Sürətli sənayeləşmə, iri zavodlar 
və fabriklər şəbəkəsinin tikilməsi, yeni sənaye şəhərlərinin salınması böyük vəsait 
qoyuluşunu  tələb  etdiyindən  xalqın  rifahının  yaxşılaşdırılması  vəzifəsinin  həyata 
keçirilməsinə  mənfi  təsir  göstərməmiş  deyildi.  Kəndin  məhsuldar  qüvvələrinə 
vurulan  zərbə  təbii  çətinliklərin,  məsələn,  quraqlığın  əlavə  olunması  ilə  bəzi 
regionlarda  keçmişin  acı  bəla  irsinin  –  aclığın  meydana  gəlməsinə  şərait 
yaratmışdı.  Yeni  quruluş,  yeni  dayaqlar  üzərinə  qaldırılan  ölkə  bəzən  insan 
kapitalına bədxərcliklə yanaşmamış qalmırdı. 
Bütün  bu  xərclər  nə  qədər  təbii  hal  kimi  qəbul  olunsa  da,  xalqın  yaradıcı 
qüvvələrini  zəiflədirdi.  Quruluş  özünü  düşmən  əhatəsində  hesab  etdiyindən, 
varlığını  müxtəlif  şəkildə  baş  verən  təhlükələrdən  qorumaq  üçün  daxildəki 
əleyhdarlarını  əzmək  üçün təqiblərə,  repressiyalara  əl  atırdı. Bu hansısa  məqsədə 
çatmaq  üçün  müəyyən  fayda  gətirsə  də,  cəmiyyətə,  onun  ən  qüdrətli  məhsuldar 
qüvvəsinə  ağır  yara  vururdu.  Ümumiyyətlə  terror  daim  yeni  quruluşun  iti  hücum 
silahına,  həm  də  möhkəm  qalxanına  çevrilir.  SSRİ-də  həyata  keçirilən  terror  isə 
Fransa inqilabının 1793-94-cü illərdəki məşhur terrorunu da kölgədə qoya bilərdi. 
Dövlətin rəhbəri kimi Stalin də bu məsələ ilə əlaqədar olan ittihamlardan kənarda 
qala bilməz. 
Lakin  Stalinin  hər  cür  cinayətlərdə  təqsirkar  kimi  qəbul  edilməsi  də 
ədalətsizlik  nümunəsi  sayılmalıdır.  Bu  məsələdə  ölçü  hissinin  gözlənilməsi  pis 
olmazdı.  İngilislər  dalca  danışmağı,  böhtan  atmağı  hərfi  mənada  “dalı  dişləmək” 
mənasını  verən  “backbite”  sözündə  ifadə  edirlər.  Nəhənglərə  hücum  edən 
piqmeylər  də  onlara  gücləri  çatmadığından,  əslində  “dalı  dişləməklə”  məşğul 
olurlar.  Quduzlar  bu  işi  gördükdə  quduzluq  epidemiyası  yayılmağa  başlayır. 
Kaftarlara  gəldikdə,  onlar  şirin  ovladığı  leşin  üzərinə  cumub  öz  iştahlarını 
doyuzdurduqları  kimi,  şir  zəiflədikdə,  taqətdən  düşdükdə  bu  dəfə  onu  öz 
qurbanlarına çevirirlər. İti dişləri ilə fil sümüyünü də üyüdə bilən yırtıcılar üçün bu 
o qədər də çətin məsələ deyildir. Lakin bir şey unudulur ki, skelet, sümük qalığı da 
onun şirə mənsub olduğunu göstərir. Ona görə də tənqidin şişirdilməsi elə bir fayda 
vermir. Çünki qərəz hökmən özünü biruzə verir. 
Keçmiş  hadisələrə  mikroskop  altında  baxdıqda  müşahidə  olunanlar  nəinki 
həcmcə böyüyür, onun təbiəti də dəyişikliyə məruz qalır. SSRİ-də baş verənlər də 
məhz belə baxışla müşayiət olunur. Bəzən repressiyanın şiddəti qurbanların sayının 
şişirdilməsi  hesabına  gücləndirilir,  məsələn,  yüksək  rütbəli  hərbçilərin  təqib 
edilməsi  hadisəsində  cinayətin  böyük  görünməsi  üçün  cəzalandırılan  və  edam 

172 
 
edilənlərin  sayı  həqiqi  rəqəmlərdən  xeyli  yuxarı  şəkildə  göstərilir.  Digər  tərəfdən 
başqa  sahələrdə  müxalifətin  olduğu  normal  qayda  kimi  qəbul  edilirsə,  niyə  hərbi 
müxalifətin mövcudluğu bütünlüklə inkar edilsin, nəyə görə cəzalandırılanların hər 
biri, əməllərinin fərqinə varmadan az qala mələk kimi qələmə verilsin? 
Stalinin  irəli  sürdüyü  və  həyata  keçirdiyi  tədbirləri  bütövlükdə  xalqın 
əleyhinə olan siyasət kimi qələmə vermək də ağılın qaydada olmamasından xəbər 
verir. Onu ölkədəki terrorun təşəbbüsçüsü və pioneri hesab etmək də yalnız tarixi 
təhrifə  əsaslanır.  Axı  “qırmızı  terror”  Leninin  vaxtında  və  vətəndaş  müharibəsi 
dövründə  “ağ  terrora”  cavab  kimi,  onun  bilavasitə  təşəbbüsü  ilə  başlanmışdı. 
“Qırmızı terrorun” və digər qəddar tədbirlərin ən qızğın tərəfdarlarından biri Lev 
Trotski  idi.  Əksinqilaba  qarşı  mübarizə  adı  altında  yaranan  siyasi  polis  – 
Fövqəladə komissiya da inqilabın qələbəsindən bir ay sonra yaradılmışdı və “ÇK” 
adlanan bu təşkilat adamları həbs edir, təhqiqat aparır və mühakimə edirdi. Lenin 
bu  vasitələrə  əl  atmaqla  heç  də  novatorluq  etmirdi,  əslində  Marksın  vəsiyyətini 
həyata keçirirdi. Axırıncı yazırdı ki, köhnə cəmiyyətin aqoniyasını, yeninin doğum 
əzablarını  azaldan  bircə  vasitə  vardır  ki,  bu  inqilabi  terrordur.  Onun  sələfi  və 
birbaşa Terror rejiminə başçılıq etmiş Robespyer isə terroru təcili, sərt və yenilməz 
ədalət  hesab  edirdi,  onu  yaxşılığın  emanatsiyası,  başqa  sözlə  yaradıcı  enerjisi 
adlandırırdı. 
Ən  dəhşətli  müharibə  tipi  sayılan  vətəndaş  müharibəsi  gedən  ölkədə  qan 
tökülməsi adi hala çevrildiyindən, hər iki tərəfdən keçirilən terror bir növ mənəvi 
məqsədəuyğunluq  qazanırdı  və  bu  qarşılıqlı  nifrət  dalğasından  yaranan  monstr 
hədd tanımırdı. Başlanğıcdan terror “məqsəd vasitələrə haqq qazandırır” ibarəsində 
ifadə olunan iezuit prinsipi ilə həyata keçirilir. Qeyri-demokratik təbiətli dövlətlər 
öz siyasətində makiavellizmi ən yararlı vasitə və iti silah hesab edir. Digər tərəfdən 
çətini  repressiya  maşınının işə düşməsidir,  ətalət güclü olduğundan onu saxlamaq 
da o qədər asan olmur. Siyasi quruluşa azacıq da olsa real və ya təxəyyülün bəhrəsi 
olan  təhlükəni  törədənlərə  qarşı  terror,  istər  bu  fiziki  və  ya  mənəvi  terror  olsun, 
başlandıqdan sonra onun dalğasının genişlənməsi uğur kimi qəbul edilir. Sonralar 
Stalinin barışmaz ittihamçısı kimi çıxış edən Trotskinin özü sosializm səltənətinə 
ağ  əlcəklərdə  gəlməyəcəklərini  deyirdi  və  Xalq  Komissarları  Sovetində  hərbi 
məsələlər  üzrə  Komissar  olanda  cəbhələrdə  Qızıl  ordu  hissələrinin  geri 
çəkilməsinin  qarşısını  almaq  üçün  hasar  çəkmə  dəstələri  adı  altında  əsgərləri 
məhkəməsiz-filansız güllələyən dəhşətli qətl dəstələri düzəltmişdi. 
Stalinin  rəhbərliyi  altında  bütün  qüsurlarla  yanaşı  qısa  müddət  ərzində 
ölkədə sosialist iqtisadiyyatının mövcudluğuna yol açan maddi dayaqlar yaradıldı, 
nəhəng  sənayeləşmə  proqramı  həyata  keçirildi,  yeni  yaradılan  müəssisələr  ölkəyə 
lazım  olan  bütün  növ  sənaye  məhsullarını  istehsal  edə  bilirdi.  Əlbəttə,  istehlak 
malları  istehsalındakı  gerilik  iqtisadiyyatın  “Axilles  dabanı”  olaraq  qalırdı  və  bu 
“siam  əkizi”  kimi,  mövcudluğunun  sonuna  qədər sosializmi  müşayiət  etdi.  Lakin 
ən başlıcası, ölkə xarici dövlətlərdən olan iqtisadi və qismən də texniki asılılığına 
son  qoydu.  Ölkədə  həyata  keçirilən  mübaliğəsiz  sənaye  inqilabı  Böyük  Vətən 
müharibəsi  ərzində  ordunu  silah,  sursat  və  əsasən  də  texnika  üzrə  lazım  olan 
səviyyədə 
təchiz 
etməyə 
şərait 
yaratdı.  

173 
 
SSRİ,  onun  silahlı  qüvvələri  İkinci  dünya  müharibəsində  görünməmiş  ağır 
sınaqlara məruz qalsa da, onun zəfərlə başa çatmasında həlledici rol oynadı. Bəzi 
ideoloqlar Hitler Almaniyası üzərində qələbədə Sovet İttifaqının rolunu kiçiltməyə, 
heçə endirməyə cəhd edirlər. Bəlkə onlar öz torpaqları ilə yanaşı Şərqi Avropanı da 
faşist taunundan xilas edən sovet ordusunun bütövlükdə varlığını da şübhə altına 
alsınlar? Qələbə böyük itkilər, xalqın ağır əzabları hesabına başa gəldi, lakin quduz 
nasist canavarını öz yuvasına qədər məhz SSRİ-nin silahlı qüvvələri qovdu.  
Müharibə  dövründə  hərbi  əməliyyatların,  həm  də  ölkənin  bütün  həyatının 
idarə  olunması  kimi  olduqca  mürəkkəb  və  ağır  işə  bilavasitə  rəhbərlik  məhz 
Stalinin  üzərinə  düşmüşdü.  Bəzi  müasirləri  onu  özünə  marşal  rütbəsi  verməkdə 
təqsirləndirirlər,  məgər  bəs  qələbəni  məhz  bu  “yüksək  rütbəni  mənimsəyən”  bir 
hərbi xadimin Ali Baş Komandan olduğu ordu qazanmadımı? 
Stalinə  xoş  münasibət  bəsləməkdən  uzaq  olanlar  belə  onun  hərb  dühasına 
şübhə  etməyə  cəsarət  etmirlər.  Bu  adamlar  özlərinə  təskinlik  vermək  üçün 
müharibənin ilk beş ayının ağır uğursuzluqlarını misal gətirirlər. Qələbəni danmaq 
mümkün  olmadığı  kimi  həmin  başlanğıc  dövrün  ağlasığmaz  bədbəxtliklərini  də 
inkar  etmək  mümkün  deyildir.  Almanlar  böyük  əraziləri  işğal  edərək  Moskvanın 
kandarına gəlib çıxmışdılar. Bu vaxt Stalin Qızıl meydanda inqilabın ildönümünə 
həsr olunmuş hərbi parad keçirdi, öz şəxsi nümunəsi ilə təkcə vuruşan döyüşçülərə 
və bütün xalqa qələbəyə inam hissi aşılamadı, həm də bütün dünyaya öz paytaxtını 
tərk  etməməsi  ilə  yenilməz  iradəsini  nümayiş  etdirdi.  Sonralar  Xruşşov  Stalinin 
qələbədəki  rolunu  da  kiçiltmək  üçün  onun  bir  dəfə  də  olsun  döyüş  cəbhəsində 
olmamasını  tutarlı  dəlil  kimi  irəli  sürdü.  Lakin  Stalini  ifşa  vəbasına  tutulan  bu 
adam  anlamırdı  ki, Napoleondan sonra  heç  bir döyüşən dövlətin  rəhbəri  cəbhədə 
bilavasitə vuruşan qüvvələrin içərisində olmurdu, bir əsr yarım sonra sərkərdəliyin 
də mahiyyəti dəyişib başqa xüsusiyyətlər qəbul etmişdi. 
Stalinin hərb dühasını öz müasirləri və kolleqaları olan Ruzvelt, Çörçill, de 
Qoll  da  etiraf  edirdilər.  Uinston  Çörçill  1943-cü  ilin  sonunda  Tehranda  keçirilən 
müttəfiq  dövlətlərin  başçılarının  konfransında  Şimali  Afrikada  keçirilmiş  uğurlu 
“Torch” – “Məşəl” əməliyyatı barədə məruzə edəndə İosif Stalin söhbətə müdaxilə 
edib  bu  əməliyyatın  dörd  danılmaz  üstünlüyünü  qeyd  etdikdə,  bu  Britaniya  baş 
nazirinin təəccübünə, həm də Stalinin onların hərbi sirlərinə bələd olması barədəki 
şübhəsinə səbəb oldu. 1945-ci ilin əvvəlində Yalta konfransı vaxtı verilən ziyafətdə 
isə Çörçillin SSRİ rəhbərinin şərəfinə söylədiyi sağlığı, bu istedadlı natiqin sözləri 
lüzumsuz olaraq səpələmədiyi və söz gülləsi atmaqda snayper dəqiqliyi göstərdiyi 
inamına görə, onun etirafının bəlkə də bir qədər emosional səslənən ifadəsi hesab 
edilə  bilər.  Hər  iki  əhvalatı  Çörçill  özünün  “İkinci  dünya  müharibəsi”  adlı  altı 
cildlik fundamental tədqiqat əsərində vermişdir.  
İkinci dünya müharibəsinə aparan yollara gəldikdə, 1938-ci ilin 16 martında 
Hitler Avstriyanın anşlyusunu – Almaniyaya zorla birləşdirilməsini həyata keçirdi, 
sentyabrda isə məhz Londonun və Parisin razılığı ilə Çexoslovakiyanı işğal etdi. 1 
sentyabr  1939-cu  ildə  Polşaya  hücum  etdi.  Bədbəxtlikdən  Çexoslovakiya 
müqavimət göstərmədi, Polşa ordusu isə öz “igidliyini” alman tanklarının üzərinə 
süvari hücumu ilə nümayiş etdirirdi. Gələcəkdə əraziləri bütünlüklə işğal edilənlər 

174 
 
də  Çexoslovakiyanın  ölü  cəsədindən  nəsə  qoparmaqda  çaqqal  iştahı  nümayiş 
etdirirdilər.  Polşa  bu  ölkənin  Teşin  ərazisinə  sahib  olmuşdu,  az  sonra  onun  özü 
bütünlüklə  işğal  olundu.  Almaniya  onun  ərazisini  sürətlə  zəbt  edirdi.  17  sentyabr 
1939-cu ildə isə sovet silahlı qüvvələri şərqdən Polşaya daxil oldu. Sabahısı günü 
Polşa hökuməti və ali komandanlığı sürgünə yollanmaq üçün Rumıniya sərhədini 
keçdi. Ölkə iki dövlət arasında bölünmək üçün işğal edildi. Ancaq bölgü xətti şərqə 
tərəf  irəliləməklə  Almaniyanın  xeyrinə  dəyişdirilmişdi.  Alman  ordusu  və  sovet 
qoşun dəstələri avqust ayında imzalanan alman-sovet məxfi protokolunda nəzərdə 
tutulanları yerinə yetirməklə görüşüb, bir-birlərini salamladılar. 
1870-71-ci illərdəki Fransa-Prussiya müharibəsində, həmçinin Birinci dünya 
müharibəsində ağır zərbə payı alan Fransa isə Avropada bu faciələr baş verən vaxt 
öz  növbəsini  gözləyən  qurban  rolunu  oynayırdı.  Şarl  de  Qolla  görə,  ordu  bir  əsr 
ərzində vuruşan ölkələrin ruhunu və onun gələcəyini əks etdirən güzgü idi, lakin bu 
güzgüdə Fransa ordusu o qədər də cazibədar görünmürdü. 
Qərb  ölkələri  Stalinin  ittifaq  bağlamaq  barədəki  təkliflərinə  məhəl 
qoymadıqda,  o,  ölkəsini  təhlükədən  qorumaq  üçün  başqa  yollar  aramağa  məcbur 
oldu. Stalin əlini sərbəst saxlamaq üçün Almaniyanın qurbanı olmaqdansa, onunla 
birlikdə  ovu  bölməyin  daha  yaxşı  olduğu  qənaətinə  gəldi.  Axı  Qərbdəki  bəzi 
dairələr Hitlerə nisbətən daha çox Stalində öz düşmənini görürdülər. Bunları da de 
Qoll öz “Hərbi memuarları”nda yazır. Ona görə də Stalin Qərbin belə inamsızlığı 
ucbatından Hitler Almaniyası ilə hücum etməmək barədə pakt imzalamağa məcbur 
olmuşdu.  Qərb  Sovet  İttifaqını  Hitlerə  qarşı  özünə  müttəfiq  etmək  əvəzinə,  bu 
ittifaqı  məhz  Almaniyada  axtarmağa  onu  sövq  etmişdi.  Hər  iki  tərəfin  fayda 
axtarışından doğan bu ittifaq az qala iyirmi iki ay davam etdi. Bu müddətdə SSRİ-
dən  Almaniyaya  böyük  miqdarda  cürbəcür  mallar,  həmçinin  strateji  materiallar 
göndərilirdi, onların  sırasına  neft  də  daxil  idi.  Vermaxtı  yanacaqla  təmin  etdiyinə 
görə  Böyük  Britaniya  hökuməti  1941-ci  ilin  iyul  ayının  əvvəlində  Bakı  neft 
mədənlərini  bombalamağı  planlaşdırmışdı.  Yalnız  uzaq  məsafəyə  uçan  ağır 
bombardman  təyyarələrinin  çatışmaması,  həm  də  22  iyunda  Hitler  Almaniyasının 
SSRİ-yə  qəflətən  baş  verən  hücumu  bu  müdhiş  planın  reallaşması  şansını  yoxa 
çıxarmışdı. 
Öz  qarşılarında  Stalini  ifşa  etmək  vəzifəsini  qoyanlar  istənilən  çürük 
versiyadan da istifadə etməyə hazır idilər. Onun bütün tərcümeyi alt-üst edilirdi ki, 
bu  məqsədə  yarayan  nəsə  tapılsın.  Gəncliyində  onun  bank  yarmasını  deyənlər 
səhvə yol vermirlər, lakin bunu adi quldurluq nişanəsi kimi qələmə vermək o qədər 
də  düzgün  deyildir.  O,  Tbilisidə  bankın  yarılmasında  iştirak  etmiş  və  qəsb  edilən 
pulları  Avropada  mühacir  həyatı  yaşayan  Leninə  göndərmişdi.  Bu  vaxt  onun 
özünün  böyük  ehtiyac  içərisində  yaşamasına  baxmayaraq,  həmin  vəsaiti  son 
qəpiyinə  qədər  partiya  fonduna  keçirməyi  daha  vacib  hesab  etmişdi. 
1930-cu  illərdə  Stalini  hakimiyyətdən  devirmək  istəyənlər  az  deyildi  və  onlar 
müxtəlif  bayraqlar  altında  və  məqsədlər  naminə  hərəkət  edirdilər.  Onlar  hər  cür 
intriqalara  əl  atsalar  da,  heç  nəyə  nail  olmurdular.  Çünki  Stalinin  xalq  arasında 
nüfuzu yüksək idi, düşmənləri isə onu devirmək üçün nə gücə, nə bacarığa, nə də 
qətiyyətliliyə  malik  deyildilər.  Sadalanan  keyfiyyətlərin  hər  biri  isə  Stalində 

175 
 
artıqlamasilə 
var 
idi.  
SSRİ-dən qaçıb  Qərbdə  sığınacaq tapan köhnə  əleyhdarlarının  ən  sınanmış silahı 
Stalinin  jandarm  agenti  olmaq  barədə  özlərinin  uydurduğu  versiyanı  buradakı 
ictimaiyyətin şüuruna sırımaq idi. Bu ittiham antisovet təbliğatında özünə geniş yer 
tapırdı. Yeltsinin hakimiyyəti dövründə xüsusi maraq məqsədilə aparılan axtarışlar 
da  bir  nəticə  vermədi.  Çar  jandarm  idarəsinin  heç  bir  sənədində  və  digər 
mənbələrdə  Stalinin  agent  kimi  fəaliyyət  göstərməsi  iddiası  öz  təsdiqini  tapmadı. 
Digər  tərəfdən  bolşeviklər  satqınlıq  edənlərlə  rütbəsindən  asılı  olmayaraq 
amansızcasına  davranırdılar.  Partiyada  yaxşı  tanınan,  hətta  iki  il  müddətində 
Mərkəzi Komitənin üzvü olmuş Malinovskinin jandarma 1910-cu ildən başlayaraq 
xidmət etməsi aşkarlandıqda, bu provokator ifşa edilmiş və xüsusi tribunalın qərarı 
ilə  1917-ci  ildə  güllələnmişdi.  Stalinə  isə  belə  bir  iyrənc  böhtan  atılması  heç  bir 
çərçivəyə 
sığışmırdı. 
Digər  bir  “sevimli”  mövzu  Stalinin  öz  arvadı  Nadejda  Alilluyevanı  1932-ci  ildə 
qətlə yetirməsi iddiası idi. Əsəbləri o qədər də qaydasında olmayan bu gənc qadın 
Kremldə  Oktyabr  inqilabının  ildönümü  şərəfinə  təşkil  edilmiş  ziyafətdə  ərinin 
kobud  hərəkətini  özünə  qarşı  təhqir  kimi  qiymətləndirərək,  ota­ğın­da  özünü 
intihar 
etmək 
yolu 
ilə 
həyatdan 
getmişdi. 
Keçən  əsrin  80-ci  illərində  isə    Stalinin  vaxtilə  Leninlə  münasibətlərində 
ziddiyyətlərin  mövcudluğu,  axırıncının  öz  silahdaşına  etimadını  itirməsi  barədə 
söz-söhbətlər  geniş  yayılmışdı  və  Stalini  qaralama  kampaniyasında  mühüm  amilə 
çevrilmişdi.  Ağır  xəstə  olan  Lenin  1923-cü  ilin  əvvəlində  diqtə  edib  yazdırdığı 
“Qurultaya  məktub”da  partiya  rəhbərliyində  olan  şəxslər  barədə  öz düşüncələrini 
bildirmişdi. Stalinə olduqca yüksək qiymət verməklə yanaşı onun kobudluğunu da 
qeyd  etmişdi.  Ümumiyyətə,  ətrafında  olan  xadimlərdən  heç  birinə  etimad 
göstərməməklə  o,  varisi  məsələsi  barədəki  mülahizəsini  gizli  saxlamağa  üstünlük 
vermişdi.  Stalin  bu  vaxt  Mərkəzi  Komitənin  qərarı  əsasında  xəstə  rəhbəri  əlavə 
narahatlıqlardan  hifz  etməyə  çalışdığı  üçün  Nadejda  Krupskayanın  tez-tez  onun 
yanına  getmək  barədə  xahişinə  sərt  cavab  vermişdi.  Arvadı  əhvalatı  Leninə 
çatdırdıqda o, bunu ailəsinə qarşı təhqiramiz hərəkət kimi qiymətləndirmiş və bu, 
qeyri-adekvat reaksiyanın meydana gəlməsinə səbəb olmuşdu. Stalinin kobudluğu 
barədə  mülahizə  də  yəqin  bu  insidentdən  mayalanmışdı.  Çünki  əvvəllər  Lenin 
onun  haqqında  tərifli  sözlər  söyləsə  də,  Stalin  cavab  qaydasında  mədh 
söyləməkdən  qaçmışdı.  Hələ  1912-ci  ildə  Lenin  onu  milli  problemlərə  səriştəli 
yanaşdığını  qeyd  etmiş,  1921-ci  ildə  isə  partiyanın  X  qurultayında  Stalinin  eyni 
vaxtda  bir  neçə  vəzifə  tutmasını  anormal  hal  hesab  edən  Şlyapnikova  sərt  cavab 
vermiş,  bunu  Stalinin  bütün  vəzifələrin  öhdəsindən  ləyaqətlə  gəldiyi  ilə 
əsaslandırmışdı. Stalin isə 1918-ci ildə inqilabın birinci ildönümünə həsr olunmuş 
məqaləsində əslində Lenin barədə yayılan mifə əks çıxaraq, inqilabın ilhamvericisi 
və təşkilatçısı kimi Trotskiyə borclu olduqlarını qeyd etmişdi. Yaxud, 1920-ci ildə 
Leninin  anadan  olmasının  50  illiyinə  həsr  edilmiş  Petroqrad  Sovetinin  iclasında 
yubilyarın şərəfinə  tərifli  sözlər  söyləməkdən  imtina  edərək,  onun  yol  verdiyi  üç 
ciddi  səhvini  sonralar  səmimi  qaydada  etiraf  etdiyini  müsbət  keyfiyyət  kimi 
göstərmişdi.  Belə  jestlərində  də  Stalinin  cəsarətli  adam  olduğu  görünür,  dəfələrlə 

176 
 
sürgündən  qaçması  isə  igidlikdən  başqa  bir  şey  hesab  edilməməlidir. 
 Leninin  vəfatından  sonra  Stalin  onun  ideyalarının  təntənəsi  uğrunda  çalışmaqla 
yanaşı, onların təftişinə yol verməmiş, həm də onun şəxsiyyətinin bütləşdirilməsi 
üçün  də  əlindən  gələn  hər  şeyi  etmişdi.  Vaxtilə,  daha  dəqiq  deyilsə  1903-cü  ildə 
RSDRP-nin II qurultayında Martovun istehza şəklində ilk dəfə işlətdiyi “leninizm” 
ifadəsi  Stalinin  gur  fəaliyyəti  hesabına  bu  lağ  qılafını  ataraq  marksizm  təliminin 
yeni  pilləsi  şəklində  təqdim  olunmağa  başlanmışdı.  Stalinin  yazdığı  və  Lenin 
ideyalarının  müdafiəsinə  həsr  olunmuş  nəzəri  əsəri  də  “Leninizmin  əsasları” 
adlanır. 1918-ci ilin yanvarında  Təsis qurultayı  qovulduqdan sonra ölkədə  hakim 
sayılan  və  yeganə  siyasi  partiya  olan  Kommunist  partiyası  vahid  ideologiyanı 
həyata  keçirdiyi  müddətdə  öz  rəsmi  adı  ilə  yanaşı  “Lenin  partiyası”  kimi  də 
adlanırdı.  Bəziləri  güman  edir  ki,  qədim  Misir  fironları  öz  sələfinin  yarımçıq 
qalmış  piramidasını  tikdirib  başa  çatdırmamışdan  öz  ehramının  inşasına 
başlamırdı. Bu nöqteyi-nəzərdən Stalin də Leninə pərəstişi həddən artıq şişirtməklə 
əslində öz şəxsiyyətinə sitayişə geniş yol açır, abidəsi üçün ondan pyedestal kimi 
istifadə  edirdi.  Lakin  o,  valideynlərini  kübarlaşdırmaq  yolu  ilə  tərcümeyi-halını 
retuşlandırmaq kimi bir işə heç vaxt qol qoymamış, belə təşəbbüsdə bulunmamışdı. 
O,  öz  şəxsiyyətinin  ən  uzaq  ulduzlardan  belə  görünəcəyinə  bel  bağlayırdı  və 
müəyyən cəhətləri, xüsusən iradəsi və inadkarlığı, başqa amillərlə yanaşı onun özü 
barədəki bu fikrini lazımınca qidalandırırdı. Yəqin ki, bu  əlamətləri nəzərə alaraq 
Xruşşovun da olduqca hərarətli münasibətindən və himayəsindən faydalanan yazıçı 
Mixail  Şoloxov  axırıncının  qaldırdığı  şəxsiyyətə  pərəstişin  aradan  qaldırılmasına 
həsr  olunmuş  geniş  kampaniya  barədə  öz  rəyini  belə  bildirmişdi:  “Pərəstiş  var 
idisə, 
şəxsiyyət 
də 
var 
idi”. 
Stalin həyatdan gedəndə dünyanın altıda bir ərazisini tutan güclü bir dövlət qoyub 
getdi.  Sonra  meydana  çıxan  reneqatlardan  isə  ölkəni  uçuruma  yuvarlamaqdan 
başqa  bir  əməl  nişanəsi  qalmadı.  Qorbaçov  özünü  reformator  kimi  qələmə  versə 
də,  onun  islahatları  tam  fiaskoya  uğradı.  Məhz  Qorbaçovun  dövründə  milli 
münasibətlərdə  ciddi  problemlər,  bəzi  respublikalarda  milli  azlıqların  separatizm 
meylləri  yarandı.  Dövlətin  dağılmasının  detonatorlarından  biri  olan  bu  amilə 
əslində  məhəl  qoyulmurdu,  onu  yatırtmaq  istəyi  nəsihət  moizələrindən  uzağa 
getmirdi.  Dağlıq  Qarabağdakı  erməni  separatçılarının  yaratdığı  konflikt 
Ermənistanın  Azərbaycana  təcavüzü  nəticəsində  qanlı  müharibə  xarakteri  aldı  və 
azərbaycan  xalqına  böyük  faciələr  gətirdi.  Sonralar  postsovet  məkanında  milli 
zəmində yeni müharibə tonqalları alovlanmağa başladı. 
Vaxtilə  dünyada  ikinci  fövqəldövlət  sayılan  SSRİ-nin  Qorbaçov  birinci  və 
axırıncı  prezidenti  adını  qazandı.  Bu  şərəfdən  uzaq  olan  titulu  bəlkə  də  o,  fəxrlə 
daşıyır. Xidmətlərinin mükafatı kimi, Qərbdə böyük hörmət qazanmasına görə də 
iftixar hissləri keçirir, lakin öz ölkəsində əksəriyyət tərəfindən hörmətsizliklə, daha 
doğru  deyilsə  nifrətlə  yad  edilir.  1996-cı  ildəki  prezident  seçkilərində  o,  biabırçı 
məğlubiyyətlə  üzləşdi  və  populyarlığının  sıfıra  yaxın  olduğuna  əlavə  bir  əminlik 
şəhadəti tapdı. 
Yeltsin Qorbaçovun eroziya xarakterli fəaliyyətini daha böyük canfəşanlıqla 
həyata keçirməklə SSRİ-nin epitafiyasını yazmaq kimi bir şərəfsizliyə sahib oldu. 

177 
 
Ölkə iqtisadiyyatı daha sürətlə tənəzzülə uğradı, sənaye potensialı işğal ordusunun 
hücumuna  məruz  qalmış  kimi  viran  qoyuldu,  ordunun  döyüş  ruhu  və  şərəfli 
ənənələri  yoxa  çıxmağa  başladı.  Ölkənin  var-dövlətinin,  yeraltı  və  yerüstü 
sərvətinin  özəlləşdirmə  pərdəsi  altında  bir  qrup  adam  tərəfindən  mənimsənilməsi, 
qəsb  edilməsi  baş  verdi.  Stalinə  xalqın  böyük  hissəsinin  məhəbbəti  var  idisə, 
Yeltsin  bir  ovuc  oliqarxların  arasında  böyük  nüfuz  sahibi  oldu.  Bu  zümrənin 
formalaşıb  sərvətlərə  sahib  çıxması  kimi  unikal  hadisə  Yeltsinin  xidmətləri 
siyahısına daxil olmalıdır. Təbiətin bəxş etdiyi sərvət də – neft, qaz, meşələr, qızıl, 
əlvan  metallar  və  digər  faydalı  qazıntılar  xalqa  məxsusluğunu  itirməklə  onların 
mülkiyyətinə keçdi. 
Yeltsin  Rusiya  Federasiyasını  da  daim  davam  edəcək  bir  parçalanmanın 
“Damokl qılıncı” altında qoyurdu. Onun qubernatorlara müraciət şəklində dediyi: 
“Nə  qədər  uda  bilirsinizsə,  o  qədər  suverenlik  götürün”  sözləri  əslində  birinci 
parçalanmadan  yaralarını  tam  sağaltmamış  ölkəni  dağıtmağa  istiqamətlənmiş  bir 
çağırış  idi.  İkinci  dünya  müharibəsindən  sonra  ölkəsinin  ərazisini  xeyli 
genişləndirməyə  nail  olan  Stalin  Yeltsinin  bu  əməllərini  eşitsə  yəqin  ki,  qəbirdə 
çevrilərdi. Berlinə qalib kimi daxil olmuş rus ordusu törəmələrinin qalığı bu şəhəri 
tərk  edərkən  almanlar  əsgərləri  hörmətlə,  orkestrin  musiqi  sədaları  altında  yola 
salırdılar.  Bu  vaxt  sərxoş  Yeltsin  dirijorun  çubuğunu  əlindən  qoparıb,  gülünc 
şəkildə orkestri idarə etməyə başladı. Bu görkəmdə Rusiya prezidenti daha çox sirk 
kloununu  yada  salırdı.  Bu  biabırçılığa,  alçalmaya  görə  təkcə  rus  əsgərləri  və 
zabitləri 
deyil, 
almanlar 
özləri 
də 
xəcalət 
çəkirdilər. 
Deyilənlərlə yanaşı heç kəs SSRİ barədə, üç onillik ərzində bu dövləti idarə etmiş 
Stalin  barədə  obyektiv  tənqidi  qeydlərə,  şiddətindən  asılı  olmayaraq,  Çin  səddi 
çəkmək fikrində deyildir. Bu ölkənin tarixi özündən əvvəlkilərdən və sonrakılardan 
əsaslı  surətdə  fərqlənir,  əslində  unikal  xarakter  daşıyır.  Ona  görə  də  bu  dövlətə, 
onun  dəyərlərinə  də  dialektik  yanaşmaq  lazım  gəlir.  Ancaq  nə  etmək  olar  ki, 
məğlub  olanlara  bir  qayda  olaraq  zəiflər  də  gülür,  onların  uduzmasına  şad 
olmalarını  göstərməklə  özlərini  də  qaliblər  sırasına  daxil  etməyə  can  atırlar.  Ona 
görə  də  əvvəlki  fikirlərə  bir  qədər  düzəliş  verib  demək  istəyirsən  ki,  SSRİ-nin 
dağılmasına  səbəb  həm  də  rus  xalqının  laqeydliyi,  biganəliyi  oldu.  Xalqda 
“yuxarıdan göstəriş, aşağıdan itaət” psixologiyası formalaşmışdı, yuxarı isə ölkəni 
uçuruma  aparırdı.  Əksər  başqa  xalqlar  isə  müstəqillik  arzusunda  olduqlarından, 
buna asan yol kimi baxırdılar. Bir qrup adamın hay-küyü və Qərbin də şiddətlənən 
arzusu və yardımı ilə böyük bir dövlət tarix səhnəsini tərk etdi. Xalq isə bunu çox 
adi  hal  kimi  qarşıladı.  Əlbəttə,  onun  anadangəlmə  damğaları,  ilk  bəşər  günahına 
bənzər  qüsurları,  cavan  orqanizmə  xas  olan  xəstəlikləri  var  idi.  Onların  heç  biri 
sağalmamışdan  yaşlılıq, bədxərclikdən  əmələ gələn  maddi  çətinlik xəstəlikləri də 
əlavə olundu. Bədbəxtlikdən tale belə bir dövrdə ölkəyə Den Syao-pin istedadına 
malik  olan  şəxsiyyət  əvəzinə,  Qorbaçov  və  Yeltsin  kimiləri  idarəetmə  sükanı 
arxasına gətirdi. Onlara bənzər rəhbərlər isə vətənə münasibətdə bir qayda olaraq 
elə bil ki, Edip kompleksinə yiyələndiklərini nümayiş etdirməklə öyünürlər. 
Çinin  qeyri-adi  uzaqgörənliyə  malik  olan  bu  dövlət  xadimi  iqtisadi 
islahatlara  üstünlük  verdiyindən  ölkə  gur  inkişafın  magistral  yoluna  düşdü. 

178 
 
Qorbaçovun  isə  siyasi  həyatı  demokratikləşdirməsi  bir  məqsəd  kimi  məqbul 
sayılan olsa da, gerçəkliyə nüfuz etmək əvəzinə zahiri görünüş xarakteri qazandı. 
Onun  icad  etdiyi  SSRİ  Xalq  deputatları  qurultayı  ölkənin  vacib  məsələlərini 
müzakirə etmək əvəzinə söz savaşı səhnəsinə çevrildi, şouya, ritorika məşğələsinə 
məxsus  olan  cizgilər  qazandı.  Xalq  da  axşamlar  bu  tamaşanı  seyr  edib  ölkənin 
vəziyyətinə  biganəlik  ruhuna  sirayətlənirdi.  Brejnevin  ardı  kəsilməyən  özünü 
təltifləri xalqa necə təsir göstərirdisə, Qorbaçovun populist tamaşaları da eyni təsir 
gücünə malik olurdu. 
Yeltsin isə yenicə səfərə yollanan demokratiya gəmisində hakimiyyətə gəlsə 
də,  az  keçməmiş  bu  nəcib  varlığın  ağzını  qapamaq  yolunu  seçdi, bütün  dünyanın 
göz  qarşısında ona müxalif  olan parlamentin  yerləşdiyi  və həmin  vaxt  üzvlərinin 
sığınacaq  tapdığı  Ağ  evi  tankların  top  atəşləri  vasitəsilə  güllələdi.  75  il  əvvəl 
matros Jeleznyakovun “Karaul ustal”  – “Qarovul yorulmuşdur” kəlməsi ilə Təsis 
qurultayının taleyinə ölüm hökmü verildiyi  kimi, Yeltsin daha müasir vasitəyə əl 
ataraq  parlamentin  həyatına  son  qoydu.  Yeltsinin  səriştəsiz  özəlləşdirmə  siyasəti, 
onun  həyata  keçirilmə  mexanizmi  və  icrası  iqtisadi  potensialın  görünməmiş 
qaydada zəifləməsi və maliyyə sahəsindəki hərc-mərcliyə görə defolt elan edilməsi 
ilə nəticələndi.  
Oxucuya  elə  gələ  bilər  ki,  Qorbaçov  və  Yeltsin  fenomenini  yada  salmaqla 
Stalinə  yönələn  tənqidlərə  sipər  çəkmək  məqsədi  güdülür.  Axı  onların  Stalinlə 
müqayisə  edilməsinin  özü  düzgün  olmazdı,  Çingizxanı  Tsedenballa  müqayisə 
etməyə  bənzəyərdi.  Stalində  Çingizxan  xüsusiyyətləri  olduğu  kimi,  Qorbaçov  və 
Yeltsində  bəzi  cəhətlərinə  görə  XX  əsrin  ikinci  yarısındakı  marionet  monqol 
rəhbəri  kimi,  ölkəni  yad  diqtəsi  ilə  idarə  etmək  xüsusiyyəti  var  idi. 
Stalinin  şəxsiyyətini  kiçiltmək  əbəs  iş  olduğu  kimi,  onun  ingilislər  demişkən, 
qanadına əlavə lələklər düzməyə də ehtiyac yoxdur. Lakin onu eybəcərlik simvolu 
kimi  qələmə  vermək  üçün  yolverilməz  vasitələrə  əl  atılması  da  məqbul 
sayılmamalıdır.  Bəziləri  inqilabi  fəaliyyəti  dövründə  çox  işlənən  “Koba”  ləqəbi 
əvəzinə,  onu  üzündəki  çopur  nişanələrinə  görə  gəncliyində  ona  verilən  “Çopur” 
ləqəbindən  sui-  istifadə  etməklə,  onun  kiçik  fiziki  qüsurunu  da  qeyri-adi  mənfur 
cizgilər  səviyyəsinə  qaldırmaq  istəyirlər.  “Çopur”  sözü  Azərbaycan  dilindən 
götürülmüşdür,  fiziki  mənşəyi  isə  uşaqlıqda  keçirdiyi  çiçək  xəstəliyi  ilə  əlaqədar 
idi.  İmkanları  olsaydı  onun  çopurlarını  lap  cüzam  (lepra)  xəstəliyinin  nişanəsi 
olduğu  kimi  də  qələmə  verərdilər.  Üzündəki  kiçik  eyib  belə,  onun  əqli 
qabiliyyətinə  qətiyyən  təsir  göstərə  bilməmişdi.  Cavanlığında  “Çopur”  kimi 
tanınan bir adam sonralar Stalin kimi dünya siyasəti səhnəsində özünə böyük yer 
tapdı.  Ondan  sonra  gələnlər  isə  hansı  bəzəkli  kompozisiya  çərçivəsinə  salınsalar 
da,  öz  təbii  cılızlıqlarının  onları  daim  kölgə  kimi  müşayiət  etməsindən  qurtula 
bilmədilər. 
Sonrakı rəhbərlər kor bələdçiləri xatırladırdılar, çünki onlar xalqı problemlər 
dənizində  üzməyə  vadar etmişdilər. Matfeyin  “İncil”ində  İisusun  dili ilə deyildiyi 
kimi:  “Kor  bələdçilər,  sizin  üçün  necə  də  dəhşətlidir!  Siz  öyrədirsiniz  ki,  əgər 
kimsə  Məbədə  and  içirsə,  o,  öz  andı  ilə  ona  bağlı  olmayacaqdır,  lakin  əgər  o, 
Məbəddə  qızıla  and  içirsə,  o,  Məbədə  bağlı  olacaqdır”  (Bibliya,  Matfeyin  İncili, 

179 
 
23:16).  Əgər  bu  müraciətdə  “məbəd”  əvəzinə  “vətən” sözü işlənsəydi,  bu  sözləri 
heç bir düzəlişə yol vermədən Qorbaçova və Yeltsinə aid etmək olardı. Kor bələdçi 
kora  kömək  etmək  istəyəndə  bir  qayda  olaraq  onu  xəndəyə  salır.  Vay  belə 
bələdçilərin 
əlindən! 
 Əzablar  yolu  keçmiş  xalq  daha  xoşbəxt  günlərə  yetişməyə  layiq  idi.  SSRİ 
dağıldıqdan  sonra  əksəriyyətin  ümidləri,  arzuları  öz  həllini  lazımi  qaydada 
tapmadı,  ona  görə  də  xalq  əvvəlki  öz  passivliyinin,  laqeydliyinin  xəcalətini 
çəkməyə başladı. Heç kəs postsovet məkanında bərqərar olmuş dövlətlərdə Likurq 
qanunlarının  tətbiq  edilməsini,  müasir  Spartanın  yaranmasını  arzu  etmir.  Həyatda 
tarixi tendensiyaları da nəzərə almaq vacibdir. Ancaq demokratiya pərdəsi altında 
onun pozğunluğu əks etdirən allotropiyasını da meydana gətirmək düzgün deyildir. 
Keçmişdən  ibrət  dərsi  götürüb  irəliyə  baxmaq,  daha  geniş  üfüqlərə 
boylanmaq  lazımdır.  Rus  tarixçisi  Vasili  Klyuçevski  hesab  edirdi  ki,  “tarix 
müəllim  deyildir,  nəzarətçidir.  O  heç  nəyi  öyrətmir,  yalnız  dərsi  bilməməyə  görə 
cəzalandırır”.  Biz  fərəhli  günləri  də,  acı,  kədərli  anları  da  yaşamışıq,  heç  vaxt 
“ümidin ümidsizliyinə” qapılmamışıq. Qoy keçmişi qorxulu kabusa döndərib gənc 
nəsli  xof  içində  yaşamağa  məcbur  etməsinlər.  Bu  nəsil  qarşısında  da  sınaq  anları 
olacaqdır.  Onlar belə  hadisələrə daha hazırlıqlı  olmalıdırlar.  Axı  həyat  bu barədə 
bizə  çox  sayda  canlı  misallar  təklif  edir.  Dünyanın  bir  güşəsi  böyük  qurbanlar 
verməklə  təbii  kataklizmlərdən  xilas  olduqda,  digər  yerlərdə  siyasi  tufanlar  baş 
verir, şimşəklər çaxır. Bədbəxtliyi gündəliyə gətirməkdə elə bil insanlar bir parçası 
olduğu təbiətlə yarışa girmək istəyir. Yaxşı olardı ki, bu yarış gözəllikləri qorumaq 
və  onları  çoxaltmağa  həsr  olunaydı,  onda  biz  həyatın  özündə  harmoniya 
elementlərinin  yaranmasının  şahidi  olardıq.  Xoş  günlər  bizi  nifrət  hissindən  də 
uzaqlaşdırar, keçmişin ləyaqətlərinə hörmətlə yanaşmağı təlqin edərdi. 
Sosializm  quruluşu  torpağa  gömüldükdən  sonra  liberal  iqtisadiyyat  və 
demokratiya yolu seçildi. Lakin bu yol gözlənildiyi kimi, o qədər də hamar olmadı, 
ona  görə  çox  sayda  qəzalar,  sosial  sarsıntılar  da  baş  verdi.  Lakin  heç  kəs  bu 
sistemin  ümumi  prinsipial  qaydalarından  imtina  etmək,  sosializm  cəmiyyətində 
istifadə  edilən  klişeləri  bərpa  etmək  istəmir.  Bu  o  demək  deyildir  ki,  əvvəlki 
quruluş  total  qaydada  inkar  edilsin,  onun  dirçəlməsi  təhlükəsi  şəklində  yeni  bir 
qorxu  əjdahası  yaradılsın.  Təbiətindən  asılı  olmayaraq  istənilən  qorxu  olan  yerdə 
vicdanlı  fikir  mümkün  deyildir,  çünki  xof  hissi  ağılı  da  sıxışdırıb  çıxarmağı 
bacarır.  Keçmişin  yaralarının  qaysağını  qoparmaq  da  məqbul  sayılmamalıdır, 
çünki  bu  mövcud  cəmiyyətin  bədəninin  sinir  uclarını  çılpaqlaşdırmaq  təsiri 
bağışlayır.  Müasir  yalan,  iftira  gidrası  isə  uzun  dili  ilə  hakimiyyət  mehrabını 
yalamaqla  özünə  rahat  taxça  tapmaq  istəyir.  Cəmiyyət  isə  ondan  yalnız  ziyan 
görməkdə 
davam 
edir. 
Olduqca ziddiyyətli tarixi şəxsiyyət olan Stalinə marağın rəngindən asılı olmayaraq 
sönməməsi,  daha  gur  alovlanması  də  əbəs  deyildir.  Bir  hüceyrəli  sadə  varlıqlar 
bizim  diqqətimizi  cəlb  edə  bilmir,  iriləri  isə  nəzərə  almamaq  mümkün  deyildir. 
Bəzi  dövlət  rəhbərləri  indi  də  bu  müəmmalı  insanın  fəaliyyətinə  maraq  göstərir. 
Bunu  Almaniya  kansleri  Angela  Merkelin  etirafı  bir  daha  sübut  edir.  Lakin  bəzi 
adamlarda  onun  adicə  adı  belə  allergiya  əmələ  gətirir.  Rusiyanın  tarix 

180 
 
dərsliklərində yazılan adi bir söz – Stalinin uğurlu menecer olması ifadəsi (əslində 
bunun  özü  çox  uğursuz  xasiyyətnamə  sayılmalıdır)  çoxlarının  qızğın  hiddətinə 
səbəb olur. Sovet İttifaqının dağılmasının əsrin ən böyük geopolitik fəlakəti olması 
mülahizəsinin mötəbər bir şəxs tərəfindən dilə gətirilməsi də nifrət bayrağı altında 
barrikadalar 
axtaranların 
sönməz 
qəzəbinə 
səbəb 
olmuşdu. 
Sosializmin  aramsız  lənətlənməsinin  özü  də  bu  ideyanın  məhvinin  mümkün 
olmadığı qənaətini yaradır. Axı bu təlim azad və bərabər doğulan insanların sosial 
bərabərliyinə nail olmasını bəyan edir. Əgər insanın təbii hüquqlarından biri onun 
xoşbəxtliyə can atmasıdırsa və buna hədd qoymaq mümkün deyildirsə, onda niyə 
nəzəri sosializm antihumanist bir təlim hesab edilsin. Mövcud olmuş real sosializm 
ümidləri  doğrultmasa  da,  bu  heç  də  bütövlükdə  nəzəriyyənin  puçluğuna  dəlalət 
etmir.  
Müqəddəslik  haləsi  yaradan  çox  sayda  təşbihlər  kimi  Stalinin  “fikir  və  fəaliyyət 
nəhəngi”  olması  barədə  vaxtilə  çox  işlənən  ifadə  indi  istehza  şəklində  işlədilir. 
Onda  heç  bir  müsbət  keyfiyyətin  tapılmaması  da  gülünc  görünür.  Onu  diktator 
kimi  qəbul  edən  Qərb  tarixçiləri  də  Stalinin  şəxsində  total  şəxsi  diktatura 
elementinin  öz  qatı  formalarını  göstərmədiyini  etiraf  etməli  olurlar.  Amerikan 
alimi Corc F.Kennan Stalini böyük insan hesab edir, lakin onu da  əlavə etməyi də 
unutmur ki, o, özünün “ağlasığmaz cinayətində” böyük insanlardan biridir. Əlbəttə, 
heç  kəs  onu  fövqəlbəşər  hesab  etmir,  lakin  onun  siyasi  manevr  etmək  bacarığına 
hamı  həsəd  aparırdı.  Böyük  Vətən  müharibəsi  isə  onu  dahiyanə  milli  qəhrəmana 
çevirmişdi.  O,  vuruşan  millətlərin  ali  liderləri  arasında  daha  uğurlusu  idi. 
Tənqidçilərin hamısı Stalini qaniçicilikdə ittiham edirlər. Onun dünyadakı məşhur 
sələflərinin  hamısı  məgər  vegetarianlıqları  ilə  seçilirdi?  Məgər  böyük  hərbi 
qələbələri  ilə  yanaşı  Yuli  Sezar  öz  ölkəsini  vətəndaş  müharibəsinə  cəlb 
etməmişdimi,  Avqust  da  məhz  bu  üsulla  hakimiyyətdə  möhkəmlənməmişdimi, 
Oliver  Kromvel  qanlı  inqilab  yolu  ilə  hakimiyyətə  gəlib  kralın  boynunu 
vurdurmamışdımı,  XIV  Lui  Fransanı  amansız  müharibələrə  cəlb  edib  ölkəni 
taqətdən  salmamışdımı,  Napoleon  XVI  əsrdə  meydana  gəlmiş  Papanın  Kainat 
imperiyası  ideyasını  bir  qədər  lokallaşdıraraq,  özünün  Avropa  imperiyasını 
yaratmaq  üçün  qitəni  qan  çanağına  çevirməmişdimi, ABŞ-ın  ən  uğurlu  prezidenti 
sayılan  Avraam  Linkoln  qanlı  vətəndaş  müharibəsində  qalib  gəlmək  hesabına 
ölkənin parçalanmasının qarşısını almamışdımı? Bu misalların sayını artırmaq olar. 
Yuxarıda  sadalanan  halların  hamısında  insan  qanı  çayları  axıdılmışdı.  Stalin  də 
istisna təşkil etmir. Ancaq ona azacıq da olsa bəraət mümkündürsə, bu yalnız onun 
fövqəladə 
şəraitdə 
hakimiyyətə 
gəlməsi 
ilə 
əlaqədar 
ola 
bilər. 
Bütün  inqilablar  qanla  qidalanır,  əvvəlcə  özünə  düşmən  saydığının  qanına 
susayırsa, sonralar bəzi yırtıcılar kimi öz balalarını da yeməyə başlayır. Bəlkə də 
İngiltərədəki  1688-89-cu  illərin  Şanlı  inqilabı,  Yaponiyadakı  1867-68-ci  illərdəki 
Meyci  inqilabı  bu  məsələdə  bir  qədər  istisna  təşkil  edir,  lakin  hər  iki  ölkədə  də 
müvafiq  olaraq  yakobitlər  və  samuraylar  baş  qaldırırdı  və  onların  qiyamları 
ənənəvi  qaydada  –  qan  tökülməsi  ilə  yatırdılırdı.  Ona  görə  də  Böyük  Oktyabr 
inqilabından  sonra  baş  verənləri  tarixin  əcaib  bir  nümunəsi  hesab  edib,  onu 
biabırçılıq  dirəyinə  sarımaq  da  düzgün  deyildir.  Vətəndaş  müharibəsində  qardaş 

181 
 
qardaşın  qanını  axıtmaqdan  çəkinmir,  onların  davamı  bəzən  uydurulmuş  ad  alsa 
da, törətdikləri bəlalar uzun müddət unudulmur. Heç kəs günahsız axıdılan qanlara 
haqq  qazandıra  bilməz,  ingilis  yazıçısı  Con  Donnun  dediyi  kimi,  hər  bir  insan 
özlüyündə  ayrıca  ada  deyildir,  qitənin  bir  hissəsidir,  bu  hissənin  hər  biri  sıradan 
çıxdıqda  qitənin  ərazisi  kiçilməyə  başlayır.  Ona  görə  də  qana  haqq  qazandırmaq 
qaniçənləri  məsuliyyətdən  azad  etmək  kimi  görünür  və  yırtıcılara  onların  qanlı 
ovlarında  xidmət  göstərmək  xarakteri  daşıyır.  Lakin  diqqəti  bir  cəhətdə 
cəmləşdirib  digər  xüsusiyyətləri  nəzərə  almamaq,  bir  ağacın  arxasında,  qoy  o  lap 
böyük 
gövdəli 
olsun, 
meşəni 
görməməyə 
bənzəyir. 
Qulaqları  batıran  ifşa  xorunun  səsi  ən  füsunkar  melodiya  kimi  qəbul  edildiyi  bir 
vaxtda  başqa  səslər  dissonans  kimi  qiymətləndiriləcəkdir.  Qədim  misirlilərin 
mifologiyasındakı Anubisin axirət dünyasında xeyirlə şəri ölçdüyü tərəzini bu günə 
gətirib  oxşar  işlə  məşğul  olmaq  o  qədər  də  səmərəli  olmayacaqdır.  Lakin  tarixi 
hadisələri  qiymətləndirəndə  ədalət  ölçüsünə,  obyektivliyə,  dialektik  münasibətə 
riayət  edilməsi  vacib  şərt  hesab  edilməlidir.  Bunu  ummağın  özü  də  sadəlövhlük 
əlaməti kimi görünür. Cəmiyyət özünə məxsus qüsurlar içərisində boğulanda, onun 
hansısa  baxışında  dürüstlük,  tarazlıq  aramaq  az  qala  donkixotluq  əlaməti  hesab 
olunur. 
Ədalətli  münasibətin  bərqərar  olması  onun  dəyərinin  özünün  düzgün  müəyyən 
olunmasını tələb edir. Sokrat onu ölüm hökmünə məhkum edən məhkəmənin son 
iclasında  üzünü  hakimlərə  tutaraq  demişdi:  “Hər  kəs  öz  yolu  ilə  gedəcəkdir.  Siz 
yaşamağa, mən isə ölməyə. Hansının yaxşı olduğunu bircə allah bilir”. Sokrat ilk 
ideoloji  şəhid  idi,  sonralar  belə  şəhidlərin  sayı  xeyli  çoxaldı.  Təəssüf  ki,  hazırda 
ədalətin  asılı  olduğu  bir  vaxtda  həyat  nemətlərindən  bolluca  həzz  alanlardan  hər 
biri  özünü  az  qala  ədalətlilik  rəmzi,  yaşamaqda  davam  etsə  də  azadlıq  uğrunda 
şəhid kimi qələmə verir. Mübahisə etmək də ağılsızlıqdır, bu sadəcə olaraq vicdan 
problemi məsələsidir. Ədalət ən yüksək səviyyəsinə çatanda da məhz mənəviyyata, 
vicdana 
əsaslanacaqdır. 
Hər  bir  tarixi  kəsiyin  təhlili  tam  bəyənməkdən  tutmuş  bərabər  qaydadakı  etiraza 
qədər hisslərin bütöv qammasını əmələ gətirir. Ona görə də nəyinsə demonizasiya 
edilməsinə  təəccüblənmək  də  lazım  gəlmir.  Lakin  istənilən  halda  ən  azı  öz 
dövrümüz və nəslimiz qarşısında məsuliyyət daşıdığımızı unutmamalıyıq. 
 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin