Telman Orucov


Konfederasiyanın qanunları və onun idarə edilməsinin çətinlikləri



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

Konfederasiyanın qanunları və onun idarə edilməsinin çətinlikləri 
 
1781-ci ildə Merilend öz imzasını qoymaqla konfederasiya haqqında qanunlar 
da  qüvvəyə  mindi.  1784-cü  il  yanvarın  14-də  iki  yaşında  olan  Konfederasiyanın 
Konqressi  sülh  haqqında  müqaviləni  ratifikasiya  etdi.  Müqavilə  şərtləri  elan 
edildikdə  adamların  sevincinin  və  hiddətinin  əsas  partlayışı  baş  verdi.  Bu  hamıya 
aydın idi ki, Birləşmiş Ştatlar öz sərhədləri daxilində öz müstəqilliyinə nail olmuşdur 
və  onların  adamlarının  Kanada  sularında  balıq  ovu  etmək  hüququ  saxlanmışdır. 
Lakin müqavilədə elə maddələr var idi ki, onlar demək olar ki, bütünlüklə narazılıq 
yaradırdı.  Konfederasiya  özünü  belə  bir  öhdəliklə  bağlamışdı  ki,  ştatları  məcbur 
edəcəkdir  ki,  loyalistlərə  qeyd-şərtsiz  amnistiya  versin  və  onların  malikanələrini  və 
mülki  hüquqlarını  bütünlüklə  bərpa  etsin,  Britaniya  tacirlərinin  müharibə  tərəfindən 
pozulmuş  rüsum  borclarının  yığılması  yolundakı  mümkün  olan  hər  bir  açıq 
maneçiliyin  qarşısını  alsın.  Franklin  Britaniya  komissiyasının  üzvlərinə  səmimi 
şəkildə  izah  edirdi  ki,  Konfederasiya  Konqressinin  bu  maddələri  həyata  keçirmək 
üçün  heç  bir  hakimiyyəti  yoxdur,  onlar  yalnız  ştatlara  məsləhət  verə  bilər  və  ştatlar 
bu  məsləhətə  qulaq  asmaqda  və  ya  rədd  etməkdə  istəklərinə  uyğun  olaraq  tam 
sərbəstdirlər. Doğrudan da ştatlar bu təklifləri nəinki rədd etdilər, həm də bunu hətta 
nifrət hissi ilə etdilər.  
Konfederasiya ümumiyyətlə faktiki olaraq ölkədə real hökumət ola bilməzdi. 
Çünki Konfederasiya haqqında qanunlar hər bir ştatı suveren, azad və müstəqil elan 
etmişdi.  Konqress  öz  hakimiyyəti  ilə  yalnız  xarici  dövlətlərlə  münasibətlərdə, 
müharibə və sülh müqaviləsi bağlamaqda, milli mənafelərin mühafizəsi üçün quru və 
dəniz  hərbi  qüvvələrinin  saxlanmasında  və  Birləşmiş  Ştatların  inamı  və  etimadı 
əsasında borc məsələlərində həqiqi hökumətə bənzəyirdi. Konqress ştatlar arasındakı 
mübahisələrdə mütləq arbitr kimi fəaliyyət göstərməkdə, poçt idarələrini yaratmaqda 
və  nizama  salmaqda,  pulun  kursunu  müəyyən  etməkdə,  çəki  və  ölçü  vahidlərinin 
standartlarını  yaratmaqda,  hindu  tayfaları  ilə  münasibətləri  qaydaya  salmaqda 
səlahiyyətli idi. Lakin o hər hansı bir vergi qoymaq üçün heç bir hakimiyyətə malik 
deyildi.  Konfederasiya  heç  bir  icra  orqanına  malik  deyildi,  yalnız  çox  danışan 
Konqressə malik idi.  
Konqressdə  böyük  və  kiçik  ştatlar  bərabər  səsə  malik  idi.  Heç  bir  böyük 
məsələ  on  üç  ştatdan  ən  azı  doqquzunun  razılığı  olmadan  həll  edilə  bilməzdi.  Ona 
görə də Konqress daha çox mənada məsləhət yeri idi və onun məsləhəti, heç bir cəza 
qorxusu olmadan asanlıqla rədd edilə bilərdi.  
Konqress  qeyri-səmərəsiz  müzakirələr  aparırdı.  Lakin  həlledici  anlarda  heç 
bir  şey  edə  bilmirdi.  Con  Adamsın  özü  də  müharibədə  Vaşinqtonun  qədim  Roma 
sərkərdəsi  «Kunktator»  -  «Ləngiyən»  ləqəbli  Fabinin  Hannibala  qarşı  müharibədə 
həyata keçirdiyi taktikadan - "Fabi siyasətindən" istifadə etməsinə qarşı qalxan söz-
söhbətlərə  qoşulmağa  hazır  idi.  Samyuel  Adams  bu  düşüncələrə  qoşularaq  deyirdi: 
"Mənim tostum gödəkdir və zorakı müharibədən ibarətdir". Hətta Virciniyadan olan 
Riçard  Henri  Li  baş  komandanın  "ləngiməsini"  tənqid  edirdi.  Müharibə  başa 
çatdıqdan  sonra  ehtiraslar  qızışmağa  başladı.  İndi  siyasətə  daha  radikal  adamlar 
gəlmişdi.  Onu  qeyd  etmək  lazımdır  ki,  inqilab  həm  də  Vaşinqton,  Noks,  Qrin, 
Hamilton,  Henri,  Franklin,  Livinqston,  Medison,  Cefferson,  Henkok,  Morris,  Cey, 

 
149 
Qadsden,  Lilər,  Adamslar  kimi  şəxsiyyətlər  meydana  gətirdi.  Bu  xadimlər  yeni 
doğulan respublikanın möhkəm bünövrəsini qoymağı bacardılar.  
Bu  vaxt  yeni  problemlər  meydana  gəldi.  1782-ci  ildə  və  bütün  1783-cü  ili 
adamlar  ölkədən  axışmağa  başladı,  onlar  İngiltərəyə  köçməyi  gizlədə  bilməzdilər. 
Ölkənin cənubunda çoxlu sayda adam ispan Floridasına, gəmilərdə Bermuda adasına 
və  ya  Britaniya  Vest  İndiyası  adalarına  getdi.  Şimala  doğru  meşələrdən  keçib 
Kanadada sığınacaq axtaran adamlar da çox idi. Minlərlə adam Nyu Yorka toplaşırdı 
ki, burada Britaniya ordusundan himayə tapsın. 1783-cü ilin noyabrında Qay Karlton 
şəhəri axırıncı dəfə tərk etməmişdən əvvəl çox sayda qaçqına himayə göstərməyi və 
onları  daşımaq  üçün  nəqliyyatla  təmin  etməyi  özünün  borcu  bildi.  İyirmi  doqquz 
mindən  artıq  qaçqın,  bura  üç  min  zənci  də  daxil  idi,  1783-cü  il  ərzində  təkcə  Nyu 
Yorkdan  Birləşmiş  Ştatları  tərk  edib  Kanadaya  getdi.  Onların  çoxu  heç  də  bu 
mübarizədə fəal iştirak etməmişdi. Onlar da öz qonşuları kimi kralın və parlamentin 
koloniyalar  barəsindəki  siyasətindən  narazı  idilər.  Lakin  onlar  qiyama  qalxmağa  və 
İngiltərədən ayrılmağa hazır deyildilər. Son sahilə gəlib çatdıqda onların çoxu heç də 
inqilabın  və  müstəqilliyin  sadəcə  passiv  və  ya  aktiv  müxaliflərinə  çevrilmədilər. 
Partizanların çoxu kral ordusuna götürüldülər. Vuruşların keçdiyi beş ilin əvvəlindən 
axırınadək sayca iyirmi beş mindən az olmayan loyalist Britaniya xidmətində hərbi 
qulluğa götürülmüşdü.  
Onların  sayı  Vaşinqtonun  şəxsi  komandanlığı  altında  bir  vaxtlar  -  1779-cu 
ildə toplaşan kontinental qüvvələrin sayından çox idi. Onların çoxu vətənpərvərlərlə 
vuruşduqlarına  görə  deyil,  ancaq  rəy  barədə  inqilaba  müxalif  olduqlarına  görə 
patriotlara qoşulmamışdılar.  
Müharibə  başa  çatdıqda  çoxluğun  fikrini  ifadə  edənlər  və  yeni  ştatlardakı 
siyasətə  rəğbət  bəsləyənlər  orduya  götürülənlərə  və  götürülməyənlərə  hər  hansı  bir 
fərq  qoymaqdan  imtina  etdilər.  Onların  gözündə  bu  adamların  hamısı  "torilərə", 
satqınlara oxşayırdı.  
Digər  bir  məsələ  də  ondan  ibarət  ki,  Amerika  inqilabdan  o  qədər  də 
zəifləməmişdi.  Müharibə  dövründə  balıq  ovu  və  gəmi  ilə  yük  daşınması  tənəzzülə 
uğrasa da, ölkə bu illərdə də inkişafını davam  etdirmişdi və  üç yüz  min yeni sakin 
əldə etmişdi. Bu da bir fakt idi ki, müharibə bir yerdə uzun müddət davam etmirdi. 
Ölkənin  sərvəti  əsasən  fermaların  istehsalının  üzərinə  düşürdü  və  ərazi  geniş 
olduğundan müdaxilə edən ordu bütün müharibə dövründə onun yalnız onda birindən 
az  sahəsini  viranə  qoya  bilmişdi.  Ölkə  taxıl  zəmiləri  və  meyvə  bağları  ilə  dolu  idi, 
ayaqqabı və paltar istehsal edirdi. Buna baxmayaraq patriot orduları çox vaxt yalın 
ayaqla, yarımçılpaq şəkildə vuruşurdu, qida azlığından əziyyət çəkirdi. Bu hökumətin 
yoxluğu  ilə  əlaqədar  idi.  Konqress  gücsüz  idi,  ordunu  yarada  bilmişdi,  lakin  vergi 
qoymaq üçün heç bir hakimiyyətə malik deyildi. Kontinental pul qiymətdən düşərək 
tamam dəyərsiz olmuşdu. İnfilyasiya biznesə böyük ziyan vururdu.  
Mənəvi effektdən savayı xarici kömək müttəfiq olan Fransadan gəlirdi və bu 
məsələdə Lafayet və Şteyben kimi adamların şəxsi xidmətləri böyük idi.  
Ölkənin iqtisadi və maliyyə vəziyyəti çətin idi. Lakin Konfederasiyanın xoşbəxtliyi 
onda  idi  ki,  Filadelfiyadan  olan  Robert  Morris  kimi  ləyaqətli,  mərd  və  səriştəli 
tacirlərə malik idi. Ən çətin anlardan müharibə qurtarana qədər o, ordunu pulla təmin 
etmək  sahəsində  böyük  işlər  görmüşdü.  O,  Trenton  qələbəsindən  əvvəl  Vaşinqtona 

 
150 
pul vermişdi ki, əsgərlərinin maaşını ödəsin. Yorktaundakı qələbə kampaniyası üçün 
o, ordunu lazım olan bütün ehtiyatlarla təmin etmişdi, Roşamboya iyirmi min dollar 
məbləğində borc vermişdi. Lakin Morris də gərgin vəziyyəti düzəltmək üçün bir şey 
edə bilmirdi. Ştatlar Konfederasiyanı saxlamaq üçün xalqdan vergi yığırdı. 1783-cü il 
üçün nəzərdə tutulan vergilərinb yalnız beşdə biri, özü də on səkkiz aya yığılmışdı. 
Ştatlar milli borc mənafeyinə görə öz üzərlərinə düşən pulu verməkdən belə imtina 
edirdilər. Konfederasiya belə bir şəraitdə borc götürə bilməzdi.  
Müharibə  Konfederasiyaya  doxsan  iki  milyon  dollara  başa  gəlmişdi.  Fransa 
Amerikaya  borc  vermək  qaydasında  və  ordunu  saxlamaq  üçün  altmış  milyon  dollar 
xərcləmişdi.  Ştatlar  öz  xəzinəsindən  otuz  bir  milyon  dollardan  artıq  xərcləmişdi. 
Amerika  bundan  başqa  loyalistlərin  itirilmiş  mülkiyyətini  bərpa  etməli  və  Britaniya 
tacirlərinin  müharibə  nəticəsində  əmələ  gəlmiş  ziyanlarını  ödəməli  idi. 
Konfederasiya ticarəti qaydaya qoya bilmirdi, bu onun bacarığı xaricində idi. Heç bir 
milli siyasətlə bunu yoluna qoymaq olmazdı. Hər ştat öz mənafeyinə uyğun hərəkət 
etməli idi.  
Yorktaunun  təslim  olmasından  rəsmi  sülh  bağlanana  qədər  olan  dövrdəki 
darıxdırıcı  aylarda  əsgərlər  vuruşduqları    dövrdəkindən  daha  artıq  dərəcədə  öz 
taleləri  barədə  fikirləşirdilər.  Elə  vaxtlar  olurdu  ki,  onlar  gəzintiyə  çıxmaq  üçün 
geyinməyə  paltarları  olmadıqlarından,  gəzmək  əvəzinə  bütün  günü  çadırda 
otururdular.  Hərdən  onların  ağlına  belə  bir  fikir  gəlirdi  ki,  Konqress  onları  ordudan 
tərxis  edib,  elə  maaşsız  da  evlərinə  göndərəcəkdir.  Onlara  qarşı  belə  laqeydlik 
dözülməz  hiddət  yaradırdı.  Onlar  ayrı-ayrı  yerlərdə  qiyam  qaldırırdılar.  Zabitlərdən 
bəziləri xəyanətə görə sərhədə göndərilirdi. 1782-ci ilin yazında ordunun ən hörmətli 
və etibarlı zabitlərindən biri Vaşinqtona məktub göndərərək bildirdi ki, ordu onu kral 
etməyə, ölkənin sahibi və diktatoru etməyə hazırdır. Vaşinqtonun cavabı nifrətamiz 
hiddət ifadə edən cümlələrlə dolu idi. O, bundan hirslənirdi ki, kimsə onun xəyanətə 
və avantüraya qadir olduğunu düşünməyə cəsarət edə bilir.  
Döyüşü  aparmaq  bacarığına  gəldikdə,  məğlubiyyətə  baxmayaraq,  Britaniya 
komandanları  arasında  böyük  sərkərdələr  var  idi.  Onlardan  ən  qabiliyyətlisi 
Kornvallis  idi.  O,  başlanğıcdan  baş  komandan  olsaydı,  müharibənin  nəticəsi  tam 
fərqli ola bilərdi. Bərqoyn və Klinton da böyük qabiliyyət sahibi və vicdanlı adamlar 
idi.  
Amerika ordusuna gəldikdə, Corc Vaşinqton böyük hərbi sərkərdə idi. Bu da 
bir  həqiqət  idi  ki,  o,  az  sayda  döyüşlərdə  qalib  gəlmişdi.  Lakin  bu  fakt  onun 
reputasiyasına  təsir  göstərə  bilmədi.  Vaşinqtonun  ordusu  əsasən  militsiyadan  təşkil 
olunmuşdu,  ona  qarşı  isə  nizami  Britaniya  ordusu  dururdu.  Vaşinqtonun  tarixin 
böyük sərkərdələri sırasına qoymaq çətindir. Hannibalın, Sezarın və ya Napoleonun 
parlaq  hərb  dühası  onda  yox  idi.  Onun  taktikası  Hannibalın  İtaliyada  müharibə 
apardığı dövrdə Roma ordusuna uğurlu başçılıq etmiş Fabinin döyüş üslubuna yaxın 
idi.  Lakin  yaxşı  planlaşdırılmış  əməliyyatları  ona  Trentonda,  Prinstonda  qələbə 
gətirmişdi.  Bu  faktı  heç  kəs  inkar  etməməlidir  ki,  Vaşinqtonsuz  inqilab 
müvəffəqiyyət qazana bilməzdi.  
Vaşinqtonun yanında Natanel Qrin dayanır. Lafayet Amerika tarixində özünə 
yaxşı  ad  qazanmışdı.  Müharibə  doğrudan  da  bir  sıra  sərkərdələri  aşkara  çıxardı  və 
məşhurlaşdırdı.  

 
151 
25 noyabr 1783-cü ildə Klintonu əvəz etmiş Qay Karltonun başçılığı altında, 
Britaniya  ordusu  Nyu  Yorku  tərk  etdi  və  elə  həmin  gün  Amerikan  ordusu  şəhərə 
girdi. Bu gün bir çox illər Evakuasiya günü kimi bayram edildi.  
Ordu  şəhərə  daxil  olduqdan  9  gün  sonra  Vaşinqton  öz  zabitlərini  yığdı  və 
onlarla təsirli vida mərasimi keçirdi. O, dərin emosiyada titrəyən əli ilə su stəkanını 
qaldırıb onların sağlığına içdi və dedi: "Məhəbbət və minnətdarlıq dolu ürəklə mən 
indi Sizi tərk edirəm və ən səmimi qaydada arzulayıram ki, sizin sonrakı günləriniz 
keçmiş günlərinizin şərəfliliyi və iftixarlılığı qədər çiçəklənən olsun". Sonra onların 
hər birinin əlini sıxdı, alnından öpdü. O, Nyu Yorkdan Filadelfiyaya getdi, müharibə 
dövründəki bütün xərcləri barədə (64 min lollar məbləğində) hesabatını təqdim etdi 
və sonra Konqressin yerləşdiyi Annapolisə getdi. 23 dekabrda o, Konqress qarşısında 
dayandı  və  ordunun  komandanı  səlahiyyətini  Konqressin  sədri  general  Mifflinə 
təqdim  etdi.  İki  gün  sonra  Milad  bayramında  bu  "Qərbin  Tsintsinnatı"  Maunt 
Vernondakı evinə döndü və onun həyatının kənd səhnələri başlandı.  
İnqilab müharibəsi başa çatdı. Xalq yenicə əldə etdiyi müstəqilliyə sevinirdi, 
lakin  özünü  idarəetmənin  bir  çox  ciddi  problemləri  hələ  həll  edilməmişdi.  Ştatların 
çoxu  Konqress  tərəfindən  qəbul  edilən  və  onlara  göndərilən  Konfederasiya 
qanunlarını həmin il ərzində ratifikasiya etdi, lakin bəziləri hələ də tərəddüd edirdi.  
Konfederasiya  qanunları  qəbul  ediləndə  xalq  hələ  möhkəm  birlik  üçün  hazır 
deyildi. Belə vəziyyət xalqı güclü hökumətin zəruriliyinə öyrədirdi. Bu həqiqətən də 
"möhkəmlik  kəndiri"  idi.  On  üç  ştatın  içərisindəki  istənilən  tabe  olmayan  ştat  milli 
qanunu  ləğv  etmək  iqtidarında  idi.  Amerikanın  agentləri  Avropa  ilə  kommersiya 
əlaqələri  yaradırdılar.  Birləşmiş  Ştatların  istənilən  ştatı  özünü  şıltaq  apara  bilərdi. 
Avropa dövlətləri bilmirdilər ki, hansısa bir millətlə əlaqə yaratsınlar, yoxsa 13 ştatın 
hamısı  ilə.  Ölkənin  özündə  isə  işlər  hələ  də  pis  vəziyyətdə  idi.  Pennsilvaniya  və 
Konnektikut  Vayominq  vadisində  bir-birinə  zərbə  vururdular.  Nəhayət,  məsələ 
arbitraj  vasitəsilə  həll  edildi.  Pennsilvaniya  qalib  gəldi,  Konnektikut  qərbə  tərəf 
gedən  Ohayonun  şimal  tərəfindəki  bir  hissəni  tutdu.  Nyu  York  və  Nyu  Hempşir 
Vermont ərazisi üstündə mübahisə edirdi. Vaşinqton vasitəçiyə çevrildi və Vermont 
sonralar Birləşmiş Ştatlara 14-cü ştat kimi daxil oldu.  
Ştatlar ali səlahiyyətlərə malik idi. Konqressin bir çox cəhdləri tək bircə ştatın 
razılıq verməməsi ilə puça çıxırdı. Xarici əlaqələrə gələndə Cefferson Fransada elçi 
kimi Franklini əvəz etdi. Con Adams və Con Cey Londonda və Madriddə, Cefferson 
Parisdə  olduğu  kimi  borc  almağa  və  ölkələri  üçün  yaxşı  kommersiya  şərtləri  əldə 
etməyə  çalışırdı.  Şimali  Amerikanın  yarım  barbar  ordaları  ABŞ  bayrağını  cəzasız 
qaydada təhqir edirdilər, Aralıq dənizində Amerikanın yükləri dağıdılırdı, Tripoli və 
Əlcəzairdə Amerika vətəndaşları açıq şəkildə qul olmağa satılırdı.  

 
152 
Yeni dövlətin konstitusiyası 
 
Ordu  buraxıldı  və  Konfederasiyanın  arzuladığı  ən  böyük  məsələ  olan  sülh 
yarandı.  Qanunlar  konfederasiyaya  formal  Konstitusiya  vermişdi,  buna  qədər 
konfederasiya  yeddi  il  bu  konstitusiya  olmadan  fəaliyyət  göstərmişdi.  Müharibə 
qurtardıqdan  sonra  Konfederasiyanın  öz  mövcudluğu  üçün  köhnə  dövrdə  yaranan 
vacib səbəb artıq yox idi, yeni heç bir səbəb də tapılmamışdı ki, onun mövcudluğunu 
əsaslandırsın  və  ona  hakimiyyət  versin.  Əsas  güc  və  ambitsiya,  bütün  təşəbbüs  bir 
neçə  ştatda  mərkəzləşmişdi.  Onlar  siyasi  nüfuza  malik  idilər.  Sülh  haqqında 
müqavilə  "Birləşmiş  Ştatlara"  geniş  ərazi  verdi,  xəritədə  bu  böyük  imperiyaya 
bənzəyirdi. Lakin bu imperiya təşkilatsız idi, ştatların özü tərəfindən idarə olunurdu 
və  əhali  ştatın  əhalisi  hesab  olunurdu.  Nə  mərkəzi  hakimiyyət,  nə  də  bir  xalq  kimi 
onları tarazlaşdırmaq və əlaqələndirmək üçün zəruri olan bir bağlayıcı qüvvə var idi.  
1786-cı ilin yanvarında Virciniya bütün ştatlara xahiş etdi ki, sentyabr ayında 
Annapolisdə  keçiriləcək  qurultayda  -  Konventdə  iştirak  etməyə  nümayəndələr 
göndərsin.  Qurultay  ticarət  məsələlərini  və  bütün  ölkədə  pozulmuş  ümumi  əlaqələri 
həll  etməli  idi.  Cavab  onları  məəttəl  qoydu.  Konnektikut,  Cənubi  Karolina  və 
Corciya  ümumiyyətlə  bu  çağırışa  əhəmiyyət  vermədi.  Ancaq  Merilend  o  saatca 
qərarını  verdi  və  fəaliyyət  göstərməyə  başladı.  Nyu  Hempşir,  Massaçusets,  Rod 
Aylend  və  Şimali  Karolina  öz  nümayəndələrini  təyin  etdi,  lakin  konvent  yığışanda 
onlar  gəlib  çıxmamışdılar.  Təkcə  Virciniya,  Pennsilvaniya,  Delaver,  Nyu  Cersi  və 
Nyu  York  qurultayda  təmsil  olunmuşdu,  lakin  onların  nümayəndələri  də  bir  şey 
etmək lazım olduğunu hiss etmirdilər. Nyu Cersi məsləhətləşmənin və əməkdaşlığın 
yeni  planlarına  böyük  maraq  göstərirdi.  Bu  ştat  özünün  coğrafi  mövqeyindəki 
əlverişsizliyi  daha  ciddi  şəkildə  hiss  edirdi.  Qüdrətli  ştatlar  olan  Nyu  York  və 
Pennsilvaniya həm dənizə çıxışda və həm də bir neçə mil qərb tərəfdə onun qısqanc 
rəqibləri kimi mövcud idilər.  
Nyu  Yorkdan  göndərilmiş  nümayəndələrdən  biri  olan  Hamilton  sadəcə 
tərəfdar  deyil,  dövlət  xadimi  olmaqla,  belə  bir  təklif  irəli  sürdü  ki,  başqa  ştatlara 
yenidən xahiş edilsin ki, qurultayda iştirak etsinlər. Aleksandr Hamilton Vest İndiya 
adalarında  anadan  olmuş  və  bir  yeniyetmə  kimi  orada  tərbiyə  almışdı.  Çox  gənc 
olarkən Nyu Yorka gəlmişdi. Vaşinqtonun rəhbərliyi altında cəbhələrdə vuruşmuşdu, 
onun  köməkçisi  və  ən  etibarlı  adamı  olmuşdu.  O,  ölkənin  ehtiyaclarını  və 
təhlükələrini görməyi öyrənmişdi. Onun indi otuz yaşı vardı. O, ştatlara göndərilən 
məktubda  onların  nümayəndələrinin  gələn  ilin  may  ayının  ikisində  birlikdə 
Filadelfiyaya  gəlməsini  təklif  edirdi.  Orada  təkcə  ticarət  məsələləri  deyil,  həm  də 
Birləşmiş  Ştatlara  çox  lazım  olan  federal  hökumətin  yaradılması  üçün  yollar 
fikirləşib tapılması nəzərdə tutulurdu. Qurultaya qədər hələ xeyli vaxt qalırdı. Ştatlar 
nəhayət  qeyri-müəyyənlikdən  çıxdılar  və  may  ayında  Filadelfiyaya  getmək  və  yeni 
kontinental konqressdə iştirak etmək üçün nümayəndələrini təyin etdilər. Bu 1774-cü 
ildə keçirilən Konqressdən daha əhəmiyyətli olmalı idi. Filadelfiya qurultayı adamlar 
arasında böyük maraq doğurdu. Qurultay konfederasiya məsələsinə düzəlişlər etmək 
üçün  çağrılmışdı  və  ona  görə  də  yeni  hökumət  təsis  etmək  təklifini  etdi.  Bu  vaxt 
bəzilərinə  monarxiya  xoş  gəlirdi,  daha  iri  hissə  üç  respublikanın  təsis  edilməsini 
təklif  edirdi,  bunlar  Yeni  İngiltərədən,  Orta  Ştatlardan,  Cənub  Ştatlarından  ibarət 

 
153 
olacaqdı.  Bu  vaxt  Konstitusiya  Konqressi  çağırıldı  və  dörd  aylıq  zəhmət  böyük 
sənədin  meydana  gəlməsi  ilə  nəticələndi.  Bu  sənədə  münasibət  bildirən  Britaniya 
dövlət  xadimi  Qladston:  "İnsan  ağlının  və  niyyətinin  belə  çox  işi  nə  vaxtsa  çap 
olunmamışdır" - demişdi.  
Konstitusiya  qurultayı  böyük  İstiqlaliyyət  Deklarasiyasının  on  bir  il  əvvəl 
qəbul olunduğu həmin şəhərdə, həmin binada və zalda çağırıldı.  
Lakin sessiyanın açılışı vaxtı bir çox qayğılar da mövcud idi. Nümayəndələr 
çox  yavaş-yavaş  yığışırdı  və  gec  gəlib  çıxırdılar.  Bütöv  bir  həftə  keçdikdən  sonra 
yalnız  yeddi  ştatın  nümayəndəsi  gəlmişdi.  Nyu  Hempşirin  nümayəndələri  iki  ay 
sonra  gəlib  çıxdı.  Bu  onu  sübut  edirdi  ki,  birincisi,  konfederasiyanın  üzvləri  çox 
əsəbi idilər, qurultayda iştirak etməyə və məsələlərin müzakirəsinə o qədər də həvəs 
göstərmirdilər.  Onlar  başa  düşmürdülər  ki,  bu  iş  həlledici  dərəcədə  vacibdir.  Bu 
qurultay  ya  birləşməni  dağıda,  yaxud  da  möhkəmləndirə  bilərdi,  rəylər  qorxulu 
tarazlıqda  idi,  asanlıqla  ya  uğur,  ya  da  uğursuzluq  yoluna  dönə  bilərdi.  Nəhayət, 
gələn  bütün  nümayəndələrin  sayı  əlli  beş  oldu.  Rod  Aylenddən  başqa  bütün  ştatlar 
səlahiyyətli 
nümayəndələr 
göndərmişdi. 
İnqilab 
dövrünün 
görkəmli 
şəxsiyyətlərindən  çoxu  bu  Konventdə  iştirak  etmirdi.  Samuyuel  Adams 
"Konfederasiyanın  əsaslı  təftişinə"  sənədi  ilə  öz  müxalifətini  elan  etmişdi.  Con 
Adams  İngiltərədə,  Cefferson  isə  Fransada  idi.  Patrik  Henri  gəlməkdən  imtina 
etmişdi. Kontinental Konqressi və Konfederasiya Konqressini təşkil edən adamların 
çoxu öz yerlərini başqa şəxslərə vermişdilər. Gənc adamlar irəli çıxmışdılar və nüfuz 
sahibləri  kimi  danışırdılar.  Belələrinə  Vinciniyadan  gələn  otuz  iki  yaşlı  Ceyms 
Medisonu, Nyu Yorkdan gələn Aleksandr Hamiltonu misal göstərmək olardı. Lakin 
burada yaşlı adamlar da var idi və bu sübut edirdi ki, ştatlar öz nümayəndələrini necə 
diqqətlə  seçmişlər.  İnqilabın  təcrübəli  maliyyəçisi  Robert  Morris  də  burada  idi. 
Kontinental  Konqressdə  mühüm  rol  oynamış  Rocer  Şerman  da  nümayəndələr 
arasında idi. İnqilab qalxanda Cənubi  Karolinanın öz işlərində onu bir növ diktator 
etdiyi  Con  Ratlic  də  qurultayda  idi.  Qurultayda  səksən  iki  yaşlı  Bencamin  Franklin 
xüsusilə  seçilirdi.  Virciniya  öz  şurasının  prezidenti,  hüquqçu  Con  Bleyri  və  Möhür 
Aktına  qarşı  etiraz  məktubunu  yazan  Corc  Uisi  qurultaya  göndərmişdi.  Onun 
nümayəndələrinin  arasında  mühafizəkar  xadimlərdən  biri  Corc  Meyson  və  general 
Vaşinqton, əlbəttə ki, gözəl görünüşlü Edmund Randolf və çalışqan Ceyms Medison 
var idi.  
Qurultayda müzakirələr gündən-günə qızışırdı. Onun nümayəndələri arasında 
kəskin  rəy  müxtəlifliyi  var  idi,  lakin  onlar  bir  yerdə  idilər,  məsləhətləşmək  üçün 
etimad yaranırdı. Onlar arasında liderlik Medisonda idi, o, həmişə sakit təklifləri ilə 
və  mövzu  haqqında  geniş  biliyi  ilə  hamını  heyran  edirdi.  Digər  bir  lider, 
Pennsilvaniyadan  olan  Ceyms  Vilson  hüquq  sahəsindəki  bilikləri  ilə  seçilirdi. 
Konnektikutdan  olan  Rocer  Şerman  da  diqqət  mərkəzində  idi.  Yaşının  ixtiyar 
çağında  olan  müdrik  Bencamin  Franklin,  qubernator  Morris  və  ya  səsvermə  üçün 
qüvvələr nisbətini yaxşı bilən Rufuz Kinq inadkarlıqla düşünməyi bacarır və hər şeyi 
dialektik bütünlükdə görürdülər.  
Qurultay öz işinə 25 may 1787-ci ildə başladı, onun işi bağlı qapılar arxasında 
keçirdi.  Bütün  yay  ərzində  sentyabra  qədər  işin  yarısı  görülmüşdü.  Onlar  icazə 
vermirdilər  ki,  özgə  kimsə  burada  nə  müzakirə  olunduğunu,  onların  hansısa 

 
154 
şübhələrini  və  fikir  ayrılığını  bilsin.  İşlər  qurtardıqda  onun  nəticələri  elan  olunacaq 
və adamlar öz ştatlarına dönəcəkdilər ki, onların qəbul edilməsinə təzyiq göstərsinlər. 
Onların  iclaslarına  Vaşinqton  başçılıq  edirdi  və  o,  təklif  olunan  tədbirlərin  qəbul 
edilməsinin  ürəyi  və  canı  idi.  Qurultayın  razılığa  gələ  bilmədiyi  günlərdə  dağılma 
təhlükəsi yarandıqda, məhz onun adı və aramlı gücü bu gəmini tufanlardan qoruyan 
lövbər  rolunu  oynayırdı.  Konvent  yeni  Konstitusiyadan  başqa  heç  nə  irəli  sürə 
bilmədi. Bu Konfederasiya haqqında qanun maddələrinin sadəcə qaydaya salınması 
və  yaxşılaşdırılması  deyildi,  bu  sənəddə  hökumətin  və  birliyin  köklü  surətdə  fərqli 
sxemi  verilirdi,  öz  ləyaqətinə  görə,  bu  birlik  və  hökumət  ya  dayana  bilərdi,  ya  da 
yıxılıb məhv ola bilərdi. Bu tədbir ölkəni xilas etməyə yönəlmişdi. Bu konstitusiya 
ilə  onlar  dövlət  xadiminə  xas  olan  qüvvə  və  dəqiqlik  nümayiş  etdirdilər.  Bu  əsas 
sənəddə  nəzərdə  tutulurdu  ki,  federal  hökumətin  səlahiyyətləri  nəhayət  güclü  və 
müstəqil  olacaqdır:  vergi  yığmaq  səlahiyyətləri,  sikkə  pullar  barədə  müstəsna 
səlahiyyət,  ordunu  və  hərbi  dəniz  qüvvələrini  saxlamaq  səlahiyyəti  –  bunlar  ali  və 
suveren  hökumətin  fəaliyyəti  sferasına  daxil  idi.  Ölkə  qanunları  məsləhət  xarakteri 
deyil,  imperativ  xarakter  daşıyacaqdır  və  ştatlar  üzərində  deyil,  birbaşa  fərdlər 
üzərində  fəaliyyət  göstərəcəkdir.  Bütün  suveren  dövlətlərin  qanunları  məhz  belə 
fəaliyyət  göstərir.  Bu  Konfederasiyanın  malik  olmadığı  icra  orqanını  meydana 
gətirdi.  
Bəziləri  Konfederasiyanın  ləğv  olunması  və  federal  respublika  yaranması 
üçün birbaşa bütün işin görülməsi tərəfdarı idi. Onların arasında Vaşinqton da var idi 
və  o,  qısa  çıxış  etdi  və  dedi:  "Əgər  bu  xalqa  xoşdursa,  biz  anlayırıq  ki,  necə  biz 
özümüzdən  narazıyıq,  sonra  hansı  yolla  biz  öz  işimizi  müdafiə  edəcəyik.  Qoy  biz 
müdrik və vicdanlı adamların yaxşılaşdıra biləcəyi standartı qaldıraq; təsadüf Allahın 
əlindədir".  
Virciniya  nümayəndələri  ehtiyatla  dövlət  formasını  qurdular.  Bunun 
layihəsini  başqaları  ilə  məsləhətləşdikdən  sonra  Medison  hazırlamışdı  və  Konventə 
qubernator Randolf tərəfindən təqdim edildi. Virciniya planı bir qədər düzəlişlərdən 
sonra Birləşmiş Ştatların Konstitusiyasına çevrildi.  
Konstitusiya  üç  böyük  kompromissdən  yarandı,  onlardan  birincisi  böyük  və 
kiçik  ştatlar  arasındakı  kompromiss  idi.  Köhnə  Konfederasiya  qaydasına  görə, 
ştatların hər biri Konqressdə bir səsə malik idi, bu onun ölçüsündən, sərvətindən və 
ya əhalisinin sayından asılı deyildi. Lakin yeni Virciniya planı təklif edirdi ki, ştatlar 
iki palatadan ibarət olan Konqressdə əhalisinə və var-dövlətinə müvafiq olaraq təmisl 
olunsun. Böyük ştat olan Virciniya o vaxt 16 səsə, Corciya və ya Delaver isə bir səsə 
malik oldu. Razılaşıldı ki, aşağı palatadakı təmsilçilik əhalinin sayına əsaslanmalıdır, 
ancaq  yuxarı  palatada  -  Senatda  isə  hər  bir  ştat  onların  əhalisinin  sayından, 
sərvətindən  və  ya  ərazi  genişliyindən  asılı  olmayaraq  bərabər  qaydada  təmsil 
olunacaqdı.  Beləliklə  hər  bir  ştat  iki  senatora  malik  olacaqdı.  Nümayəndələr 
Palatasında isə onların nümayəndələrinin sayı ştatların əhalisi ilə müəyyən olunurdu. 
Senat beləliklə ştatları, Nümayəndələr Palatası isə xalqı təmsil edəcəkdi.  
İkinci  kompromiss  azad  və  quldarlıq  ştatları  arasındakı  razılıq  idi.  Şimal 
ştatlarının  hamısı  inqilabdan  əvvəl  quldarlıq  ştatları  idi,  lakin  onlar  bu  vaxt 
qabaqcadan  azadlığa  doğru  uğurlu  dəyişiklik  etdi,  quldarlıq  institutu  isə  uzaq 
Cənubda güclənirdi. Quldarlıq barədə qurultayda qalxan mübahisə uzun və qorxulu 

 
155 
münaqişənin başlanğıcı oldu. Şimal nümayəndələri belə düşünürdülər ki, qullar heç 
bir səsə malik deyildir və digər mülkiyyət kimi alınır və satılır, hələ də Konqressdə 
təmsilçilik  üçün  əhali  sayında  və  birbaşa  vergi  qoyulmasında  onlar  hesaba 
alınmamalıdır.  Cənub  bunu  rədd  etdi  və  iddia  etdi  ki,  bütün  qullar  əhalinin  sayına 
daxil olmalıdır və bu məsələdə heç bir tərəf güzəştə getmirdi.  
Medison kompromiss yolu ilə təklif etdi ki, qulların beşdə üçü əhalinin sayına 
daxil  edilsin.  Cənub  bununla  razılaşdı  və  bu  praktika  Vətəndaş  Müharibəsinə  qədər 
davam etdi.  
Üçüncü kompromiss kommersiya və kənd təsərrüfatı ştatları arasında oldu və 
bu  yenə  də  quldarlıq  məsələsinə  toxunurdu.  Məsələ  həll  olunanda  digər  bir  məsələ 
qalxdı.  Afrika  qullarının  ticarəti  qadağan  olunacaqmı?  Konqressə  kommersiya 
üzərində  nəzarət  verildi.  Şimal  quldarları  güzəştə  getdi  və  Afrika  ticarəti  əbədi 
olmasa da, 1808-ci ilə qədər açıq qaldı.  
Yeni  Konstitusiyaya  görə  prezident  öz  hakimiyyətində  hökumətin  bütün 
inzibatçılıq qüvvələrini mərkəzləşdirməli idi. Dövlətin məhkəməsi son həlledici gücə 
malik  olmalı  idi.  Yeni  dövlətin  qanunverici  orqanı  isə  Konfederasiya  prinsipləri 
əsasında  deyil,  federal  prinsiplər  əsasında  əsl  dövlət  orqanı  kimi  yaradılmaqla  iki 
palatadan ibarət olmalı idi. Onlardan birində - Senatda ştatlar bərabər qaydada təmsil 
olunmalı  idi.  Digər  daha  böyük  palatada  -  Nümayəndələr  Palatasında  xalq  birbaşa 
təmsil  olunmalı  idi,  ştatlardan  əhalinin  hər  otuz  min  nəfərindən  bir  konqressmen 
seçilməli idi. Onlar əlavə dövlət və ya konfederasiya yarada bilməzdilər.  
Yeni  hökumət  kommersiyanı  nizamlamalı  idi,  özü  də  həm  əcnəbi  xalqlarla, 
həm  də  öz  ştatları  arasında.  Ştatlara  hansısa  müqavilələrlə  digər  ittifaqlara  və  ya 
konfederasiyaya daxil olmaq qadağan olunmuşdu. Bütün xarici işlərə, ştatlarla ştatlar 
arasından  məsələlərə,  bütün  ümumi  mənafelərə  federal  hökumət  nəzarət  etməli  idi. 
Bunlar  birbaşa  fəaliyyət  göstərməklə,  federal  hökumətin  iradəsi  və  təşəbbüsü  ilə, 
onun  öz  qulluqçuları  və  tribunalları  tərəfindən  həyata  keçirilməli  idi.  Köhnə 
Konfederasiyada olan cəhətlər hökumətin yeni alətləri vasitəsilə rədd edilirdi. Bütün 
ştatların mütləq bərabərliyi təmin edilməklə, baş hökumətin qanunların icrası üçün və 
onların  müdafiəsi  üçün  ştatlardan  asılılığı,  icra  orqanın  və  icra  hakimiyyətinin 
olmaması,  baş  hökumətin  məsləhət  qaydasında  işləməsi  praktikasından  bütünlüklə 
imtina edilirdi. Hətta bu təklif olunan dəyişikliklər də Hammiltonu qane etmirdi. O, 
qurultayın  üzvü  olmaqla  yeni  hakimiyyət  haqqında  sənədə  imza  etmişdi  və  qəbul 
edilməsi  üçün  özünü  onun  həqiqi  müdafiəçisinə  çevirmişdi.  Lakin  o,  bu  sənədlərin 
hazırlanmasında  az  iştirak  etmişdi.  Ona  görə  də  səmimi  surətdə  öz  yoldaşlarına 
deyirdi ki, o, özü bəzi məsələləri tam başqa cür arzu edir, lakin başa düşür ki, buna 
nail  ola  bilməyəcəkdir.  O,  güman  edirdi  ki,  Birləşmiş  Ştatlar  kimi  geniş  ölkədə 
federal  hökumət  və  ya  respublika  hökuməti  qurmaq  praktiki  cəhətdən  yararlı 
deyildir. O, özünün dediyi kimi, ştatların hökumətləri bir müstəqil siyasi orqan kimi 
ya sıradan çıxmalı, ya da bütünlüklə mərkəzə tabe olmalıdır, baş hökumətə isə "qəti 
suverenlik"  verilməlidir.  O,  heç  də  müstəmləkə  tərəfdarı  kimi  tərbiyə  olunmamışdı. 
Lakin  anarxiyaya  nifrət  edirdi  və  bu  bəlaya  düçar  olmuş  ölkəni  görmüşdü.  O,  hər 
şeydən əvvəl dövlət adamı idi və arzu edirdi ki, qurultayın icad etdiyi dövlət möhkəm 
olsun.  O,  bilirdi  ki,  Konstitusiya  mənafelərin  münaqişəsindən  və  müzakirələrdəki 
müxtəlif nöqteyi-nəzərlərin arasından çıxa bilər, lakin heç də hər kəs qurultaydakı bu 

 
156 
məsləhətləşmələri qəbul etmirdi və mübarizə olduqca qızğın gedirdi, kompromisslər 
çətinliklə  əldə  edilirdi.  Kiçik  ştatlar  bu  sənədi  ona  görə  qəbul  edirdilər  ki,  senatda 
onlara köhnə dövrlərin qanunvericiliyində olduğu kimi ştatların bərabərliyi şəklində 
bərabər yer ayrılırdı. Cənubun ştatları buna ancaq onda razılaşardılar ki, onların hər 
beş  qulundan  üçü  aşağı  palatada  nümayəndəlik  üçün  əhalinin  sayına  daxil 
ediləcəkdir.  Hər  bir  fikir  ayrılığına  kompromisslə  son  qoyulurdu.  Virciniya 
nümayəndəsi Patrik Henri belə inqilabi təklifləri qabaqcadan gördüyündən və ondan 
qorxduğundan qurultaya gəlməkdən imtina etmişdi. Corc Meyson, Edmund Randolf, 
Robert  Yetis  və  Con  Lansinq  təklif  olunan  konstitusiyaya  imza  etməkdən  imtina 
etdilər.  Onların  ikisi  Virciniyadan,  ikisi  isə  Nyu  Yorkdan  olub,  axırıncılar 
Hamiltonun kolleqaları idi. 
Yeni  sənədin  təklif  edilən  qaydada  ştatlar  tərəfindən  qəbul  edilməsi  olduqca 
inqilabi  bir  iş  idi.  Burada  bir  yol  var  idi  ki,  Konfederasiya  qanunları  açıq  şəkildə 
yaxşılaşdırıldıqdan  sonra  federal  qanunlar  ilə  əvəz  edilə  bilərdi.  Buna  baxmayaraq 
qurultay təklif etdi ki, yeni Konstitusiya yalnız o vaxt qüvvəyə minsin ki, onu on üç 
ştatdan  ən  azı  doqquzu  qəbul  etsin.  Konqress  dəyişikliklərin  başqa  cür  mümkün 
olmayacağı ehtimalını görüb, bu təklifi qəbul etdi.  
Konstitusiyanın əsas müddəaları demək olar ki, istisnasız olaraq koloniyaların 
özünün  təcrübəsindən  götürülmüşdü:  bir  qubernator,  iki  palatadan  ibarət  olan 
qanunvericilik,  Ali  Məhkəmə,  xalqın  təmsil  edilməsi,  xalq  seçkiləri  və  s.  Hətta 
prezidenti seçmək üçün elektorlar institutu yaradılmışdı, bu isə Merilendin öz yuxarı 
qannuvericilik  palatasına  üzvlərin  seçilməsi  qaydasının  prototipi  idi.  Qurultay  əlinə 
götürdüyü məsələlərin hamısında mühafizəkar əhval-ruhiyyə nümayiş etdirirdi.  
Qurultay  vacib  işlərini  görüb  qurtaranda  hələ  kiçik  işlər  həll  edilməmiş 
qalırdı.  Ali  Məhkəmənin  yaradılması,  Konqressin  Palatalarının  bir-birinə  və  hər 
ikisinin  icra  qoluna  münasibəti,  Konnqressin,  icra  və  məhkəmə  hakimiyyətlərinin 
vəzifələrinin müxtəlif müddətə davam etməsi və sair məsələlər bütünlüklə müzakirə 
edilirdi və axırda Konstitusiyada həll edildi.  
Konstitusiya  Amerika  Birləşmiş  Ştatlarının  titulunu  müəyyən  etməli  idi. 
Həmçinin  bu  məsələ  də  həll  edildi  ki,  prezident  yeddi  il  müddətinə  Konqress 
tərəfindən  seçilə  bilər  və  bir  daha  yenidən  seçilə  bilməzdi.  Bu  qaydanın  qəbul 
edilməsi bir neçə həftəliyə təxirə salındı və məsələyə sonra yenidən baxıldı. Çoxluq 
prezidentin  Konqress  tərəfindən  seçilməsini  rədd  etdi.  Xalqın  ümumi  səsi  ilə 
prezidentin seçilməsi təsbit olundu, əvvəllər onun yeganə tərəfdarı isə Pennsilvaniya 
ştatı idi. Axırda qərara alındı ki, prezident dörd illiyə seçiləcək və o, yenidən seçilə 
bilər.  Seçkini  aparmaq  üçün  elektoral  kollegiya  yaradıldı.  Kollegiya  yalnız  bu 
niyyətlə  yaradılır  və  işini  görüb  qurtardıqdan  sonra  buraxılır.  Böyük  xalqın  kütləsi 
tərəfindən  seçildiyinə  görə,  prezident  yalnız  xalq  qarşısında  məsuliyyət  daşıyır.  Bu 
cəhət də Merilendin Konstitusiyasından götürülmüşdü.  
Birləşmiş  Ştatların  Konstitusiyası  bəşər  tarixinin bu  növdən  olan  ən  mühüm 
bəhrələrindən  biridir.  Tarixi  pretsedent  olmadan  bu  sənəd  federal  milli  hökumət 
yaratdı.  O  milli  qüdrəti  şəxsi  azadlıqla  elə  gözəl  birləşdirdi  ki,  özünə  dünyanın 
heyran nəzərlərini cəlb etdi. Bəşər tarixi əvvəllər heç vaxt azadlıq və birlik arasındakı 
tarazlığı, ştatların hüquqları ilə milli suverenliyi belə uğurla həll edən bir hökumətə 
malik  olmamışdı.  Dünya  əsrlərlə  bu  problemi  həll  etməyə  çalışsa  da,  çəkilən 

 
157 
zəhmətlər  hədər  getmişdi.  İnqilabın  ataları  isə  bu  müxalif  tendensiyaların  arasında 
tarazlıq  yaratmaqla,  buna  nail  olmuşdular.  Bu  milli  binanın  bütöv  bünövrəsi  isə 
1787-ci ildə Filadelfiyada qoyulmuşdu.  
Onu tərtib edənlər Konstitusiyadakı az şeyi özləri yaratmışdı. Bryusun dediyi 
kimi,  Konstitusiya  Magna  Carta  kimi  köhnə  idi.  Onu  tərtib  edənlər  çox  müdrik 
adamlar olub, onu həm öz təxəyyüllərinə, həm də xalq hökuməti nəzəriyyəsi əsasında 
yazmışdılar.  Bu  ingilis  kökünə  calaq  edilmiş,  lakin  gövdəsi  və  budaqları  ilə  təmiz 
amerikan ağacı idi.  
Konstitusiyaya  rəğbət  bəsləyənlər  özlərini  Federalistlər,  opponentlərini  isə 
Anti-federalistlər  adlandırırdılar.  İkincilər  hökumətin  çox  güclü  və  mərkəzləşmiş 
olmasından,  Konqressin  tirana  çevrilməsindən  qorxurdular.  Onların  arasında  Patrik 
Henri, Riçard Henri Li və Corc Klinton kimi liderlər var idi. Samyuel Adams və Con 
Henkok sənədə bir az yumşaq dərəcədə müxalif idilər.  
Federalistlər  isə  Konstitusiyanın  tərifində  böyük  entuziazm  nümayiş 
etdirirdilər.  Konstitusiya  üçün  ən  güclü  arqument  əsasən  Hamilton  tərəfindən 
yazılmış  seriya  qəzet  məqalələri  oldu  və  onlar  o  vaxtdan  kollektiv  qaydada 
"Federalist"  adlanmağa  başladılar.  Digər  tərəfin  isə  ən  görkəmli  publisisti  Riçard 
Henri Li idi.  
Qurultay bağlanandan və onu qəbul edəndən dörd ay sonra yeni Konstitusiya 
beş ştat tərəfindən qəbul edildi. Lakin sonra fasilə yarandı. Anti-federalistlər gözləmə 
mövqeyində  idilər.  Samyuel  Adams  axırda  Konstitusiyanın  xeyrinə  olan  mövqeyə 
keçdi.  Massaçusetsdə  insan  haqları  barədə  bill  şəklində  seriya  düzəlişlərin  edilməsi 
təklif edildi. Merilend və Cənubi Karolina 1788-ci ilin yazında Konstitusiyanı qəbul 
etdi. Bircə ştat birliyin yaradılmasının sığortalanmasını istəyirdi. Massaçusetsdən də 
güclü  müxalifət  Virciniyada  idi.  Əks  tərəfdə  Konstitusiyanın  tərtibinə  kömək  etmiş 
və  sonra  onu  imzalamaqdan  imtina  etmiş  Corc  Meyson,  başlanğıcdan  müxalif  olan 
Riçard Henri Li və inqilabın natiqi Patrik Henri idi. Onlara qarşı Vaşinqtonun vəznli  
təsiri, Medisonun iti məntiqi və baş hakimliyə yüksələn Con Marşallın güclü ədalətli 
ağlı dururdu. Bu vaxt Fransada olan Cefferson öz dəstəyini verməkdə tərəddüd edirdi 
və  tezliklə  Anti-federalistlər  onu  özlərininki  adlandırdılar.  Lakin,  o  da  axırda  Yeni 
İngiltərənin  böyük  demokratı  kimi  Konstitusiya  tərəfinə  keçdi  və  ona  öz  səmimi 
dəstəyini  verdi.  Həm  də  eyni  zamanda  tələb  edirdi  ki,  bu  sənəd  diqqətli  düzəlişə 
məruz  qalmalıdır.  Onun  bunu  ifadə  edən  məktubu  Medisona  iyunun  əvvəlində 
çatmışdı, bu vaxt ştatın qurultayı sessiyada idi və son qərarda öz təsirini göstərdi. 25 
iyunda səsvermə ilə 168 nümayəndənin səsindən onunun çoxluğu ilə yeni plan qəbul 
edildi.  Lakin  Virciniya  doqquzuncu  ştat  ola  bilmədi,  Nyu  Hempşir  dörd  gün  əvvəl 
sənədəi qəbul edənlərə qoşuldu. Beləliklə Birlik bu vaxt yarandı.  
Buna  qədər  Delaver  sənədi  dekabrın  7-də,  qurultay  öz  iclaslarını  təxirə 
saldıqdan  üç  ay  sonra  ratifikasiya  etdi.  Pennsilvaniya  onların  nümunəsini  dekabrın 
12-də,  Nyu  Cersi  isə  18-də  təkrar  etdi.  1788-ci  ilin  1  iyununa  səkkiz  ştat  öz 
təsdiqetmə  razılığını  vermişdi  -  Massaçusets  tərəddüd  etsə  də,  təsdiq  edənlərin 
arasında idi. Lakin Nyu Yorkla Virciniya özünü kənarda saxlayırdı. Massaçusets Con 
Henkokun və Samyuel Adamsın Konstitusiyanı qəbul etməyə hazır olduqlarını bəyan 
etdikdən sonra, rəy tarazlığı yarandıqda konstitusiyanı ratifikasiya etdi. Nyu Yorkun 
Konstitusiyanı  qəbul  etməməsi  öz  kommersiya  müstəqilliyini  saxlamaq,  onu  əldən 

 
158 
verməmək istəyi ilə əlaqədar idi. Virciniya isə Henri kimi sevdiyi və  Meyson kimi 
məsləhətinə inanmağa adət etdiyi adamlardan nümunə götürərək belə güclü mərkəzi 
hökumətin təsis edilməsindən qorxurdu. Nyu York nəhayət 26 iyulda Konstitusiyaya 
razılığını  verdi.  Əlli  yeddi  səsdən  yalnız  ikisi  bunun  əleyhinə  səs  vermişdi,  çünki 
Hamilton  və  onun  tərəfdarları  öz  nüfuzları  və  arqumentləri  ilə  onlara  təzyiq 
göstərirdi,  bir  də  ki  Nyu  Hempşirin  Konstitusiyanı  qəbul  etməsi  xəbəri  artıq  gəlib 
çatmışdı.  Axırıncının  iyunun  21-dəki  bu  addımı  əsasında  doqquzuncu  ştatın  öz 
razılığını  verməsi  ilə  Nyu  Yorksuz  da  yeni  hökumət  artıq  yaradıla  bilərdi. 
Virciniyada Medisonun, Randolfun, Marşallın gətirdiyi dəlillər və Vaşinqtonun şəxsi 
nüfuzu  nəhayət  iyunun  25-də  Linin,  Henri  və  Meysonun  əks  cəhdlərinə  üstün  gələ 
bildi.  Fransız  naziri  qraf  Mouster  demişdi  ki,  "General  Vaşinqtonun  rəyi  böyük 
çəkiyə  malik  idi,  təkcə  bu  başqalarından  daha  artıq  dərəcədə  konstitusiyanın  qəbul 
edilməsinə daha çox kömək etmişdi". Ümumiyyətlə, adamlar konstitusiya lehinə ona 
görə  səs  verirdilər  ki,  onlar  anarxiyaya  və  hakimiyyət  başıpozuqluğuna  nifrət 
edirdilər  və  Hamilton  kimi,  Amerikada  yeni  millətin  yarandığını  görməyi  arzu 
edirdilər.  Onun  əleyhinə  olanlar  isə  güman  edirdilər  ki,  anarxiyanın  mümkün 
olmadığı  yerdə  azadlıq  da  təhlükəsiz  olmayacaqdır.  Şübhəsiz  ki,  bütün  ölkədə 
hesablamaq mümkün olsaydı, yəqin ki, çoxluq konstitusiyanın əleyhinə olardı. Lakin 
konstitusiyanın fəal və səmərəli müdafiəçiləri əhalinin daha çox olduğu mərkəzlərdə 
yaşayırdılar, kütləvi nəşrlər onların yazıları ilə dolu idi və bu yazılar müzakirələrdə 
güclü  rol  oynayırdı,  tərəddüd  edənləri  də  öz  tərəflərinə  çəkə  bilirdi.  Təkcə  Şimali 
Karolina  və  Rod  Aylend  yeni  Konstitusiyanı  rədd  etdi,  onlar  yeni  Birliyin  nə 
olacağına baxmaq üçün gözləmək yolunu seçdilər.  
ABŞ-ın bani-ataları Konstitusiya adlanan bir sənədi əsrlərin sınağına verdilər. 
Bu  sənədi  yazanlar  onun  yaranmasını  "əsrlər  üçün  yeni  qayda"  adlandırdılar.  Lakin 
onu da etiraf edirdilər ki, bu işi görərkən onlar keçmişin böyük ideyalarından istifadə 
etmişlər. Onlar bilirdilər ki, öz demokratiyaları ilə məşhur olan qədim yunanlar belə 
idarəetməni  kütlənin  özünə  deyil,  onun  ən  savadlı,  varlı  və  hazırlanmış 
vətəndaşlarına  etibar  edirdilər.  Onlar  qədim  Yunanıstanın,  Qədim  Roma 
respublikasının  hakimiyyət  quruluşunu  diqqətlə  öyrənməklə  yanaşı,  ingilis 
mütəfəkkirləri  Tomas  Hobbsun  və  Con  Lokkun  əsərlərini,  sosial-siyasi 
konsepsiyalarını dərindən mənimsəyir və yaradıcılıqla öz işlərində istifadə edirdilər. 
Hobbs  güman  edirdi  ki,  adamların  ürəyinə  acgözlük  hakim  kəsilmişdir.  O,  dövləti 
Bibliyadakı əcayib heyvan olan Leviafana bənzədərək, onun adamlar arasındakı saziş 
əsasında  meydana  gəldiyini  göstərirdi.  Onun  fikrinə  görə,  dövlət  "hamının  hamıya 
qarşı müharibəsi" kimi təbii vəziyyətə son qoydu.  
Ona görə də bu təsir altında adamların özünü idarə etmək qabiliyyətinə şübhə 
edərək  bani-atalar  avtoritar  hökumət  tərəfdarları  olub,  Hobbsun  təbirindən  istifadə 
edərək  demokratiyanı  nifrətlə  "natiqlərin  aristokratiyasından  başqa  heç  bir  şey" 
adlandırırdılar. 
Onların  çoxu,  pozulmuş  sivilizasiya  ilə  təbiəti  etibarilə  təmiz  olan  insanın 
yolundan azdırıldığını hesab edən Russonu çox bəyənirdilər. Russo bəşəriyyətin əsas 
ləyaqətini  bərpa  etmək  üçün  tam  demokratiyaya  nail  olmaq  zərurətini  qeyd  edirdi. 
Bütün bunlara baxmayaraq bani-ataların dünyagörüşünün əsasını ingilis filosofu Con 
Lokkun və fransız filosofu Şarl Monteskyönün ideyaları təşkil edirdi. Bu ideyalardan 

 
159 
bəhrələnən  Konstitusiya  müəllifləri  şəxsiyyət,  cəmiyyət  və  dövlət  arasında 
münasibətləri müəyyən edən qeyri-adi amerikan fəlsəfəsi yaratdılar. Lokk belə hesab 
edirdi  ki, təbii şəraitdə cəmiyyət və ya idarəetmə institutu yaranana qədər şəxsiyyət 
öz  tələbatını  ödəyən,  tənha  və  xoşbəxt  həyat  sürürdü.  Şəxsiyyət  -  yaşamaq,  azadlıq 
və  mülkiyyət  hüququna  malik  idi.  O,  özünü  qorumaq,  razılığı  olmadan  hansısa 
hökmdara  tabe  olmaqdan  imtina  etmək  və  öz  əməyini  sərf  etdiyi  təbiət  əşyalarına 
sahib olmaq hüququna malik idi. Lokk qeyd edirdi ki, cəmiyyətdə hökumətə tələbat, 
adamlar  arasında  onların  hüquqlarını  təmin  edə  biləcək  bir  təşkilatın  olmamasından 
yaranan "narahatlıqlar" nəticəsində meydana gəlmişdir. Eyni zamanda, lakin heç bir 
cəmiyyət  və  ya  adamların  yaratdığı  hökumət  qanuni  əsasda  bu  təbii  hüquqları  ləğv 
edə,  əldən  ala  bilməz.  Tsitserondan  sonra  Lokk  təbii  hüquqlar  konsepsiyasını  xeyli 
inkişaf etdirmişdi.  
Lokk  ictimai  müqavilə  barədə  holland  alimi  Q.Qrotsinin  ideyasını  da  xeyli 
inkişaf  etdirmişdi.  Dövləti  yaratmaqla  insanlar  öz  aralarında  sazişə  girərək  onların 
mülkiyyətini və vətəndaşların təhlükəsizliyini qorumaq üçün öz təbii hüquqlarının bir 
hissəsindən könüllü surətdə imtina etmişlər.  
Ona  görə  də  ABŞ-ın  bani-ataları  Lokkun  dilində  danışırdılar.  Onlar 
Konstitusiyanın  qəbul  edilməsindən  11  il  əvvəl  İstiqlaliyyət  Deklorasiyasının 
girişində idarəetmə haqqında Lokk fəlsəfəsini daha obrazlı şəkildə əks etdirmişdilər. 
T.Ceffersonun  qələmindən  çıxan  bu  sənəddə  deyilirdi:  "Biz  özündən  aydın  olan 
həqiqətlər  hesab  edirik  ki,  bütün  insanlar  bərabər  yaradılmış  və  tanrı  tərəfindən 
ayrılmaz  hüquqlara  yiyələndirilmişdir,  onların  sırasına  yaşamaq,  azadlıq  və 
xoşbəxtliyə can atmaq hüququ daxildir; bu hüquqların təmin edilməsi üçün insanlar 
hökumət  yaradırlar,  bu  hökumətin  ədalətli  hakimiyyəti  idarə  olunanların  razılığına 
əsaslanır;  əgər  hər  hansı  bir  dövlət  quruluşu  bu  hüquqları  pozsa,  onda  xalqın  onu 
dəyişdirmək  və  ya  ləğv  etmək  və  yeni  quruluş  qurmaq  hüququ  vardır,  bu  yeni 
quruluş elə prinsiplərə əsaslanmalı və idarəni elə formalarda təşkil etməlidir ki, onlar 
xalqın təhlükəsizliyini və rifahını ən yaxşı şəkildə təmin etsin".  
Bani-ataların  nəzəriyyəsində  yol  göstərən  ulduz,  heç  şübhəsiz,  azadlıq 
konsepsiyası idi. Onlar elə möhkəm dövlət quruluşu yaratmaq istəyirdilər ki, onların 
ölümündən sonra da bu sistem öz həyatiliyini göstərsin. Onlar bu vəzifəni ləyaqətlə 
yerinə  yetirdilər.  İki  yüz  ildən  artıq  bir  müddətdə  onların  ideyaları  amerikan 
cəmiyyətində  yaşayır  və  öz  təntənəsini  göstərir.  Bu  ideyalar  ABŞ-ı  dünyanın  ən 
qüdrətli  dövlətinə  çevirmişdir.  Fransız  yazıçısı  və  dövlət  xadimi  Andre  Malronun 
dediyi kimi, Birləşmiş Ştatlar tarixdə birinci dünya dövlətidir ki, buna cəhd etmədən 
nail  olmuşdur.  ABŞ  öz  istəyinin  əksinə  olaraq  böyük  dövlətə  çevrilmişdir.  Tarixin 
gedişi və malik olduğu prinsiplər indi onun tutduğu yeri ona bəxş etmişdir.  
Ölkə təkcə siyasətlə yaşamırdı, onun mədəniyyəti də çiçəklənirdi. Amerikada 
mətbuatla  yanaşı  kitab  nəşri  də  inkişaf  edirdi.  Amerikada  olduqca  az  adam  öz 
məqsədlərinə çatmaq və öz qüvvəsini məmnun etmək üçün qələmdən istifadə edirdi. 
Adamlar  məskunlaşmanın  uzun  dövrü  ərzində  kitab  çap  etməyə  heç  də  tez-tez 
müraciət  etmirdilər.  Düşünən  adamların  əksəriyyəti  köhnə  İngiltərədə  çap  olunan 
kitablarla  tərbiyə  olunurdu.  Edvin  Sandisin  qardaşı  Corc  Sandis  Ovidinin 
"Metamorfoza"sına  bənzər  uğurlu  ingilis  versiyası  yazdı.  Nəcib  qadın  olan  Anna 
Bredstrit  öz  ruhuna  çıxış  yolu  tapmaq  üçün  nəsrində  dünyanın  özünəməxsus 

 
160 
təsəvvürünü  yaratmağa  çalışırdı.  Adamlar  təkcə  dua  etməklə  və  ya  şəhər 
mitinqlərində  çıxış  etməklə  məşğul  olmurdular  və  ya  təkcə  işgüzar  məktublar 
yazmaq üçün ələ qələm almırdılar. Plimutu idarə edən kəndli alimi Uilyam Bredford 
öz adamlarının zəvvar kimi necə yola çıxması əhvalatlarını və Yeni Dünyada məskən 
salmalarını  həqiqi  tarixçi  ləyaqəti  ilə  təsvir  edirdi.  Con  Uintrop  özünün  başçılıq 
etdiyi  nəslin  kiçik  dövlətdən  böyük  dövlətə  və  xalqa  çevrilməsi  haqqında  hadisələr 
gündəliyini yazmışdı. Adamlar əsasən bir iş istiqamətində - ya kilsə, yaxud ştatın işi 
üçün  yazılar  yazırdı.  Bunlar  kapitan  Smit  tərəfindən  Virciniyanın  ilk  məskunları 
haqqında  yazılmış  "Həqiqi  əhvalat",  onun  "Yeni  İngiltərənin  təsviri"  və 
"Virciniyanın  ümumi  tarixi",  "Yay  adaları"  əsərləri  və  Yeni  İngiltərə  kitabları,  indi 
mövcud olan koloniyaların məskunlaşmasına dair olan digər böyük və kiçik kitablar 
idi. Bencamin Franklin tipik yazıçılardan idi. Onun yazılarından elə görünürdü ki, o, 
öz  başına  gələn  əhvalatlardan  yazır.  Onun  "Kasıb  Riçardsın  almanaxı"  kitabındakı 
maksimalar  onun  bütün  həyatı  boyu  əməl  etdiyi  prinsiplərə  və  əməli  təcrübəyə  çox 
yaxın idi. O, xalqın alimi idi.  
Bostondakı  Ceyms  Otis  və  Con  Adams  xalqın  müdafiəçiləri  olan  adamların 
siyahısına daxil idi. Onlar danışdıqları kimi də yazırdılar. Müzakirələr genişləndikcə 
Amerikada  yazılan  əsərlərin  qiyməti  yüksəlirdi.  Ölkədə  pamfletlər  geniş  yayılırdı. 
Tomas Peynin "Sağlam düşüncə" pamfletləri daha məşhur idi. O vaxtlar dərc olunan 
"İndependent  cornal",  "Nyu  York  Pakit"  və  "Deyli  advertiser"  qəzetlərində 
Konstitusiya  məsələləri  geniş  müzakirə  edilirdi.  Yeni  hökumətin  tarixi  və  nəzəri 
əsasları Medisonun əsərlərində öz əksini tapırdı. Hamilton mövcud konfederasiyanın 
qüsurlarını  tədqiq  edirdi.  Cey  ştatların  xarici  ölkələrlə  əlaqələrinə  yeni  hökumətin 
yararlılığını müzakirə edirdi. Medison Filadelfiyadakı qurultaya xidmət göstərmiş və 
ona liderlik etmişdi. Hamilton isə qurultayın sənədlərini müdafiə etməyi sevirdi. Bu 
qəzetlər  o  vaxtlar  Konstitusiyanı  öyrənənlərin  və  tarixçilərin  başlıca  vasitəsi 
olmuşdu.  

 
161 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin