Telman Orucov


Amerikanların fransızlarla müttəfiqlik münasibətləri



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

Amerikanların fransızlarla müttəfiqlik münasibətləri.  
Müharibənin son akkordları 
 
Bir  il  keçdikdən  sonra  Franklin  və  onun  yoldaşları  fransızların  rəyini 
Amerikanın xeyrinə döndərə bildilər. 1777-ci ilin payızında Bərqoynun təslim olması 
xəbəri  Parisə  gəlib  çatdı,  lakin  burada  sevinc  Amerikadakından  az  idi.  Xalqın 
şadlanması saraya çatdı və dekabr ayı başa çatanda kral Franklinə çatdırılmaq üçün 
belə bir söz göndərdi ki, o, Birləşmiş Ştatların müstəqilliyini tanımağa hazırdır. Onun 
tələsməsi  heç  şübhəsiz  qorxu  ilə  əlaqədar  idi  ki,  İngiltərə  amerikanların  qəbul  edə 
biləcəkləri  şərtlər  təklif  edə  bilər.  Danışıqlar  o  saatca  başlandı  və  6  fevral  1778-ci 
ildə  iki  ölkə  arasında  gizli  müqavilə  bağlandı,  -  dostluq  haqqındakı  müqavilə  açıq 
şəkildə olacaqdı, müttəfiqlik müqaviləsi isə yalnız İngiltərə Fransaya qarşı müharibə 
elan  edəndə  açıqlanacaqdı.  Bu  müqavilə  ilə  Birləşmiş  Ştatlar  təntənəli  surətdə  saziş 
bağladı  ki,  onun  müstəqilliyi  tanınana  qədər  İngiltərənin  heç  bir  şərtini  qəbul 
etməyəcəkdir.  
Bu  rəğbət  həm  də  parlaq  gənc  fransız  kübarı  markiz  de  Lafayetin  şəxsi 
xidməti ilə əlaqədar olaraq güclənmişdi. O, Almaniyada olarkən nahar ziyafəti vaxtı 
Amerikada  azadlıq  uğrunda  mübarizə  aparan  və  qiyam  qaldıran  koloniyalar  barədə 
bəzi şeylər eşitmişdi. Onun azadlığa olan anadangəlmə məhəbbəti daha da yüksəldi 
və o, öz həyatını və taleyini bu şərəfli iş üçün təklif etməyi qət etdi və tam əmin idi 
ki, özünün dediyi kimi: "Amerikanın rifahı bəşəriyyətin rifahı ilə yaxından bağlıdır". 
O,  böyük  taleyi  irs  kimi  qəbul  etmişdi  və  gizli  şəkildə  öz  xərci  hesabına  gəmini 
yararlı  vəziyyətə  gətirdi  və  dənizlə  yola  düşdü.  Leksinqton  döyüşündən  düz  iki  il 
sonra,  Cənubi  Karolina  sahilinə  gəlib  çatdı.  Filadelfiyaya  gedib,  orada  Konqressə, 
heç  bir  haqqa  iddia  etmədən  öz  xidmətlərini  təklif  etdi,  bu  orqanın  general-mayoru 
rütbəsini  aldı  və  Vaşinqtonun  hərbi  ailəsinin  üzvünə  çevrildi.  Tezliklə  o,  bu  böyük 
insanın  ürəyinin  dərinliklərinə  daxil  oldu.  Müharibədə  igidliklə  xidmət  etdi.  O, 
vətəninə  qayıtdı,  müharibənin  qurtarmasına  sevindi  və  doğma  ölkəsində  öz  gənc 
arvadına qoşuldu.  
Amerikanın  tarixində  digər  bir  çox  əcnəbilər  də  alqış  və  ehtiram 
qazanmışdılar.  Lakin  heç  bir  ad  Lafayetin  adı  kimi  belə  uca  dayanmamış  və  ya 
dayana da bilməzdi.  
Əcnəbilər  arasında  unudulmayan  adlardan  biri  də  polyak  patriotu  Tadeuş 
Kostyuşko  idi.  1776-cı  ildə  20  yaşlı  gənc  kimi  o,  orduya  qoşulmuşdu  və  bir 
mühəndis kimi olduqca faydalı xidmət göstərmişdi. Müharibənin sonunda o, vətəninə 
qayıtdı  və  Polşanı  parçalamağı  qərara  alan  dövlətlərin  birgə  hücumlarına  qarşı 
mübarizədə öz həmvətənlərinin liderinə çevrildi. Nəhəng ordu tərəfindən onun kiçik 
dəstəsi  qaçmağa  məcbur  edildikdə,  Kostyuşko  aldığı  yaralardan  öldü  və 
peyğəmbərcəsinə bu sözləri dedi: "Bu Polşanın sonudur" 
Digər  polyak-Pukaki  isə  Savannanın  mühasirəsi  vaxtı  öz  canını  Azadlıq 
yolunda  qurban  verdi.  Digər  çox  faydalı  əcnəbi  kömək  edənlərdən  biri  də  alman 
kübarı baron Şteyben idi. O, 1777-ci ildə orduya qoşulmuşdu, general-inspektor təyin 
edilmişdi  və  ordunun  səmərəliliyini  yüksəltmək  üçün  çox  iş  görmüşdü.  Avropa 
standartlarına uyğun intizam və düzlənmə qaydası tətbiq etmişdi. Konqress müharibə 

 
133 
qurtaranda  ona  pensiya  və  iri  torpaq  sahəsi  verdi.  1794-cü  ildə  ölənə  qədər  o,  bu 
torpaqda yaşadı.  
Amerikanın  bu  dövrdəki  dostlarından  biri  Prussiya  kralı  Böyük  Fridrix  idi. 
Fridrix  o  dövrdə  Avropada  ən  qüdrətli  şəxsiyyət  idi.  Yeddi  İllik  Müharibə  vaxtı 
İngiltərə ona böyük köməklik göstərmişdi. Lakin o, patriotlara olan rəğbətini gizlədə 
bilmirdi  və  bunu,  Amerika  kreyserləri  üçün  Dansinq  limanını  açmaqla  və  hansısa 
hessenə  Amerikaya  getmək  üçün  onun  torpaqlarından  bir  daha  keçməyə  icazə 
verməkdən imtina etməklə sübut etmişdi. Bununla yanaşı o, həmin dövrdə Birləşmiş 
Ştatlarla müqavilə bağlamaq barədə danışıqlar aparmaqdan da imtina etmişdi.  
Bərqoynun təslim olması İngiltərənin kral partiyasında qorxu yaratdı və 1778-
ci  ilin  fevralında  lord  Nort  İcmalar  Palatasında  ayağa  qalxıb  parlamentə 
amerikanların razılaşmadığı bütün cəhətləri nəzərə alan qanun təklif etdi. Bu alçaldıcı 
akt  hər  iki  palatadan  keçdi  və  kral  onu  martda  imzaladı.  Lakin  bu  çox  gec  idi  və 
Konqresslə  danışıqlar  aparacaq  komissiya  üzvləri  nifrətlə  qəbul  edildi,  çünki 
Amerika müstəqillik müstəvisindən başqa bütün ilkin şərtləri rədd edirdi.  
Kral Corc bu aktı imzaladıqdan iki gün sonra Fransanın Amerika ilə müqavilə 
bağlaması xəbəri İngiltərəyə gəlib çatdı və tezliklə Fransaya müharibə elan olundu. 
Onda lord Nort baş nazir vəzifəsindən istefa verməyi qət etdi, bu bədbəxtlikdə hamı 
üzünü Böyük Kommonerə - Uilyam Pittə tərəf çevirdi. İnanılırdı ki, təkcə o, Amerika 
ilə barışığı mümkün edə bilər. Kral öz adəti və inadkarlığına görə, həm də hökumətin 
öz  köhnə  düşməninin  əlinə  keçməsi  ehtimalını  nəzərə  alaraq  tərəddüd  edirdi.  O, 
ictimai rəylə buna məcbur edilə bilərdi. Lakin ölümün gəlib yetişməsi qraf Çatamdan 
uzaqlaşmaq  məsələsində  elə  bilki,  kralı  xilas  etdi.  Böyük  Kommoner  öz  axırıncı 
çıxışını  lordlar  qarşısında  etdi  və  çıxışın  mövzusu  ondan  ibarət  idi  ki,  Amerika 
İngiltərə üçün itirilməməlidir. Qoltuq ağacına söykənərək o, öz mövzusunu yenidən 
bərpa edərək qaldırdı, bu vaxt onun gözlərində sonrakı günlərin işığı parıldayırdı. O, 
çıxışını  bitirdi,  lakin  sonra  replikaya  cavab  vermək  üçün  qalxanda,  ürəyi  gedərək 
döşəməyə  yıxıldı.  Sevən  adamlar  öz  əlləri  üzərində  onu  apardılar  və  bir  neçə  həftə 
sonra o, həyatı tərk etdi. Bu vaxt onun 70 yaşı var idi. Nort öz baş nazirliyini davam 
etdirməli oldu, müharibəyə isə son qoyulmadı.  
Qış  Vaşinqton  üçün  olduqca  kədərli  oldu.  Cermantaunda  məğlub  olan 
Vaşinqton öz ordusunu Velli Forca çəkdi, o, Filadelfiyada yerləşən Haunu müşahidə 
etməklə  yanaşı,  özünü  də  hücumdan  təhlükəsiz  saxlaya  bilərdi.  Lakin  Konqress 
Yorkda  sürgündə  olarkən  tam  demoralizə  olmuşdu.  Ordu  isə  düşərgədə  əziyyət 
çəkirdi. Ölkədə ərzaq bol idi. Konqressin özünün yerləşdiyi yerdə və komissiariatın 
anbarlarında da ərzaq bol idi. İngilislər varlı ölkənin yalnız kiçik hissəsini viranəyə 
döndərmişdilər. Məhsul bol idi, lakin bunu yığmaq üçün adam yox idi. Belə vəziyyət 
xüsusilə Pennsilvaniyada gözə çarpırdı. Lakin Konqress həm rəhbərlik etməkdə, həm 
də  fəaliyyətdə  öz  gücünü  itirmişdi.  Təşəbbüskar  adamlar  ştatların  islahatlara  məruz 
qalan  hökumətlərində  xidmət  etmək  və  cəbhədə  hərbi  dəstələrə  komandanlıq  etmək 
üçün onun tərkibindən çıxmışdılar.  
Bəzi  vaxtlarda  Konqressin  ayrı-ayrı  üzvləri  yığışıb  müzakirələrdə  iştirak 
edirdi. Təəssüf ki, onlar intriqa ilə də məşğul olurdular və intriqa əsasən Vaşinqtona 
qarşı  yönəlirdi.  Xoşbəxtlikdən  Vaşinqton  bacarıqlı  və  inadkar  adam  olduğundan, 
Konqressdə ona qarşı intriqa yaradanların hər bir xırda hərəkətini dəf edə bilirdi.  

 
134 
General  Hau  üçün  isə  Filadelfiyadakı  qış  kifayət  qədər  yüngül  və  fərəhli 
keçdi. Bu şəhərin kvakerlərinin nüfuzlu adamları ana vətənlə mübahisələrin razılıqla 
yoluna  qoyulmasına  tərəfdar  olduqlarına  görə,  1777-ci  ilin  yayında  vətənpərvər 
liderlər  tərəfindən  tutulmuş  və  cənuba  göndərilmişdilər.  General  Hau  payızda  bura 
gələndə şəhərdə qalan və öz mövqeyini saxlayan bir sıra adamlarla görüşdü. Şəhərin 
gənc,  gözəl  qadınları  bütün  qış  boyu  ballara  gəlir  və  burada  onlara  dikilən 
baxışlardan şadlanırdılar. Onların valideynləri isə bundan heç də məmnun deyildilər. 
Təkcə əsgər pencəkləri sülhün yenidən qayıdacağı fikrini yaradırdı.  
Amerikan  ordusunda  isə  vəziyyət  tam  başqa  idi.  Velli  Forcda  patriot  ordusu 
böyük  əziyyət  çəkdi.  Bu  vadi  Filadelfiyadan  iyirmi  mil  aralı  idi.  Vaşinqton  1777-ci 
ilin  dekabr  ayının  ortasında  öz  11  minlik  ordusunu  bura  gətirdi.  O,  23  dekabrda 
Konqressə  məlumat  verdi  ki,  düşərgədə  2898  adam  "öz  borcunu  yerinə  yetirməyə 
yararlı  deyil,  çünki  onların  ayağı  yalındır,  başqa  sözlə  çılpaqdır".  Əlüstü  tikilmiş 
hospital xəstə və ölən adamlarla dolu idi. Bəziləri donmuş torpaqda yataq düzəltmək 
üçün saman olmadığından, digərləri isə lazımınca qulluq göstərilmədiyindən ölürdü. 
Lafayet bir il sonra yazırdı: "Bədbəxt əsgərlər hər şeyin yoxluğundan əziyyət çəkirdi. 
Onların  paltosu,  papağı,  köynəyi,  ayaqqabısı  yox  idi,  onların  ayağı  və  qılçası 
qaralana  qədər  donurdu  və  buna  görə  çox  vaxt  qılçanı  amputasiya  etmək  lazım 
gəlirdi".  
Konqress  Deklarasiyanı  qəbul  etdikdən  sonra  zəifləmişdi.  Franklin  Parisdə 
idi,  Henri  Virciniyanın  qubernatoru  idi,  Cefferson,  Rutlec  və  Cey  uzun  müddət  heç 
də aparıcı rolda deyildilər.  
Taleyüklü  qış  ərzində  mənfur  "Konvey  Kabel"  qəsdi  baş  verdi.  Mənşəcə 
irland  olan Tomas  Konvey uzun müddət Fransada xidmətdə olmuşdu,  nüfuzlu zabit 
idi.  O,  Brendivayn  və  Cermantaun  döyüşlərində  olmuşdu  və  onu  irəli  çəkmək 
ərəfəsində isə bunun ağılsız iş olduğuna əmin olan Vaşinqton etiraz etmişdi. Konvey 
bundan çox incimişdi və qısa müddətdə Vaşinqtonu devirmək və onun yerinə Qeytsi 
yüksəltmək  üçün  plan  fikirləşmişdi.  Qeytsin  qərargahının  gənc  üzvü  Ceyms 
Uilkinson şərab içib sərxoş olan vaxt Konveylə Qeyts arasındakı gizli məktublaşmanı 
açmışdı.  Bu  məlumat  Vaşinqtonun  qulağına  gəlib  çatanda,  o,  hazırlanan  qəsdi 
yoxlamaq istədi. Heç kəs bu qəsdlə nə etmək lazım olduğunu bilmirdi. Hətta Konvey 
dueldə  yaralandığı  və  ölümü  gözlədiyi  bir  vaxtda  etdiyi  günah  barədə  Vaşinqtona 
səmimi kədəri ifadə edən bir məktub yazdı.  
Velli  Forcda  amerkanlar  çətinliklərə  dözəndə  britaniyalılar  Filadelfiyada  dəbdəbədə 
yaşayırdılar.  Patriotların  çoxu  şəhərdən  qaçmışdı,  loyalistlər  və  əsgərlər  qışı 
əyləncədə - teatrlarda, ballarda, ziyafətlərdə keçirirdi. Bunlara qumar oyunları, xoruz 
döyüşləri  və  at  cıdırları  əlavə  olunmuşdu.  Franklin  Parisdən  yazırdı  ki,  Hau 
Filadelfiyanı götürməmişdir. Filadelfiya Haunu götürmüşdür.  
Henri Klinton general Haunu əvəz etməyə seçildikdən sonra o, Filadelfiyadan 
evakuasiya  etməyi  və  ordusunu  Nyu  Yorka  aparmağı  qərara  aldı.  Üç  min  loyalist 
sakin öz həmşəhərliləri ilə üz-üzə gəlməkdən qorxurdu. Onları da özləri ilə aparmağı 
xahiş etdilər və Klinton onları dənizlə Nyu Yorka göndərdi, özü isə ordusu ilə Nyu 
Cersidən keçəcəkdi.  
Klintonun böyük baqajla yüklənmiş karvanı yolda on iki milliyə uzanmışdı və 
Vaşinqton tezliklə onun üstünü kəsdi. İki ordu bərabər gücdə idi və hər birinin on beş 

 
135 
min  adamı  var  idi.  Baron  Şteybenin  hesabına  amerikanlar  döyüş  qabiliyyətində  də 
düşmənə  bərabər  idilər.  Klinton  düşməndən  yaxasını  qurtarsa  sevinərdi.  Lakin 
Vaşinqton ona hücum etməyə can atırdı. Döyüş müharibənin ən böyük döyüşü olmalı 
idi,  lakin  bir  adamın  -  Çarlz  Linin  tabe  olmaması  və  xəyanəti  buna  mane  oldu.  Li 
patriot  prinsipinə  görə  satqın  idi.  Lakin  Vaşinqton  ondan  şübhələnmirdi,  özünün 
köhnə  komandanlığını  yaşlı  general-mayor  kimi  ona  vermişdi.  Li  bu  vaxt  Klintona 
hücum etmək qərarına əks çıxdı, lakin onun fikrinə üstün gəlindiyinə görə adamları 
hücuma aparmaqdan sakitcə qaydada imtina etdi. Lafayet onun yerinə təyin olundu. 
Sabahısı gün Li fikrini dəyişib, öz vəzifəsini icra etməyə icazə verilməsini xahiş etdi 
və əslində onun rütbəsi bunu etməyə imkan verirdi. Vaşinqton Lafayetin razılığı ilə 
alicənablıqla,  lakin  həm  də  elə  bil  ki,  böyük  bədbəxtlikdən  onun  bu  xahişinə  əməl 
etdi.  Lafayet  Klintonun  üzərinə  atılmaq  üçün  öz  qüvvələrini  yaxınlaşdıranda,  Li 
hərəkəti dayandırdı. Artıq hər şey ingilislərin qəti qələbəsinə işarə edirdi. Lakin baş 
komandanın  gəlməsi  buna  mane  oldu.  Vaşinqton  Lilin  geri  çəkilməsini  eşitdikdə 
təəccübləndi,  cəbhəyə  tələsdi  və  geri  çəkilən  dəstənin  başında  Li  ilə  qarşılaşıb, 
qəzəbli səslə ondan bu davranışını izah etməyi tələb etdi. Li adəti qaydada sakit idi. 
Təmkinini  itirirək  Vaşinqton  qışqırdı  ki,  o,  tabe  olmalı  idi.  Sonra  o,  yaxınlaşıb 
nankor  qaçanların  yanında  dayandı  və  yenidən  Li  ilə  qarşılaşıb,  ona  geri  çəkilməyi 
əmr  etdi  və  döyüşə  bilavasitə  komandanlığı  öz  üzərinə  götürdü.  Linin  həmin 
döyüşdəki  qeyri-adi  davranışı,  öz  qəbul  edilmiş  ölkəsinə  xəyanət  kimi 
qiymətləndirilə  bilərdi.  Monmut  döyüşündə  onun  məqsədi  heç  şübhəsiz, 
amerikanların məğlubiyyətə düçar olması və onunla məsləhətləşmədiyinə görə, bütün 
bu  biabırçılığı  Vaşinqtonun  üstünə  atmaq  idi.  Əgər  Konqress  ona  bu  səlahiyyəti 
versəydi  o,  yəqin  ki,  Klintonla  sülh  danışıqlarına  başlayardı.  Lakin  Linin  planı 
pozuldu və o, öz baş komandanına nalayiq məktub yazdığına görə həbs edildi. Sonra 
o,  ordudan  qovuldu.  Li  Virciniyada  olan  plantatsiyasına  çəkildi.  1782-ci  ildə  o, 
Filadelfiyaya səfər etdi və orada qəflətən isitmədən öldü.  
Monmut  döyüşündən  bir  neçə  həftə  sonra  Vaşinqton  Ağ  düzənlikdə  düşərgə 
saldı, bura Hadsondan şərq tərəfdə idi, bu vaxt Klinton Nyu York şəhərini tutdu və 
burada  iki  komandan  üç  illik  dövrü  bir-birini  müşahidə  etməkdə  keçirdi.  Həmin 
zaman müharibə teatrı cənuba köçmüşdü. Təslimdən sonra general Bərqoyna tezliklə 
İngiltərəyə  qayıtmağa  icazə  verdilər.  O,  parlamentdə  öz  yerinə  qayıtdı.  Burada  o, 
özünü yüksək şərəfə malik olan centlmen kimi göstərdi. O, amerikanların açıq dostu 
olmasa da, heç vaxt ən azı onlara qarşı ədalətli olmaqdan savayı digər hərəkətlərə yol 
vermədi.  
Lakin İngiltərədəki hökumətin əhval-ruhiyyəsi o qədər də yaxşı deyildi. 1778-
ci  ilin  fevralında  lord  Nort  parlamentə  radikal  addım  kimi  bir  tədbir  təqdim  etdi  və 
sülh  komissiyası  Amerikaya  göndərildi.  Onlar  demək  olar  ki,  razılıq  əldə  etmək 
səlahiyyətinə malik idi. Elə həmin ay Fransa və Birləşmiş Ştatlar arasında müttəfiqlik 
müqaviləsi  imzalandı.  Bir  neçə  vaxtdan  sonra  sülh  komissiyası  Filadelfiyaya  gəlib 
çıxdı. Konqress kommissiya ilə ünsiyyətə girmədi. Barışıq belə gec gəlmişdi və həm 
də  koloniyalar  üçün  müharibənin  davam  etməsi  cəhəti  ümidverici  görünürdü. 
Komissiya  üzvləri  Filadelfiyaya  gəldikdə  onlar  eşitdilər  ki,  general  Klinton  şəhəri 
tərk  edir.  O,  baş  komandan  kimi  general  Hauya  tabe  idi.  Hau  isə  əmr  vermişdi  ki, 
Filadelfiya  boşaldılsın  və  bütün  qüvvələr  yenidən  Nyu  York  üzərində  cəmləşsin. 

 
136 
Şəhər şadlıq və gələcək üçün qorxu hissləri ilə dolu idi. Belə bir vəziyyət, bir il əvvəl 
britaniyalılar burada görünəndə də baş vermişdi.  
Ordu  hərəkət  etməyə  başlayanda  üç  min  loyalist  ordu  ilə  birlikdə  öz  ehtiyat 
sərvətlərini də götürərək şəhəri dəniz yolu ilə tərk etdi. Henri Klinton isə öz on beş 
min  əsgərini  götürüb  quru  yolla  yenidən  Cersiləri  keçməli  oldu.  O,  hərəkət  edən 
zaman  Vaşinqton  da  hərəkət  edirdi,  ona  yaxınlaşırdı  və  onu  Monmut  Kort  Hauz 
deyilən  əlverişsiz  yerdə  yaxaladı.  1778-ci  ilin  28  iyun  günü,  bir  az  əvvəl  deyildiyi 
kimi,  yalnız  Çarlz  Li  bir  daha  onun  əmrini  eşitməməklə  və  həlledici  hərəkəti 
pozmaqla  onun  Klintona  ciddi  zərbə  vurmasına  imkan  vermədi.  Çarlz  Liyə 
amerikanlar  inanırdılar  və  məhəbbət  bəsləyirdilər.  O,  əvvəllər  də  amerikanlar  Nyu 
Yorkdan  sıxışdırılıb  geri  çəkilərkən  Vaşinqtona  tabe  olmamışdı.  İndi  isə  o,  özünü 
qorxaq  kimi  apardı.  O  vaxtlar,  hələ  sonralar  aydınlaşan  kimi  onun  xəyanət  etməsi 
bilinmirdi. Klinton özünü xilas etdi, lakin bu xilas bir ciddi məğlubiyyətə bənzəyirdi. 
Okeanın o tayından Böyük Fridrix bunu belə izah edirdi: "Klinton öz ordusunu məhv 
etməklə,  Nyu Yorka çatmaqdan başqa heç bir fayda əldə etmədi" və  davam edirdi: 
"Amerika, ehtimal ki, İngiltərə üçün itirilmişdir".  
Artıq  dəniz  də  ingilis  donanmasının  üzməsi  üçün  azad  deyildi,  indi  Fransa 
Amerikanın  müttəfiqi  olduğundan  fransız  donanması  Amerika  sahillərinə 
toplanmışdı. Yavaş-yavaş da olsa son yaxınlaşırdı.  
Sərhədlərdə  və  qərb  çaylarının  üstündə  də  adamlar  var  idi  ki,  onlar  özlərini 
dövlət xadimləri kimi aparırdı. Onların içərisində gənc sakson nəhəngi Corc Rocers 
Klark  seçilirdi.  O,  böyük  Ohayo  çayının  cənubundakı  torpaqlara  nəzarət  edirdi,  bu 
Virciniyanın  iri  qərb  mahalı  idi  və  o,  geriyə  qayıtdı  ki,  bu  inqilabi  dövlətin 
qubernatoru  olan  Patrik  Henriyə  təklif  etsin  ki,  çayın  şimalında  yerləşən  "İllinoys 
ölkəsini"  işğal  etmək  üçün  ekspedisiya  təşkil  etsin.  Onun  iyirmi  beş  yaşı  vardı  və 
adamlar onun qoçaqlığına artıq bələd idi. Onun məsləhətləşdiyi Henri, Cefferson, Uit 
və Medison təklifi ürəkdən bəyəndilər. Bu çox sakit hazırlanmalı və o, tezliklə yola 
düşməli  idi.  Lakin  adamların  yığılması  və  ehtiyat  düzəldilməsi  elə  bir  hadisəyə 
çevrildi  ki,  bu  həmin  günlərdə  hərəkət  etməyə  və  həmin  vuruşu  aparmağa  imkan 
vermədi.  
Klarkın qüvvələri onun özünün istədiyi kimi Pittsburqa gəldi, yeni silahlanmış 
qruplar Kentukki sərhəddinə yollanmalı idi. 1778-ci ilin mayında o, hazır idi. O, 180 
tüfəngli  adamı  götürüb  kiçik  qayıqlardan  ibarət  sadə  bir  donanma  ilə,  bir  qədər 
yüngül  toplarla  bu  səfərə  yollandı.  O,  sərhəddə  olan  adamları  dostluğa  cəlb  edirdi. 
İllinoysda məskunlaşan fransızlar da onun vəd etdiyi dəyişiklikləri gördülər və ingilis 
hakimiyyəti  ilə  birdəfəlik  üzülüşmək  perspektivi  onların  da  xoşuna  gəlirdi.  Burada 
ingilislərlə azacıq bir iş qalırdı. 
Qış  gəldikdə  Detroytdakı  Britaniya  komnadanı  polkovnik  Hamilton  500 
adamdan ibarət qüvvə ilə, bunlar nizami ordunun və hinduların qarışığı idi, meşədən 
keçib  cənuba  gəldi.  Lakin  Klark  hücuma  keçərək  1779-cu  ilin  fevralında  polkovnik 
Hamiltonu və onun bütün qüvvələrini əsir götürdü. İldinoys ölkəsi Virciniyaya əlavə 
olundu  və  onun  köhnə  xəritəsinə  qərb  və  şimali  qərb  torpaqları  hədiyyə  verildi.  Bu 
onun  qoçaq  adamlarının  cəsarəti  hesabına  əldə  edilmişdi.  Klark  elan  etdi  ki,  o,  bir 
neçə  yüz  adamla  Detroytun  özünü  də  götürə  bilərdi.  O,  Missisipiyə  düşənə  qədər 
şimal çaylarını Britaniya qüvvələrindən təmizlədi.  

 
137 
Həmin  qış  şərqdəki  müharibə  səhnəsində  də  ciddi  dəyişikliyin  baş  verdiyi 
sübut  etdi.  Britaniya  komandanları  general  Vaşinqtonun  qabağından  qayıtdılar  və 
Hadson  hüdudlarına  yaxın  yerdə  dayandılar.  1778-ci  ilin  dekabrında  Klinton  Nyu 
Yorkdan  3500  adamı  dəniz  vasitəsilə  cənub  sahillərinə  göndərdi  və  29-da  Savanna 
çox asanlıqla tutuldu. Burada cəmi 600 müdafiəçi var idi. Yeni 1779-cu ilin aprelində 
İspaniya İngiltərəyə qarşı Fransanın tərəfinə keçdi. Lakin Vaşinqton əbəs yerə bir il 
idi  gözləyirdi  ki,  vuruşma  Amerikaya  keçəcəkdir.  Klintonun  yerləşdiyi  Nyu  York 
yaxınlığında bir neçə strateji hərəkətlər edildi, britaniyalılar bir neçə reydlər etdilər, 
bir neçə kəskin toqquşmalar baş verdi, lakin bunlar döyüş deyildi və il başa çatdı.  
İngilislər  orda-burda  hərbi  əməliyyatlar  aparır,  soyğunçuluq  edir,  evləri 
yandırır,  ölkəni  qorxuda  saxlayırdılar.  Lakin  onlara  qarşı  sürətlə  silahlı  qruplar 
toplaşırdı,  ona  görə  də  getdikləri  yerdə  ləngidikdə  heç  də  özlərini  təhlükəsiz  hesab 
etmirdilər. Klinton öz sərhəd xəttini çayın üstünə qədər araladı və burada istehkam 
yaratdı. Lakin Entoni Ueyn qəflətən 1200 adamla hücum edib oranı tutdu və 500 əsir 
götürdü.  Belə  dəlisov  və  ağılsız  hücumlarına  görə  adamlar  onu  dəliqanlı  Entoni 
adlandırırdılar. Britaniyalılar heç bir yerdə öz sərhədlərində sakitlik hiss etmirdilər.  
Lakin  müharibənin rəsmi əməliyyatları elə bil ki, təxirə salınırdı. Hərbi dəniz 
qüvvələrinin köməyi olmadan Vaşinqtonun Henri Klintona qarşı nəsə etməsi qeyri-
mümkün  idi.  O,  özü  gözləyən  vaxt  general  Sillivanı  5000  adamla  birlikdə 
mohaukların  və  saskaçevanların  meşəlik  ölkəsinə  göndərdi  ki,  torilərin  və  onların 
qırmızı dərili müttəfiqlərinin müdafiəsiz qalan evlərə qarşı qəddar şıltaqlıqlarına son 
qoysun. Bir çox uğursuzluqlarla yanaşı, nəticədə hindu ölkəsinin işğalı başlandı.  
Payızda  general  Vaşinqtonun  gözlədiyi  dəniz  qüvvələri  nəhayət  görünməyə 
başladı.  Qraf  d`Este  göyərtəsində  altı  minlik  silahlı  qüvvə  olan  donanması  ilə 
Savannanın cənub sahilinə hücum etmək üçün limana girdi. Lakin o, tez hücum edə 
bilmədi.  Mühasirəyə  almaq  kimi  ləng  yolu  seçdi.  Bu  isə  ingilislərə  səpələnmiş 
qüvvələrini yığmağa, mövqelərini möhkəmləndirməyə imkan verdi və fransızlar heç 
nə edə bilmədilər.  Oktyabrın 9-dakı axşam hücum uğursuzluqla nəticələndi və  qraf 
geri çəkildi.  
Sonrakı il isə ümidlərin itirilməsini artırdı. Yayın ortasında Fransa donanması 
şimaldakı sahilə gəldi. Lakin bu donanmadan istifadə edilməsi qeyri-mümkün oldu. 
10  iyulda  fransız  eskadrası  Nyuporta  daxil  olub,  altı  minlik  qüvvəni  sahilə  çıxardı. 
Bu  qüvvələrə  general-leytenant  Roşambo  rəhbərlik  edirdi.  Lakin  güclü  Britaniya 
donanması o saatca limanı mühasirəyə aldı və fransız donanması təhlükədə olduqda, 
Roşambo  əlverişli  qaydada  geri  çəkilə  bilmədi.  O,  özünü  general  Vaşinqtonun 
sərəncamına verdi, lakin mühasirə götürülənə qədər o, heç nə edə bilmirdi. Bu vaxt 
təkcə  Corciya  deyil,  bütün  Cənub  itirilə  və  britaniyalıların  nəzarətinə  keçə  bilərdi. 
Yazda  Klinton  bir  daha  bütün  qüvvələrini  Nyu  Yorka  cəmləşdirdi,  sonra  isə 
Vaşinqtonu  olduğu  yerdə  saxlamaq  üçün  o,  kifayət  dərəcədə  qüvvətli  olan  bu  ən 
vacib  yeri  tərk  edib,  səkkiz  min  adamı  götürüb  dəniz  yolu  ilə  Çarlstona  yollandı. 
Orada ona artıq Cənubda olan əlavə iki min nəfərlik qüvvə də birləşdi və 1780-ci il 
mayın 12-də o, nəinki bu yeri tutdu, həm də general Linkolnu və ondan əlavə üç min 
adamı əsir götürdü.  
Cənubi  Karolina  loyalistlərlə  dolu  idi.  Hər  iki  tərəfə  xidmət  edən  partizan 
dəstələri  bu  regionu  viran  qoyurdu.  Britaniyalılar  ölkənin  sahibləri  idilər,  burada 

 
138 
istədikləri kimi hərəkət edirdilər. İyunda general Klinton artıq hesab edirdi ki, hər şey 
təhlükəsizdir və qüvvələrinin yarısını Nyu Yorka qaytardı və Kornvallis burada qaldı 
ki,  işğal  işini  başa  çatdırsın.  Həmin  ay  Konqress  Cənubda  baş  komandan 
səlahiyyətlərini general Horatsio Qeytsə verdi. O, Bərqoyn Saraqotada təslim olanda 
orduya  komandanlıq  etmişdi.  Vaşinqton  Velli  Forcda  olanda  intriqapərəstlər  yol 
axtarırdılar ki, Qeytsi Vaşinqtonun əvəzinə baş komandan təyin etsinlər. Bu intriqa 
baş  tutmadıqda  şərait  ona  belə  xoşbəxtlik  bəxş  etdi.  O,  Kornvallisi  Cənubi 
Karolinadakı  Kamdendə  qarşıladı,  onun  qüvvələri  üç  min  nəfər,  Kornvallisinki  isə, 
iki miin nəfər idi. Lakin 16 avqust 1780-cı ildə o, bütünlüklə biabırçı şəkildə məğlub 
oldu. Bu xəbər okeanın o tayında Horatsi Uolpola çatanda o, özündən razı qaydada 
demişdi: "Biz Amerikaya öz ayağımıza baxan kimi baxırıq".  
Elə görünürdü ki, bu qaranlıq il amerikanlara bədbəxtliklərdən başqa heç nə 
gətirməyəcəkdir. Bu bir daha həmişə olduğundan aydın görünürdü ki, onlar öz adına 
layiq  hökumətə  malik  deyillər.  Konqress  indi  heç  də  1774-cü  ildə  olduğundan  artıq 
hakimiyyətə malik deyildi, o vaxt isə o yalnız əlaqələr komitələrinin konqressindən 
başqa bir şey kimi qəbul olunmurdu. O, əvvələrdə böyük qüvvəyə və təşəbbüsə malik 
vətənpərvərlərdən  ibarət  olan  dövrdə  olduğu  tək  yığışmırdı.  Konqress  yalnız 
məsləhət  verə  bilərdi,  göstəriş  verə  bilməzdi.  Ştatlar  onlar  üçün  ağır  olan  xərcləri 
çəkməli  olurdu,  öz  militsialarını  saxlayırdılar,  bu  qüvvə  müharibədə  onların  öz 
mənafelərini  qoruyurdu.  Vaşinqtonun  və  onun  generallarının  tabeliyində  olan  hərbi 
qüvvələr  maaşını  "kontinental"  kağız  pullarla  alırdılar  və  1780-ci  ildə  bu  pul  öz 
dəyərini o qədər itirmişdi ki, bir aylıq maaşa yalnız bir buşel buğda almaq mümkün 
idi.  Orduda  kütləvi  fərarilik  başladı.  Əgər  ancaq  yemək,  sığınacaq  və  paltar 
verilsəydi, ayda yüzlərlə adam düşmən tərəfinə keçərdi. Pul və ərzaq barədəki vədlər, 
Fransadan kömək gəlməsi barədəki vədlər kimi yerinə yetirilməmiş qalırdı. Hətta bu 
problemlərə xəyanətkarlığın müzakirə olunması da əlavə olundu. Benedikt Arnoldu 
hamı  qitə  miqyasında  qəhrəman  əsgər  kimi  tanıyırdı.  Çünki  o,  Kvebekdə  və 
Saraqotada  böyük  qoçaqlıq  göstərmişdi.  Vaşinqton  onu  sevir  və  ona  xüsusi  olaraq 
inanırdı. Arnold düşmənlə yazışmaya girdi və Vest Poyntu və onun tabeliyində olan 
postları  britaniyalıların  əlinə  vermək  üçün  qəsd  hazırladı.  Onun  xəyanəti  elə  bir 
vaxtda açıldı ki, o, izləri itirməyə  müvəffəq olmuşdu. Lakin bu ürək qopardan faktı 
Vaşinqton çox tezliklə ayırd etməyə müvəffəq oldu. Arnoldun bu xəyanəti Vaşinqton 
üçün ağır zərbə idi.  
1778-ci ilin yazında britaniyalılar Filadelfiyaya evakuasiya edəndə Arnoldun 
döyüşdə aldığı yara sağalmışdı və o, şəhərin komendantlığında yerləşdirilmişdi. Bu 
vaxtdan onun aşağıya doğru yuvarlanması başlandı. Tezliklə o, ştatın qubernatoru ilə 
və  Konqersslə  sözləşdi,  qeyri-adi  bədxərcliklə  yaşamaqda  ittiham  edildi.  O,  ictimai 
tənqiddən hiddətlənirdi. Axırda onun əleyhinə rəsmi iddialar irəli sürüldü. Vaşinqton 
Arnoldun  həqiqi  dostu  idi  və  onun  ittiham  olunmasını  sakitliklə  qarşıladı.  Onun 
cinayəti isə tarixdəki ən pozğun cinayətlərdən biri idi. O, öz ölkəsini düşmənə satmaq 
üçün  şərait  axtarırdı  və  birinci  növbədə  həmişə  ona  inanan  dostunu  satmışdı  -  bu 
adam isə baş komandanın özü idi.  
Bu  vaxt  Arnoldun  müşahidə  edilən  xəyanəti  hələ  məlum  deyildi,  həm  də  bu 
onun  gözəl  loyalist  arvadı  ilə  əsaslandırıla  bilməzdi.  Bu  qadına  o,  Filadelfiyada 
evlənmişdi.  Ancaq  bu  qadın  onun  xəyanəti  ilə  əlaqədar  heç  nə  etməmişdi.  Onun 

 
139 
Klintonla  məktublaşması  başqa  ad  altında  olmaqla,  1780-ci  ilin  erkən  yazında 
başlamışdı  və  yayın  ortasında  o,  Vest  Poyntda  güclü  fortun  komandanlığını  öz 
təşəbbüsü  ilə  üzərinə  götürmüşdü.  Bu  fort  Hadson  vadisinin  qapısı  idi.  Bunu  o, 
düşmənə verməyi qət etdi, fortla birlikdə döyüşlə Bərqoyndan alınmış böyük vadi də 
verilirdi. Şübhə yoxdur ki, Arnold əmin idi ki, Hadsona malik olmaqla britaniyalılar 
bu mühüm dayaq nöqtəsini ələ keçirib, müharibəninin gedişini sürətlə öz xeyirlərinə 
döndərəcəklər və həmin anın qəhrəmanı isə məhz onun özü olacaqdır.  
1780-ci ilin sentyabrının qaranlıq gecəsində Benedikt Arnold Hadson çayının 
sahilində əyilib ağacın altında dayanmışdı. Bu vaxt çaydakı qayıqla dörd nəfər sahilə 
gəldi.  Onlardan  ikisi  avarçəkən,  üçüncüsü  Coşua  Smit  adlı  dövlət  xadimi, 
dördüncüsü isə gənc və gözəl bir oğlan idi. Bu cavan adam plaşının altında Britaniya 
zabitinin  parıltılı  uniformasını  gizlətmişdi,  -  mayor  Con  Andre  adlı  gənc  adam 
Britaniya ordusu generalının adyutantı idi.  
O, Arnoldla uzun müddət yazışmada olmuşdu. Onlar gecəni qaranlıqda ağacın 
altında  keçirdi.  Burada  Vest  Poyntun  britaniyalılara  verilməsi  qəsdi  baş  verdi.  Dan 
yeri  söküləndə  Andre  geri  qayıtmadı,  güman  edirdi  ki,  onu  ingilis  hərbi  kateri 
"Quzğun" götürəcəkdir. Qayıq onu çayda gözləyirdi, lakin Smit Arnoldu evinə qədər 
müşayiət etdi. Arnold Vest Poynta qayıtdı, Andre isə "Quzğun"a minməyi gözləyirdi.  
Lakin  sahil  batereyaları  katerə  atəş  açmağa  başladı  və  Smit  özünün  kiçik 
qayığında olarkən təhlükəli hadisə baş verəcəyindən qorxdu. Axırda qərara alındı ki, 
Andre  Nyu  Yorka  quru  yolla  qayıtsın.  Bu  qorxulu  səfər  idi,  lakin  yolun  ilk  hissəsi 
təhlükəsiz  keçdi.  Territaun  yaxınlığında  olanda  qəflətən  üç  muşketli  adam  onun 
getdiyi  cığırın  üstünə  çıxdı  və  ona  dayanmağı  əmr  etdi.  Adamlardan  biri  hessen 
paltarında idi və Andre onu öz həmvətənlisi hesab etdi, səmimi qaydada bildirdi ki, 
o,  Britaniya  zabitidir.  Sonra  ona  məlum  oldu  ki,  bu  adamlar  amerikanlardır  və  o, 
həbs  edildi.  O,  pul  təklif  etdi,  lakin  onu  tərksilah  edib  kim  olduğunu  öyrənməyə 
başladılar.  Ayaqqabısında  ayağının  altında  gizlətdiyi  və  Arnoldun  əli  ilə  yazılmış 
mühüm kağızlar tapıldı. Dustaq çay yolu ilə polkovnik Ceymsonun yanına gətirildi, 
onda tapılan kağızlar Vaşinqtona göndərildi.  
Andre  mühafizəçilərin  nəzarəti  altında  Vest  Poynta  çatdırıldı.  Vaşinqton 
Aleksandr Hamiltonu və öz qərargahından digər adamları səhər vaxtı Arnoldla birgə 
səhər  yeməyinə  göndərdi.  Onlar  Arnolda  məktubu  verdilər.  Arnold  cüzi  emosiya 
nümayiş etdirdi. O, kağızı sakitcə büküb öz cibinə qoydu. Sonra o, qalxıb otağı tərk 
etdi,  bildirdi  ki,  onu  qəflətən  Vest  Poynta  çağırmışlar.  Ancaq  Vaşinqtonla 
görüşdükdən sonra o, tezliklə geri qayıda biləcəkdir.  
Nələrinsə  yaxşı  olmadığı  onun  arvadının  diqqətindən  yayınmadı  və  qadın 
ərinin arxasınca getdi. O, yataq otağında arvadına bildirdi ki, artıq məhv olmuşdur və 
həyatını hifz etmək naminə qaçmalıdır. Onun qolları üstündə xanımının ürəyi getdi. 
Bir  neçə  saat  sonra  o,  Britaniya  kateri  "Quzğun"a  oturdu  ki,  özünü  amerikanlardan 
bu  yolla  qorusun.  Katerin  sahil  batereyalarından  qurtulması  üçün  o,  cib  dəsmalını 
çəliyə keçirib ağ bayraq qaldırmışdı. Polkovnik Ceymsonun ağılsız səhvi Arnoldu ən 
biabırçı  ölümdən  xilas  etdi,  bu  ölüm  əsgər  üçün  ola  bilərdi,  -  onun  ölümü  isə  dar 
ağacında  olmalı idi. Vaşinqton demişdi: "Arnold satqındır və britaniyalıların yanına 
qaçdı. Biz indi kimə inanmalıyıq?". O, bu sözləri yanaqlarından yaş axa-axa bir neçə 

 
140 
saat sonra öz zabitlərinə demişdi. Arnold öz xəyanətinin haqqını aldı - ona 6 min funt 
sterlinq məbləğində pul və Britaniya ordusunda komandanlıq verildi. 
Andre isə qəhrəman kimi öldü. Yanında olan adamlardan xahiş etdi ki, onun 
ölümlə  üz-üzə  gəlməsinə  təşviş  keçirmədən  şahidlik  etsinlər.  Axı  insandakı  fiziki 
cəsarətə, xüsusən bu əsgərdə olduqda, məftun olurlar.  
1780-cı ildə Kral dağındakı döyüşdə, - bu yer Cənubi və Şimali Karolinanın 
arasında  idi,  Ferqyuson  özünün  adlandırdığı  "çirkli  haramzadaların"  gəlişini  eşidib, 
öz ordusunu dağın ətəyində yerləşdirmişdi. Sayı 1300-ə çatan alpinistlər oktyabrın 7-
də  Ferqyusonun  üstünə  gəldi.  Onlar  öz  liderləri  Kambellin  arxasınca  gedirdilər. 
Lakin  Leksinqtondakı  kimi  əsil  vuruşda  lidersiz  döyüşdülər.  Ferqyuson  möhkəm 
mövqe seçmişdi, pionerlər isə dağa dırmaşmaq üçün istifadə edilirdilər. Onlar uğurlu 
olan yeganə planı seçmişdilər. Dağı mühasirəyə aldılar, ətəklərdən təzyiqi artırıb, hər 
tərəfdən  ingilislərin  üstünə  hücuma  keçdilər.  Amerikanlar  qısa  müddətdə  yenidən 
qruplaşıb  hücumu  təzələdilər.  Axırda  britaniyalılar  taqətdən  düşdülər.  Ferqyuson 
xüsusi  igidliyə  malik  adam  idi.  O,  təslim  olmaqdan  imtina  etdi.  Onun  adamlarının 
qaldırdığı  ağ  bayrağı  o,  qılıncı  ilə  vurub  yerə  sərdi.  Sonra  dövrələnmiş  azadlıq 
dəstələrinin  üzərinə  yenidən  hücum  etdi.  5  snayper  öz  atəşlərini  bu  istiqamətə 
yönəltdi  və  Britaniya  zabiti  bədənindəki  5  ölümcül  yara  ilə  yerə  yıxıldı.  Qalanlar 
təslim  olmağa  məcbur  edildi.  Onlardan  456  adam  çöldə  ölü  kimi  qalmışdı. 
Yaralananlar  barədə  heç  nə  deyilmirdi.  Amerikanlardan  isə  cəmi  28  adam 
öldürülmüşdü.  
General Natanel Qrin cənubda Qeytsi əvəz etməyə təyin edilmişdi. O, 1780-ci 
ilin dekabrında gəlib çıxdı və Virciniya qubernatoru Tomas Ceffersonun köməyi ilə 
ştatdan iki min adam qaldırdı. Kamdendən sonra Qeytsin yığdığı 1500 adam da ona 
yaxşı ordu kimi təhvil verilmişdi. Qrin Kontinental ordunun ən yaxşı adamlarından 
biri olan Şteybenin yanında xidmət etmişdi, xain Arnoldu müşahidə etmək üçün onu 
Virciniyada  tərk  etmişdi.  O,  həmçinin  Kostyuşko,  əla  süvari  sərkərdəsi  Henri  Li  və 
baş  komandanın  uzaq  qohumu  Uilyam  Vaşinqtonla  birlikdə  xidmət  etmişdi. 
Kornvallis  Koupensdəki  məğlubiyyətdən  sonra  çox  zəifləmişdi  və  ona  görə  də 
mümkün olduğu qədər Qrinə tez həmlə etmək istəyirdi. Qrin Morqanın qüvvələri ilə 
birləşdikdən  və  Virciniya  sərhədinin  otuz  milliyində  bir  neçə  dəfə  mövqeyini 
dəyişdirdikdən  sonra  döyüş  təklif  etdi.  Bu  planı  Morqan  böyük  uğurla  Koupensdə 
tətbiq  etmişdi.  Qrin  həqiqi  qələbə  çaldı,  düşməninin  ordusunun  dörddə  birini  -  600 
adamı  məhv  etdi,  özü  isə  400  adam  itirmişdi.  Kornvallis  özünün  tələyə  düşdüyünü 
gördü  və  Qrinin  ikinci  döyüşə  çağırışından  imtina  etdi  və  tezliklə  yaralananları 
arxada  qoyub  dəniz  sahilinə  tələsdi.  Kornvallisin  qaçması  ilə  Şimali  Karolina 
amerikanların  əlində  qaldı  və  Cənubi  Karolina  da  tezliklə  belə  yaxşı  taleyə  şərik 
oldu.  
İstiqlaliyyət  haqqında  Deklarasiya  qəbul  edildiyi  vaxtdan  Konfederasiyanın 
qəti  qanunları  təklif  edilmişdi.  Sonrakı  ili  -  15  noyabr  1777-ci  ildə  Diskinsonun 
hazırladığı  planı  Konqress  qəbul  etdi.  Lakin  ştatların  heç  də  hamısı  bunu  qəbul 
etmədi. Qanun isə yekdilliklə qəbul edilmədikdə fəaliyyət göstərə bilməzdi. Delaver 
və  Merilenddən  başqa  bütün  ştatlar  1778-ci  il  başa  çatmamışdan  əvvəl  bunu  qəbul 
etdilər.  Delaver  isə  onun  ratifikasiyasına  1779-cu  ildə  qoşuldu.  Təkcə  Merilend 
kənarda dayanırdı. Ona görə də bütün ümidsiz 1780-ci ili ölkə hökumətsiz qaldı.  

 
141 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin