Telman Orucov


Amerikanların qələbə sevinci



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

Amerikanların qələbə sevinci 
 
Payızda  qəflətən  hadisələrin  qabarması  baş  verdi.  Kornvallis  cənub 
sahillərində  olan  əməliyyat  mənbələrindən  xeyli  uzaqlaşmağa  cəsarət  etdi.  O, 
Karolinalar  ölkəsinin  içərilərinə  getdi.  Bərqoyn  Hadson  çayının  yuxarı  axınının 
üstündə yerləşən meşələri keçmək istəyərkən mühasirəyə alındığı kimi, Kornvallis də 
mühasirəyə düşdü. Qeyts özünün Kamdendəki məğlubiyyətindən sonra onu izləyirdi. 
Bu  uğurlu  müharibədə  bacarıqlı  zabitlər  yetişmişdi  ki,  onlar  Kornvallisi  tam 
məğlubiyyətə  uğratmaq  vəzifəsinin  öhdəsindən  gələ  bilərdi.  Bu  siyahıya  döyüş 
keyfiyyətləri Trenton və Prinstonda, Brendivaynda, Cermantaunda və Monmutda bol 
qaydada  sınanılan  Natanel  Qrin  təbiətin  və  müharibənin  çətin  məktəbi  tərəfindən 
süvari  dəstəsi  komandanı  edilmiş  dəliqanlı  Henri  Li,  veteran  döyüşçü  və  ardıcıl 
olaraq vuruşan Şteyben, Saraqota yaxınlığında Arnoldla birlikdə qalib gələn və adını 
ləkəsiz saxlayan Morqan, baş komandanın uzaq qohumu Uilyam Vaşinqton daxil idi. 
Geniş  meşələr  isə  partizan  dəstələri  ilə  dolu  idi,  onların  başçılarından  britaniyalılar 
çox qorxurdular.  
Karolinalıların arxa diyarlarının işğalı daimi qaydada aparılırdı və aparılmalı 
idi.  Səpələnmiş  məskunlar  və  ayrı-ayrı  plantasiyalardakı  adamlar  kral  dəstələrinə 
kömək göstərir və onların gəlişinə sevinirdilər. Lakin hər yerdə olduğu kimi burada 
da soyğunçuluğu və bütün qanundan kənar macəraları sevən adamlar var idi və güclü 
ordu  onları  təslim  etmək  tapşırığını  alırdı.  Lakin  burada  elə  adamlar  da  var  idi  ki, 
onlar  öz  ruhlarını  və  prinsiplərini  Möhür  Aktının  qarşısı  alındığı  vaxtdan  başlayan 
yeni  günlərdən  götürmüşdü  və  onlar  öz  evlərindən  qovulmuşdular,  özlərini  kral 
qüvvələrinə  tabe  etmədiklərindən,  kralın  adamları  buradan  gedən  kimi  yenidən 
geriyə  qayıdacaqdılar.  Savannada  və  Çarlstondakı  ingilis  komandirləri  bildirirdilər 
ki,  onlar  təkcə  dəniz  limanlarında  deyil,  ölkənin  özündə  də  səmərəli  fəaliyyət 
göstərirlər.  
Dekabrın  əvvəllərində  general  Qrin  Qeytsin  yerini  tutmağa  gəldi  və  ingilis 
komandanları  yeni  çətinliklərlə  üzləşdilər.  Qrin  özünün  kiçik  ordusundan  bir 
hissəsini  irəli  sahilə  göndərdi  ki,  Kornvallisin  kommunikasiyalarını  kəssin,  digər 
dəstəni  isə  cənuba  tərəf  quru  postlarına  qarşı  göndərdi.  Strategiyada  çox  qüvvətli 
olan  və  müasir  Robin  Qud  kimi  adamları  özünə  cəlb  edən  Frensis  Marion  ilk  top 
batereyası  ilə  yollandı.  İkinci  dəstə  ilə  Deniel  Morqan  getdi.  Qrin  yenidən  öz 
qüvvələrini  bir  yerə  yığdı.  Lakin  Kornvallis  ona  zərbə  endirdi.  Elə  bil  ki, 
məğlubiyyət Vaşinqton kimi, Qrin üçün də az faydalı olmadığını göstərdi. Ona görə 
də  məğlub  olmuş  ordu  möhkəm  dayanmışdı  və  ingilislər  Vellinqtona,  sahilə  geri 
çəkildi.  Əlbəttə,  ordunu  yenidən  cənuba,  özü  də  ehtiyatları  ilə  birlikdə  meşədən 
keçirməklə  aparmaq  risqli  iş  idi,  ancaq  Qrin  bunu  etməli  oldu.  Artıq  ingilislərə 
xidmət  edən  general  Arnold  Virciniyada  idi.  Kornvallis  cənub  əvəzinə  şimala 
getməyi  və  Virciniyada  Arnoldla  birləşməyi  qərara  aldı.  Qrin  onun  izi  ilə  yavaş-
yavaş  gedirdi,  sonra  isə  şimala  tərəf  yenidən  içərilərdəki  postların  qarnizonlarına 
qarşı  döndü.  Hər  iki  dəfə  ingilislər  geri  çəkildilər  ki,  öz  kommunikasiyalarını  xilas 
etsinlər.  Virciniyada  lord  Kornvallis  bir  qədər  sərbəst  və  təhlükəsiz  hərəkət  edirdi, 
lakin bu ona olduqca az müddətə müyəssər oldu. General Vaşinqton markiz Lafayeti 
min iki yüz nəfər yüngül piyada qüvvəsi ilə cənuba göndərdi və 1781-ci ilin yayında 

 
142 
Lafayet kifayət qədər güclü qüvvə ilə britaniyalıların qarşısında dayanmışdı. Nəhayət 
fransızlar  köməyə  gəldi.  General-leytenant  de  Qrass  iyirmi  səkkiz  gəmi  ilə  xəttə 
düzülmüşdü, altı freqat və on iki min adam isə Vest İndiyada idi. Vaşinqton onlardan 
xahiş etmişdi ki, nəhayət ya Nyu Yorka, ya da Çesapikə gəlsinlər. Avqustda o, xəbər 
göndərdi  ki,  o,  özü  Çesapikə  gələcəkdir.  Vaşinqton  bir  daha  qəflətən  Trentonda  və 
Prinstonda  olduğu  kimi  açıq-aydın  hərəkət  etməyə  başladı.  Roşambo  ona  kömək 
göstərmək  üçün  indi  azad  idi.  Dörd  min  fransız  və  iki  min  nəfərlik  öz  kontinental 
əsgərləri  ilə  Vaşinqton  bütün  dörd  yüz  mil  uzunluğunda  yolu  qət  edərək,    birbaşa 
York çayına, Virciniyaya yürüş etdi.  
Klintonu  aldatmaq  üçün  Vaşinqton  və  Roşambo  hazırladıqları  planları  hətta 
öz  zabitlərindən  də  gizli  saxlayırdılar.  Onlar  dörd  min  fransız  və  iki  min  amerikan 
əsgəri  ilə  19  avqustda  Hadson  çayını  keçdilər.  Cersi  sahili  ilə  aşağı  hərəkət  edib 
Delaver  qarşısına  çatanda,  ekspedisiyanın  məqsədi  məlum  oldu.  Ordu  Filadelfiyaya 
gəlib  çatanda  isə  hamıya  aydın  oldu  ki,  məqsəd  Kornvallisi  əsir  götürməkdən 
ibarətdir.  Bu,  şəhər  əhalisinin  gur  sevincinə  səbəb  oldu.  Cənuba  yürüş  vaxtı 
Vaşinqton qaçaraq da olsa Maunt Vernondakı evinə baş çəkdi. O, son altı il ərzində 
burada olmamışdı.  
De  Qrass  York  çayının  mənsəbinə  gəlib  çatdı  və  Lafayetin  ordusuna 
qoşulmaq  üçün  sahilə  dörd  min  adam  göndərdi.  Britaniyalılar  da  Vest  İndiyada 
admiral  Rodnenin  komandanlığı  altında  güclü  donanmaya  malik  idi.  Rodne 
xəstəliyinə görə İngiltərəyə döndüyündən, donanma admiral Hudun başçılığı altında 
şimala  doğru  irəliləyirdi.  Hud  öz  donanmasını  admiral  Qreyvsin  donanmasına 
birləşdirdi və onların hər ikisi de Qrassla görüşmək üçün Çesapikə tərəf üzdü. Döyüş 
15  sentyabrda  baş  verdi.  Bir  neçə  ingilis  gəmisi  elə  zədə  aldı  ki,  Qreyvs  və  Hud 
onları təmir etmək üçün Nyu Yorka üzdülər və bu vaxt de Qrassı Çesapikin tam ağası 
kimi  qoyub  getdilər.  Bu  Vaşinqton  üçün  həyati  əhəmiyyətə  malik  məsələ  idi,  çünki 
Kornvallisin  dənizlə  qaçmasının  qarşısı  alınırdı.  O,  yalnız  Şimali  Karolinaya  geri 
çəkilə  bilərdi,  lakin  burada  da  onun  qarşısını  Lafayet  kəsəcəkdi.  O,  səkkiz  min 
adamla  yarımadanı  kəsən  xətt  boyu  dayanmışdı.  Klinton  Vaşinqtonun  cənuba 
yollandığını  eşidib,  tam  çaş-baş  qaldı.  Vaşinqtonu  geriyə  dönməyə  şirnikləndirmək 
ümidi ilə o, Komnektikut sahilini təşvişə salmaq üçün Arnoldu göndərdi, lakin xain 
general bir andaca yığılan adamlar dəstəsi tərəfindən qovulub oradan çıxarıldı.  
Müttəfiq  ordular  Yorktauna  avqustda  gəlib  çatdı  və  oktyabrın  6-da  şəhərin 
bombardman  edilməsi  başlandı.  Şəhərdən  aşağı  çayın  sahilində  iki  güclü  redut  var 
idi. Onlardan biri baron de Viyominil tərəfindən tutuldu, digəri isə Amerika tarixində 
böyük  rol  oynayacaq  Aleksandr  Hamiltona  məğlub  oldu.  17  oktyabrda,  Bərqoynun 
təslim olması günündən dörd il sonra Yorktaun divarında ağ bayraq dalğalandı. Top 
atəşləri kəsildi və təslim olma iki gün sonra baş verdi. Şərtlər Linkolnun Çarlstondakı 
şərtlərinə  uyğun  idi.  Linkoln  indi  də  Kornvallisin  qılıncını  almağa  göndərilmişdi, 
ingilis  generalı  xəstəlik  adı  ilə  general  O`Hara  vasitəsilə  qılıncı  göndərdi.  Britaniya 
ordusunun 8 min adamı, bir neçə yüz dənizçi daxil olmaqla məğlubiyyət nəticəsində 
müharibə  əsiri  oldu.  Bu  hadisə  19  oktyabr  1781-ci  ildə  baş  verdi  və  Atlantik 
okeanının hər iki sahilində müharibənin başa çatması kimi qiymətləndirildi. Amerika 
qalib  gəlmişdi.  Klinton  isə  Nyu  Yorku  daha  iki  il  ərzində  əlində  saxladı.  Lakin 

 
143 
düşmənçilik bitdi və bu vaxt artıq yalnız müqavilə vasitəsilə yoluna qoyulacaq sülh 
gözlənirdi.  
Amerikanın  Kornvallisin  təslim  olması  münasibətilə  keçirdiyi  sevinc  hissləri 
hədsiz  idi.  Bu  xəbər  Filadelfiyaya  24  oktyabrın  erkən  səhər  saatlarında  çatdı  və 
alman nəzarətçisi öz reydini davam etdirəndə özünün ənənəvi “Bast dree o’qlock” 
"Saat üçdür" sözlərinə bu məlumatı da əlavə etdi: “und Qorn-vallis ist daken” - "və 
Kornvallis əsir götürülmüşdür". 
Xəbər  Parisə  çatanda  qələbə  şəhərin  gözəl  illyumaniyası  ilə  bayram  edildi. 
Hətta  İngiltərədə  də  müharibə  əleyhinə  olan  partiyanın  tərəfdarlarının  çoxu  buna 
sevinirdi.  
Qraf  Kornvallisin  Yorktaunda  təslim  olması  təkcə  Amerikadakı  Britaniya 
generallarının karyerasına son qoymadı, həm də inqilabın özünü sona çatdırdı. Cənub 
kampaniyası Kornvallisin özünün arzusu və planı ilə həyata keçirilmişdi. O, Cənub 
limanlarının  bağlanmasının  necə  böyük  əhəmiyyət  kəsb  etdiyini  bilirdi.  Xüsusən 
okeanın  o  tayından  müntəzəm  qaydada  təchizat  qəbul  edən  Çesapikin  bağlanması 
çox  vacib  idi.  O,  inanırdı  ki,  cənub  limanları  xeyli  azaldıqdan  sonra  Cənubdan 
Virciniyaya  səmərəli  hücum  etmək  olar  və  bu  britaniyalıların  qitədəki  hakim 
mövqelərini  demək  olar  ki,  təhlükəsiz  edəcəkdir.  Əgər  Klinton  qısqanmaq  əvəzinə 
ona  tez  kömək  etsəydi,  o,  yəqin  ki,  öz  niyyətlərinə  nail  ola  bilərdi.  Klinton  onun 
komandan  yoldaşı  təslim  olana  qədər  Nyu  Yorkdan  çıxmadı.  Və  adi  bir  hadisə  baş 
verdi. Klinton ancaq kampaniya qurtardıqdan sonra vaxtilə Bərqoynun yanına gedən 
kimi, indi də Kornvallisə köməyə tələsdi.  

 
144 
Birləşmiş Ştatların müstəqilliyi 
 
Baş nazir lord Nort bu xəbərin nə demək olduğunu başa düşürdü. O, bunu "öz 
sinəsinə  vurulan  güllə"  kimi  qəbul  etdi  və  əllərini  geniş  açaraq  dəlicəsinə  qışqırdı: 
"Allah! bu hər şeyin sonudur!". Bu alçaldıcı zərbə idi və onu göstərirdi ki, İngiltərə 
üçün  amerika  müharibəsi  başa  çatmışdır.  İngiltərə  mühasirəyə  alınmışdı.  Fransa  və 
İspaniya koloniyaların bu qiyamından, İngiltərəyə hücum etməkdən daha çox fayda 
götürəcəkdi. Heç də ona görə yox ki, onlar Amerikanı sevirdilər və ya onun azadlıq 
ideyalarına  hüsn-rəğbət  bəsləyirdilər.  Onlar  ancaq  İngiltərəyə  qarşı  olan  qorxulu 
bədbəxtliyin  baş  verməsini  arzu  edirdilər.  Onlar  birləşərək  dənizdə  İngiltərə  kimi 
güclü olmuşdular. XVI Lui pulları Fransa üçün gəmi qayırılmasına xərcləyirdi. 
1779-cu  ilin  əvvəllərində  fransız  qüvvələri  İngiltərənin  Afrika  qitəsində olan 
Senaqaldakı  və  Qambiyadakı  torpaqlarını  tutdu.  La-Manş  boğazında  fransızlar  və 
ispanlar birləşdilər və ingilis qüvvələri onlara qarşı dayana bilmədi. Çesapikdə işini 
bitirdikdən sonra de Qrass yenidən Britaniya Vest İndiyasına hücum etməyə qayıtdı 
və o biri yaz başlamamışdan əvvəl Yamayka, Barbados və Antiqua istisna olmaqla, 
bütün Karib dənizindəki ingilis adalarını tutdu. Nyu Yorkdan çıxan ingilis donanması 
Çesapik  burnunda  ona  hücum  etdi,  lakin  məğlub  oldu.  1781-ci  ilin  mayında  ispan 
qüvvələri Pensakolanı götürdü və ingilisləri Floridadan qovdu. 1782-ci ilin fevralında 
isə ispanlar Minorkanı işğal etdilər və Gibraltara çox yaxınlaşdılar. Özünü dünyanın 
yarısı ilə müharibəyə cəlb olunmuş görən İngiltərə okeanlarda düşmənlərinə məxsus 
olan  malları  axtarmağa  başladı  ki,  tapdıqda  onları  müsadirə  etsin.  Bundan  başqa 
İngiltərə  onun  blokada  qoyduğu  düşmən  limanları  ilə  ticarət  edən  gəmiləri  tutmaq 
hüququnu  öz  üzərinə  götürdü  və  beləliklə  dünyanın  qalan  hissəsini  də  öz  əleyhinə 
qaldırdı.  Rusiyanın  başçılıq  etdiyi  Avropanın  şimal  ölkələri  "Silahlı  neytrallıq" 
liqasına  daxil  olub,  "azad  gəmilər  azad  mallar  daşıyır"  devizi  altında  zor  tətbiq 
etməklə fəaliyyət göstərməyə başladılar. 
Dənizdəki  münaqişəyə  görə  İngiltərə  1780-ci  ilin  dekabrında  Hollandiya 
respublikasına qarşı müharibəyə başlamaq barədə formal bəyanat verdi. 1778-ci ildən 
Hindistanın yerli dövlətləri ilə başlanan  müharibələr üst-üstə toplanaraq əlavə yükə 
çevrilirdi.  Rəylər  də  tale  kimi  koloniyalara  qarşı  müharibənin  aparılması  əleyhinə 
dəyişirdi.  Ölkədə  tacın  hökmranlığının  ixtisar  edilməsi  və  parlamentə  təsirinin 
azaldılması  barədə  böyük  təbliğat  qalxdı.  Bundan  başqa  korrupsiyanın  qarşısını 
almaq  üçün  qulluqçu  maaşlarının  qaydaya  salınması  tələb  olunurdu.  1780-ci  ildə 
İcmalar  Palatasının  viqlərdən  olan  üzvü  Con  Danninq  palatadan  "tacın  təsiri 
artmışdır,  artır  və  azaldılmalıdır"  kimi  qətnamə  keçirə  bildi.  Qəflətən  kütlə  və  söz-
söhbətlər siyasətdə dəyişiklik etmək barədə tələblərlə Londonu çalxalamağa başladı. 
Böyük  Çatamın  oğlu  gənc  Pitt  hələ  Kornvallis  cənuba  qalibiyyətli  yürüş  edəndə 
müharibəni  "lənətli,  əxlaqa  zidd  və  barbar  müharibəsi"  adlandırmışdı.  Çarlz  Foks 
Vaşinqtonun  son  qələbəsi  xəbərini  eşidəndə  əl  çalmışdı.  Lord  Nort  hələ  Bərqoyn 
təslim olanda istefa vermək istəyirdi. Nəhayət, İcmalar Palatası özü camaatın tələbinə 
baş  əyərək,  müharibənin  dayandırılmasına  səs  verdikdə,  özünün  azad  olmasına 
sevindi.  
27  fevral  1782-ci  ildə  isə  İcmalar  Palatası  Konveyin  təklifi  ilə  Nazirlər 
Kabineti  əleyhinə  əlamətdar  qərar  qəbul  etdi.  Bu  qərarda  deyilirdi:  "Bu  İcmalar 

 
145 
Palatasının  rəyidir  ki,  Amerikaya  qarşı  təcavüzkar  müharibənin  davam  etdirilməsi 
hazırki  şəraitdə  bu  ölkənin  özünün  Avropadakı  düşmənlərinə  qarşı  səylərini 
zəiflətmək deməkdir və qarşılıqlı düşmənçiliyin artması meyli Böyük Britaniyanın və 
Amerikanın hər ikisinin mənafelərinə məhvedici təsir edir". Martın 4-də qəbul edilən 
qətnamədə  isə  deyilirdi:  "İcmalar  Palatası  o  adamları  Alihəzrətin  düşmənləri  hesab 
edəcəkdir ki, onlar Şimali Amerika qitəsində təcavüzkar müharibənin bundan sonra 
da davam etdirilməsi barədə məsləhət verir və ya buna cəhd edir". Ayın axırında Nort 
baş  nazirlikdən  getdi  və  Rokinqem  bir  daha  bu  kürsüyə  sahib  oldu.  Vətəndəki  bu 
dəyişikliklərlə  yanaşı  kənardan  yaxşı  xəbərlər  gəlirdi.  Hindistanda  yerli  dövlətlər 
yenidən  tabe  olmağa  məcbur  edildilər  və  Fransa  buradan  heç  bir  xeyir  götürə 
bilmədi.  
Rodne 12 aprel 1782-ci ildə Vest İndiyada de Qrassı məğlub etdi, Fransanın 
hərbi-dəniz  qüvvələri  darmadağın  edildi  və  mübahisə  mənbəyi  olan  sahillərdə 
İngiltərə  yenidən  ağa  oldu.  Fransa  və  İspaniyanın  birləşmiş  qüvvələri  Gibraltarın 
mühasirəsindən  əl  çəkdilər.  Həmin  il  İngiltərənin  öz  Avropa  düşmənləri  üzərində 
zəfər  ili  oldu.  İndi  vəzifə  bu  qələbələrdən  müdrikliklə  istifadə  etməkdən  ibarət  idi. 
Kral  tərəfindən  pozulmuş  və  Nort  tərəfindən  düzgün  istifadə  edilməyən  hökumət 
islahata  uğramalı  idi.  Yalnız  bu  vaxt  uğurlar  tezləşər  və  genişlənərdi.  Amerikada 
öyrənilən dərs Nazirlər Kabinetinin fəaliyyətinə müxtəlif yollarla təsir edirdi. Onlar 
başqa  şeylərlə  yanaşı,  İrlandiyanın  müstəqil  parlamentə  malik  olması  barədə  də 
güzəştə  getdilər.  İrlandiya  protestantları  özlərini  müdafiə  etmək  üçün  səksən  min 
nəfərlik könüllü hərbi qüvvə yaratmışdılar. İndi onlar vaxtilə arzuladıqları müstəqil 
parlamenti artıq rədd edə bilməzdilər. Lakin Nazirlər Kabinetinin ən böyük nailiyyəti 
sülh  idi.  Lord  Rokinqem  isə  baş  nazir  vəzifəsində  cəmi  üç  ay  qaldı.  O,  öldüyünə 
görə,  1782-ci  il  iyulun  əvvəlində  lord  Şelburn  hökumətin  başçılığına  gəldi,  Viqlər 
onun rəhbərliyi altında işləməkdən imtina etdilər. Fransa və İspaniya müharibədə öz 
iflaslarını başa çatdırdılar. İngiltərənin nüfuzu saxlanmışdı, müharibəni davam etdirə 
bilərdi,  onlar  isə  buna  qadir  deyildilər.  İngiltərə  demək  olar  ki,  nə  diqtə  etsə,  onlar 
bunu yerinə yetirəcəkdi.  
Sülh  xəbəri  Vaşinqtona  döyüş  cəbhəsində,  Konqressin  İcraiyyə  Komitəsinə 
Filadelfiyada,  Franklinə  Parisdə,  Con  Adamsa  isə  Haaqada  gəlib  çatdı.  Bu  qəti 
qələbə idi. Lakin hələ Amerikada, Kanadanın ətrafında, həmçinin qərbdə və şərqdəki 
körfəzə və İndiya adalarına tərəf postlar da nəzərə alındıqda qırx min nəfərlik ingilis 
hərbi  qüvvələri  var  idi.  Onlardan  on  yeddi  mini  Nyu  Yorkda  idi,  yeddi  mini  isə 
cənubda general Qrinlə üz-üzə dayanmışdı. Yorktaunda öz işini bitirən Vaşinqton iki 
min  adamı  Cənubi  Karolinaya,  general  Qrinə  köməyə  göndərdi,  özü  isə  geriyə 
Hadson  üzərindəki  Nyuburqa  yollandı  ki,  oradan  Nyu  Yorkda  olan  Klintonu 
müşahidə etsin. O, Roşambonu və dörd min nəfərlik fransız dəstəsini Virciniyadakı 
Vilyamsburqda  qoyub  getdi,  onlar  Çesapikə  girişi  mühafizə  etməli  idilər.  O  çox 
qayğılı  idi.  O,  bilirdi  ki,  ölkə  tam  taqətsizliyə  gəlib  çatmışdır,  letargiya  və 
başıpozuqluq  vəziyyətindədir.  O,  orduya  heç  kəsi  götürə  bilmirdi.  Əsgərlərə  maaş 
verilmirdi,  onların  yalnız  yarısı  geyindirilmişdi.  O,  başa  düşürdü  ki,  şərait  ciddi 
sürətdə təhlükəlidir və britaniyalılar da onun belə zəifləməsini yaxşı bilir.  
Klinton  Nazirlər  Kabinetinə  xəbər  göndərmişdi  ki,  əgər  ona  on  min  nəfərlik 
kömək  göstərilsə,  o,  vəziyyəti  dəyişməyi  öz  üzərinə  götürə  bilər.  Rodne  bu 

 
146 
yaxınlarda Fransa sahillərini təmizləmişdi, ona görə də göndəriləcək təzə qüvvələrə 
ərzaq və silah ehtiyatının gəlməsinə heç kəs mane ola bilməzdi. Hökumət isə sülhdən 
başqa heç nə istəmirdi, Vaşinqtonun özü isə buna çətinliklə inanırdı.  
Lakin yeni il xoş yeniliklər gətirdi. İngiltərə hökumətinin liderləri Amerikanı 
işğal  etməyin  mümkün  olmadığına  şübhə  etmirdilər.  Onların  generalları  döyüşdə 
nadir hallarda məğlub olsalar da, məğlubiyyətlər də baş vermişdi. Bərqoyn köməksiz 
qaldıqda  nəhayət,  şimal  meşələrində  məğlub  olmuşdu.  Kornvallis  sərbəst  şəkildə, 
demək  olar  ki,  qalib  kimi  hərəkət  edirdi,  lakin  Yorktaunda  tələyə  düşdü.  Britaniya 
hərbi  dəstələri  yalnız  işğal  etdikləri  yerlərə  nəzarət  edirdilər,  bütün  ölkəni  isə  işğal 
etmək  çətin  məsələ  idi.  İcmalar  Palatası  müharibə  əleyhinə  bəyanat  verdi.  Yeni 
hökumət ona son qoymağı qərara aldı. Hətta bu, Amerikanın öz istiqlaliyyətinə nail 
olmasına  başa  gəlsə  də,  hökmən  edilməli  idi.  Artıq  bu  yalnız  müddət  məsələsinə 
çevrilmişdi.  1782-ci  ilin  mayında  general  Klinton  general  Karltonla  əvəz  olundu. 
Ona  göstəriş  verilmişdi  ki,  Amerika  hökumətinin  başçılarını  qəti  surətdə  sülh 
şərtlərini  axtarmağa  inandırsın.  Bu  adam  ona  verilən  tapşırığa  ürəkdən  sevinirdi. 
İyulun  11-də  Savannadakı  Britaniya  qarnizonu  çıxardılıb,  Nyu  Yorka  göndərildi. 
Avqust  ayında  Vaşinqton  ondan  qəti  təminatlar  aldı  ki,  Birləşmiş  Ştatların 
müstəqilliyi  sülhün  ilkin  şərti  olacaqdır  və  sentyabrda  Virciniyada  qalan  fransızlar 
Hadsonda  amerikanlara  qoşuldu.  Oktyabr  ayında  onlar  Fransaya  qayıtmaq  üçün 
gəmilərə oturdular.  
Noyabrın  axırında  müvəqqəti  sülh  müqaviləsi  razılaşdırıldı.  Dekabrın  14-də 
isə  ingilislər  Çarlstondan  çıxdılar  və  bütün  Cənub  Britaniya  silahlı  qüvvələrindən 
azad olundu. Karlton, sülhə tam əminlik yarandıqda, Britaniya xidmətinə götürülmüş 
loyalist  alayları  buraxmağa  başladı  və  onların  nizami  dəstələrinin  çoxunu  Vest 
İndiyaya, Nova Skotiyaya və İngiltərəyə göndərdi. Heç kəs artıq şübhə etmirdi ki, bu 
acı  hadisənin  nəhayət  ki,  sonu  gəlib  çatmışdır.  Ona  görə  də  hamı  rəsmi  sülh 
müqaviləsinin  bağlanmasını  səbirsizliklə  gözləyirdi.  Lakin  sülhün  real  cəhətdən 
rəsmiləşməsi heç də asan məsələ deyildi. Amerika və Fransa bir-birilə yaxından və 
şərəfli ittifaq təəhüddləri ilə bağlı idi. Fransa isə öz növbəsində İspaniya ilə müttəfiq 
idi.  Filadelfiyadakı  Konqress  öz  səlahiyyətli  adamlarına  dəqiq  göstəriş  verdi  ki, 
"Fransa sarayının arzularını əsas götürsünlər".  
Franklin,  Con  Adams  və  Con  Cey  bu  komissiyanın  tərkibinə  daxil  idilər, 
onlar  namuslu  və  hazırlıqlı  adamlar  idi  və  Birləşmiş  Ştatların  Fransa  qarşısındakı 
borcuna da hörmətlə yanaşırdılar. Bu borc isə Fransanın həm pul, həm də cəbhələrdə 
döyüşən  silahlı  qüvvə  köməyindən  yaranmışdı,  bunlarsız  isə  qələbə  qeyri-mümkün 
idi.  Fransa,  əlbəttə,  heç  də  Amerikanın  əliaçıq  dostu  kimi  deyil,  yalnız  İngiltərənin 
düşməni  kimi  öz  strateji  mənafeyi  və  xeyri  üçün  bu  köməyi  etmişdi.  Amerikanın 
komissiya  üzvləri  separat  qaydada  razılığa  gəldilər,  danışıqları  gizli  aparırdılar. 
Amerikanlar  onların  ittifaqı  olmadan  sülh  əldə  edə  bilməzdilər,  lakin  Fransanın 
qoyduğu şərtləri də qəbul edə bilməzdilər. Fransızların hiyləgər naziri qraf de Verjen 
Amerikada  qüvvələr  tarazlığının  əldə  edilməsini,  ölkəsinə  Avropada  fayda  gəlməsi 
ilə  əlaqələndirirdi.  O,  güman  edirdi  ki,  onlar  İngiltərəyə  kömək  etməlidirlər  ki, 
amerikanları  Nyufaundlenddəki  balıq  ovundan  kənarlaşdırsınlar  və  Birləşmiş 
Ştatların  şimal  sərhədləri  Böyük  Göllər  əvəzinə  Ohayo  çayından  keçsin.  O,  təklif 
edirdi  ki,  Amerikanın  qərbdəki  sakinləri  ilə  Missisipi  arasında  neytral  zona 

 
147 
yaradılsın.  Həmçinin  Birləşmiş  Ştatlarla  İspaniyanın  birgə  himayəsi  altında  olan 
hindular  üçün  ayrıca  region  yaradılsın.  İspanların  bu  yaxınlarda  sahib  olduğu 
Floridanın şimal tərəfindən amerikan sərhədi keçməlidir. Amerikanın komissiyası bu 
tələblərə məhəl qoymadı və öz şərtlərini irəli sürdü. Amerikanların şərtləri belə idi: 
Birləşmiş  Ştatların  müstəqilliyi,  dövlətin  şimal  sərhədləri  Böyük  Göllərdən,  qərb 
sərhədləri  Missisipidən  keçməlidir  və  o,  Kanada  balıq  ovu  hövzələrindən  istifadə 
etməlidir.  Amerika  komissiyasının  üzvləri  nəyi  nəzərdə  tutmuşdularsa,  onların 
hamısına nail oldular.  
Müqavilə Parisdə imzalandı. Amerikanın nümayəndələri Bencamin Franklin, 
Con Cey və Con Adams idi. Franklin artıq Parisdə olanda Cey Madriddə,. Adams isə 
borc  almaq  üçün  Hollandiyada  səfərdə  idi.  Amerikanın  müstəqilliyi  əvvəlcədən  baş 
vermişdi və Avropanın hər bir dövləti, yalnız İspaniya istisna olmaqla, belə nəticədən 
razı  qalmışdı.  İspaniya  isə  müstəqil  dövlət  kimi  Birləşmiş  Ştatların  onun 
Amerikadakı torpaqları üçün təhlükə olacağını əvvəlcədən görürdü.  
Amerika nümayəndələri təlimatlandırılmışdılar ki, Fransanın razılığı olmadan 
İngiltərə  ilə  separat  danışıqlar  aparılmasın.  Franklin  bu  təlimata  ciddi  əməl  edirdi. 
Lakin  Cey  aşkarladı  ki,  fransız  naziri  Verjen  İngiltərəyə  məxfi  təklif  etmişdir  ki, 
Birləşmiş  Ştatlar  Alleqan  dağları  və  Misssisipi  çayı  arasındakı  bütün  regiondan 
İspaniyanın  xeyrinə  məhrum  edilsin  və  həmçinin  Amerikan  balıqçılarına  Kanada 
sularında balıq ovlamaq qadağan edilsin. Cey də Fransanın razılığı olmadan İngiltərə 
ilə gizli müqavilə bağlamağı təklif etdi.  
Bu  təklif  baş  nazir  Şelburn  tərəfindən  razılıqla  qəbul  edildi.  Franklin  isə 
Ceyin  xəttini  bəyənmirdi.  Lakin  Adams  bu  vaxt  Hollandiyadan  gəlib  çıxdı,  Ceyin 
tərəfini  saxladı  və  artıq  Franklin  güzəştə  getməli  oldu.  Onlar  əvvəlcədən  Şelburnla 
müqavilə  bağladılar  və  bu  müqavilə  30  noyabr  1782-ci  ildə  imzalandı.  Həlledici 
müqavilə isə 3 sentyabr 1783-cü ilə qədər bağlanmadı. Bu uzun ləngimə Avropadakı 
şəraitlə əlaqədar idi. Müqaviləyə əsasən Birləşmiş Ştatların müstəqilliyi tanındı, onun 
sərhədləri  cənubda  Florida,  qərbdə  Missisipi,  şimalda  isə  Kanadanın  cənub  sərhədi 
idi.  Coğrafi  biliklərin  dəqiq  olmamasına  görə  şimal  sərhədi  mütləq  qaydada 
qoyulmadı. Bu, 60 il sonra edildi. Missisipi həm Amerika, həm də Britaniya gəmiləri 
üçün  açıq  saxlanıldı.  Amerikanların  Nyufaundlend  sahillərində  və  Müqəddəs 
Lavrenti körfəzində balıq ovu hüququ saxlanıldı.  
Bu  müqavilə  bütünlüklə  Birləşmiş  Ştatlar  üçün  diplomatik  qələbə  idi.  Ağıllı 
qaydada  gözlənildiyinə  uyğun  olaraq  amerikanlara  heç  bir  şey  imtina  edilmədi. 
Müstəqilliklə  yanaşı  Missisipinin  saxlanılması  ölçüyə  sığmaz  zəfər  idi,  üstəlik 
Birləşmiş  Ştatların  qərb  sərhədi  kimi  Alleqan  dağları  saxlanılmışdı.  Tezliklə 
Luiziananın  satın  alınması  böyük  əhəmiyyət  kəsb  etdi.  Bu  yeni  respublikanın  Qərb 
okeanına tərəf genişlənməsinin ilk addımından iyirmi il sonra baş verdi.  

 
148 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin