Telman Orucov


Şimalın və Cənubun siyasəti



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

Şimalın və Cənubun siyasəti 
 
Prezident Kentukkini Birlik üçün saxlamaqdan ötəri müstəsna qayğılı idi, bu 
sadəcə  strateji  əhəmiyyət  kəsb  etmirdi.  Həm  də  bu  onun  doğma  ştatı  idi  və  bu 
məsələyə  o,  xüsusi  diqqət  verirdi.  Qubernator  Berka  Meqoffin  ayrılmanın  qəti 
tərəfdarı idi. Lakin ştatın əhalisinə nəzarət etmək üçün onun nüfuzu kifayət deyildi. 
Bu  məsələdə  ona  ştatın  ən  görkəmli  xadimi  Con  Brekenric  və  demokratik 
qanunverici orqan da kömək edə bilmirdi.  
Prezident  Linkoln  75  min  adamı  militsiaya  çağırdı  və  prezident  Devisin  100 
min  adamı  silahlanmaya  səfərbər  etdiyinə  görə,  Konqressin  fövqəladə  sessiyanı 
çağırmağı  tələb  etdi.  Linkoln  adminstrasiyasının  həyata  keçirdiyi  böyük  tədbir 
Vaşinqton  şəhərinin  təhlükəsizliyini  təmin  etmək  idi.  Samter  əldən  sıxdıqdan  sonra 
tezliklə Devis Kabinetinin bir üzvü lovğalanmışdı ki, mayın ilk günündə Konfederat 
bayrağı paytaxt Vaşinqton üzərində dalğalanacaqdır.  
Müharibənin başlanğıc dövrü Şimal üçün o qədər də uğurlu deyildi. Bull Ran 
döyüşü  Şimal  üçün  böyük  dərsin  sonunda  baş  vermişdi.  Bu  xalqa  təhlükəsizlik 
barədə  saxta  düşüncə  verməklə  Cənubu  azdırdı,  çünki  belə  bir  inam  yarandı  ki, 
bütünlüklə uğur qazanılmasına şübhə edilə bilməz.  
Digər  tərəfdən  Şimal  bir  neçə  günlük  ruh  düşkünlüyü  və  çaşqınlıq 
vəziyyətindən  sonra  situasiyanın  ciddiliyi  səviyyəsinə  qalxdı.  Əhali  ilk  dəfə  olaraq 
belə qənaətə gəldi ki, Birliyi xilas etmək üçün uzun və qanlı müharibə zəruridir və 
Bull Randa alınmış yüngül yara, müvəffəqiyyət üçün vacib olan güclü enerji oyatdı. 
Bull  Ran  döyüşü  həm  də  Manassas  döyüşü  kimi  məşhurdur.  Şimal  qoşunları 
Konfederatın paytaxtı Riçmondu tutmağa cəhd etdi, lakin iri Şimal qüvvələri Cənub 
komandanlarının qurduğu tələyə düşdü. Bu Şimalın ilkin böyük məğlubiyyəti idi.  
Linkolnun  fövqəladə  sessiyaya  müraciəti,  ölkənin  vəziyyəti  barədə  açıq 
bəyanat, Birliyi xilas etmək üçün hökumətin niyyətləri olmaqla, dünya üçün mühüm 
əhəmiyyətə malik idi. O, bəyan edirdi: "Bu problem Birləşmiş Ştatların taleyindən də 
çox  şeyi  əhatə  edir.  O,  bütün  bəşər  ailəsi  üçün  Konstitusiya  respublikasının  və 
demokratiyanın,  -  xalq  üçün  həmin  xalqın  tərəfindən  yaradılmış  hökumətin,  -  öz 
daxili  düşməninə  qarşı  onun  ərazi  birliyini  qoruyub  saxlaya  biləcəyini,  ya 
bilməyəcəyini  ifadə  edir...  Hökumət  öz  xalqının  azadlığı  üçün  o  qədər  möhkəm 
olmalıdırmı və ya öz mövcudluğunu saxlamaq üçün o qədər zəif olmalıdır?".  
Prezidentin  kompromiss  barədə  düşünməməsi  bu  bəyanatdan  açıqca 
görünürdü  ki,  "heç  bir  xalq  hökuməti  belə  predsedentlə  sağ  qala  bilməz  ki,  o,  özü 
seçim  edərək  yalnız  öz  hökumətini  sürətli  məhv  olmaqdan,  başlıca  məsələdə  xalqın 
seçdiyini  verməklə  xilas  edir".  Apreldə  “Habeas  Corpus”-un  fəaliyyətini 
dayandırmaqla Prezident tənqid hədəfinə çevrilsə də, o, göstərdi ki, bir qanunun açıq 
zorakılığı  bütün  digər  qanunları  necə  işləməyə  məcbur  edir,  bu  zorakılıq  Cənubda 
edilmişdir və bunu aydınlaşdırmaq üçün Prezident dedi: "Bütün qanunlar, yoxsa bir 
qanun icra edilməyəcəkdir, biri zorakılığa məruz qalmamaq üçün hökumət özü onları 
parçalamağa  gedəcəkdirmi?".  O,  nizami  ordunun  və  donanmanın  böyüməsi  üçün 
gördüyü  tədbirlərin  Konqress  tərəfindən  ratifikasiya  edilməsini  xahiş  etdi.  O, 
həmçinin  Konqressdə  400  min  adam  çağırmağa  icazə  verilməsini  və  müharibə 
məqsədləri üçün xərcləməyə 400 milyon dollar pul istədi.  

 
299 
Sessiyanın ən mühüm aktlarından biri Prezidentə üç il ərzində və ya müharibə 
dövründə  400  min  adamı  könüllü  dəstələrə  çağırmaq  səlahiyyətini  verməsi  idi. 
Nəticədə, avqustun 6-da, sessiyanın son günündə Prezidentin ilkin aktları ratifikasiya 
edildi  və  ona  Birləşmiş  Ştatlar  hökuməti  əleyhinə  istifadə  edilən  və  ya  istifadə 
edilmək  məqsədi  güdən  istənilən  mülkiyyəti  tutmaq  və  müsadirə  etmək  səlahiyyəti 
verildi.  Bu  səlahiyyətləri  verməklə  ölkə  müharibə  relslərinə  keçdi.  Fövqəladə 
sessiyada Müsadirə Aktı kimi tanınan akt da qəbul edildi, bu qanuna görə, Birləşmiş 
Ştatlar  hökumətinə  qarşı  hansısa  yolla  istifadə  ediləcək  hər  bir  qula  azadlıq 
veriləcəkdi.  
Cənubdakı  hökumətin  malik  olduğu  ən  yaxşı  şey,  onun  ordusu  idi.  Şimalda 
hökumət  dəyişilirdi.  Adminstrasiyaya  öz  işlərini  qaydaya  qoymaq  üçün,  öz 
metodlarını  hazırlamaq  üçün  bir  il  lazım  idi.  1861-ci  il  qızğın  döyüşləri  meydana 
girirdi.  İyulda  general  Makdauellin  başçılığı  altında  federal  hərbi  qüvvələr 
Vaşinqtondan cənub tərəfə hərəkət etdi ki, Riçmonda zərbə endirsin. Lakin 21 iyulda 
Bull  Randa  generallardan  Byureqard  və  Cozef  Constonun  başçılığı  altındakı 
Konfederat  hərbi  qüvvələri  ilə  qarşılaşdı  və  qızğın  döyüşdən  sonra  bütün  xətt  boyu 
geri çəkilməyə məcbur edildi. Onun alayları qorxudan və qaçmaq çaş-başlığından bir 
yerdə  qalmırdı.  Lakin  bu  döyüşdən  başqa  heç  nə  deyildi.  Hər  iki  tərəfdəki  dəstələr 
könüllülərdən  düzəldilmişdi.  Hər  iki  hökumət  səhərisi  gün  münaqişənin  başa 
çatmasına  ümid  bəsləyirdi,  lakin  Konfedarat  komandanları  uğuru  davam  etdirmək 
üçün öz rəqiblərindən daha yaxşı hazırlaşmışdılar. Bir müddətə Cənub düşünürdü ki, 
bu döyüş hər şey deməkdir.  
Məhz belə bir şəraitdə 1861-ci il noyabrın 6-da Cənubda altı illiyə prezident 
və vitse-prezident seçildi. Devislə Stefens elektorların yekdil səsi ilə öz vəzifələrinə 
yenidən seçildilər. İnauqurasiya 22 fevral 1862-ci ildə keçirildi.  
Konfederat  senatında  ən  yüksək  say  iyirmi  altıya  bərabər  olmaqla,  Palatada 
106  üzv  var  idi.  Konqress  öz  sessiyalarını  gizli  keçirirdi,  öz  hərəkətlərində  sərbəst 
deyildi.  Prezident  Devis  onun  işinə  ağalıq  edirdi.  Konqressin  başlıca  vəzifəsi  onun 
hazırladığı qanunları qeydiyyatdan keçirmək idi. 
Bircə  şey  məlum  oldu  ki,  döyüş  kampaniyaları  aparılacaq  və  qələbə 
müharibəsi  gedəcəkdir.  Şimal  və  Cənub  arasındakı  uzun  sərhəd  Ohayo  çayı  ilə 
Missisipi  çayına  qədər  gedirdi.  Bu  xətt  aydın  idi,  bu  sərhədlər  Konfederasiyanın 
xarici  müdafiə  xətti  idi.  Virciniyanın  qərb  mahalları  Şimal  adamlarına  rəğbət 
bəsləyirdi,  öz  ştatını  Birlikdən  ayıran  adamlara  hörmətlə  yanaşmırdı.  Missuri  öz 
adamlarının  hissinə  uyğun  olaraq  Konfederasiya  ilə  əməkdaşlıqdan  kənarda 
dayanırdı.  Kentukki  quldarlıq  ştatı,  özü  də  ən  köhnə  quldarlıq  ştatı  olmasına 
baxmayaraq ayrılmış ştatlarla birlikdə öz rolunu oynamaqdan imtina etdi. Konfederat 
qüvvələrinin  kiçik  bir  müddətdə  onun  ərazilərində  əməliyyat  aparmasına  və  burada 
çoxlu  rəğbət  bəsləyənlər  və  tərəfdarlar  qalmasına  baxmayaraq,  elə  bil  ki,  yad 
torpaqlarda  hərəkət  edirdi.  Milli  paytaxtın  üstündə  yerləşdiyi  Potomakdan  başlayıb, 
Kemberlend  Qapdan  keçərək  Kentukkidəki  Kolumbusdan  Missisipiyə  qədər  ön  xətt 
keçirdi.  Bu  xətdən  hər  ay  güclənən  Şimal  orduları  Cənubun  müdafiə  mövqelərinə 
hücum etməli idi.  
1862-ci ilin yayında hökumətin proqramı başa çatdı və qanun hüququnu aldı. 
Ölkədə  istehsal  edilən  malları  xarici  rəqabətdən  qorumaq  üçün  rüsum  tarifləri 

 
300 
yüksəldildi  və  daha  çox  tələb  olunan  mallara  birbaşa  vergilər  qoyuldu.  Dəmirə, 
kağıza, neftə, dəriyə və siyahı üzrə bəzi manufaktura mallarına xüsusi vergi qoyuldu, 
digər  manufaktura  mallarına  isə  ümumi  vergi  qoyuldu.  Şərq  mallarının  Qərbə 
çıxması  üçün  şərait  yaradıldı.  Qərbdə  yerləşmək  istəyən  ailə  başçılarını  nəzərdə 
tutaraq, nominal qiyməti ilə ictimai mülkiyyətin böyük hissəsi Qərb ştatlarına verildi 
ki,  burada  kənd  təsərrüfatı  inkişaf  etdirilsin  və  buranın  əhalisi  artsın.  Həmin  vaxt 
ümumi gəlir vergisi qoyuldu, dəmiryolu, buxar gəmiləri və nəqliyyat kompaniyaları 
hökumətə  əlavə  haqq  ödəməli  idi.  Bu  siyasət  müharibənin  aparılmasına  tabe 
edilmişdi.  Bu onu göstərirdi ki, Şimalın resursları xeyli artacaq və genişlənəcəkdir, 
çoxsahəli  olacaqdır.  Bu  onu  sübut  edirdi  ki,  federal  hökumət  öz  cəhdləri 
müstəvisində parçalanmanın qarşısını almağa rəğbət axtarmalıdır.  
Xarici dövlətlərin hüsn-rəğbəti birinci ili Şimalın yox, Cənubun tərəfində idi. 
Onlar müharibəni və ölkənin bölünməsini müşahidə edirdilər. Bu müharibə Qərbdəki 
nəhəng  respublikanın  gücünün  dağılmasını  vəd  edirdi.  Çünki  onun  ticarətdə  rəqib 
olması  və  nüfuzu  onlar  üçün  təhlükəli  idi.  Cənub  limanlarının  blokadası  Cənubla 
ticarət  edən  ölkələrin  mənafeyinə  zərbə  vururdu.  Linkolnun  blokada  haqqında 
bəyanatı  xəbərini  və  Devisin  Birləşmiş  Ştatların  Fransa  və  İngiltərə  ilə  ticarəti 
əleyhinə, onun qisas almaq barədəki cavabı alınan kimi həmin ölkələr öz neytrallığını 
elan  etdilər  və  bu,  Konfederat  hökumətinə  döyüşən  tərəf  kimi  qiymət  verilməsi 
demək  idi.  Bir  il  keçənə  qədər  biabırçı  bir  hadisə  bircə  anda  İngiltərə  ilə  müharibə 
təhlükəsi  yaratdı.  İngiltərənin  nüfuzlu  adamlarının  çoxu  Cənuba  rəğbət  bəsləyən 
adamlar  kimi  tanınırdı.  Cənubda  dünyanın  böyük  pambıq  tarlası  kommersiya  üçün 
bağlansaydı,  yüzlərlə  ingilis  manufakturası  işsiz  qalacaqdı,  minlərlə  işçi  aclıq 
səviyyəsinə  çatacaqdı.  Cənubun  liderləri  İngiltərənin  fəal  münasibətini  görməyə 
tələsirdilər.  
Əvvəllər  İngiltərə  mətbuatı  Cənubun  tərəfini  saxlayırdı.  “  Quarterly 
Review”  qəzeti  yazırdı  ki,  "Biz  inanırdıq  ki,  Cənubun  işğalı  ümidsiz  xəyal 
olacaqdır".  Qladston  deyirdi  ki,  "Federal  hökumət  heç  vaxt  qiyamı  yatırmağa 
müvəffəq olmayacaqdır". Eduard Baluer Litton Hertford qraflığında kənd təsərrüfatı 
cəmiyyətinin  qarşısında  demişdi:  "Mən  inanıram  ki,  belə  parçalanma  Avropanın 
təhlükəsizliyi  və  Amerika  sivilizasiyasının  inkişafı  üçün  xoşbəxt  nəticə  ilə 
bitəcəkdir...  Amerika  Avropanın  üzərindən  asılacaqdır",  Vətəndaş  müharibəsi 
tərəfindən Amerikanın bölündüyünü natiq artıq baş vermiş fakt kimi güman edirdi,- 
necə  ki,  ildırım  buludu  yığışır  və  dağıdıcı  olur.  Belə  hisslər  Avropada  təbii  idi. 
Avropa  əvvəlcədən  görürdü  ki,  Birləşmiş  Ştatlar  əgər  bir  yerdə  qalsa,  ölçüyə 
gəlməyən  nəhəng  qüvvəyə  sahib  olacaqdır,  lakin  onlar  əvvəlcədən  görmürdülər  ki, 
amerikanlar mühafizəkar olmaqla müharibədən çox sülhü sevəcəklər.  
Mayın  əvvəlində  Con  Kvinsi  Adamsın  oğlu  Çarlz  Frensis  Adams  Birləşmiş 
Ştatlardan  elçi  kimi  işləmək  üçün  İngiltərəyə  yola  düşdü.  O,  İngiltərədə  sahilə 
çıxanda  və  Britaniya  rəsmi  adamları  ilə  görüşməmişdən  əvvəl,  kraliça  neytrallıq 
barədə  açıq  bəyanat  verdi.  Con  Braun  İcmalar  Palatasında  çıxış  edərək  "Bunun 
dostcasına olmayan tələsiklə edildiyini" demişdi. Britaniya baş naziri lord Palmerston 
Londondakı  amerikanlara  demişdi:  "Bizim  quldarlıqdan  zəhləmiz  gedir,  lakin  biz 
pambıq istəyirik və sizin Morrill tarifinizdən daha çox zəhləmiz gedir".  

 
301 
Xarici  əlaqələrdə  isə  "Trent  işi"  müharibənin  ilk  dövründə  mühüm 
əhəmiyyətə  malik  oldu.  Bu  mümkün  deyildi  ki,  uzanan  vətəndaş  müharibəsi, 
sivilizasiyalı  dünyaya  heç  də  öz  təsirini  göstərmədən  Amerikada  davam  edəcəkdir. 
Avropanın,  xüsusən  İngiltərənin  münasibəti  böyük  mübarizənin  başlanğıcından 
amerikan xalqının tərəfində idi. 1860-cı ilin payızında İngiltərə ilə Birləşmiş Ştatlar 
arasında olan dostluq ruhu əvvəllər heç vaxt belə səviyyədə olmamışdı.  
Quldarlıq  Konfederasiyanın  təməl  daşı  kimi  tanınırdı  və  İngiltərə  quldarlığa 
nifrət  edirdi.  1772-ci  ildəki  məşhur  lord  Mensfild  qərarından  sonra  İngiltərənin  öz 
torpağında  quldarlığa  icazə  verilmirdi,  1833-cü  ildən  sonra  isə  İngiltərə 
müstəmləkələrində  də  bu  qayda  qoyulmuşdu.  Quldarlıq  əsası  üzərində  qurulmuş 
millətə İngiltərə necə kömək edə bilərdi?  
12 oktyabr 1861-ci ildə prezident Devisin, onun hökuməti ilə London və Paris 
arasında əlaqə yaratmağa göndərdiyi, vaxtilə senator olmuş iki adam - Virciniyadan 
olan  Ceyms  Meyson  və  Luizianadan  olan  Con  Slaydell  salamat  qaydada  Havanaya 
gəlib  çatdı.  Noyabrın  7-də  onlar  Britaniyanın  buxarla  işləyən  poçt  gəmisi  "Trent"ə 
oturdular.  Sabahısı  günü  "Trent"  Bahama  boğazından  keçəndə  amerikan  kateri 
tərəfindən  saxlandı.  "Trent"  dayandırıldı.  Digər  amerikan  gəmisi  də  gəlib  çıxdı. 
Gəminin  kapitanı  ingilis  gəmisinə  iki  Cənub  elçisinin  götürülməsini  eşitmişdi. 
Amerikalı  kapitan  Uilkis  onları  əsir  kimi  götürməyi  qərara  aldı.  Onlar  Boston 
limanına gətirildi və müharibə əsiri kimi Fort Uorrendə dustaqxanaya salındı.  
Uilkisin əsir götürməsi bütün Şimalda müharibənin ilk sevincinə səbəb oldu. 
Kapitan Uilkis Bostonda alqışlarla qarşılandı, o, həmin günün qəhrəmanına çevrildi. 
Lakin bir adam var idi ki, o, hamıdan müdrik və uzağı görən idi, həmin adam ümumi 
sevincə qoşulmadı.  
Bu  adam  prezident  Linkoln  idi.  Əsir  götürülməsi  barədə  xəbər  gəlib  çatan 
günün  axşamı  o,  dedi  ki,  qorxur  ki,  əsirlər  ağ  fil  olduqlarını  sübut  edəcək  və  elan 
edəcəklər ki, "biz kapitan Uilkinsin qiymətli etməyə çalışdığı hüququn nəzəriyyəsi və 
təcrübəsində  israr  etmək  üçün  Böyük  Britaniya  ilə  vuruşuruq".  O,  əvvəlcədən 
İngiltərənin bu məsələyə necə münasibət bəsləyəcəyini görürdü və baş poçtmeyster 
onun  nöqteyi-nəzərinə  tərəfdar  idi.  İki  nəfərin  əsir  götürülməsi  xəbəri  İngiltərəyə 
gəlib  çatanda  krallığın  hər  tərəfinə  ümumi  hiddət  alovu  yayıldı.  Taxt-tacın  hüquq 
məmurları belə  qərara gəldilər ki, kapitan Uilkisin hərəkəti qanunsuz imiş, çünki o, 
"Trent"  gəmisini  limana  götürə  bilməzdi  və  onun  həbs  etdiyi  subyektlər  yalnız 
məhkəmənin  qərarı  ilə  buna  məhkum  edilə  bilərdi.  Müharibə  ruhu  çox  qızışdı  və 
hökumət təxirə salmadan müharibəyə hazırlıq tədbirləri görməyə başladı. Otuz min 
adam  Halifaksa  göndərildi  ki,  Konfederat  ordusuna  qoşulmaq  üçün  oradan  birbaşa 
Çarlstona yola düşsün.  
Britaniya  elçisi  vurulan  ziyanı  ödəmək  üçün  böyük  hiyləgərliklə  Amerikaya 
rəsmi tələb tərtib etdi və bəyənilməsi üçün sənədi kraliçaya göndərdi. Prints Albert 
bütün  gecəni  bu  sənəd  üzərində  keçirdi  və  onun  tonunun  kəskinliyini  xeyli  dəyişdi. 
Bu  kraliça  Viktoriyanın  prints  əri  tərəfindən  axırıncı  dəfə  yazılan  sənəd  idi.  Onun 
səhhəti  sürətlə  ağırlaşırdı  və  bir  neçə  həftə  sonra  prints  Albert  öldü.  Yeddi  gün 
müddətində Britaniya tələbinə cavab vermək lazım idi. Bu, amerikan xalqına məlum 
olduqda,  İngiltərəyə  qarşı  qəzəb  harayı  yüksəldi.  İctimai  rəy  bölünmüşdü,  lakin  bu 
bölünmə  bərabər  qaydada  deyildi.  Böyük  əksəriyyət  verilməli  olan  istənilən  haqq 

 
302 
müqabilində  də  olsa  müharibə  etməyi  istəyirdi.  Ölkədə  aparıcı  qəzet  adamlarından 
biri olan Con U.Forni “Philadelphia Press” qəzetində yazmışdı: "Qoy təkcə özümüz 
üçün  deyil,  həm  də  bizdən  sonra  gələn  öz  uşaqlarımız  üçün  bu  acgöz  və  həyasız 
dövləti, ədalətli və qorxulu intiqamla düzəltməyə and içək".  
Bu  vaxt  çox  vacib  məsələ  həll  edilməli  idi.  Yeddi  gün  gəlib  keçdi.  Hamı 
nəzərlərini  Vaşinqtona  dikmişdi.  Cavab  məlum  olanda,  hökumət  ictimaiyyəti  və 
bütün  dünyanı  təəccübləndirdi.  Sakitcə  güzəştə  getməklə  Linkoln  həm  də  Cənubu 
çaşdırdı.  Dustaqların  azad  edilməsi  və  Uilkisin  hərəkətindən  imtina  edilməsi  ilə 
böyük  müharibənin  qarşısı  alındı.  Ölkə  o  vaxt  digər  böyük  müharibəni  öz  üzərinə 
götürmək iqtidarında deyildi. Linkoln demişdi ki, eyni vaxtda iki müharibə aparmaq 
olmaz.  Bu  qərar  güman  ki,  millətin  həyatını  xilas  etdi.  Bu  həmin  nəslin  ən  böyük 
dühası olan Linkolnun əməli idi. 
Linkoln  belə  işlərdə  heç  bir  səhv  addım  atmaq  istəmirdi,  həm  də  öz 
hökumətinin  prinsiplərinə  kölgə  salınmasını  istəmirdi.  Lakin  bu  xoşagəlməz 
hadisənin  yaratdığı  narahat  hisslər  tez  ötüb  keçmədi.  İki  xalq  arasında  müharibə 
qorxulu antoqonizm ehtimalını yaxınlaşdırırdı.  
Linkoln  Corc  Brikton  Makklelanı  1861-ci  ilin  iyulunda  Potomak  ordusuna 
komandan  təyin  etdi  və  o,  sonralar  populyar  qəhrəmana  çevrildi.  Dörd  aya  o, 
hazırlıqsız ordu kütləsini təlim görmüş, intizamlı və mütəşəkkil orduya çevirdi, heç 
vaxt Amerika torpağında ona bərabər olan bir ordu mövcud olmamışdı. General Med 
sonrakı illərdə yazmışdı: "Makklelan olmasaydı heç bir Qrant ola bilməzdi. Onun heç 
bir varisinin başçılığı altında ordu həqiqi cəhətdən belə yaxşılaşmamışdı".  
1861-ci ilin yayı keçdi və payız gəldi. Makklelanın ulduzu hələ də qalxırdı və 
noyabrın  1-də  Skott  istefaya  gedəndə  Makklelan  Birləşmiş  Ştatların  bütün 
ordularının  baş  komandanı  oldu.  Makklelan  qət  etdi  ki,  Virciniya  palçığında  qış 
kampaniyası aparmaq ağılsız bir işdir.  
Bolls  Blaff  döyüşü  isə  ictimai  rəyə  bir  bədbəxtlik  kimi  təsir  göstərdi.  21 
oktyabrda  bu  hadisə  baş  verdi.  Federal  qoşunlarının  səhvi  nəticəsində  döyüş 
uduzuldu. Ən böyük səhvə yol verən polkovnik Beyker olmuşdu. Lakin onun başına 
güllə  dəydiyindən,  onun  ölü  cəsədi  yerə  uzanmışdı.  Makklelan  və  Stoun  bir  qədər 
qayğısız  ola  bilərdi.  Axı  Makklelan  indiyədək  populyar  büt  idi.  Adminstrasiya 
qurban  tapmaq  məsələsinə  məhəl  qoymaya  bilməzdi  və  bu  dəfə  Stounla 
kifayətlənildi.  O,  həbs  edildi  və  altı  aylığa  həbsxanaya  salındı,  -  sonra  isə  heç  bir 
şəhadət və ya mühakimə olmadan azad edildi. Lakin tarix onun günahsız olduğunu 
elan etdi. İctimai rəyin tiraniyası belə idi. Bu böyük Ağa bir müddət tiran oldu və o 
da öz səhvlərini etməmiş qalmadı.  
General  Makklelan  qışın  ortasında  kampaniyaya  meyl  etməməkdə  şübhəsiz 
düzgün  hərəkət  edirdi.  Prezident  Linkoln  fevralın  22-də  ümumi  şəkildə  irəliləməyə 
göstəriş  verdi.  Lakin  ordu  hazır  deyildi  və  hərəkət  etmədi.  Sonra  Makklelan  öz  ən 
axırıncı  planını  həyata  keçirdi,  ordusunu  Ceyms  çayının  mənsəbinə  keçirmək  üçün 
Riçmond  üzərinə  hərəkət  etdi.  Lakin  ordunun  uzun  müddət  bekar  qalması  kimi  bir 
cəhəti adamlar başa düşə bilmirdilər. Makklelanın populyarlığı isə qış ərzində yoxa 
çıxırdı.  
Təkcə  Makklelan  məsuliyyət  daşımırdı.  Prezident  Linkoln  da  Makklelana 
sərbəst hərəkət etmək imkanı vermədiyinə görə səhv etmişdi. 

 
303 
1862-ci ilin yazı Konfederasiyanın bütün uzun sərhədi boyu orduların, sahildə 
və çaylarda isə donanmaların toplanmasını gördü. Müharibə zonası təmizlənmişdi. İl 
başa  çatmamışdan  əvvəl  onun  dərəcəsi  və  xarakteri  müəyyən  olunmuşdu.  Qərbdə 
federal  ordusu,  dalbadal  hücum  edərək  cənub  xəttində  Konfederat  qüvvələrinə  güc 
gəlirdi.  Şimal  orduları  və  donanması  onların  vadidən  keçən  qərb  çayları  ilə  olan 
yolunu dağıtdı. Şərqdə isə əksinə, hər şey şübhəli vəziyyətdə idi. Federal qoşunların 
komandanları  Qərbdəki  adamların  fərasətinə  malik  deyildilər  və  elə  rəqiblərə  qarşı 
vuruşurdular ki, bu rəqiblər addımbaşı onlara üstün gəlirdi. Onlar Cənub ordularının 
üzərinə  hücum  etmək  üçün  öz  qüvvələrini  yığmaq,  mərkəzləşdirmək  üçün  yol 
tapmırdılar.  Onlar  Vaşinqtonu  saxlamaq  və  yaxşı  hücum  yolu  tapmaq  barədə  
düşünürdülər.  Riçmondu  götürmək  Alabamanın  mərkəzini  götürməkdən  daha  çətin 
idi.  Başlanğıcda  Qərbdəki  döyüş  meydanında  ciddi  xarakterli  və  fərasətli  adamlar 
federal qoşunlarının komandanlığında bir-birini əvəz edirdi. Onların içərisində Uliss 
Qrant  seçilirdi.  O,  ilk  qələbəsini  iyirmi  beş  yaşında  Meksika  müharibəsində 
qazanmışdı.  Lakin  onun  hansı  qabiliyyətə  malik  olması  Fort  Donelson  döyüşündə 
məlum  oldu.  Ona  briqada  generalı  rütbəsində  Missurinin  cənub  şərqindəki  könüllü 
orduya  komandanlıq  vəzifəsi  verilmişdi.  1861-ci  ilin  sentyabrında  o,  Qahirəni  və 
Padyukahı  tutdu,  bunlar  qabaqdakı  çayların  açarları  idi.  Onlardan  biri  Ohayo  ilə 
Missisipi  çaylarının  kəsişməsində,  digəri  isə  Ohayo  çayı  ilə  Tennessinin 
kəsişməsində  yerləşirdi.  Missisipi  Konfederasiyanın  ortasından  keçərək  Qahirədən 
körfəzə  axırdı.  Padyukahda  isə  Tennessi  çayı  Alabamanın  şimal  mahallarından 
kənarda Tennessi torpaqlarını hərlənərək özünə çıxış tapırdı.  
1862-ci  ilin  fevralında  federal  qüvvələrin  cənuba  tərəf  hərəkəti  başladı. 
Generallar  Poup,  Buel,  Tomas  və  Qrant  çayların  vadilərində  yay  vaxtı  çoxlu  silahlı 
adamlarla və qayıqlarla Konfederat ərazisinin içərilərinə girdilər.  
Qrant ordusunu Fort Henridən Fort Donelsona apardı. O, sonra general Smitə 
köməyə tələsdi. Konfederat sərkərdəsi Bakner Neşvillə gəlib çatdıqdan sonra Qranta 
təslim  olmaq  təklifini  göndərdi.  Qrantın  cavabı  böyük  şöhrət  qazandı.  Qrant 
cavabında  ondan  qeyd-şərtsiz  təslim  olmağı  tələb  etdi  və  üstəlik  bildirdi  ki,  "Mən 
ləngimədən  Baknerin  üstünə  hərəkət  etməyi  qət  etdim  ki,  bu  xeyli  dərəcədə  yaxşı 
olan zabiti onun adamlarının lüzumsuz öldürülməsi niyyətlərinə razı salım". Bakner 
elan etdiyi kimi alicənab olmayan və rıtsarlıqdan uzaq olan şərtləri qəbul edib, təslim 
oldu.  Fort  Donelsonu,  ən  azı  14  min  nəfərlik  ordunu,  bütün  ehtiyatları  və  sursatları 
ilə birlikdə təhvil verdi. Birliyin itkisi isə 2800 nəfər idi. 
Donelson fortunun igid ordusunun itirilməsi Cənuba şəkk edilməyən bir zərbə 
idi.  Bu  vaxt  federal  ordular  üçün  Cənubun  qərbinin  mərkəzinə  girmək  üçün  yol 
açıldı.  Bu  bədbəxtliyin  məzəmməti,  ordunu  ağılsız  qaydada  iki  yerə  bölən  Albert 
Sidney  Constonun  üzərinə  düşdü.  Bu  müharibədəki  hər  iki  tərəf  üçün  ilk  dəfə  baş 
verən böyük qələbə idi. Fort Donelsonun təslimi 16 fevral 1862-ci ildə baş vermişdi. 
Bu  vaxt  şimalda  bütün  gözlər  general  Qranta  dikildi.  Onun  lakonik  "qeyd-şərtsiz 
təslim  olma"  sözləri  ictimai  məhəbbət  qazandı.  O,  Vest  Poyntda  təhsil  almışdı, 
Meksika  müharibəsində  xidmət  etmişdi.  Sonra  o,  Detroytda,  axırda  isə  Sakit  okean 
sahilində xidmətini davam etdirmiş, öz ailəsini isə Şərqdə qoymuşdu. 1854-cü ildə o, 
ordudan tərxis olundu, lakin yaşayışı üçün vəsait qazanmaqda uğursuzluğa uğradı və 
Sent  Luis  yaxınlığında  öz  arvadına  məxsus  olan  kiçik  fermada  məskunlaşdı.  O,  əsl 

 
304 
malikanə işi ilə məşğul olmağa cəhd etdi və yenə uğursuzluğa uğradı. Axırda böyük 
borc içərisində o, öz qoca atasına kömək etməyə başladı. Atanın Qalenada dəri anbarı 
var  idi.  Atasının  anbarında  o, az  maaşlı vəzifə daşıyırdı və müharibənin başlanması 
onu  burada  haqladı.  İllinoysun  qubernatoru  Qrantı  İllinoys  könüllü  dəstələrinin 
başçılığına  təyin  etdi.  Sonralar  onun  barəsində  Qahirədə,  Belmontda,  Donelsonda 
eşidilirdi.  Bu  vaxt  artıq  o,  məşhur  idi  və  sonrakı  altı  il  ərzində  onun  yüksəlməsi 
Amerika tarixinin ən qeyri-adi hadisələrindən biri oldu.  
Missuri  vadisindəki  döyüşlər  də  olduqca  böyük  əhəmiyyətə  malik  idi.  Con 
K.Frimont  Missuri  də  daxil  olan  departamentin  komandanı  təyin  edilmişdi  və  onun 
qərargahı  Sent  Luisdə  idi.  Bundan  xeyli  əvvəl  isə  o,  professional  yararsızlığına  və 
davakarlığına  görə  nüfuzdan  düşmüşdü.  O,  pozğunluğu  ilə  ad  çıxarmışdı.  Heç  bir 
səbəb  olmadan  adamları  dustaqxanaya  salırdı  və  səriştəsizlik  nümayiş  etdirirdi.  Bu 
məsələlər  prezident  Devisə  çatdırıldıqda,  Frimont  səlahiyyətlərindən  uzaqlaşdırıldı. 
Yəqin ki, 1856-cı ildə Frimontun əvəzinə Byukenenin prezident seçilməsini də onun 
bu xüsusiyyətləri ilə izah edilməli idi. 
Lakin  Konfederasiya  sarsılmamış  kimi  görünürdü.  Missuri  kimi  böyük  çay 
Birlik  üçün  xilas  edilmişdi,  Kentukki  ilə  də  belə  olmuşdu.  Cənub  Pea  Riçdə 
Arkanzası,  Pittsburq  Landinqdə  isə  Tennessini  itirmişdi.  Missisipinin  mənsəbi 
tutulmuşdu  və  Cənubun  ən  böyük  limanı  Şimal  ordularının  ayaqlarına  yıxılmışdı. 
Bütün  torpaq  müharibə  ruhunda  yaşayırdı.  Heç  kəs  kompromiss  barədə  xəyala  belə 
dalmırdı.  İki  qüdrətli  dövlət  ölümcül  mübarizədə  tutuşmuşdu  və  bu  münaqişənin 
sonu yalnız ikisindən birinin öldürülməsi ilə mümkün idi.  
Cənublu  general  Cozef  J.Conston  Feyr  Ouksda  ciddi  yaralanmışdı.  O,  bir 
neçə  aylığa  döyüşə  bilmədi  və  Şimali  Virciniyadakı  Konfederat  ordusunun 
komandanlığı, 1862-ci ilin iyununda onun uzun müddət dostu olmuş Robert J.Linin 
əlinə  keçdi.  Vətəndaş  Müharibəsində  Cənubun  şöhrət  qazanmış  oğlanları  içərisində 
Li birinci yerdə durur. O, İnqilabın məşhur "Yüngül atlı Harrinin" oğlu idi. O, Corc 
Vaşinqtonun götürmə oğlunun varlı və təhsil görmüş qızına evlənmişdi və müharibə 
başlayanda  arvadının  məşkunlaşdığı,  əcdadlarının  irsi  olan  və  Potomak  çayının 
sahillərində  yerləşən  gözəl  Arlinqtonda  yaşayırdı.  O,  böyük  mədəniyyətə,  dəqiq 
əxlaqa malik idi. O, birliyi sevirdi və ayrılmanın əleyhinə idi, lakin o, öz ştatını daha 
çox sevirdi. O, birliyin ordularının komandanı seçilə bilərdi, lakin o, öz qılıncını ona 
həyat  vermiş  ştatının  üzərinə  qaldıra  bilməzdi.  Virciniya  ayrıldıqdan  sonra  o,  öz 
səlahiyyətlərindən  istefa  verdi  və  özəl  həyata  qayıtdı,  bəyan  etdi  ki,  əgər  birlik 
parçalansa  o,  öz  xalqı  ilə  bu  bədbəxtliyi  bölüşəcək  və  müdafiədən  savayı  heç  kəsin 
üzərinə  öz  qılıncını  qaldırmayacaqdır.  Buna  baxmayaraq,  tezliklə  o,  Virciniya 
qüvvələrinin  komandanı  seçildi  və  vəzifəni  qəbul  etdi.  Sonra  o,  prezident  Devisin 
hərbi  müşaviri  oldu.  Feyr  Ouksda  Cənub  ordusu  yararsız  hala  düşdükdən  sonra  Li 
onun baş komandanı təyin edildi və müharibənin sonuna qədər bu vəzifəsini davam 
etdirdi. Li Cənubun bacarıqlı komandanı idi və çoxları əmin idi ki, Birlik tərəfdə ona 
bərabər olanı yoxdur. 

 
305 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin