Telman Orucov


Qullara münasibətdəki fərqlər ölkəni parçalanmağa aparır



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

Qullara münasibətdəki fərqlər ölkəni parçalanmağa aparır. 
 
Millard  Filmor  18  sentyabr  1850-ci  ildə  Qaçqın  Qul  qanununu  imzalayanda 
demişdi  ki,  o,  dövlət  xadimi  kimi  özünə  ölüm  hökmünü  imzalayır.  Qaçqın  Qul 
qanunu qəddar və humanist olmayan tədbir idi. Qaçan qul, sahibi və ya onun agenti 
tərəfindən tutulduqda magistratın və ya xüsusi müvəkkilin yanına gətirilirdi və onlar 
işi  dinləyib  məsələni  həll  etməli  idilər.  Qanun  bütün  hallarda  dustağın  əleyhinə 
işlədiyinə görə, çox biabırçı idi. Qul sahibinin və ya agentin andı işi həll etmək üçün 
kifayət  idi.  Qara  adam  öz  xeyrinə  şəhadət  verə  bilməzdi.  Jüri  onlara  mərhəmət 
göstərməkdən  imtina  edirdi.  Hətta  xüsusi  müvəkkilə  qanun  tərəfindən  rüşvət 
verilirdi.  Çünki  əgər  o,  tutulan  qulu  onu  tutana  versə,  rüsum  kimi  10  dollar  alırdı. 
Əgər o, qulu sərbəst buraxsa beş dollar alırdı.  
Şimalın  hər  tərəfində  minlərlə  adam  əmin  idi  ki,  cinayəti  olmadan  qul  qolu 
bağlı saxlanırsa, sadəcə olaraq anadan olması və dərisinin rəngi kimi bədbəxtliklərə 
görə  o,  belə  vəziyyətə  düşmüşdürsə,  bacardığı  qədər  onun  qaçmaq  hüququ  vardır. 
Vicdan tələb edirdi ki, onlar bu adama onun qaçmasında kömək  etməlidirlər. Şimal 
əhalisi  Qaçqın  Qul  Aktını  ədalətsiz  və  əxlaqsız  tədbir  kimi  ifşa  edirdilər.  Miçiqan, 
Viskonsin və bütün Yeni İngiltərə ştatları özlərinin azadlıq qanunlarını qəbul etdilər 
ki,  azad  qaraları  himayə  etsinlər.  Şimaldakı  azad  ştatlarda bir  az  əvvəl  quldarlıqdan 
qaçmış iyirmi min zənci var idi. Qul ovçuları da adətən uğursuzluğa düçar olurdular 
və  hətta  onlar  uğur qazandıqda,  çox  vaxt  çəkilən  xərc  o  qədər  böyük  olurdu ki,  bu 
tədbir  faydasız  bir  işə  çevrilirdi.  Uzaq  Cənubda  isə  çoxları  bilirdi  ki,  bu  azadlıq 
yalnız Şimal Ulduzu istiqamətindədir.  
Cənub  ştatlarından  Şimala  aparan  gizli  yola  qaralar  "Yeraltı"  adını 
vermişdilər.  Bu  sistemin  yaradıcısı  varlanmış  tacir  Levi  Koffin  idi.  O,  İndiana 
ştatındakı  Nyuport  stansiyasını  iyirmi  il  idi  ki,  idarə  edirdi.  Bu  dövr  ərzində  o,  və 
onun  sədaqətli  arvadı  onların  hər  ikisi  kvarker  idi,  hər  il  ən  azı  yüz  qaçqın  qula 
sığınacaq  vermişdilər.  Qadın  yazıçı  Harriet  Biçer  Stounun  "Tom  dayının  koması" 
romanındakı  üzən  buzun  üstü  ilə  bir  qadının  öz  uşağı  ilə  Ohayo  çayını  keçməsi 
həqiqətən  olmuş  əhvalat  idi.  Bu  qadın  Koffinin  evinə  gəlib  çatdıqdan  sonra  Missis 
Koffin  ona  "Eliza  Harris"  adını  vermişdi  və  qadın  yazıçı  Stou  bu  hadisədən  öz 
romanında  istifadə  etmişdi.  "Yeraltı"  yolun  ən  fəal  iştirakçılarından  biri  Harriet 
Tabmen idi, o, özü Merilenddən olan qaçqın qul idi. Bu qadın demək olar ki, ağ idi, 
çox  dindar  və  fərasətli  idi  və  o,  "öz  xalqının  Moiseyi"  ləqəbini  almışdı.  O,  qul 
ştatlarına 19 səfər etmişdi və üstü açılmadan 300 qulu özü ilə Şimala, azadlığa apara 
bilmişdi.  
Vətəndaş müharibəsindən əvvəlki on illikdə şimalda siyasi vicdana ən güclü 
təsir edən vasitə Harriet Biçer Stounun "Tom dayının koması" əsəri olmuşdu. Roman 
dahilərin böyük əsərləri arasında yer tutmasa da, qeyri-adi təsir gücünə malik idi. İlk 
dəfə  çap  edildiyi  ildə  kitabın  300  min  nüsxəsi  satıldı.  Satış  tezliklə  milyonu  keçdi. 
Kitab İngiltərədə və onun müstəmləkələrində yayıldı və iyirmi dilə tərcümə olundu. 
Əhvalat  əsasən  gənclərə  müraciət  edirdi  və  minlərlə  oğlan  50-ci  illərdə  Topsiyə 
gülürdüsə,  Yevanı  azca  sevirdisə,  Tom  dayının  taleyinə  ağlayırdısa,  Leqrinin 
vəhşiliyindən  qəzəblənirdisə,  1860-cı  ildə  onlar  artıq  seçici  oldular.  Onların  səsi 

 
265 
müəyyən  etdi  ki,  quldarlıq  ədalətsiz  işdir  və  bu  inam  həmin  ildə  baş  verən  siyasi 
inqilaba səmərəli təsir edən güclü elementə çevrildi.  
XIX əsrin əvvəllərində Amerikan xalqının ümumi verdikti bu idi ki, quldarlıq 
şərdir.  Vaşinqton  və  Cefferson  kimi  liderlər  özləri  qul  sahibləri  idilər,  lakin  bütün 
ömürləri  boyu  quldarlığın  mövcudluğuna  heyifsilənirdilər,  ondan  narazı  idilər. 
Sonrakı  illərdə  quldarlıq  başlıca  siyasi  məsələyə  çevrildi.  Kalhounun  liderliyinin 
arxasınca gedərək, demək olar ki, bütün Cənub Birləşmiş Ştatlarda quldarlığı müsbət 
hal  hesab  edirdi.  Məsələ  həm  də  iqtisadi  əhəmiyyət  daşıyırdı.  Qulların  çoxunu 
insanpərvər  sahib,  bu  qul  azad  olduqda  özünü  saxlaya  biləcəyindən  daha  yaxşı 
saxlayırdı.  Ona  görə  də  belə  qulların  çoxu  azadlıq  üçün  kiçik  istəyə  malik  idi. 
Qulların  böyük  əksəriyyəti  isə  bu  sinfə  daxil  deyildi.  Ev  nökərlərindən, 
faytonçulardan  və  onlara  bənzər  digərlərindən  savayı  pambıq  ştatlarının  qulları  ağır 
zəhmətlə  tarlada  işləyirdilər.  Onlar  ömürlərini,  əvəzi  ödənilməyən  zəhmətdə 
keçirirdilər;  kişilik  və  qadınlıq  şüurunun  qığılcımına  malik  olan  adam  üçün  bu 
dəhşətli, sevincsiz, ümidsiz bir həyat olmalı idi. Onların yeməyi də əsasən qarğıdalı 
xörəyindən ibarət olurdu, yalnız daha çox taqətdən salan əməklə məşğul olan qullara 
təsadüfi  vaxtlarda  ət  verilirdi. Şəraitin  yaxşı  olduğu  yerlərdə  isə  qul özünü  xoşbəxt 
hesab edirdi.  
Qul öz ağasının üzünə qayıtsa və ya qaçmağa cəhd etsə, o, güllələnirdi və elə 
cəzalara  məhkum  edilirdi  ki,  bu  da  çox  vaxt  ölümlə  nəticələnirdi.  Qulun  belə 
fitnəkarlıqla öldürülməsinə qarşı heç bir qanun yox idi. Zəncinin qəsdən öldürülməsi 
cənub  ştatlarının  hamısında  guya  cinayət  hesab  olunurdu.  Əgər  zənci  ağ  adam 
tərəfindən  öldürülsəydi,  bu  olduqca  tez-tez  baş  verirdi,  heç  bir  şahid  tapılmırdı  və 
başqa  heç  kəs  olmadıqda  qulların  şahidliyi  qanuna  görə  yaxşı  hal  sayılmırdı  və  bu 
səbəbə görə də nadir hallarda cəzalandırma baş verirdi.  
Qul  böyük  cəhalətdə  yaşayırdı.  Demək  olar  ki,  bütün  pambıq  ştatlarında 
qulların  oxumağa  və  yazmağa  öyrədilməsi  qadağan  edilmişdi.  Təkcə  Virciniyada 
sahib  buna  icazə  verirdi.  Şimali  Karolinada  qullar  hesabı  öyrənə  bilərdi.  Özünün 
sahibə  məxsus  olduğunu  güman  edən  qul  qadın,  özünə  və  kimsəyə  xoş  gəlməsinə 
qətiyyən heç bir qayğı göstərmirdi.  
Vətəndaş müharibəsi başlanana qədər qul ştatlarında 260 min azad zənci var 
idi, onların böyük hissəsi Merilenddə, Virciniyada və Şimali Karolinada idi. Cənubda 
isə  azad  zəncilərin  statusu  daha  çox  təhlükəli  idi.  Onların  çoxu  azadlıq  aldıqdan 
sonra  yenidən  qula  çevrilirdilər.  Onlar  vergini  və  ya  rüsumu  ödəmək  üçün  sahib 
tərəfindən  dəfələrlə  satılırdılar.  Qula  çevrilmək  üçün  ən  böyük  təhlükə  adam 
oğurlanması idi. Hər bir Cənub ştatında adam oğurluğu barədə sərt qanunlar var idi, 
həmin faktın əksinə olaraq, bu praktika əslində genişlənən ölçüdə davam edirdi. Bir 
yazıçı  şahidlik  edirdi  ki,  oğurlanan  zəncilərin  sayı  güman  ki,  öz  ağalarından 
qaçanların sayı kimi böyük idi.  
Quldarlıq haqqında Tomas Ceffersonun, Ceyms Medisonun və Cənubun digər 
aparıcı  adamlarının  şahidliyi  göstərir  ki,  bu  sistem  hər  iki  irqi  mənəvi  düşkünlüyə 
sövq  edir.  Şimalın  abolisionistləri  bu  şərin  aradan  götürülməsini  istəyirdilər. 
Quldarlığın  digər  xüsusiyyəti  şimallıların  vicdanını  narahat  edirdi.  Bu  da  ştatlar 
arasındakı qul ticarəti idi, bununla şər daha da böyüyürdü. Afrika ticarəti açıq olan 
vaxt,  kolonial  dövrlərdə  bu  mövcud  deyildi,  bu  ancaq  bütünlüklə  sonrakı  vaxta 

 
266 
məxsus oldu. Bu, əslində şəri iki yerə bölməklə, onu iki dəfə çox şiddətlə yaşadırdı. 
Ailələrin  parçalanması  və  qulların  bazara  çıxarılması  baş  verirdi.  Bunda  həqiqətən 
heç  bir  şübhə  yox  idi  ki,  başqa  irqlərdən  fərqli  olaraq,  xüsusən  qul  olan  zəncilərin 
ailə  əlaqələri  o  dərəcədə  güclü  deyildi.  Lakin  qara  irq  yaxşı  hisslərdən  heç  də 
məhrum deyildi. Con Randolfdan bir dəfə soruşanda ki, onun eşitdiyi ən təsirli nitq 
hansı olmuşdur, o, cavab vermişdi ki, onu bir qul qadın söyləmişdir. Onun tribunası 
hərrac bazarı idi. Burada qadın satılmağa çıxarılmış öz uşaqlarını müdafiə edirdi.  
Bu  vaxtlar  Amerikaya  immiqrant  axını  davam  edirdi,  hətta  yad  Şərqdən  də 
Sakit  okean  sahillərinə  adamlar  gəlirdi.  1844-cü  ildə  müdaxiləyə  heç  də  rəğbət 
bəsləməyən şəhərlər olan Nyu York və Filadelfiyada məsələ çox ciddi forma aldı.  
"Birləşmiş  Amerikanlar  ordeni"  adlı  gizli  təşkilat  yarandı,  onun  devizi 
"Amerika amerikanlar tərəfindən idarə olunmalıdır" sözlərində ifadə olunurdu. Onlar 
əcnəbilərdən qorxurdular və ya onlara nifrət edirdilər, Roma katolik kilsəsinin qitəyə 
gəlməsini  onların  görməyə  gözləri  yox  idi.  1851-ci  ildə  Men  ştatı  sərxoş  edən 
içkilərin  və  spirtli  içkilərin  istehsalını  və  satışını  öz  ərazisində  bütünlüklə  qadağan 
etdi.  Cənublular  isə  daim  vuruşmağa  can  atırdılar,  bunun  üçün  bəhanə  axtarırdılar. 
İstər bu Kolumbiya mahalında qul alverinin qadağan olunması məsələsi olsun, istərsə 
də  Birliyin  tərkibinə  yeni  ştatlar  qəbul  edilməsi.  Onlar  görürdülər  ki,  böyük  və 
genişlənən  qüvvə  onlara  qarşı  hərəkət  edir.  Onlar  da  şimallılar  kimi  birliyi  özləri 
üçün əziz hesab edirdilər. Onlar əmin idilər ki, bu Birliyin qalması birbaşa bölmələr 
arasındakı tarazlıq münasibətindən asılıdır.  
Prezident  Pirsə  gəldikdə,  o,  uğurlu  namizəd  olmaq  üçün  bir  sıra  yararlı 
keyfiyyətlərə  malik  idi.  O,  hər  tərəfdən  özünə  dostlar  tuta  bilirdi.  İctimai  həyatda 
ikinci  dərəcəli  adam  olsa  da  o,  bir  qədər  antoqonizm  oyatdı.  Lakin  o,  demokratik 
platformanı qəbul etdi. Onun prezidentliyə gəlişi də o qədər asan olmamışdı. Pirsin 
qələbəsi Monronun ikinci müddətə qələbəsindən sonra ən böyük uğur idi. Uzun illər 
Senatda xidmət göstərmiş, Alabamadan olan Uilyam R.Kinq vitse-prezident seçildi.  
Pirsin  prezidentliyi  dövründə  Konqressin  ilk  iclası  isə  göstərdi  ki,  onun 
taleyinə  heç  nə  gülmür.  Yeni  prezident  Franklin  Pirs  inqilab  əsgərinin  oğlu  idi  və 
atasının  söylədiklərindən  o,  yaxşı  vətənpərvərlik  dərsi  keçmişdi.  O,  böyüyəndə 
advokaturanın  aparıcı  üzvü  oldu  və  Konqressin  hər  iki  palatasında  xidmət  etdi.  O, 
Prezident Polkun, onun Kabinetinə daxil olmaq barədəki təklifini rədd etmişdi, lakin 
könüllü  olaraq  öz  xidmətini  Meksika  müharibəsinə  təklif  etmişdi,  baxmayaraq  ki, 
hərbi məsələlər barədə az şey bilirdi. Prezidentin rəğbəti hesabına o, tezliklə briqada 
generalı oldu. Heç bir vəchlə Franklin Pirs böyük adam deyildi, vəkil kimi də böyük 
nüfuz qazanmamışdı.  
Baltimorda  Viq  qurultayı  keçiriləndə  partiyanın  banisi  Henri  Kley 
Vaşinqtonda ölüm yatağında idi. Onun ölümü dinc və sakit idi. Bütün millətdən az 
adam  Henri  Kleyin  ölümünə  dərindən  yanırdı.  O,  böyük  keyfiyyətlərə  malik  idi. 
Parlament lideri kimi Amerika tarixində ona bərabər yox idi. Dövlət xadimi kimi isə 
o,  ən  birinci  cərgəyə  qoyula  bilməzdi.  Onda  Ceffersonun  analitik  ağlı,  Hamiltonun 
uzağı  görmə  bacarığı,  Ceksonun  peyğəmbər  intuitsiyası  yox  idi.  Onun  mühakiməsi 
də bəzən gülünc görünürdü.  
Partiya lideri kimi Kley Uebsterdən yuxarıda dururdu. Əqli cəhətdən nəhəng 
olan  Uebster  isə  Kleyi  kölgədə  qoyurdu.  Kley  xalqın  məhəbbətini  qazanmışdı. 

 
267 
Uebster onların heyranlığını və tərifini qazanmışdı. Kleyin çoxlu səmimi dostları və 
daha  pis  düşmənləri  var  idi.  Uebsterin  az  sayda  dostları  var  idi  və  demək  olar  ki, 
şəxsi düşməni yox idi. Hər ikisi uğursuzluğa uğradı, lakin hər ikisi Amerika tarixində 
orta prezidentlərdən çox yuxarı olan daimi ad qoyub getdi.  
Uebsterin  sonuncu  prezident  seçkisində  biabırçı  məğlubiyyəti  onun  böyük 
həyatının qəmli tərəfini bəzədi. Öz dostu, böyük Boston vəkili Rufus Çoatla qurultay 
təxirə salındıqdan sonrakı söhbətində, ifadə olunmayan kədərlə bu vəziyyət xüsusən 
gözə çarpmışdı. Çoat sonralar bu barədə demişdi ki, bu onun həyatında ən qəmli an 
idi.  Bir  neçə  ay  sonra  Yeni  İngiltərənin  böyük  dövlət  xadimi  qəbrə  gömüldü.  O, 
ölümündən  əvvəl,  "siyasətlə  məşğul  olmağı"  şöhrətpərəstliklərin  şöhrətpərəstliyi 
kimi məhkum etmişdi.  
Franklin  Pirs  bu  vaxta  qədər  seçilmiş  prezidentlərdən  ən  cavanı  idi.  Onun 
inauqurasiya nitqi ümumən yaxşı qarşılandı. Onun kabinetində milli şöhrətli adamlar 
da  var  idi.  Nyu  Yorkdan  olan  Mersi  Polk  kabinetində  də  işləmişdi,  Dövlət  Katibi 
oldu,  Missisipidən  olan  Cefferson  Devis  müdafiə  katibi  oldu.  Lakin  az  müddət 
işlədikdən sonra prezident Pirsin populyarlığı azalmağa başladı.  
1854-cü ildə qəflətən siyasi səmada qasırğa irəliləməyə başladı, bu hökumətin 
tarixində baş vermiş qasırğalardan ən dəhşətlisi idi. Bu qanunvericilik aktı şəklində 
meydana çıxdı və onun müəllifi Stefen E.Duqlas idi. Duqlas ictimai həyatın ən parlaq 
və ambitsiyalı adamlarından biri idi. Onun yaşı 40-a çatmamışdı, 1852-ci il prezident 
namizədliyində yaşlı partiya liderləri ilə rəqabət aparırdı və yüzə yaxın səs almışdı. 
O, bu vaxt Senatın ərazilər üzrə komissiyasının sədri idi və öz ambitsiyasını realizə 
etmək üçün imkan əldə etmişdi.  
Satın  alınmış  Luiziananın  şimal  hissəsi,  insan  yaşamayan  yarım  milyon 
kvadrat  millik  geniş  ərazi  Missuridən  şimali-qərbə  tərəf  uzanırdı  və  Britaniya 
Amerikasının sərhədinə çatırdı. Ərazi Nebraska kimi tanınırdı. Duqlas bu vaxt Senat 
qarşısında  bildirdi  ki,  bu  regiona  Ərazi  quruluşu  vermək  lazımdır.  Bu  məruzədəki 
bəyanatın  iki  uzağa  gedən  əhəmiyyəti  oldu;  birincisi,  bu,  1850-ci  il 
Kompromissindəki qərar idi, buna görə Uta və Nyu Meksika quldarlıq əleyhinə heç 
bir qərar olmadan təşkil olunmalı idi. Bu qayda qoyurdu ki, bütün digər Ərazilər də 
bu  yolla  təşkil  oluna  bilər.  İkincisi,  görkəmli  dövlət  xadimlərinin  rəyinə  görə, 
Konqress  Ərazilərdəki  quldarlıq  məsələsinə  görə  heç  bir  hakimiyyətə  malik  deyildi 
və  beləliklə  1820-ci  il  Missuri  Qanununun  səkkizinci  bölməsi  ləğv  edildi  və 
qüvvədən düşdü.  
Duqlas  yaxşı  başa  düşürdü  ki,  onun  layihəsi  qanuna  çevrildikdən  sonra 
Missuri Kompromissi bir başa ləğv edilməsə də, onu kənara qoymaqla, Şimalın sərt 
müqaviməti  ilə  rastlaşacaqdır.  Duqlas  bilirdi  ki,  onun  məruzəsi  Cənubun  xoşuna 
gələcəkdir,  baxmayaraq  ki,  o,  bunu  tərtib  edəndə  heç  bir  cənublu  ilə 
məsləhətləşməmişdi.  
Duqlas,  onunla  yaxşı  münasibətdə  olan  Prezident  Pirs  və  Müdafiə  naziri 
Cefferson Devis ilə 22 yanvarda şənbə günü uzun müddət məsləhətləşmə apardı. Pirs 
güzəştə  getdi  və  bu  üçlük  razılaşdı  ki,  Missuri  Kompromissi  ləğv  edilməlidir. 
Prezident tarixdə öz adını yaşatmaq istəyirdi. Lakin imkan itirilmişdi. Pirs Cənubun 
dəstəyini almağı arzu edirdi, onun hərəkətini yalnız bu fakt izah edirdi. Duqlasın da 

 
268 
başlıca  motivi  bu  idi.  Üç  adamdan  yalnız  Devis  prinsipə  və  inama  görə  hərəkət 
edirdi.  
Bu  görüşün  sabahısı  günü  Duqlas  Senata  birinci  məsələyə  aid,  Missuri 
Kompromissinin ləğvini təmin etmək üçün, üstəlik ikinci qanun layihəsi təqdim etdi. 
Bu Kanzas-Nebraska Aktı kimi məşhur oldu.  
Stefen  Duqlas  quldarlığın  mənəvi  tərəfinə  məhəl  qoymayaraq,  yalnız  Qərbin 
məskunlaşdırılmasını  və  transkontinental  dəmir  yolunun  çəkilməsini  arzu  edirdi  və 
bilirdi ki, Cənubdan olan senatorlar Missuri Kompromissində nəzərdə tutulduğu kimi 
Qərbin  azad  ərazi  tək  təşkil  olunmasına  imkan  verməyəcəklər.  Cənublular  bunu  da 
nəzərə  alırdılar  ki,  Şimal  və  Qərb  əhalidəki  bölmələrinə  görə  üstün  mövqedədirlər. 
Bu cəhətdən Nümayəndələr Palatasında da çoxluq onlardadır, ona görə də hər vasitə 
ilə Senatda səslərin bərabərliyinə nail olmağa can atırdılər və ona görə də hansısa bir  
yeni  azad  ştatın  meydana  gəlməsinə  meyl  etmirdilər.  Buna  müvafiq  olaraq  Duqlas 
düşünürdü  ki,  Meksikadan  alınan  ərazilərin  əldə  edilməsində  tətbiq  edilən  xalqın 
suverenliyi doktrinası bu çıxılmaz vəziyyətdən qaçmağa imkan verməlidir. Prezident 
Pirsə arxalanaraq o, konqressmenləri qorxutmaq və aldatmaq yolu qanun layihəsinin 
qanuna  çevrilməsinə  nail  oldu.  O,  bilirdi  ki,  layihə  Senatdan  asanlıqla  keçəcəkdir, 
həmçinin  anlayırdı  ki,  Şimal  onu  məhkum  etmişdir  və  bu  xalq  qarşısında  özünü 
reabilitasiya etmək üçün böyük imkan idi. Onun Senatdakı çıxışı buna yönəlmişdi ki, 
Missuri  Kompromissinin  ləğv  edilməsinin  başlıca  məqsədi  "xalqın  suverenliyinin 
təməl  prinsipinin"  qurulmasıdır.  Bunun  əsasında  Konqress  və  ölkə  gələcəkdə 
Ərazilərdə bütün quldarlıq narahatçılıqlarından azad olunacaqdı.  
Yatmış  şəhər  top  atəşi  səslərindən  oyandı,  bu  tədbirin  keçməsinin  elan 
edilməsi  əlaməti  idi.  Çeyz  Kapitolidə  gəzişəndə  dostuna  ucadan  demişdi:  "Onlar 
indiki  qələbəni  bayram  edirlər,  lakin  onların  oyatdığı  əks-sədalar  quldarlığın  özü 
ölənə qədər heç vaxt sakitləşməyəcəkdir".  
Kanzas-Nebrasla  aktının  qəbul  edilməsini  Şimal  ştatlarının  qanunverici 
orqanlarının  əksəriyyəti  bəyənmədiklərini  bildirdilər.  Duqlası  hər  yerdə  ölkənin 
satqını adlandırırdılar, ona İuda İskariot deyirdilər və Ohayodan qadınlar cəmiyyəti 
ona otuz parça gümüş göndərmişdi. "Arnold" ləqəbi isə onun adının inqilabın satqını 
ilə  əlaqələndirilməsini  vurğulayırdı.  Doğma  şəhəri  Çikaqoda  çıxış  etməyə  cəhd 
edəndə,  onu  səhnədə  fitə  basmışdılar.  Öz  bəyanatına  görə  o,  yalnız  "Bostondan 
Çikaqoya öz portretlərinin yandırılmasından düşən işıqda səyahət edə bilərdi".  
Duqlas qorxulu səhv etmişdi. O, xalqla məsləhətləşmədən bunu etmişdi və bu 
qanun həyata keçirilməyə başlandı. Şübhəsiz ki, Duqlas ürəyində vicdanlı adam idi. 
Lakin  prezidentliyin  qumar  oyununda  oynamağa  o,  cəsarət  edəndə,  ödəyəcəyi 
qiyməti hesablamaqda uduzmuşdu. O, parlaq, populyar gənc lider idi, o, çox az adam 
kimi  amerikanların  ürəyini  fəth  edə  bilmişdi,  lakin  indi  o,  ictimai  dözümlülüyün 
həddini  tapdayıb  keçmişdi  və  tezliklə  o,  öz  şəxsiyyətini  köhnə  oyuncağın  yerə 
çırpılması  vəziyyətində  gördü  və  onun  prezident  olmaq  perspektivi  birdəfəlik  yoxa 
çıxdı.  
1841-ci ildə Luizianada ştat qurultayı Amerika Respublika partiyasını yaratdı, 
sonralar bu Doğma Amerikan partiyası adlandı. Bu hərəkatın başlıca prinsipi yalnız 
ölkədə  doğulmuş  amerikanları  vəzifəyə  qoymaq  və  naturalizasiya  müddətini  21  ilə 
qədər uzatmaq idi və bu hərəkat tezliklə Şimalda da yayıldı. 1844-cü ildə Nyu York 

 
269 
şəhərinin meri və sonrakı ili Konqress üzvlərinin bir hissəsi seçildi. Lakin Meksika 
müharibəsi  və  quldarlıq  ictimai  diqqəti  bütünlüklə  özünə  cəlb  etmişdi,  ona  görə  də 
hərəkat çəkilməyə başladı və 1849-cu ildə yığışan Konqressə partiya bir üzvünü də 
göndərə bilməmişdi. 

 
270 
Kiçik partiyalar 
 
Avropada  1848-ci  ildə  inqilablar,  dəyişikliklər  baş  verdi  və  Kaliforniyada 
qızıl  tapılması  Amerika  sahillərinə  Avropadan  əvvəlki  dövrlərdən  xeyli  çox 
immiqrant axınına səbəb oldu. Bu köhnə anti-əcnəbi hissini yenidən oyatdı və 1852-
ci  ildə  "Heç  nə  bilmirəm"  partiyası  yarandı.  Partiya  köhnə  "Doğma  Amerikan" 
partiyasının prinsiplərinə əsaslanırdı. Hərəkat böyük yanğın kimi yayılmağa başladı. 
Əvvəlcə bu gizli andla bağlanmış təşkilat idi və onun üzvündən soruşulanda ki, hansı 
bünövrə üzərində bu partiya qurulmuşdur, onlar cavab verirdilər: "Mən bilmirəm". O 
vaxtdan da "heç nə bilmirəm"  adı qalmışdı. Çoxları bu partiyaya ona xüsusi rəğbət 
bəslədiklərinə görə deyil, təxəyyüllərinə xoş gələn, ilk yeni olan şeydən "hövsələsiz 
və fərqinə varmayan həvəslə" danışmağa hazır olduqlarına görə daxil olmuşdular.  
"Heç nə bilmirəm" partiyası milli ölçülərdə böyüdükdən sonra öz məxfiliyini 
kənara  atdı  və  vəzifələrə  öz  namizədlərini  irəli  sürdü.  1854-cü  ildə  onlar 
Massaçusetsdə  və  Delaverdə  seçkiləri  keçirdilər.  Sonrakı  ili,  Kanzas-Nebraska 
demokratlarına qarşı münasibətin birdən dəyişməsi yüksək nöqtəyə çatanda "Heç nə 
bilmirəm"lər  Şimal  ştatlarında  və  bir  neçə  Cənub  ştatında  çoxluğa  malik  oldular. 
Lakin bu partiya daimi siyasi faktora çevrilə bilməzdi. Onun mənəvi mühiti, milləti 
idarə etmək üçün zəruri olan geniş, fundamental prinsipləri yox idi.  
1854-cü  il  və  1855-ci  il  seçkiləri  qəribə  sürpriz  gətirdi.  "Heç  nə 
bilməyənlərin"  cəmiyyəti  bir  sıra  müvəffəqiyyət  qazandı.  1854-cü  ilin  payızında 
onlar  Massaçusetsdə  və  Delaverdə  qubernatorluğa  namizədlər  seçdilər  və  federal 
Nümayəndələr  Palatasında  yüz  nəfərə  yaxın  üzvə  malik  oldular.  1855-ci  ilin 
payızında  Nyu  Hempşir,  Massaçusets,  Rod  Aylend,  Kennektikut,  Nyu  York, 
Kentukki  və  Kaliforniyada  qalib  gəldilər,  altı  cənub  ştatında  isə  çoxluq  təşkil 
edənlərdən azacıq geri qaldılar. Onlar yeni və tanınmayan adamlarla Nümayəndələr 
Palatasına seçkilərdə və ştatların qubernatorluğu uğrundakı seçkilərdə müvəffəqiyyət 
qazandılar.  1855-ci  ilin  dekabrında  sessiyanı  keçirən  Nümayəndələr  Palatasının 
tərkibi  müxtəlif  idi  və  anti-Nebraska  adamlarından,  azad  torpaqçılardan, 
demokratlardan, Cənubun quldarlıqpərəst viqlərindən, quldarlığın yayılmasına rəğbət 
bəsləyən  "heç  nə  bilmirəm"  tərəfdarlarından  və  buna  müxalif  olan,  "heç  nə 
bilmirəm"lərdən  təşkil  olunmuşdu.  Təkcə  çoxluq  prezident  adminstrasiyasına  qarşı 
olduğundan  başqa,  palatanın  nöqteyi-nəzəri  dəqiq  məlum  deyildi.  Anti-Nebraska 
demokratları, viqlərin köhnə xətti, Azad ruhlular və parçalanmış "Heç nə bilmirəm" 
partiyasının  qəlpələri  kimi  bütün  materiallar  mövcud  olanda,  yeni  siyasi  partiyanın 
formalaşması üçün vaxt gəlib yetişdi.  
Hələ  1854-cü  ilin  erkən  yazında  Vaşinqtonda  söz-söhbət  gəzirdi  ki, 
quldarlığın  yayılmaması  əsasında  yeni  milli  partiya  yaradılacaqdır.  Lakin  Syuard 
daxil  olmaqla  bir  sıra  Şimal  liderləri  yeni  hərəkata  rəğbətlə  yanaşmırdılar. 
Siyasətçilər bir şey həll etməyəndə, qərarsız olanda bu xalq hərəkatına bənzəyirdi. 20 
mart 1854-cü ildə Viskonsindəki kiçik Raypon şəhərində bir neçə yüz vətəndaş şəhər 
salonunda yığışıb qətnamə qəbul etdilər ki, yeni milli partiya yaradılacaqlar və onlar 
"Respublikaçılar" adını təklif etdilər. Eyni hərəkət bir neçə gün sonra Vermontda baş 
verdi.  6  iyulda  Miçiqandakı  Cekson  şəhərində  böyük  kütləvi  mitinq  keçirildi,  qəbul 
edilmiş qətnamədə Kanzas-Nebraska və Qaçqın Qul qanunlarının ləğv edilməsi tələb 

 
271 
edildi,  quldarlıq  "mənəvi,  sosial  və  siyasi  bəla"  elan  edildi  və  quldarlığın 
genişlənməsinə  qarşı  dayanmaq  üçün  onlar  respublikaçılar  adı  altında  birləşməyə 
razılaşdılar.  İyulun  13-də  Anti-Nebraska  qurultayları  Viskonsində,  Ohayo  və 
Vermontda  keçirildi.  Bu  vaxt  Şimalda  xalqın  görünməmiş  üsyanının  yaranması 
ərəfəsini  görmək  çətin  deyildi.  1856-cı  il  isə  bütün  müxalifəti  "Respublikaçılar" 
partiyası adı altında bir yerə yığdı. Bura anti-Nebraska adamları, bir vaxtlar demokrat 
və  ya  viq  olmuş  adamlar,  az  vaxtda  "Azad  torpaqçılar"  və  qısa  müddətdə  "heç  nə 
bilmirəm" olanlar birləşmə niyyətilə bir yerə yığışdılar. 
Duqlasın  inqilabi  Kanzas-Nebraska  qanunundan  başqa,  müxalifətin  bir  yerə 
yığışmasına  başqa  şeylər  də  təsir  etdi.  Qanun  qəbul  olunandan  əvvəl  prezident 
adminstrasiyası Meksikadan öz səfiri Ceyms Qadsden vasitəsilə qırx beş min kvadrat 
millik əlavə ərazi aldı. Bu ərazi Cila Riverdən cənubda yerləşirdi.  
Kanzas-Nebraska Aktı qanuna çevrilən ili Pirs cənubluların xahişi ilə Böyük 
Britaniyadakı,  Fransadakı  və  İspaniyadakı  səfirlərinə  göstəriş  verdi  ki,  Birləşmş 
Ştatların Kubanı ələ keçirməsini həmin hökumətlərlə müzakirə etsinlər və nəticəsini 
ona  bildirsinlər.  Belə  güman  edilirdi  ki,  Kubanın  ələ  keçirilməsi  Birləşmiş  Ştatlara 
böyük  fayda  verəcəkdir.  Ostend  görüşü  belə  qənaətə  gəlmişdi.  Əgər  İspaniya  adanı 
satmaq  istəməsə,  Birləşmiş  Ştatlar  güc  tətbiq  etməklə  onu  İspaniyadan  qoparmaqla 
ədalətli hərəkət etmiş olardı, necə ki, bu Santo-Dominqoda baş vermişdi. Kubada isə 
ora  nisbətən  afrikalaşma  təhlükəsi  daha  böyük  idi.  Texasın  cənubundakı  ərazilərin 
mülkiyyətə  cəlb  edilməsi  kimi,  cənub  limanlarından  Mərkəzi  Amerika  dövlətinin 
özünə qarşı siyasi ekspedisiyalar şəklində uğursuz cəhdlər edilirdi.  
Otuz  dördüncü  Konqress  1855-ci  ilin  dekabrında  toplaşdı.  Palatadakı 
Demokrat çoxluğu yoxa çıxmışdı, lakin müxalifətin özü də qarışıq kütlə idi. Burada 
viqlər, anti-Nebraskalılar, "Heç nə bilmirəm"lər və respublikaçılar var idi. Demokrat 
spikerin  seçilməsinin  qarşısını  onlar  asanlıqla  aldıqda,  öz  seçimləri  üçün  səsləri 
cəmləşdirməkdə çoxlu çətinliklərlə üzləşdilər. Nəhayət, diqqət Massaçusetsdən olan 
Nataniel  P.Benksə  dikildi.  O,  əvvəlki  Konqressə  demokrat  kimi  seçilmişdi, 
respublikaçılara  qoşulduqdan  sonra  Missuri  Kompromissinin  bərpa  edilməsinin 
tərəfdarı idi. Benks spiker seçildi. Qrele bu seçimi həmin dövrdə yaşayan adamların 
xatirəsində  azadlığın  quldarlıq  üzərindəki  ilk  qələbəsi  kimi  qalacağı  şəklində  ifadə 
etmişdi.  
Spikerliyə  seçki  mübahisəsi  ərzində  müxaliflər  çox  vaxt  "respublikaçılar" 
adından danışırdılar. Bu demokratlara  xoş gəlmirdi, çünki bu köhnə adla Cefferson 
erkən dövrlərdə öz partiyasını belə adlandırmışdı. Onlar təklif etdilər ki, yeni təşkilat 
"Qara Respublikaçılar" termini ilə adlansın, çünki onlar əsasən qara adamlara rəğbət 
bəsləyirlər.  Respublikaçılar  partiyası  hələ  rəsmi  cəhətdən  mövcud  deyildi.  Hərəkat 
spontan xarakter daşıyırdı, bütöv Şimalda yayılmışdı və Pittsburqa onun doğum yeri 
olmaq  qisməti  nəsib  oldu.  Benksin  seçkisindən  üç  həftə  sonra  bu  şəhərdə  Milli 
qurultay  keçirildi.  Kaliforniya  istisna  olmaqla,  bütün  azad  ştatlar  burada  təmsil 
olunmuşdu.  Prezident  Ceksonun  köhnə  dostu  və  seçkidəki  etibarlı  vəkili  olmuş 
Frensis P.Bleyr qurultayın sədri seçildi və "Nyu York Tayms" qəzetinin naşiri Henri 
C.Reymond  müraciətin  layihəsini  yazdı.  Burada  rəsmi  qaydada  Respublikaçılar 
Partiyası  yarandı,  onun  bünövrə  daşı  quldarlığın  yayılmaması  oldu.  Vaşinqtonun 
anadan  olması  günü  qurultay  yeni  yaradılan  partiya  üçün  digər  milli  qurultayın 

 
272 
çağırılmasını  tələb  etdi.  Bu  qurultay  Banker  Hill  döyüşünün  ildönümü  günü 
Filadelfiyada  keçirilməli  idi  ki,  prezident  və  vitse-prezident  vəzifələrinə  öz 
namizədlərini irəli sürsün. Beləliklə hadisələr 1856-cı ilin prezident seçkilərinə gəlib 
yetişdi.  
Qadsdenin  satın  aldığı  ərazi  və  "Ostend  manifesti"  quldarlıq  ərazilərinin 
genişlənməsinə  imkan  verəcəkdi.  Yeni  müxalifət  partiyası  öz  qüvvələrini  kifayət 
qədər güclü edə bilmədiyindən 1856-cı ildə prezident seçkilərini uda bilmədilər. Viq 
partiyasının qalığı hələlik meydanda idi. "Heç nəyi bilməyənlər" bilmirdilər ki, onlar 
artıq öz tərəfdarlarını itirmişlər və ona görə də inamla öz namizədlərini irəli sürdülər. 
Bu keçmiş prezident Filmor idi. Respublikaçılar onların demokratik müdafiəçilərinə 
də xoş gələn Con Frimontu irəli sürdülər. O, gənc əsgər olmaqla Kaliforniyanın işğal 
edilməsində iştirak etmişdi. Respublikaçılar mitinqlərində "Azad söz, azad torpaq və 
Frimont"  deyə  qışqırırdılar,  ingiliscə  bu    “Free  speech,  free  soil  and  Freemont” 
kimi  səslənirdi.  Lakin  bu  mitinqlərdə  prezidentliyə  namizəddən  çox  quldarlıq 
məsələsi  başlıca  mövzuya  çevrilirdi.  Səhv  isə  ondan  ibarət  idi  ki,  əgər  Frimont 
seçilsəydi,  Cənub  ayrılmaq  hədələrində  sərbsət  olacaqdı.  Eks-prezident  Tayler 
yazmışdı ki, "Qara respublikaçıların müvəffəqiyyəti Birliyi diz üstə çökdürəcəkdir". 
Virciniya  qubernatoru  Vayz  yazırdı  ki,  əgər  Frimont  seçilsə,  Birlik  bir  ildən  artıq 
yaşamayacaqdır.  Bu  hədələri  respublikaçılar  ciddi  qəbul  etməkdən  imtina  etdilər, 
lakin sonrakı dörd ilin hadisələri hədələrin bünövrəsinin dərinliyini sübut etdi. Lakin 
bədbəxtlik bu dəfə dəf olundu. 
Demokratlar  isə  Pennsilvaniyadan  olan  Ceyms  Byukeneni  prezidentliyə  və 
Kentukkidən  Con  Brekinrici  vitse-prezidentliyə  namizəd  seçdilər,  onlar  52  artıq 
elektorat  səsinə  əmin  idilər.  Respublikaçılar  Pennsilvaniya,  Nyu  Cersi,  İndiana  və 
İllinoys müstəsna olmaqla bütün şimal ştatlarında müdafiə olunurdular. Demokratlar 
prezident seçkilərində müvəqqəti zəfər çaldılar.  
Byukenen  prezident  seçildi  və  daha  dörd  illiyə  bölünmə  əjdahası  yatmaqda 
davam etdi. Byukenen bütün Cənub ştatlarının səsini almışdı, Penisilvaniyadan başqa 
Nyu  Cersi,  İndiana,  İllinoys  və  Kaliforniyanın  səsini  almışdı,  Frimont  isə  qalan 
böyük  Şimal  ştatlarında  qalib  gəlmişdi.  Filmor  isə  yeganə  olaraq  Merilend  ştatında 
irəli çıxmışdı. Respubilkaçılara ittiham, onların milli deyil, bölmə partiyası olmaları 
idi və seçkilər bunun həqiqət olduğunu göstərdi. On bir cənub ştatında Frimonta səs 
verilmədi  və  qalan  dörd  ştatda  isə  o,  vur-tut  dörd  yüz  səs  toplamışdı.  Frimontun 
sonrakı  karyerası  ölkənin  müdrikliyini  göstərdi,  o,  1856-cı  il  seçkilərində  prezident 
seçilmədi. Görəsən, o, Şimala, ya Cənuba meyl edəcəkdimi? Bu vaxt neytral mövqe 
mövcud deyildi. 
Sonrakı qışda isə ölkəni geniş yayılmış maliyyə böhranı bürüdü. Sahibkarlığın 
və  kommersiyanın  birdən-birə  inkişafının  arxasında  dəmir  yollarının  genişlənməsi, 
buxar  gəmi  nəqliyyatının  okeanda  və  dənizlərdə  əsas  yer  tutması  dururdu. 
Kaliforniyada  qızıl  yataqları  açıldı.  Bütün  bunlar  sənayenin  və  millətin  özünün 
böyüməsinə  və  möhkəmlənməsinə  şərait  yaratdı.  Byukenen  prezidentlik 
inaqurasiyasından  sonra  keçirilən  Konqressin  qısa  sessiyasında  bütün  partiyalar 
birləşərək,  o  vaxta  qədər  vergi  qoyulan  manufaktura  xammallarının  çoxunun 
vergidən  azad  olunması  barədəki  siyahını  qəbul  etdilər  və  rüsumların  ümumi 
səviyyəsini iyirmi beş faiz azaltdılar.  

 
273 
Byukenen  inaqurasiyasından  iki  gün  sonra  Ali  Məhkəmə  öz  baş  hakimi 
vasitəsilə  bildirdi  ki,  onların  rəyinə  görə,  Kanzas-Nebraska  Aktı  Missuri 
kompromissini  ləğv  etməkdən  də  çox  uzağa  gedir.  Məsələ  bundan  ibarət  idi  ki, 
Missuridən  olan  zənci  Dred  Skottu  onun  sahibi  özü  ilə  azad  ştatların  birinə 
aparmışdı, sonra isə başqa bir əraziyə aparmışdı ki, burada 1820-ci il qanunvericiliyi 
ilə  quldarlıq  ləğv  edilmişdi.  Zənci  Missuriyə  qayıtdıqdan  və  onun  sahibi  öldükdən 
sonra öz azadlığını əldə etmək yolunu axtarmağa başladı. Bunun üçün onun sahibinin 
zənciyə  olan  hüquqları  ləğv  edilməli  idi.  Lakin  məhkəmə  məsələni  onun  əleyhinə 
həll etdi. 1820-ci il qanunvericiliyinə görə, quldarlıq Birləşmiş Ştatların ərazisinin bir 
hissəsində  
qadağan  edilmişdi,  lakin  bu  açıq  effekt  verməmişdi.  Baş  hakim  sübut  edirdi 
ki,  belə  qullar  məhkəməyə  görə  Konstitusiyanın  tələbi  əleyhinə  vətəndaş  deyillər, 
sadəcə  mülkiyyətdirlər.  Nə  Konqress,  nə  də  Konqressdən  bütün  hakimiyyəti  almış 
ərazi  hökumətləri  Birləşmiş  Ştatların  vətəndaşlarına  məxsus  olan  mülkiyyətin  hər 
hansı növünə qarşı düşmən niyyətli açıq qanunlar qəbul etməyəcəkdir. Qul sahibləri 
öz  qullarını  hər  hansı  bir  əmlak  kimi  sata  bilərlər.  Bu  "azad  torpaqçı"ların,  anti-
Nebraska  adamlarının  və  Respublikaçıların  sifətinə  vurulan  sillə  olmaqla  yanaşı, 
Duqlas doktrinasına da vurulan zərbə idi.  
Ölkədə  baş  verən  hadisələri  Kanzasdakı  faktın  nümunəsində  görmək  olardı. 
Bir  qrup  adamın  hücum  çəkməsi  və  silahlı  adamlar  vasitəsilə  darmadağın  edilməsi 
bir sürətli dramın baş qaldırmasına səbəb oldu. Əvvəlcə Kanzasa adamlar Missuridən 
və onun yanında yerləşən digər qul saxlayan ştatlardan gəlirdilər, sonra buraya şimal 
tərəfdəki  azad  ştatlardan  və  uzaq  Yeni  İngiltərədən  adamlar  gəldi.  Onların  bəzisi 
vəziyyətini  dəyişmək,  xeyir  götürmək  və  ya  macəra  axtarmaq  üçün,  bəziləri 
mütəşəkkil  qruplar  şəklində  gəlmişdilər,  bu  səlib  yürüşünə  hər  tərəfdən  baxmaq 
istəyirdilər.  Şimalın  təşəbbüskar  adamları  Kanzas-Nabraska  Aktını  bu  torpağa 
getmək və quldarlıq əleyhinə onu müdafiə etmək çağırışı kimi qəbul etmişdilər.  
Onlar  bunu  dinc  yolla  və  ya  zorla  həll  etməyə  hazır  idilər.  Onlar  ərzaq  və 
silah alır və adamları bu səfərə hazırlayırdılar.  
Bir fraksiyanın qanunsuzluğu, digərinin zorakı hərəkətlərindəki qanunçuluqla 
yarışırdı və bütün ölkə bu üç il ərzində nəzərini "qanlı Kanzas"da baş verən şeylərə 
dikmişdi. Byukenenin prezident olduğu ilə qədər quldarlıq tərəfdarı olan məskunlar 
Ərazinin  qanunverici  orqanının  əsas  hissəsinə  nəzarət  edirdilər.  Lakin  həmin  ilin 
payızında  onların  üstünlüyü  itirildi,  Şimaldan  olan  sakinlər  bu  nəzarəti  onlardan 
qoparıb aldılar. Onların hakimiyyətinin son aktı Konstitusiya qurultayını çağırmaq və 
quldarlığa icazə verən Konstitusiya qəbul edən adamların səsini özlərinə tabe etmək 
idi. Adamların səsi Konstitusiyanı qəbul etmək və ya rədd etmək üçün deyil, sadəcə, 
"quldarlıqla" və ya "quldarlıqsız" konstitusiyanı qəbul etməkdən ötrü lazım idi. Lakin 
quldarlıq  əleyhinə  olan  adamların  çoxu  ümumiyyətlə  səs  vermədi.  Nəticədə  isə 
"quldarlıqla"  konstitusiya  qəbul  olundu  və  bu  Birləşmiş  Ştatlara  qəbul  olunma 
haqqındakı  müraciətlə  birlikdə  Konqressə  göndərildi.  Byukenen  öz  başlıca  gücü 
Cənubda  olan  partiyanın  başında  dayanmalı  oldu  və  Ərazinin  "quldarlıqla"  olan 
Konstitusiya  ilə  birliyə  qəbul  edilməsinə  rəğbət  bəsləyən  cənublu  adamların  təsiri 
altına düşdü.  

 
274 
Kanzas  ştatında  həqiqətən  faciəli  əhvalat  baş  vermişdi.  Birlik  içərisində  heç 
bir ştat, hətta müstəmləkə dövründə hindularla müharibələrdə qanda çimən ştatlar da, 
onun erkən illərindəki qəzəbli mübahisəsini üstələyə bilməzdi. Kanzasın ərazisi geniş 
preriyanı tuturdu. 1854-cü ildə Kanzas-Nebraska billi qanuna çevriləndə Missuridən 
qərbdə olan əhali bu əraziyə axışmağa başladı, onların niyyəti buranı qul ştatı etmək 
idi.  Kanzas  Cənub  üçün  ölçüyə  sığmayan  dəyəri  olan  mükafat  idi.  Senator  Atçison 
yazırdı  ki,  "Əgər  Kanzas  abolisionist  olsa  (burada  quldarlıq  ləğv  edilsə),  Nyu 
Meksika  azad  ştata  çevriləcəkdir,  Kaliforniya  azad  ştat  kimi  qalacaqdır.  Lakin  əgər 
Kanzas  qul  ştatı  olsa,  Missuri  də  saxlanacaqdır,  Nyu  Meksika  və  Kaliforniyanın 
cənubu,  əgər  bütün  ərazi  olmasa  da,  qul  ştatına  çevriləcəkdir.  Bir  sözlə,  Cənubun 
çiçəklənməsi və ya viranə qalması Kanzas mübarizəsindən asılıdır". Həmin vaxtdan 
Kanzasın  quldarlıq  ştatı  kimi  olması  Cənub  üçün  həyati  əhəmiyyət  kəsb  edirdi.  Bu 
missurililərin həmin əraziyə erkən axışmasının səbəbini izah edirdi.  
Bu vaxt Yeni İngiltərə əhalisi isə missurililərin bu hərəkətini eşidib, Kanzasın 
azadlıq  iddiası  istiqamətində  geniş  hərəkət  etdi.  1854-cü  ilin  dekabrında  azad 
ştatlardan bir neçə min sakin öz çadırlarını götürüb Kanzas çayının aşağılarına gəlib 
çıxdı.  Onlar  Lourens,  Topeka  və  digər  şəhərləri  saldılar.  Missurililər  bu  azad 
torpaqlıları həmin ərazidən qovmağı qət etdilər.  
Prezident  Pirs  Penssilvaniyadan  olan  Endryu  H.Rideri  Kanzasa  qubernator 
təyin  etdi.  Rider  pozitiv  demokrat  idi,  Kanzas-Nebraska  qanununa  tam  rəğbətlə 
yanaşırdı, Cənubun da möhkəm dostu idi. Quldarlığın mənafeyi onun əlində möhkəm 
saxlanılmalı  idi.  Lakin  Rider  namuslu  adam  idi  və  Kanzasa  çatdıqda,  Missuri 
adamlarının zorakılığına və onların Kanzası düz və ya əyri yolla əldə etmək barədəki 
qərarlılığına şahid olduqda, onun ruhu bu əməllərə və niyyətlərə qarşı üsyan etdi və 
o, düzgün rol oynamağı qərara aldı. Ərazi qanunverici orqanlarının seçkisi məsələni 
böhrana  gətirib  çıxardı.  Seçki  günü  Birləşmiş  Ştatların  senatoru  Atçisonun  başçılığı 
altında beş min muşketlə, tapança ilə, bıçaqla silahlanmış missurili adam sərhəd boyu 
düzüldü.  Bura  müdaxilə  edən  qüvvələr  qovuldu  və  seçki  yüksək  qaydada  keçirildi. 
Bir  az  əvvəl  keçirilən  siyahıyaalma  ərazidə  2905  seçicinin  olduğunu  göstərmişdi, 
lakin altı min adam səs verdi.  
Qanunverici  orqan  toplaşdıqda  quldarlığın  xeyrinə  qanunlar  məcəlləsi  qəbul 
etdi.  Qubernator  Rider  isə  bu  qanunlara  veto  qoydu,  lakin  qanunverici  orqan 
səsvermə  ilə  onun  vetosunu  keçə  bildi.  Qanunlar  təsbit  edirdi  ki,  ərazidə  quldarlıq 
artıq  mövcuddur  və  bu  məsələni  xalqın  səsverməsinə  qoymaq  lazım  deyildir. 
Qubernator  Rider  də  Kanzasa  yollananda  tam  quldarlıq  lehinə  olan  partiya  ilə 
birlikdə idi. Lakin o, digər tərəfə də düzgün münasibət bəsləmək kimi şərəfli istəyə 
malik  idi.  Bu  quldarlıq  lehinə  olan  partiyaya  bütünlüklə  xoş  gəlmirdi  və  onlar 
prezidentdən xahiş etdilər ki, onu geri çağırsın. Pirs bu arzulara boyun əydi, Rideri 
azad edib, onun yerinə Ohayodan keçmiş Konqress üzvü olan Uilson Şennonu təyin 
etdi.  Lakin  Rider  Şərqə  qayıtmadı,  o,  Kanzas  sakini  oldu  və  azad  ştat  partiyasına 
qoşuldu.  
9 oktyabrda Topekada keçirilən qurultay Kanzası azad ştat edən Konstitusiya 
tərtib etdi və bu xalq tərəfindən dekabrdakı seçkidə ratifikasiya edildikdən sonra,- bu 
səsvermədə  quldarlıq  tərəfdarı  olanlar  iştirakdan  imtina  etmişdilər,  -  Birliyə  daxil 
olmaq  barədə  müraciət  etdi.  Bu  Konstitusiya  əsasında  Robinson  qubernator  seçildi. 

 
275 
Lakin  yanvarda  prezident  Pirs  xüsusi  məktubunda  bütün  Topeka  hərəkatını  qiyam 
kimi  məhkum  etdi  və  bütün  bu  əməlləri  milli  qoşunlarla  yatırtmaq  niyyətini  bəyan 
etdi.  Topeka  qanunverici  orqanı  yenidən  yığışdı,  ancaq  Birləşmiş  Ştatlar  qoşunu 
tərəfindən  dağıdıldı.  Robinson,  Rider  və  digər  başqaları  dövləti  xəyanətdə  ittiham 
edildilər. Kanzasda bu vəziyyət mövcud olanda prezident seçkisi ili olan 1856-cı il 
başlandı. 
1856-cı ilin mayında senator Samner "Kanzasa qarşı cinayət" məsələsi barədə 
güclü bir çıxış etdi. Nitq quldarlıq qüvvələrinə qarşı qorxulu ittiham idi. Lakin spiker 
öz  yolunda  bir  qədər  uzağa  gedərək  bəzi  ona  xoş  gəlməyən  senatorları  təhqir  etdi, 
xüsusən də Cənubi Karolinadan olan senator Batleri təhqir etdi. Bu vaxt o, şəhərdə 
yox idi və Samner ona şəxsi təcavüz etməmişdi.  
Çarlz  Samner  bütün  aldığı  təhsilə  baxmayaraq,  məhdud  düşüncəli  adam  idi. 
O,  başqa  rəylərə  etibar  göstərməyə  qadir  deyildi.  Lakin  o  səmimi,  vicdanlı  və 
cəsarətli adam idi.  
Onun  Batler  üzərinə  qəzəbli  hücumu  Topeka  qurultayı  dövrünə  təsadüf 
etmişdi.  
Bu  çıxış  edildikdən  iki  gün  sonra  Senat  təxirə  salınanda  o,  öz  yazı  stolunun 
arxasında oturub yazı yazırdı. Bu vaxt palatanın üzvü Preston Bruks ona öz çəliyi ilə 
zərbə  vurmağa  başladı.  Bruks  senator  Batlerin  qohumu  idi.  Bruks  Samnerin  başına 
böyük  hiddətlə  zərbələri  yağdırırdı.  Samner  öz  masasına  elə  yaxın  oturmuşdu  ki, 
özünü müdafiə edə bilmirdi. Axırda o qalxdı, masanın ayaqlarını qopardı. Bruks bu 
vaxt  onunla  tutuşdu,  öz  zərbələrini  o  vaxta  qədər  davam  etdirdi  ki,  Samner  qan 
içərisində huşunu itirmiş şəkildə döşəməyə yıxıldı.  
Massaçusets  senatorunun  yarası  o  qədər  böyük  idi  ki,  o,  dörd  il  ərzində  tam 
sağala bilmədi. Bruks qəhrəmana çevrildi və ona çoxlu çəlik hədiyyə edildi. O, səs 
çoxluğu  ilə  palatadakı  yerindən  istefaya  göndərildi.  Lakin  bilavasitə  öz  dairəsi 
tərəfindən yenidən Konqressin üzvü seçildi.  
Həmin  savaşma  olan  günü  Kanzasdakı  Lourens  şəhərini  kütlə  qarət  etdi. 
Konqressin  buraya  göndərdiyi  üç  komissiya  üzvündən  Hauard  və  Şerman  azad  ştat 
partiyasının xeyrinə məlumat verdilər, lakin onlar da Uitfild kimi Riderin Konqressə 
seçilməsinin  qanunsuz  olması  ilə  razılaşdılar.  Oliver  isə  cənublu  nöqteyi-nəzərinə 
xoş olan qaydada məlumat verdi.  
Kanzasa  hücum  edilməklə,  deyilə  bilərdi  ki,  həmin  ştatda  vətəndaş 
müharibəsi  başlandı.  Bundan  bir  az  sonra  Pattauatomiyada  Con  Braunun  rəhbərliyi 
altında  qırğın  təşkil  edildi.  Braun  şərqdən  gəlib,  əvvəllər  Kanzasda  məskunlaşan 
oğlanlarına qoşulmuşdu. O, asketik və fanatik bir adam idi. O, Kanzasa gəlmişdi ki, 
istənilən  risqə  baxmayaraq  onu  azad  ştat  etsin.  O,  quldarlığa  ölümcül  nifrət 
bəsləyirdi. Cəsarətinə gəldikdə bu keyfiyyət onda hədsiz idi, niyyətləri isə nəcib idi. 
Onun könlü mövcud həqiqət işığında hər şeyi dar görürdü. O, inanırdı ki, qulları azad 
etmək  üçün  yeganə  yol  qul  sahiblərini  öldürməkdir.  Con  Braun  deyirdi  ki,  "Qan 
tökülmədən heç bir günah bağışlana bilməz".  

 
276 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin